Vəsilə Abulova əxlaqlı təbliğat-təşviqat aparan xanım namizəddir
Qadınlar zərif varlıq olsalar da, onlar daim yaşadığımız cəmiyyətdə müstəsna rola malik olublar. Belə ki, bugünə kimi ölkəmizin ictimai-siyasi həyatında xüsusi rol oynayan Azərbaycan qadını, məhz yenə də bu yöndə fəaliyyətini davam etdirməkdədir. Hər kəs açıq-aşkar şəkildə təsdiq edə bilər ki, Azərbaycan Respublikası dövlət müstəqilliyini əldə etdikdən sonra, qadınlar dövlət quruculuğu proseslərində və dövlətimizin siyasi–iqtisadi qüdrətinin, beynəlxalq nüfuzunun artırılmasında və s. əvəzsiz rol oynadılar. Bu da bir faktdır ki, hal-hazırda qadınlar ölkəmizin səhiyyə, təhsil, mədəniyyət və s. kimi sahələrində daha çox çalışırlar və üzərinə düşən vəzifələri dolğun şəkildə də yerinə yetirirlər. Bəli, onu da qeyd edək ki, bu gün Azərbaycan qadını bəzi sahələrdə fiziki işlərin yerinə yetirilməsi ilə də məşğul olurlar və hər zamman yenilməzlik nümayiş etdirməklə, açıq-aşkar şəkildə nəyə qabil olduqlarını ortaya qoymağı da bacarırlar. Belə bir səbəblər üzündəndir ki, hal-hazırda tam əksəriyyət Azərbaycan qadınını məğrur, qəhrəman, yenilməz bir obrazda görürlər. Yəni, bu da o deməkdir ki, respublikamızda qadın azadlığına, qadın hüququna, şərəf və ləyaqətinin müdafiə olunmasına olduqca önəm verilir. Ona görə də hər kəs qadın adına, qadın ləyaqətinə hörmətlə yanaşmalı, onu lazımınca qiymətləndirməyi də bacarmalıdır. Bu belə olmalı olduğu halda sual oluna bilər ki, görəsən hər kəs Azərbaycan qadınına qarşı belə bir yanaşmanı ortaya qoymağı bacarırmı? Əsla, yox! Çünki, son günlər tərəfimizdən aparığımız araşdırmalar və ümumi müşahidələrimiz zamanı tam şəkildə bunun əksini gördük.
Yəqin ki, o da tam əksəriyyətə bəllidir ki, ölkəmizdə həyata keçirilən islahatların nəticəsi olaraq 09 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin keçirilməsi qərara alındı. Belə bir qərardan sonra Azərbaycan Dəmir Yolları QSC-i, Maliyyə idarəsi rəisinin müavini vəzifəsini daşıyan Vəsilə Çapay qızı Abulova da, keçiriləcək parlament seçkilərində iştirak etmək üçün namizədliyini 99 saylı Şəmkir kənd seçki dairəsindən irəli sürdü və qanunamüvafiq qaydada onun namizədliyi qeydə alındı. Qeyd olunası halın varlığı odur ki, həm çalışdığı sahədə, həm də ictimai-siyasi həyatda öz fəallığı ilə seçilən Vəsilə xanım Abulova, çox keçmədi ki, namizədliyi qeydə alınmış seçki dairəsi ərazisində hədsiz dərəcədə nüfuz sahibi oldu. Adicə bir faktı deyək ki, rayonun kənd və qəsəbələrində, iri yaşayış məntəqələrində seçicilərlə adı çəkilən xanımın görüşü zamanı böyük izdiham yaşanmaqdadır. Bütün bunlara da səbəb, 99 saylı Şəmkir kənd seçki dairəsindən namizədliyi qeydə alınmış Vəsilə xanımın sadə xarakterə malik olması, hər kəsə qarşı həssaslıq nümayiş etdirməsi, seçiciləri maraqlandıran məsələ və problemlərə məntiqlə, faktlara əsaslanmaqla cavab verməsi olur. Belə bir göstəriciləri özündə cəmləşdirən, qısa müddət ərzində seçici etimadını qazanan Vəsilə xanım Abulovanın bugünkü reytinqi olduqca yüksəkdir və 9 fevral günü qələbəsi də qaçılmazdır. Əslində, ali qanunverici orqanda kifayət qədər hazırlığa, lazımi göstəriciləri özündə cəmləşdirən şəxslər olmalıdır ki, ən ümdə məsələlərimizin həllinə qısa zaman kəsiyində nail ola bilək.
Düşündürücü hal odur ki, bu gün Vəsilə xanım Abulova 99 saylı Şəmkir kənd seçki dairəsi ərazisində uğurlu təbliğat-təşviqat kompaniyasını həyata keçirməkdədir. Atdığı hər bir addımın, seçicilərlə keçirdiyi hər bir görüşün olduqca uğurlu alınmasına əsas səbəb, məhz bu xanımın öz rəqiblərinə, rəqiblərini təbliğ edən hər kəsə qarşı əxlaqlı kompaniya aparmasıdır. Yəni, bir kimsə deyə bilməz ki, təbliğat–təşviqat kompaniyasının keçirildiyi ötən günlər ərzində o, hansısa şəxsə qarşı “qara piar” kompaniyasından istifadə edib. Vəsilə xanımın əxlaqlı kompaniya aparmasına baxmayaraq, bu gün onun uğuruna sevinməyənlər də var. Belə ki, hal-hazırda sosial şəbəkələrdə bu xanımın adı ətrafında xoşagəlməz məlumatlar yayanlar da tapılır. Həmin şəxslər isə heç bir halda düşünmürlər ki, fakta söykənməyən, əsası olmayan məlumatlar nə uzağa gedər, nə də ki, əsaslı uğura kölgə sala bilər. Yəni, onu dərk etmək lazımdır ki, Vəsilə xanım millət vəkili olmaq üçün lazımi kriteriyaları özündə cəmləşdirən bir şəxsdir. Ona görə də düşünürük ki, əxlaqlı təbliğat-təşviqat kompaniyası aparan, elmi cəhətdən hazırlıqlı olan, insanlarla ünsiyyət qurmağı bacaran, ən əsası öz qabiliyyəti ilə seçici etimadını qazanan bu xanıma qarşı əxlaqlı davranmaq lazımdır. Ən əsası, o, bir Azərbaycan qadınıdır, millət vəkili olmaq üçün iddiasını ortaya qoyan xanımdır. Yəqin ki, əxlaqı olan hər kəs Vəsilə xanıma qarşı formalaşdırmaq istədiyi çirkin oyun qaydalarından əl çəkib, sivil mübarizə yolunu seçəcək. Məsələnin təəssüf və təəccüb doğuran tərəfi odur ki, adı çəkilən namizədə qarşı düzülüb-qoşulan çirkli oyun qaydalarında, bəzən baş rollarda hansısa KİV nümayəndəsi durur. Bu da o deməkdir ki, həmin media mənsubları hansısa “çirkli pullar”ın “qurbanı”na çevriliblər. Odur ki, bir qədər düşünmək, bir qədər də götür-qoy etmək gərəkdir. Yoxsa, …Millimeclisxeber.az






- Ağdama daha 90 ailə köçürüldü
5 mart 2026 14:55
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- İlham Əliyevin Efiopiyanın Baş naziri ilə təkbətək görüşü oldu
27 fevral 2026 11:10
- Kəlbəcərə, Xocavəndə və Horovluya 100-dən çox ailə köçürüldü
27 fevral 2026 11:04
- Xocalı Soyqırımı Memorialının açılışından - Fotolar
26 fevral 2026 22:18
- Prezident və birinci xanım Xocalı Soyqırımı Memorialının açılışında iştirak etdi
26 fevral 2026 13:36
- Prezident ailə üzvləri ilə Xocavənd və Xocalıya səfər edib
25 fevral 2026 18:53
- Horovluya növbəti köç karvanı yola salındı
25 fevral 2026 10:59
- Nəriman Həsənzadəyə Heydər Əliyev ordeni təqdim olundu - Fotolar
24 fevral 2026 16:11
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
- Xameneinin öldürüldüyü təsdiqləndi (RƏSMİ)
01 mart 13:43
- İranda qızlar məktəbinə qanlı zərbə: Minabda 40 şagird öldü, 48-i yaralandı
28 fevral 16:17
