Eyni dairələrdə toqquşan tanınmışlar... - Siyah
Xəbər verdiyimiz kimi, 2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində artıq qeydə alınmış namizədlərin ilkin siyahısı Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilib. MSK-nın açıqladığı son məlumata əsasən, 1047 nəfərin namizədliyi qeydə alınıb. Onların sırasında siyasi partiyalardan və ictimaiyyət arasında kifayət qədər tanınan simalar var. Bu baxımdan builki seçki marafonunun maraqlı keçəcəyi gözlənilir. Hətta bir sıra dairələrdə mübarizənin daha da qızğın olacağını da indidən təsəvvür etmək mümkündür. Seçicilər yanvarın 17-dən etibarən namizədlərin seçki yarışının şahidi olacaqlar.
Bu məqamda “Qafqazinfo” müxtəlif dairələrdə bir-birinə rəqib olan tanınmış namizədlərlə bağlı məlumatları təqdim edir.
REAL Partiyasının eks-məclis başqanı, hazırda namizədliyi “Hərəkət” seçki bloku tərəfindən irəli sürülmüş Azər Qasımlı 17 saylı Yasamal seçki dairəsindən deputatlığa namizəddir. Onun bu dairədə rəqibi REAL Partiyası tərəfindən namizədliyi irəli sürülmüş tanınmış hüquqşünas Cavad Cavadovdur. YAP-ın həmin dairədə namizədi isə Heydər Əliyev mərkəzində direktor müşaviri olan Elnur Allahverdiyevdir.
19 saylı Nərimanov seçki dairəsindən namizədliyi qeydə alınmış sabiq Müsavat başqanı İsa Qəmbərin YAP-dan rəqibi isə hazırda V çağırış Milli Məclisin deputatı olan Hikmət Məmmədovdur (Babaoğu).
16 saylı Yasamal seçki dairəsindən namizədliyi qeydə alınmış REAL Partiyasının namizədi Erkin Qədirlinin YAP-dan olan rəqibi Yasamal rayon Gənclər və idman idarəsinin rəisi İlham Səfərovdur.
12 saylı Qaradağ-Binəqəd-Yasamal seçki dairəsindən namizədliyi qeydə alınmış REAl Partiyasının namizədi Natiq Cəfərlinin YAP-dan rəqibi Lökbatan bələdiyyəsinin sədr müavini Səbinə Xasıyevadır. Digər rəqiblərdən biri BAXC sədrinin müavini Niyaməddin Orduxanlı, Müsavatdan rəqibi isə partiyanın Gənclər Təşkilatının sədri Elman Quliyevdir.
35 saylı Xətai üçüncü seçki dairəsindən Ümid Partiyasının sədri İqbal Ağazadə namizədliyini irəli sürüb. Onun bu dairədə rəqibi “Yeni Müsavat” qrupunun rəhbəri Rauf Arifoğludur. Sözügedən dairədən YAP-ın namizədi isə Turan Əliyevdir. T. Əliyev Fövqəladə Hallar Nazirliyinin maddi texniki təchizat idarəsinin rəis müavinidir.
V çağırış Milli Məclisin deputatı Xanhüseyn Kazımlının qızı Əsli Kazımovanın 80 saylı İmişli-Beyləqan seçki dairəsindən rəqibi V çağırış Milli Məclisin deputatı Çingiz Qənizadədir.
52 saylı Quba seçki dairəsindən beşinci çağırış Milli Məclisin deputatı Vahid Əhmədov yenidən namizəddir. Onun rəqibi YAP-ın gənc xanım namizədi Aysel Şeydayevadır. A. Şeydayeva partiyanın Quba rayon təşkilatının Qadınlar Şurasının sədridir.
31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyi qeydə alınmış Mehman Hüseynovun rəqibi tanınmış təhsil eksperti Etibar Əliyevdir.
Beşinci çağırış Milli Məclisin deputatı Qənirə Paşayeva yenidən 105 saylı Tovuz seçki dairəsindən namizəddir. Onun bu dairədən hakim partiyadan olan rəqibi Tovuz Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Məhəbbət Hüseynovadır.
Tanınmış həkim, REAl Partiyasının namizədi Vasif İsmayıl da 41 saylı Sumqayıt seçki dairəsindən namizəddir. Onun bu dairədə YAP-dan olan rəqibi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovadır.
49 saylı Yevlax-Mingəçevir seçki dairəsindən namizədliyi qeydə alınmış Nəsimi Paşayevin rəqibi isə V çağırış Milli Məclisin deputatı Əli Hüseynlidir.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının 61 saylı Neftçala seçki dairəsindən rəqibi tanınmış təhsil eksperti Kamran Əsədovdur. YAP-ın bu dairədə olan namizədi Gültəkin Sadıqova isə Neftçala rayon icra başçısının müavinidir.
60 saylı Salyan-Neftçala seçki dairəsindən namizədliyi qeydə alınmış V çağırış Milli Məclisin deputatı Fəzail Ağamalının rəqibi isə 2015-ci ilin oktyabr ayında Talış kəndi istiqamətində gedən döyüşlərdə kəşfiyyat qrupu komandiri vəzifəsində döyüş tapşırığı yerinə yetirərkən düşmənin naməlum minasının partlaması nəticəsində ayağını və gözünü itirən tanınmış qazi Kamil Müsəvidir.
Müsavat Partiyasının üzvü, namizədliyi 73 saylı Lənkəran şəhər seçki dairəsindən qeydə alınmış Yadigar Sadıqlının rəqibi isə jurnalist Yelena Sidorenkodur( Eyvazlı).
“Ağ” Partiyasının başqanı 21 saylı Nəsimi birinci seçki sairəsindən Tural Abbaslının namizədliyi qeydə alınarsa, onun YAP-dan rəqibi V çağırış Milli Məclisin deputatı Məlahət İbrahimqızı olacaq.
Müsavat Partiyasının başqanı Arif Hacılının 15 saylı Yasamal birinci seçki dairəsindən namizədliyi qeydə alınarsa, Hacılının rəqibi Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu olacaq. Digər rəqib isə hazırda V çağırış Milli Məclisin deputatı Ülvi Quliyevdir.
İctimai fəal Bəxtiyar Hacıyevin 29 saylı Səbail seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınarsa, onun rəqiblərindən biri Baku Grand Prix şirkətinin Milli Mətbuat Katibi və Marketinq və kommunikasiyalar şöbəsinin rəhbəri Nigar Arpadaraidir.
V çağırış Milli Məclisin deputatı Sevinc Fətəliyevanın rəqiblərindən biri yazıçı İlyas Əfəndiyevin nəvəsi Tural Əfəndiyevdir. T. Əfəndiyev İlyas Əfəndiyev Beynəlxalq Fondunun prezidentidir.
“Hərəkət” seçki blokunun 22 saylı Nəsimi seçki dairəsindən namizədi Turqut Qəmbərin namizədliyi qeydə alınarsa, onun bu dairədən rəqiblərindən biri V çağırış Milli Məclisin deputatı Asim Mollazadə olacaq.
Tanınmış jurnalist Ləman Ələşrəfqızının 117 saylı Oğuz-Qəbələ seçki dairəsində rəqibi hazırda V çağırış Milli Məclisin deputatı Aqiyə Naxçıvanlıdır.
45 saylı Abşeron seçki dairəsindən jurnalist Zahir Əzəmətin namizədliyi qeydə alınarsa, onun rəqibi V çağırış Milli Məclisin spikeri Oqtay Əsədov, digər rəqibi isə həmkarı Ceyhun Musaoğlu olacaq.
54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyini verən Elza Seyidcahanın rəqibi isə namizədliyi qeydə alındığı halda tanınmış idman jurnalisti İlkin Xəlilov olacaq.
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 2026 13:55
- Türk-Azərbaycan diasporları küçələrə çıxdı: Nyu Yorkda Mamdaniyə qarşı etirazlar - FOTO
27 aprel 2026 10:19
- İlham Əliyev Sülh və Barışıq üçün Gernika mükafatı-na layiq görüldü
26 aprel 2026 16:27
- Putin -erməni soyqırımı-nı TANIDI - Müraciətin MƏTNİ
26 aprel 2026 01:21
- Hər gün kivi yeməyin orqanizmə təsiri
25 aprel 2026 23:14
- Azərbaycan Ukraynaya beş sərnişin avtobusu verdi - Fotolar
25 aprel 2026 19:59
- Qəbələdə İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək və geniş tərkibdə görüşü olub - YENİLƏNİB
25 aprel 2026 15:00
- Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
25 aprel 2026 10:36
- Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - TAM SİYAHI
25 aprel 2026 00:12
- Güney azərbaycanlı siyasilər Berlində: Almaniya XİN-də mühüm görüş, Rza Pəhləviyə etirazlar - FOTO
24 aprel 2026 23:00
- Bu dünyanın adamı deyil, məişətlə heç maraqlanmır – Tamam Bayatlı həyat yoldaşından danışdı
01 may 14:03
- Bakı Dövlət Sirkinin əmlakı satılıb? - Açıqlama
01 may 13:38
- Milli Məclis Avropa Parlamenti ilə əlaqələrin dayandırılması barədə qərar verdi (YENİLƏNİB)
01 may 13:19
- Ədalət Fərəcov 2-ci dərəcəli ƏMƏK ordeni ilə təltif edildi
01 may 13:09
- İlqar Əliyev həbsdə vəfat etdi
01 may 11:23
- 1 Mayın gizli tarixçəsi: etiraz, qan və həmrəylik
01 may 10:41
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 23:25
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 22:01
- Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - Yenilənib
30 aprel 21:51
- Prezident Yuriy Kamayevi ŞÖHRƏT ordeni ilə təltif etdi
30 aprel 21:42
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 18:23
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 15:41
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 13:53
- Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
29 aprel 12:13
- Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir
29 aprel 12:07
- Trampa -qızıl heykəl- qoyuldu
29 aprel 00:54
- Moskva döyüşündən əvvəl öldürülən 9 general - Beriya onları dərədə basdırıb
28 aprel 22:57
- YTB NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
28 aprel 21:34
