Adil Xudadatov Sumqayıtda niyə pul yığır? –SAHİBKARLAR ŞİKAYƏTÇİDİR
Xəbər verdiyimiz kimi, Sumqayıtda Dənizkənarı Bulvar və şəhərin əsas girişində abadlıq və yenidənqurma işləri həyata keçirən iş adamları ilə icra başçısı arasında qalmaqal davam edir. Belə ki, 12 milyon manat dəyəri olan layihənin icrası hələ 2016-cı ildə başa çatsa da, bu işlərə görə, indiyə qədər cəmi 4 milyon manat pul ödənilib. Yerdə qalan 8 milyon manat vəsaiti isə sahibkarlar 3 ildir Zakir Fərəcovdan ala bilmirlər.
JAMAZ.İNFO xəbər verir ki, tikinti işlərini həyata keçirən iş adamı məhz bu borc qalmaqalına görə həbs olunub və 3 ilə yaxın həbs həyatı yaşamalı olub. Daha doğrusu, Zakir Fərəcov ondan görülən işlərin pulunu tələb edən iş adamını həbs etdirərək, onu “gedər-gəlməzə” yola salmışdı. Lakin onlarla sahibkarın, 426 nəfərə yaxın fəhlənin haqqı hələ də ödənilməyib.
Qeyd edək ki, Zakir Fərəcovdan pullarını tələb edən sahibkarlar yenə də hədəyə məruz qalırlar. Bu barədə JAMAZ.İNFO-ya açıqlama verən iş adamları bildirmişdi ki, Sumqayıtın icra başçısı onlardan qalıq borcun 30 faizini tələb edir. Əks təqdirdə, həmin şəxsləri həbs etdirəcəyi ilə bağlı hədələməyə başlayıb. Bununla bağlı, Prezident Admnistrasiyasına müraciət edən sözügedən şəxslər onlardan dəstək istəyiblər. Admnistrasiyada onları qəbul edən rəsmilərin işə qarışmasından sonra Fərəcov bir qədər sakitləşsə də, problem hələ də aradan qaldırılmayıb.
Məsələ ilə bağlı saytımıza açıqlama verən iş adamları bildirirlər ki, onlar borc məsələsini çözmək məqsədi ilə yenidən Prezident Admnistrasiyasına üz tutublar. Və oradan bilridiblər ki, fevralın 10-da iş adamlarını rəsmi şəxslər qəbul edəcəklər.
Sahibkarların dediyinə görə, Zakir Fərəcov borcun qaytarılması məsələsini Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Adil Xudadatova tapşırıb. Şəhərin baş memarı da iş adamları ilə görüşərək, onlara söz verib ki, qısa zamanda borcların bağlanmasını təmin edəcək. Lakin iki aydan çoxdur ki, nə sahibkarlar, nə də fəhlələr ondan bir qəpik pul ala bilirlər. “Adil Xudadatov bizə deyir ki, Memarlıq və Tikinti Komitəsi onun səlahiyyətlərini əlindən alıb. Ona görə də, şəhərdən pul yığa bilmir. Bir gün deyir ki, işçilərimi göndərmişəm əraziyə pul yığmağa. Bir gün bəhanə edir ki, lazımı qədər pul yığa bilmir, əlində olanı da şəhərdəki işlərə sərf edir. Bizə maraqlıdır, Adil Xudadatov hansı səlahiyyət və hüququla pul yığır? Məgər bu qanunla qadağan olunmayıbmı? Memarlıq və Tikinti Komitəsi hara baxır ki, bu adam əhalidən, obyektlərdən pul yığır?”
İş adamları deyirlər ki, onlar halal haqlarını tələb edirlər və Xudadatovun hərəkətləri də məhz bəhanələrdən başqa bir şey deyil. “Biz Sumqayıt şəhərində abadlıq və yenidənqurma işləri görmüşük. Cibimizdən pul xərcləmişik ki, üzərimizə düşən öhdəliyi vaxtında yerinə yetirək. Amma Zakir Fərəcov bizim qanuni haqqımızı verməməklə yanaşı, işi Xudadatov kimi birinə tapşırıb. O da gündə bir bəhanə ilə bizi aldatmaqla məşğuldur. Bəs, bunca insanın pulunu kim verəcək və nə zaman verəcək? Üzərindən 3 il keçir və biz hələ də işçilərimizin yanında üzüqara vəziyyətdə qalmışıq”.
Maraqlı məqamlardan biri də odur ki, Adil Xudadatov Abşeronda da Zakir Fərəcovla birlikdə işləyib. Lakin həmin vaxt aralarında konflikt yarandığından, icra başçısı Xudadatovu işdən qovub. Sahibkarların iddiasına görə, hətta Fərəcov o qədər qəzəblənib ki, Adil Xudadatovu 15 sutkalıq həbs etdirib. Amma nə sirridirsə, sözügedən şəxs Sumqayıtda yenidən vəzifə aldı, özü də heç də kiçik olmayan bir posta sahibləndi. Bunun nədən qaynaqlandığını hələlik bilən yoxdur. Güman edilə bilər ki, Xudadatov sonradan Fərəcovun etimadını doğruldub və ona görə, şöbə müdiri olmağı bacarıb.
Məsələdə adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 2026 13:09
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 2026 21:04
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
9 fevral 2026 12:25
- Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - gizli səbəb
8 fevral 2026 13:24
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər VƏRƏM imiş
7 fevral 2026 11:25
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
4 fevral 2026 15:45
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 22:25
- Azərbaycanda kərə yağı istehsalı KƏSKİN azaldı
21 fevral 22:10
- Pezeşkiandan dünyaya meydan oxuyan bəyanat: Bütün dünya birləşsə də, təslim olmayacağıq
21 fevral 19:38
- Nazir Çelsi Baxşıyeva ilə gündəmə gələn Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ
21 fevral 17:41
- Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı
21 fevral 17:21
- Gələn həftə Novruzun ilk çərşənbəsi qeyd ediləcək
21 fevral 17:11
- Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 fevral 14:22
- Prezidentdən Naxçıvanla bağlı sərəncam: Bir neçə quruma göstəriş verildi
21 fevral 13:52
- Bir ildə ölkədə neçə uşaq doğulub?
20 fevral 19:05
- Azərbaycanda yeni büdcə təşkilatları yaradıldı (FƏRMAN)
20 fevral 18:51
- Küçədə elektron siqaret çəkənlər bu qədər cərimələnəcək
20 fevral 14:32
- Prezidentin ABŞ səfəri başa çatdı
20 fevral 14:25
- Vardanyana hökm oxundu - 20 il həbs
17 fevral 14:07
- İlham Əliyev Si Szinpinə məktub göndərdi
17 fevral 13:55
- Sənədsiz evi olanların nəzərinə: 15 günə çıxarış almaq mümkün olacaq
17 fevral 13:50
- TƏBİB-in sədr əvəzi: Kadr dəyişiklikləri olacaq
17 fevral 13:34
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 15:54
- Vüqar Qurbanov vəzifəsindən azad edildi (YENİLƏNİB)
16 fevral 15:30
- Japarov 3 naziri istefaya göndərdi
16 fevral 11:46
- İlham Əliyev Litva Prezidentini təbrik etdi
16 fevral 11:22
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 13:09
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 11:53
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 11:34
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 13:39
- Göstərir Bakı! - 70 yaşında
14 fevral 12:55
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 12:27
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
