Fransız rəssam: “Qarabağ qaytarılanadək heç kim yatmamalıdır”
Maraqlı15 yanvar 2020 15:22

Şübhəsiz ki, bir gün bütün dünyada sülh bərqərar olacaq. Körpələrin torpağa hopmuş al qanını sevgi yağışı təmizləyəcək. Həmin günü isə ölməz Cavidin də dediyi kimi "Mədəniyyət, mədəniyyət, mədəniyyət" gətirəcək. Reno Baltzinger də düşünür ki, dünyanın ədalətsizliyə qarşı ən güclü silahı mədəniyyətin, incəsənətin təbliği, rənglərin dilidir.
Publika.az-ın özəl qonağı fransız rəssam, Azərbaycanın dostu Reno Baltzingerdir.
- Əziz Reno, təsəvvür edin ki, özünüzü ilk dəfə təqdim edirsiniz...
- Zəngin tarixi, mədəniyyəti olan ölkədə doğulduğum üçün çox şanslıyam. Təsadüfi deyil ki, Fransa "Avropanın mirvarisi" sayılır. Din və mədəniyyət o qədər zərif vəhdət təşkil edir ki, vətənimə hər gün bir daha aşiq oluram. Müxtəlif millətlərdən olan insanlarla ölkəmizi bölüşməksə, xarakterimizə xüsusi kolorit və azadlıq ruhu qatır. Fransa azad ölkədir. Bu azadlıq xalqımızda dağınıq, ədalətsizliyə baş əyməyən xarakter formalaşdırıb. Düşünürəm ki, hər kəsin "hə", yaxud "yox" demək imkanı mütləq olmalıdır. Bu keyfiyyət bizə inqilabçı əcdadlarımızın mirasıdır. Məhz onların sayəsində Fransa demokratiyanın vətəninə çevrilib. Hətta həddən artıq inadkar, ipə-sapa yatmayan soydaşlarımla da qürur duyuram. Çünki bilirəm ki, lazım olarsa, öz haqlarını birinci onlar tələb edəcəklər. Mən ölkəmə bənzəyirəm. Azadam, xarakterim mürəkkəbdir. Amma digərlərinə hörmət bəsləməyi, lazım gələrsə, onların da hüquqlarını müdafiə etməyi bacarıram. Çünki hər kəsin dünyasına böyük məhəbbətlə yanaşıram.
- Xocalı həqiqətlərini dünyaya çatdırmağımızda xalqımızın yanındasınız. Dəstəyiniz, sevginiz üçün minnətdaram. Soyqırımı haqda ilk dəfə haradan eşitdiniz?
- Qardaşım diplomat idi. Fransanın Azərbaycandakı Səfirliyində xidmət edirdi. Bir gün Xocalı qətliamından olan fotoşəkilləri mənə yolladı və dedi ki, bu haqda düşünməyini istəyirəm. Üzü-gözü tanınmaz hala gətirilmiş, vəhşicəsinə qətlə yetirilmiş cəsədlərlə dolu fotolara baxıb dəhşətə gəldim. 10 dəqiqədən sonra qardaşıma zəng vurdum. Dedim ki, bu faciənin xatirəsinə bir neçə rəsm çəkmək istəyirəm. Və gərgin iş prosesi başladı. Bir neçə ay öncə qardaşımı amansız xəstəlikdən itirdim.
- Çox üzüldüm, acınız doğmadır.
- Minnətdaram. Ölümündən öncə ona söz vermişdim ki, Xocalı həqiqətlərini dünyaya çatdıracağam. Qardaşımın itkisi mənə elə böyük acı yaşatdı ki, kədərimi rənglərə daha çox yükləməyə başladım. 7 il ərzində 613 Xocalı şəhidinin əziz xatirəsinə 70 rəsm və "Ağ" əsər həsr etmişəm.

- Sizcə, uğur hansı torpaqda kök salır?
- Uğur üçün ən münbit şərait sonsuz istəkdir. Dünya ilə bölüşmək istədiyiniz niyyətin saflığıdır. Yetər ki, bəşəriyyət naminə faydalı iş görmək keçsin könlünüzdən. Nitsşe deyirdi ki, uğurumun formulu məqsədimə doğru uzanan yoldur. 32 yaşımdan bəri mən də bu amal uğrunda mübarizə aparıram, haqqı tapdanmış dünya sakinlərini müdafiə edirəm. Bu siyahıda Amerika hinduları, yəhudilər, fələstinlilər, Xocalı sakinləri, suriyalılar var. Təəssüf ki, bu haqsızlıq haqda saatlarla danışa bilərik.
- Azadlığınız milli mənsubiyyətiniz, genetik kodunuzdur. Bəs rəssamlıq?
- Biz rəssam doğulmuruq, sonradan incəsənətə qarışırıq, rənglərə çevrilirik. Bəzən həyat ən zülmətdən, ağrılı məqamdan başlayır. Odur ki, yalnız bu sənəti seçmək məcburiyyətində idim. Başqalarının susduğu məqamları rənglərlə danışmalı idim.
- İncəsənət katarsisdir?
- Böyük ehtimalla bəli. Hətta deyərdim son 8 ildə o mənim silahımdır. Qüdrətli dünya birliklərinin səs çıxarmadığı ədalətsizliyə qarşı ən böyük silahımdır. 7 ildir həm də Xocalıda vəhşicəsinə qətlə yetirilən qurbanları holst üzərində dirildirəm. Bu mövzuda hazırladığım "Ağ" adlı əsərim uzun müddətdir Heydər Əliyev Mərkəzində sərgilənir.
- Təpədən dırnağa rəssam olmaq mümkündürmü?
- Bəlkə də iddialı səslənəcək, amma mən yalnız texniki cəhətdən zəngin olan rəssamların əsərlərinə yüksək qiymət verə bilmərəm. Tutaq ki, Da Vinçi, Vermeer, Van Qoq kimi dahilər öz zəmanələrinin gözəlliyini, mədəniyyətin, incəsənətin çağdaş simasını rənglərin dünyasına çevirirdilər. Biz 20-21-ci əsrlərin rəssamlarıyıq. İki dünya müharibəsi, atom bombasının külə çevirdiyi Naqasaki, Xirosima, məhv edilmiş minlərlə günahsız yəhudilər, Suriya savaşı görüb, eşitmişik. Mən hələ ekoloji faciələrdən danışmıram. Heç kim inciməsin, amma biz yalnız gözəlliyi təsvir edən rəssam ola bilmərik. İnsanların içindəki mərhəməti, insanlığı oyatmağa çalışmıramsa, gördüyüm işin də mənası yoxdur. Dəfələrlə "Ağ" əsərimə baxanları ağlayan, vahimədən titrəyən görmüşəm. Əgər kainata verdiyiniz mesajların faydası yoxdursa, işin texniki tərəfləri də mənim üçün marağını və aktuallığını itirir.

- Əziz Reno, sizcə incəsənət insanı dünyanı digərlərindən fərqli görür?
- Hamımız eyni bəlalara eyni gözlə baxıb şüurumuzla dərk edirik. Qeyri-incəsənət adamı deyilən anlayış yoxdur, ən azı mən bunu istəməzdim. Axı dözülməzdir. Düşüncəsi belə insаnı ümidsizliyə düçar edir. Sənət qıtlığı insanı dərrakəsiz, duyğusuz varlığa çevirir.
- İncəsənət yox olsa?
- Bəşəriyyət uzağı 1000 il var olacaq. Əmin olun hələ də dünyada baş verən savaşlar, faciələrdən sonra insanlar bir-birinə əl uzadırsa, bu, incəsənətin xidmətidir. İnsan büsbütün sənətdən ibarət olmalıdır.
- Amma bu idealist yanaşmadır.
- Bilirəm. Məni də rəssam edən səbəb budur.
- Yəni siz tələb edirsiniz ki, ətrafınızdakılar da görüb hiss etdiklərinizə eyni həssaslıq və sənət eşqi ilə yanaşsınlar.
- Bu, insanlarla rənglərin dilində danışmaqdır.
- Deməyə sözünüz çoxdur?
- Bəzən hiss edirəm ki, insanlar əsərlərimi anlamır. Sanki suyun dibinə baş vurmağa qorxurlar. Estetika onları boğur. Bu dünyanı yaradan, quran, bizi ayaqda saxlayan yeganə qüvvə gözəllikdir. Biz - planet sakinlərinin ən yaxşı bacardığı bir şey var - gördüyünü inkar etmək. Amma rəsmlərim kimisə yolundan saxlayıb bir daha baxmağa vadar edirsə, hələ ki, deməyə sözüm var. Bəzən özümü "İsraildə xidmət göstərən fahişə" adlandırıram. Çünki ətrafımda narahatlıq doğururam. Məsələn, Xocalı faciəsi seriyasına aid işlərim ermənilərə çox ağır siyasi cavabdır. Bu əsərlərimə görə Fransada dəfələrlə ağır duruma düşmüşəm, tənqid olunmuşam. Amma yüzlərlə insanın vəhşicəsinə öldürülməsinə etinasız yanaşa bilməzdim. Sənətim nəinki insanlarla danışır, sülh uğrunda hayqırır. Qarabağ Azərbaycana geri qaytarılanadək heç kim yatmamalıdır.
- Sənətiniz mənəviyyatınıza, insani prinsiplərinizə hər zaman sadiqdir? Yoxsa axsadığı məqamlar da olub?
- Sədaqətli olmasaydım, rəssam ola bilməzdim. Gördüyüm işə ruhumu, hisslərimi, qüvvəmi qatıram. Bu isə mənəviyyatımın özülüdür. Daxili dünyamın ilham almadığı əsəri yarada bilmərəm. Bir məqam da var ki, qəlbinlə, hisslərinlə gördüyün bütün işlər məhəbbət kimi ağrılı olur. Çünki sevginin özündən doğulur.
- Bu məhəbbət davamlı olaraq doğulmalı və bölünməlidirmi? Yəni biliyinizi bölüşməkdən qaçmırsınız ki?
- "Qazanmaq, qorumaq, ötürmək". Həyatımızın əsas prinsipi budur. İçimizə hopdurduğumuz informasiya zamanla bir parçamıza çevrilir. Onu ötürməksə xüsusi inam ayinidir. İnanmadığınız, sevmədiyiniz kimsə ilə nə acınızı, nə də sevincinizi bölüşmək istəyərsiniz. İstəyirəm biləsiniz ki, Xocalı acınızı da bütün sevgim və mərhəmətimlə sizinlə bölüşürəm. Hətta bu faciənin dünyaya tanıdılmasında səfiriniz kimi yanınızda olmağa hazıram. Çünki bu soyqırımı dünyaya çatdırmaq üçün mütləq dəstək lazımdır. Düşünürəm ki, dünya mənim əsərlərimi tanımasa, çox şey itirər. Ona görə yox ki, mən çox gözəl rəssamam. Çünki haqsızlığa qarşı kədərimin göz yaşlarını, sülh eşqimi, mən deyilən həqiqəti görməyəcəkdi, tanımayacaqdı.
- Azadlıq eşqinizi görən dünya gözəlləşəcəkmi?
- Rənglərimin dünyası hüdudsuzdur. Və bu sonsuzluğu heç bir təmənna gözləmədən insanlara bəxş edirəm. Mən "Don Kixot" tərəfdarıyam. Boş gözlənti və etinasızlıqdan başqa heç nədən qorxmuram.

- Ölkəmiz haqda fikirlərinizi də bilmək istərdim.
- İki dəfə olmuşam Azərbaycanda. Bakı çox müasir şəhərdir. Belə demək mümkündürsə, "a-la Dubay" memarlığı tarixi tikililərlə çox gözəl vəhdət təşkil edir. Paytaxt günbəgün böyüyür, gözəlləşir, inkişaf etmiş müstəqil ölkənin rəmzinə çevrilir. Xəzərin sahilində bir restoranda nahar etmişdim. Çox fərqli təəssürat yaranmışdı qəlbimdə. Dənizin dalğaları məkanın pəncərələrinə çırpılıb geri qayıdır. Dilinizi bilməsəm də, dəfələrlə tək çıxıb gəzirdim. Hər dəfə də insana kral kimi yanaşan azərbaycanlılarla rastlaşırdım. Çox qonaqpərvərsiniz. Növbəti səfərim Xocalı faciəsi ilə bağlı təşkil olunan sərgimin nümayişi ilə bağlı olacaq. Hətta bu kədərli səbəb üçün sevimli şəhərinizə bir daha gələcəyimə görə sevincliyəm.
Oxşar xəbərlər
- İlham Əliyev NUFA3 iştirakçılarına müraciət ünvanladı
15 oktyabr 2025 13:11
- Camaat yapışır yaxamdan ki, 2025 də bitir... - Videomüsahibə
14 oktyabr 2025 12:13
- İlham Əliyev Rebuild Karabakh sərgisinin iştirakçılarına müraciət ünvanladı
14 oktyabr 2025 11:50
- Özü düşmənə əsir düşən, oğlu Qarabağda şəhid olan xalq artisti
11 oktyabr 2025 01:53
- Prezident beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı
9 oktyabr 2025 10:57
- Türk liderlərin Qəbələdən dünyaya mesajları
8 oktyabr 2025 10:29
- Kimlər qazi, kimlər yalnız müharibə veteranıdır? - ARAŞDIRMA
4 oktyabr 2025 23:29
- Gəncə terrorundan 5 il ötür
4 oktyabr 2025 03:48
- Cəbrayıl şəhərinin azad olunmasından 5 il ötür
4 oktyabr 2025 01:13
- Qarabağ veteranı icra başçısından şikayətçidir - Rəsmi açıqlama
2 oktyabr 2025 17:54
Xəbər lenti
- Ramiz Mehdiyevin milyardları və ƏMLAKININ SİYAHISI - ŞOK
15 oktyabr 22:23
- Ramiz Mehdiyev mənə o qədər pislik edib ki... – Misir Mərdanov
15 oktyabr 22:04
- Sabir Rüstəmxanlıdan Ramiz Mehdiyevə sərt mesaj !
15 oktyabr 21:54
- Elmira Axundova dünən =ağsaqqalım= dediyi Ramiz Mehdiyevin bugünkü taleyinə münasibətini açıqladı
15 oktyabr 16:11
- Prezident ATƏT sədrini qəbul etdi (YENİLƏNİB)
15 oktyabr 16:03
- Ramiz Mehdiyevin MAA NƏ DAXLI VAR ? )) - Əli Həsənov
15 oktyabr 13:54
- Ramiz Mehdiyev YAP-da QALA BİLMƏZ - Arif Rəhimzadə )))
15 oktyabr 13:45
- General Hüseynov vəzifəsindən azad olundu
15 oktyabr 13:22
- İlham Əliyev NUFA3 iştirakçılarına müraciət ünvanladı
15 oktyabr 13:11
- Bu gün Putinlə görüşəcək
15 oktyabr 11:24
- 14 yaşlı məktəbli dərs zamanı sinifdə DOĞDU
15 oktyabr 11:13
- Ramiz Mehdiyevin sonu – həbs dalğası bu məmurları da əhatə edəcək
15 oktyabr 11:03
- Metroda növbəti problem - Qatar tuneldə qalıb ÇIXA BİLMİR
15 oktyabr 10:35
- Azərbaycanın Xalq artisti vəfat etdi
15 oktyabr 10:16
- Mehdiyevin Kəmaləddin Heydərovun müavini olan general oğlunun aqibəti necə olacaq?
15 oktyabr 01:02
- 9-cu sinifdə oxuyan oğlan 8-ci sinif şagirdi olan sevgilisini və qonşusunu öldürdü
15 oktyabr 00:25
- Ramiz Mehdiyevin cinayət maddələri: 193-1.3.2, 278.1 - DÖVLƏT ÇEVRİLİŞİ
14 oktyabr 23:16
- Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edildi - 4 aylıq HƏBS
14 oktyabr 22:19
- Prezidentin tarixi Misir səfərindən görüntülər - VIDEO
14 oktyabr 21:06
- Zakir Qaralov Akkordu dirçəldir? - 15 milyonluq borc sıfırlandı
14 oktyabr 20:39
- Sayt rəhbərləri və səhifə inzibatçılarına MÜRACİƏT - Nailə İSLAMZADƏ
14 oktyabr 15:17
- Şərqin Marksı - O, niyə Allahın tarixi prosesə müdaxiləsini qəbul etmirdi?
14 oktyabr 15:08
- Azərbaycanlı kəşfiyyatçı Ukraynada həlak oldu (FOTO)
14 oktyabr 13:44
- Divarların o üzündə qalan nəfəs - Əlişir Əhəd yazır
14 oktyabr 12:33
- Camaat yapışır yaxamdan ki, 2025 də bitir... - Videomüsahibə
14 oktyabr 12:13
- İlham Əliyev Rebuild Karabakh sərgisinin iştirakçılarına müraciət ünvanladı
14 oktyabr 11:50
- Bakıda beynəlxalq konfrans keçirilir
14 oktyabr 11:14
- Ağsu sakinlərinin Mikayıl İsmayılovla bağlı Prezidentə MÜRACİƏTİ
14 oktyabr 10:57
- Prezidentin Trampla görüşündən - Fotolar
14 oktyabr 02:56
- Türkiyənin görməli olduğunuz ən gözəl yerləri
13 oktyabr 22:38
Video & Fotoqalereya
Video
Fotoqalereya