Mingəçevirdə hazırlanan SEÇKİ ŞOUSU - Prezidentə MÜRACİƏT

47 saylı Mingəçevir seçki dairəsindən deputatlığa namizəd, DİA.AZ saytının baş redaktoru Məhəmməd (Ərsoy) Zamanov Prezident İlham Əliyevə növbəti müraciətini ünvanlayıb. Namizədin müraciətində deyilir:
"Cənab Prezident!
Sizin bu gün ölkə miqyasında uğurla həyata keçirdiyiniz islahatlara - inqilabi dəyişikliklərə Mingəçevir şəhərində kölgə salmağa çalışanlar var. Daha dəqiqi bu niyyətlə yola çıxıb, özlərinin ənənəvi metodları ilə əslində qaragüruhçu xarakterlərini ortaya qoyanlar var.
Kimdir onlar? Onlar həmin şəxslərdir ki, bu gün Sizin yeniləşmə siyasətinizə ayaq uydura bilmədiklərindən əvvəlki antiXALQ keyfiyyətlərinə söykənərək 9 fevral tarixinə təxribatlar hazırlayırlar.
Cənab Prezident!
Bu gün həm Sizə çatdırılan məlumatlar, həm də ölkə mediasında yer alan xəbərlərdən də rahatlıqla müəyyən etmək olur ki, əvvəlki parlamentin heyətində 3 dəfə yer almış Aydın Mirzəzadə Mingəçevir camaatının nifrət və qəzəbinin hədəfi olmaqla yanaşı, həm də ümumi dövlət maraqlarımızı belə təhlükə altında qoymaqdadır.
Cənab Prezident! Mən deputatlığa namizəd olaraq Sizə güvənərək bu gün Mingəçevir sakinləri ilə əl-ələ verərək şəhərimizdə gözəl və böyük işlərin uğurlu təməlini atmaqdayam. Bu yolda tək güvənim Sizsiniz! Sizə güvənirəm, Sizin siyasətinizə arxalanıram və inanıram ki, Siz biz millətsevər-dövlətçi gənclərin öz şəhərlərinin inkişafında iştirak istəyinin gerçəkləşməsinə qarşı olan bütün süni maneələrin aradan qaldırılmasında əsas təminatçı olaraq çıxış edəcəksiniz.
Cənab Prezident! Yuxarıda da qeyd etdiyim kimi, bu gün Mingəçevirdə hələ də köhnə xislətinə söykənib 9 fevral seçkilərinin mahiyyətinə kölgə salmaq istəyənlər var. Bu gün Mingəçevirdə Aydın Mirzəzadənin bşçılığı altında idarə və müəssisələrdə çalışanlar rəsmən təhdid olunur, köhnəliyin qalıqlarının mahiyyətinə uyğun olaraq insanlarımız iş yerlərini itirmə qorxusu ilə növbəti saxtakarlığa hazırlanır.
Bu gün Aydın Mirzəzadənin də aid olduğu şər şəbəkəsi məhz Sizin başlatdığınız inqilabi yeniləşmə siyasətinə xələl gətirən bir plan üzərində iş aparır. Məqsədləri camaatın yox, onların iradəsinin təntənəsidir. Onlar hətta ayrı-ayrı rəqib deputatlığa namizədlərin yaxınlarına, komanda üzvlərinə qarşı də bir iyrənc təxribat planı hazırlamaqdadırlar.
Cənab Prezident! Biz Sizə inanırıq və biz sabah Sizin mübarək əmrinizlə vətənimizin keşiyində dayanacaq, Qarabağımızın azadlığı uğrunda savaşacaq vətən oğullarıyıq! Sizdən xahiş edirik: Mingəçevir camaatının ümidlərinin birdəfəlik olaraq gömülməsinə imkan verməyin. Bir cəmiyyətdə ki, ümidlər ölür, həmin cəmiyyət heç bir zaman faydalı ola bilmir.
Öncədən təşəkkür edirəm. Tanrı Sizi hər zaman uca tutsun!"
- 8 yaşlı Narinin QƏTLİNDƏ YENİ DETAL - istintaqın gedişatını dəyişə bilər
29 iyun 2025 15:27
- Prezident Mingəçevirdə Çin şirkətinin rəhbərini qəbul etdi
24 iyun 2025 23:53
- Mehriban xanım Prezidentə -bu qızın gözləri gözəldir - dedi... - Video
24 iyun 2025 09:05
- Cəmi 20 qəpiyə damarlarınızı təmizləyin-MÖCÜZƏ SU
15 iyun 2025 00:38
- Deputat ölkəyə gəmilərlə gətrilən QAÇAQMAL SİQARET-dən danışdı
14 iyun 2025 00:17
- Milli Məclis Prezident və Birinci vitse-prezidentə məktub ünvanladı
13 iyun 2025 11:55
- İlham Əliyev iclas iştirakçılarına müraciət etdi
12 iyun 2025 11:05
- Atam əməliyyatdan sağ çıxmayacağını bilirdi, mənə dedi ki… – Mikayıl Mirzənin oğlu – ÖZƏL
9 iyun 2025 12:35
- Mikayıl Müşfiqin həbsinin və güllələnməsinin gizlinləri - Üzünə duranların SİYAHISI
7 iyun 2025 10:45
- Tetçerin Elçibəylə danışıqlardan narazı qalması uydurmadır –SOCAR-ın sabiq prezidenti Sabit Bağırov /MÜSAHİBƏ
7 iyun 2025 01:43
- Prezident Xankəndidə qonaqları qarşıladı
04 iyul 14:08
- Ərdoğan Azərbaycana GƏLDİ
04 iyul 13:56
- Sibir manyakı - ovçu tayqada insanları ovlayıb, qadınları qaçırıb aylarla saxlayıb
04 iyul 12:42
- Bakıda yenə yol çökdü - Cümşüd Cümşüdlünün faciəsi təkrarlana bilər..
04 iyul 12:14
- Pezeşkian Xankəndiyə GƏLDİ
04 iyul 10:19
- Emoməli Rəhmon Füzulidədir - Yenilənib
04 iyul 10:00
- SEVGİ ilə VƏRDİŞİ necə FƏRQLƏNDİRMƏK ? 3 əlamət
04 iyul 09:51
- Rusiya Əfqanıstan İslam Əmirliyini tanıyan ilk ölkə oldu
04 iyul 09:42
- DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir ?
04 iyul 09:31
- GÜNAY Qurbanova YENİDƏN Avropa çempionu olub
04 iyul 02:13
- Məktəbdən çıxan müəllimənin başına torba keçirib QAÇIRANLAR ...
04 iyul 02:01
- Parlamentin qarşısında EŞŞƏKLƏRLƏ ETİRAZ MİTİNQİ
03 iyul 23:01
- Xankəndidən Şuşaya kanatla gedəcəyik- 13 dəqiqəyə...
03 iyul 21:38
- Ukrayna Rusiya Hərbi Dəniz Donanması baş komandanının müavinini məhv etdi
03 iyul 19:59
- Gürcü bədənində rus başı formalaşdırmaq xülyası – Rus şovinizmi və gürcülər...
03 iyul 19:40
- Adil Kərimli mənə dedi: Ya Xalq Artisti, ya da Prezident təqaüdü, hansını istəyirsən ?
03 iyul 14:27
- Ərdoğan sabah Xankəndiyə gələcək
03 iyul 14:14
- Erməni parlamentində Rusiya üstündə DAVA – Butulka ilə VURDU
03 iyul 13:14
- Prezident bu yolun açılışını ETDİ
03 iyul 11:58
- Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
03 iyul 11:48
- Koroğlu körpüsündə çat yaranıb? - RƏSMİ AÇIQLAMA
03 iyul 11:23
- Bakıda 14-cü mərtəbədən yıxılan qız SAĞ QALDI
03 iyul 10:40
- Azərbaycanla münasibətlərimiz strateji müttəfiqlik xarakteri daşıyır - Rusiya XİN
03 iyul 10:31
- Japarov da Xankəndiyə gəlir
03 iyul 10:18
- Mələkxanım Eyubovanın həyat yoldaşı - FOTO
03 iyul 09:46
- Bir AĞAC bir İLDƏ 22 kq KARBON-CO2 UDUR və....
03 iyul 02:16
- Azərbaycanın deputatı -Özbəkistanın mədəniyyət elçisi- medalı ilə təltif edilib
03 iyul 02:06
- Seyid Əzim Şirvaninin 190 illiyi qeyd olundu – Gənclər Kitabxanasında
03 iyul 01:15
- Azərbaycan güləşçisi Avropa çempionu olub
03 iyul 00:46
- Araz Ağalarov barəsində icraat başladıldı
02 iyul 23:12