İntellektli adamlar necə manyaka çevrilir? – Tibbi izah
Kriminal11 yanvar 2020 22:42
Beyindəki dəyişikliklər, şəxsiyyəti də dəyişir.
Tovuz rayonunun Dondar Quşçu kəndində oğurlandıqdan 45 gün sonra öldürülüb yandırılan 10 yaşlı Nərmin Quliyeva ilə bağlı cəmiyyətdə dərin bir sarsıntı müşahidə olunur. Sosial şəbəkələrdə bununla bağlı müxtəlif versiyalar, ittihamlar səsləndirilir. Həbs olunan, hadisəni törətdiyi iddia olunan 1973-cü il təvəllüdlü, N.Quliyevanın qonşusu İlkin Süleymanovun edam olunması istəyi ilə bağlı kampaniya başlayıb. Bir qisim isə onun Rusiyanın ən nüfuzlu universitetində təhsil almasını, iki-üç dil bilməsini, bir sözlə intellektual biri olmasını əsas götürüb, belə bir hadisəni törətməsinin mümkün olmadığını bildirilər.
Tarixdə isə intellektli şəxslərin ağır cinayətlər törətməsi faktlarına dəfələrlə rast gəlinib.
Qaynarinfo xəbər verir ki, Medicina.az belə faktlardan birini və bunun tibbi izahını təqdim edir:
Beynimizdəki dəyişikliklər nələr yaşadığımızı və necə biri olduğumuzu əks etdirir. Bəs beyin bir xəstəlik, ya da zədə nəticəsində dəyişikliyə uğrasa? Bu, kimliyimizi, şəxsiyyətimizi, ya da davranışlarımızı dəyişdirərmi?
1 avqust 1966-cı ildə 25 yaşlı Çarlz Uitmen Ostindəki Texas Universitetində gözlənilmədən, heç bir səbəb olmadan insanlara atəş açmağa başladı. 13 nəfər öldü, 33-ü nəfər yaralandı. Uitmenin özü də polis tərəfindən güllələndi. Hadisədən sonra qatilin evinə yollanan hüquq-mühafizə ordanlarının əməkdaşları Uitmenin bir gecə əvvəl arvadı ilə anasını da öldürdüyünü aşkarladılar.
Bu hadisədə ən çox təəccübləndirən bir fakt var idi - Çarlz Uitmenin həyatında belə bir dəhşəti törədə biləcəyinə dair ehtimal yaradan hər hansı bir ipucu yox idi. O, birinci dərəcəli kəşfiyyatçı idi, bankda kassir işləyirdi və mühəndislik təhsili almışdı.

Arvadı ilə anasını öldürdükdən az sonra yazı makinasının arxasında oturub intihar məktubu hesab olunan bu sətirləri yazmışdı:
"Özümü bu günlərdə tam olaraq anlaya bilmirəm. Ağlı başında və dərrakəli bir gənc olaraq tanınıram. Amma son zamanlar (nə zamandan başladığını xatırlaya bilmirəm) qeyri-adi və məntiqsiz düşüncələrin qurbanı olmuşam... Ölümümdən sonra hər hansı bir fiziki pozğunluq olub-olmadığını təyin etmək məqsədilə məhkəmə-tibbi ekspertizasının keçirilməsini istəyirəm”.
Uitmenin istəyi yerinə yetirildi və autopsiya zamanı onda kiçik bir beyin törəməsi aşkarlandı. Kiçik bir qəpik böyüklüyündəki törəmə qorxu və təcavüzlə bağlı bir nahiyə olan "badamvari cisim”ə (Badamvari cisim ‒ (lat. corpus amugdaloideum) beyinin badam formasında olan xarakterik nahiyəsi) təsir etmək üzrə idi. "Badamvari cism”in məruz qaldığı bu kiçik təzyiq belə Uitmenin beynində bir sıra reaksiyaya yol açmağa bəs etmişdi və nəticə etibarilə, normal halda qeyri-adi sayılacaq bir çox davranışlar sərgiləməsinə gətirib çıxarmışdı. Yəni, dəyişikliyə uğrayan beyin maddəsi Uitmenin şəxsiyyətini də dəyişdirmişdi.
Əlbəttə, bu, ekstremal bir nümunə olsa da, miqyasına görə dramatik olmayan zehni dəyişikliklərin belə sizi siz edən tənzimləmələrdə ciddi rol oynaya bildiyi bir həqiqətdir. Orqanizmlər üçün xarakterik olmayan maddələr və ya alkoqoldan istifadə buna nümunədir. Başqa bir misal, bəzi epilepsiya formaları insanları daha dindar hala gətirə bilər. Parkinson xəstələrinin inanclarını itirməsi tez-tez rast gəlinən bir hal olduğu halda, parkinsonizmin müalicəsi üçün verilən dərmanların xəstələri qumar aludəçisinə çevirə bildiyi də məlumdur. Üstəlik, bizi dəyişdirən yalnız xəstəlik və ya kimyəvi maddələr deyil: izlədiyimiz filmlərdən çalışdığımız işlərə qədər hər şey neyron şəbəkəsinin davamlı olaraq yenidən formalaşdırılmasına yardım edir. Elə isə siz tam olaraq kimsiniz? Bu "tikilinin” dərinliklərində, mərkəzdə duran biri varmı?”
Devid İqlmanın "Beyin sənin hekayən” əsəri
Kitabın tərcüməçisi: Zahir Məlikli
Qanun nəşriyyatı
Oxşar xəbərlər
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 2026 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 2026 22:10
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
5 mart 2026 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- Ağartını da xaricdən alırıq – SƏBƏB?
26 fevral 2026 23:40
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- Bu kəndlərə bir neçə gündür canavarlar hücum edir
22 fevral 2026 23:08
Xəbər lenti
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
Video & Fotoqalereya
Video
Fotoqalereya
