"DSK-nı məscidə çevirən Dilşad Abbasova Prezidentə qarşı gedir"
Müsahibə14 yanvar 2020 19:26
45 saylı Abşeron Seçki Dairəsi tanınmış yazar, Qaynarinfo.az-ın baş redaktoru Zahir Əzəmətin (Rəhimov) növbədənkənar parlament seçkiləri üçün namizədliyini qeydə almayıb.
Bu barədə Zahir Əzəmət özü məlumat verib. Baş redaktor bildirib ki, Dövlət Əmlak Komitəsi DSK-ya və ona başqa rəy verib:
"Bu gün saat 17:00-da Dair Seçki Komissiyası formal bir toplantı keçirərək, mənim namizədliyimi qeydə almaqdan imtina etdi. Topladığım imzalar və digər imzalarla bağlı hər şey qaydasında idi. Lakin DSK absurd bir səbəbdən imtina qərarı qəbul etdi. Səbəb kimi əmlak bilgilərimdə uyğunsuzluq göstərildi.
Amma məsələ burasındadır ki, mən respublika üzrə adıma hansı əmlakın olmasını aydınlaşdırmaq üçün 08 yanvar 2020-ci il tarixində rəsmi arayış almış və DSK-ya verdiyim məlumatları da onun əsasında tərtib etmiş, həmin rəsmi arayışı da bildirişə əlavə etmişəm. İndi isə məlum olur ki, Əmlak Komitəsi DSK-ya 26 dekabr 2019-cu ildə tamam başqa cavab verib. Həmin ata yurdumuza ailə üzvü olaraq mənim də adımın keçdiyini yazıb, amma bundan 13 gün sonra mənə verdiyi cavabda bunu qeyd etməyib. Bunu özümə qarşı qurulmuş oyun, qərəz adlandırmağa tam əsas yaranır.
Üstəlik, DSK-ya həm də Əmlak Komitəsindən aldığım rəsmi arayış təqdim etməyim onu göstərir ki, birincisi, uyğunsuzluq mənim yox, dövlət qurumunun verdiyi məlumatdadır. İkincisi, bu, sübut edir ki, bu, məlumatın tərəfimdən məqsədli gizlədilməsi deyil. Seçki Məcəlləsinin 58.2-ci madddəsinə görə, bu uyğunsuzluq qəsdən edilməyibsə, DSK onuu aradan qaldırmaq üçün namizədə 48 saat vaxt verməlidir. Amma DSK sədri Dilşad Abbasova qanunun tələblərini kobud şəkildə pozaraq, rəsmi dövlt qurumunun verdiyi arayışı tanımaqdan imtina edərək, çox nümayişkaranə şəkildə məni qeydə almaqdan imtina etdi. Komissiya üzvlərinin davranışları da göstərdi ki, ümumiyyətlə, burada iclaslar tamamilə formaldır, onların heç nədən xəbəri yoxdur. Bəziləri hətta islasın sonunda gəlib çıxsalar da, nədən söhbət getdiyini bilmədən, sədr nəyə əl qaldırdısa, ona da əl qaldırdılar. İclasdan sonra isə komissiya üzvlərindən biri verdiyi Allahsız qərardan narahatlıq keçirərək, elə sədrin qapısı ağzında diz çöküb Allahdan nicat ummağa, dua etməyə başladı. Mən o dualara qoşulmuram: Allah günahlarınızdan keçməsin!"
Sonda Zahir Əzəmət Prezident İlham Əliyevin bu mövzuda xüsusi həssalıq göstərəcəyinə ümidli olduğunu bildirib:
"Əlbəttə, DSK-nın bu qanunsuz qərarından şikayət edəcəyik. Çünki bu qərar ilk növbədə ölkədəki seşçki prosesinə, onun demokratik və sağlam rəqabət mühitində keçirləcəyi ilə bağlı ümidlərə kölgə salır. DSK-nı az qala məscidə çevirən Dilşad Abbasovanın bu qərarı Prezident İlham Əliyevin başladığı geniş islahat kursuna ziddir".
İclasdan sonra komissiya üzvlərindən biri verdiyi Allahsız qərardan narahatlıq keçirərək, elə sədrin qapısı ağzında diz çöküb Allahdan nicat umur, dua edir.

Oxşar xəbərlər
- Korrupsiya və əxlaq PARADOKSU – Qarayevlərin biznes imperiyası – SİYAHI
16 dekabr 2025 12:56
- Azərbaycan və Türkiyə arasında TARİXİ ANLAŞMA parlamentdə
16 dekabr 2025 12:33
- Qonşunuz səs-küy salırsa - Nə etməli ?
16 dekabr 2025 11:26
- Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürdü
16 dekabr 2025 00:52
- Sabah oliqarx oğlunun məhkəməsidir – Orxan İsmayılzadə 6-cı dəfə atalıq testindən yayınacaqmı?
16 dekabr 2025 00:41
- Övladları ölümə göndərilən çeçen analar fəryad edir
14 dekabr 2025 15:38
- Rusiya İslam ölkəsinə çevrilir - ŞOK STATİSTİKA
14 dekabr 2025 12:19
- O da azadlığa çıxdı
13 dekabr 2025 23:31
- Nərgiz Məhəmmədi yenidən saxlanıldı
13 dekabr 2025 12:59
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 2025 01:03
Xəbər lenti
- Korrupsiya və əxlaq PARADOKSU – Qarayevlərin biznes imperiyası – SİYAHI
16 dekabr 12:56
- Azərbaycan və Türkiyə arasında TARİXİ ANLAŞMA parlamentdə
16 dekabr 12:33
- Aqil Abbas: Amnistiya jurnalistlərə də şamil olunsun
16 dekabr 12:13
- Prezident AHİK-in VIII qurultayının iştirakçılarına müraciət ünvanladı
16 dekabr 11:38
- Qonşunuz səs-küy salırsa - Nə etməli ?
16 dekabr 11:26
- Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı axtarışa verildi
16 dekabr 11:07
- Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürdü
16 dekabr 00:52
- Sabah oliqarx oğlunun məhkəməsidir – Orxan İsmayılzadə 6-cı dəfə atalıq testindən yayınacaqmı?
16 dekabr 00:41
- Anar Ələkbərov Ramiz Rövşəni evində ziyarət etdi (FOTO)
15 dekabr 22:22
- Prezident bu şəxslərin rütbəsini artırdı (SƏRƏNCAM)
15 dekabr 21:51
- Vahid Axundov vəfat etdi - Prezident və birinci xanım nekroloq imzaladı
15 dekabr 21:44
- Ukraynada daha bir azərbaycanlı həlak oldu- FOTO
15 dekabr 11:28
- Bəşər Əsəd Moskvada - Nə işlə məşğuldur?
15 dekabr 11:20
- Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salındsı (FOTO)
15 dekabr 11:09
- Səksənə çatanda səksənir hamı... - Ramiz Rövşəndən özünə şeir
15 dekabr 01:48
- Yeni rus - Azərbaycan lüğəti
14 dekabr 22:12
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 17:07
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 16:31
- Avtobuslar pulsuzdur, DYP yoxdur, içki qadağandır - Azərbaycanda unikal məkan + VİDEO
14 dekabr 16:23
- Övladları ölümə göndərilən çeçen analar fəryad edir
14 dekabr 15:38
- Epşteynin sirli arxivi: Tramp, Klinton və qlobal elita yenidən gündəmdə - BBC
14 dekabr 14:56
- İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar
14 dekabr 13:51
- Rusiya İslam ölkəsinə çevrilir - ŞOK STATİSTİKA
14 dekabr 12:19
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
14 dekabr 00:06
- O da azadlığa çıxdı
13 dekabr 23:31
- Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOsu
13 dekabr 22:31
- Dövlət Kukla Teatrının quruluşçu rejissoru vəzifəsindən istefa verdi və boşandı
13 dekabr 22:09
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 21:25
- Elbəyi Kərimli həbsdə vəfat etdi
13 dekabr 21:12
- Nərgiz Məhəmmədi yenidən saxlanıldı
13 dekabr 12:59
Video & Fotoqalereya
Video
Fotoqalereya
