Bir gün Prezident mübarək əlini çiyninizdən çəkəcək, yoldaş Fərəcov
Bir gün Prezident mübarək əlini çiyninizdən çəkəcək…
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliyi hara baxır ?
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin 16 il birgə çalışdığı dövlət başçısı İlham Əliyev haqqında qələmə aldığı müşahidələrində mühüm bir məqam var.
Mehdiyev qeyd edir ki, İlham Əliyev qətiyyətli olduğu qədər də çox təmkinli, səbrli insandır.
Bəli, cənab Prezident çox təmkinli insandır. Ancaq bu təmkinin və səbrin bir sonu olur, cənab Zakir Fərəcov !
Bunu keçmiş MTN naziri Eldar Mahmudovun, hazırda həbsxanada olan MTN generallarının, digər sabiq nazirlərin, komitə sədrlərinin, hazırda məhkum həyatı yaşayan icra başçılarının timsalında görmək olar.
Bəzi iri məmurlar Prezidentin təmkinli, səbrli olmasına arxayın olub qırmızı xətti keçirlər və sonda haqlı cəzalarını alırlar. Hətta bəzi məmurlar ölkə başçısının güclü əlini öz çiyinlərində hiss edib özlərini az qala prezident hesab edirlər. Amma bir gün cənab Prezident öz mübarək əlini həmin məmurların çiyinlərindən çəkir və…məmurlar sanki vaakuma düşür.
Son vaxtlar həbs olunan iri məmurların həbs olunma anını gözünüzün önünə gətirin.
Mən bu aqibəti heç bir məmura, o cümlədən sizə arzulamıram, cənab Zakir Fərəcov !
Amma sizlər də insanlara zülm yaşatmayın. Sumqayıtın quruculuğu və abadlığı ilə bağlı iş adamlarının, fəhlələrin, tikinti işçilərinin neçə ildir vermədiyin halal pullarını niyə vermirsən, yoldaş Fərəcov ?
Fərəcov, haqqını vermədiyin yüzlərlə insanın günahı nə idi ?
Axı həmin insanlar gecə-gündüz çalışıb sənin üzünü Prezidentin yanında ağ eləmişdilər. Budur onların cavabı ?
Milyonlarla vəsaiti necə mənimsəyə bilərsən, cənab başçı ?
İş adamlarına hədə-qorxu gəlməyin, həbs etdirməyin, ailələri gözüyaşlı qoymağın, evlər yıxmağın bir gün sonu olacaq.
Bir gün cənab Prezident mübarək əlini sizin kimi məmurların çiynindən çəkəcək.
Axı, prezident ölkəni və cəmiyyəti hədə-qorxu, həbslərlə yox, bir insanın da burnu qanamadan xilas etmək istəyir. Ona görə də ciddi islahatlara start verib, hər sahədə mühüm qanunların qəbuluna çalışır.
Ölkədəki tikinti xaosuna, bu sahədə məmur özbaşınalığına, rüşvət və korrupsiyaya son qoymaq, eyni zamanda şəhərsalma fəaliyətinə dövlət nəzarətini gücləndirmək üçün Prezident İlham Əliyev cənabları Fərman imzaladı. Bu Fərmana əsasən tikinti sahəsindəki bir çox funksiyalar Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verildi. Sonradan əlavə tədbirlər görüldü. Və icra hakimiyyətlərinin tikinti ilə bağlı bir sıra səlahiyyətləri ləğv edildi. Sanki bunların Sumqayıta heç bir dəxli yoxdur. Əgər dəxli olsaydı Sumqayıt şəhər icra hakimiyyətinin memarlı və tikinti şöbəsinin müdiri, Allah qoymasa, şəhərin baş memarı Xudadatov Adil Şirindil oğlu Zakir Fərəcovun adından iş adamlarını aldatmazdı. Guya iş adamlarına olan külli miqdarda, milyonlarla borcu Xudadatov qaytaracaq. O, isə hər dəfə borc sahiblərinə deyir ki, iş adamlarından pul yığım qaytaracam. Axı, baş memar Xudadatov hansı səlahiyyətlə şəhərdəki iş adamlarından, biznesmenlərdən pul yığır ? Görəsən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliyi hara baxır ? Ümid edirik ki, yaxın günlərdə Komitə lazımi tədbir görəcək.
Yeri gəlmişkən, Adil Xudadatovla bağlı iş adamları hər gün hüquq-mühafizə orqanlarına, Baş prokurorluğa şikayət edirlər. Amma onların səsini eşidən olmur. Bəlkə, Adil Xudadatovun toxunulmzalıq statusu var, xəbərimiz yoxdur.
Görünür, Xudadatov sizə çox arxayındır, cənab Fərəcov. Bu arxayınçılığın və yaxınlığın səbəbi nədir görəsən ?
Bəlkə bu barədə bəhs edək ? Axı, eldən ayıbdır...Nə isə..
Yeri gəlmişkən, Sumqayıtda Dənizkənarı Bulvar və şəhərin əsas girişində abadlıq və yenidənqurma işləri həyata keçirən və 8 milyon manat pullarını ala bilməyən iş adamları Prezident Adminstarsiyasında qəbulda olublar. İş adamlarına fevralın 10-dək haqlı tələblərinin yerinə yetiriləcəyi ilə bağlı söz verilib.
Gözləyək, görək, yoldaş Fərəcov bu dəfə hansı addımı atacaq.
- Pezeşkiandan dünyaya meydan oxuyan bəyanat: Bütün dünya birləşsə də, təslim olmayacağıq
21 fevral 2026 19:39
- Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 fevral 2026 14:22
- Prezidentdən Naxçıvanla bağlı sərəncam: Bir neçə quruma göstəriş verildi
21 fevral 2026 13:52
- Azərbaycanda yeni büdcə təşkilatları yaradıldı (FƏRMAN)
20 fevral 2026 18:51
- İlham Əliyev Litva Prezidentini təbrik etdi
16 fevral 2026 11:22
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 2026 13:09
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 2026 13:39
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- Bakının mərkəzində minlərlə ev söküləcək: Böyük parklar salınacaq (VİDEO)
22 fevral 11:11
- Dünyada ən çox uşaq doğan QADIN - FOTO
22 fevral 10:59
- Şamaxıda zəlzələ oldu
22 fevral 10:47
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 22:25
- Azərbaycanda kərə yağı istehsalı KƏSKİN azaldı
21 fevral 22:10
- Pezeşkiandan dünyaya meydan oxuyan bəyanat: Bütün dünya birləşsə də, təslim olmayacağıq
21 fevral 19:38
- Nazir Çelsi Baxşıyeva ilə gündəmə gələn Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ
21 fevral 17:41
- Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı
21 fevral 17:21
- Gələn həftə Novruzun ilk çərşənbəsi qeyd ediləcək
21 fevral 17:11
- Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 fevral 14:22
- Prezidentdən Naxçıvanla bağlı sərəncam: Bir neçə quruma göstəriş verildi
21 fevral 13:52
- Bir ildə ölkədə neçə uşaq doğulub?
20 fevral 19:05
- Azərbaycanda yeni büdcə təşkilatları yaradıldı (FƏRMAN)
20 fevral 18:51
- Küçədə elektron siqaret çəkənlər bu qədər cərimələnəcək
20 fevral 14:32
- Prezidentin ABŞ səfəri başa çatdı
20 fevral 14:25
- Vardanyana hökm oxundu - 20 il həbs
17 fevral 14:07
- İlham Əliyev Si Szinpinə məktub göndərdi
17 fevral 13:55
- Sənədsiz evi olanların nəzərinə: 15 günə çıxarış almaq mümkün olacaq
17 fevral 13:50
- TƏBİB-in sədr əvəzi: Kadr dəyişiklikləri olacaq
17 fevral 13:34
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 15:54
- Vüqar Qurbanov vəzifəsindən azad edildi (YENİLƏNİB)
16 fevral 15:30
- Japarov 3 naziri istefaya göndərdi
16 fevral 11:46
- İlham Əliyev Litva Prezidentini təbrik etdi
16 fevral 11:22
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 13:09
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 11:53
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 11:34
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 13:39
- Göstərir Bakı! - 70 yaşında
14 fevral 12:55
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 12:27
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
