İmişlidə kimliyi dəqiqləşdirilən şəhidin nəşi məzardan çıxarıldı
Region23 yanvar 2020 12:50
İmişli rayonundakı "Şəmmədli” qəbiristanlığında dəfn edilən naməlum şəhidin nəşi məzardan çıxarılıb.
"Report" xəbər verir ki, naməlum şəhidin kimliyi götürülən nümunələr əsasında müəyyən edildikdən sonra adiyyəti qurumların iştirakı ilə şəhidin məzarı açılıb.
Açılan məzardan Yevlax rayon sakini, 1971-ci il təvəllüdlü şəhid Vəliəddin Sehrab oğlu İbrahimovun nəşi çıxarılıb. Şəhidin ruhuna dualar oxunduqdan sonra nəşi İmişli Rayon Mərkəzi Xəstəxanasına gətirilib və onun Azərbaycan Bayrağına bürünmüş tabutu Yevlax rayonuna yola salınıb.
Xatırladaq ki, V.İbrahimov 1993-1994-cü illərdə Füzuli rayonu istiqamətində işğalçı Ermənistanın silahlı birləşmələrinin hücumlarının qarşısını alarkən döyüşlərdə həlak olub. Onun nəşi tanınmadığı üçün İmişli rayonundakı "Şəmmədli” qəbiristanlığında naməlum şəhid kimi dəfn edilib. Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə naməlum şəhidlərə aid meyit qalıqları ekshumasiya olunub və müvafiq nümunələr götürülüb. daha sonar naməlum şəhidlərin dəfn edilən qalıqlarından və şəhidin yaxın qohumları olduğunu iddia edən ailə üzvlərindən götürülən nümunələrin eyniləşdirilməsi zamanı meyitlərdən birinin valideyn-övlad səviyyəsində qohumluq əlaqəsinin olduğu müəyyən edilib.
Qeyd edək ki, 26 il itkin olaraq bilinən şəhid V.İbrahimovun nəşi hərbi rituallara uyğun olaraq, ailə üzvlərinin istəyi ilə yanvarın 23-də, saat 15:00-da Yevlax şəhərindəki Şəhidlər xiyabanında dəfn ediləcək.
Oxşar xəbərlər
- Dubayda qızıldan hazırlanan alt paltarları satışa çıxarıldı
14 aprel 2024 20:39
- İmişlidə məktəbliləri cərəyan vurub öldürdü
14 aprel 2024 18:44
- SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun keçmiş gəlini dövlət başçısına müraciət etdi
10 aprel 2024 23:08
- Vaqif Səmədoğlu niyə hirslənmişdi? - Firuz Mustafa yazır
10 aprel 2024 22:53
- Sümbülə Əliyeva həbs edildi
26 mart 2024 09:56
- Terrorda şübhəli bilinən 2 nəfər saxlanılıb, 4-ü axtarılır - Fotolar
23 mart 2024 14:05
- Ölkənin baş notariusu işdən çıxarıldı (FOTO)
19 mart 2024 16:24
- Atamı KQB öldürdü... - Onun Andranik haqqında yazdığı romanı kim oğurlamışdı? - FOTO
17 mart 2024 19:10
- Dəniz Əsədova xüsusi ittiham qaydasında məhkəməyə verildi - Həbs oluna bilər
16 mart 2024 19:18
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
Xəbər lenti
- Bakıda kanalizasiya daşdı, evlər su altında qaldı - Video
08 may 16:23
- Azərbaycanda yeni idman növü yaradıldı
08 may 12:50
- Prezidentlərin geniş tərkibdə görüş keçirilir (YENİLƏNİB)
08 may 12:25
- İşdən çıxarılan məşhur cərrah danışdı
08 may 10:22
- Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi (FOTO)
08 may 00:22
- Bolqarıstan Prezidenti Azərbaycandadır
07 may 20:42
- Putin and içdi - Video - Yenilənib
07 may 16:18
- Novruz Məmmədov vəzifəsindən azad edildi
07 may 15:58
- İlham Əliyevin Robert Fitso ilə geniş tərkibdə görüşü başlayıb
07 may 14:24
- Bakıda 41 yaşlı prokuror yol qəzasında vəfat etdi
07 may 14:18
- Allahverdi İsrafilov və qohum-əqrəbası BakI Dövlət Sirkini zəbt edib…
07 may 12:14
- Direktor cərrahı işdən çıxardı, cəzalandırıldı
07 may 11:42
- Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər (VİDEO)
07 may 08:55
- Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndim - ABŞ səfiri
07 may 02:11
- Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı- SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR
07 may 01:46
- Özbəkistanda ROBOT -POLISlər ilk dəfə küçəyə patrul xidmətinə çıxıb –VİDEO
07 may 01:30
- SSRİ xəritələrinə baxın: o ərazilər Azərbaycanındır - Tomas de Vaal
07 may 01:20
- Jurnalist Afət Telmanqızından sabiq səfirə SƏRT CAVAB- Satqın sözü sənə yaraşır
07 may 00:53
- Bakıda 17 min manata pişik satılır (VİDEO)
07 may 00:41
- 500 illik zavod görün hansı sirrin üstünü açdı
07 may 00:32
- Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
07 may 00:25
- Zakir Fərəcovla Gündüz Əliyevin 3 milyonluq yeyintisi - Prezidentə və Baş Prokurora DOSYE verildi
07 may 00:10
- Alimlər 2700 ildən çox yaşı olan Assuriya məbədinin sirrini açdı
04 may 22:25
- Şəkidə 59 yaşlı kişi iki nəfəri odlu silahla qətlə yetirdi
04 may 18:31
- İsa Qəmbər yenidən başqan seçildi - Yenilənib - Fotolar
04 may 17:23
- Tanışının qulağını dişlədi - Həbs olundu
04 may 13:39
- Adil Əliyevin ailəsinə ağır itki
04 may 12:01
- Bu gün İsa Qəmbər yenidən Müsavat başqanı ola bilər - Yenilənir
04 may 11:51
- Saqqallı tələbə QALMAQALI böyüdü- Təhsil eksperti od püskürdü -VİDEO
03 may 21:47
- Mircamal Həşimov yeni vəzifəyə TƏYİN OLUNDU
03 may 21:25
Video & Fotoqalereya
Video
Fotoqalereya