"İsgəndər Həmidov komadadır, vəziyyəti ağırdır"
Region4 fevral 2020 10:39
"Hazırda İsgəndər Həmidovun müalicəsi MKX-in reanimasiya şöbəsində intensiv şəkildə davam etdirilir. O komadadır, vəziyyəti ağırdır, süni ventilyasiya aparatına qoşulub".
Qaynarifo xəbər verir ki bu sözləri professor Adil Qeybulla Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidovun kritik durumu haqqında məlumat verərkən deyib.
"Bu ilin 24 yanvarında, təxminən saat 17.00 radələrində bayır gəzintisi zamanı İsgəndər bəyin halı qəflətən pisləşmiş, huşunu itirib yıxılmışdır. Yanındakı qohumu Kamran Şərifov mənə dərhal zəng vurub bu barədə bildirdi, qərarlaşdıq ki, onu tez xəstəxanaya çatdırsın. 20 dəqiqə müddətində İsgəndər bəyi «City Hospital»a çatdırdılar. Kamran bəy mənə bildirdi ki, huşu gedəndən təxminən 5-7 dəq sonra özünə gəldi və qusmağa başladı və yenidən huşsuz vəziyyətə düşdü. Xatırladım ki, daxil olmazdan 5 gün öncə ciddi soyuqdəymə (kəskin respirator xəstəlik) diaqnozu ilə «City» Hospitalda 3 gün intensiv müalicə almışdı, vəziyyəti nisbətən yaxşılaşmışdı.
Klinikaya daxil olarkən huşsuz vəziyyətdə idi, dəri və selik qişaları kəskin avazımışdı, əl-ayaqları soyuq idi, qıcıqlara reaksiyası zəif idi, tənəffüsü səthi, xırıltılı idi.
Dərhal reanimasiya tədbirlərinə başladıq. Xəstəyə venoz kateter qoyuldu, monitora qoşuldu: nəbzi tezləşmiş və zəifləmişdi, dəq 120 vurğu/dəqiqə idi, Arterial təzyiqi ~110/60 idi, saturasiya pO2 = 55-60% idi. Qan təhlili leykositlərin kəskin artımını (30x103/µL) göstərdi.
Xəstəyə intensiv infuzion müalicə tədbirləri aparıldı, bronxlar sanasiya olundu, bundan sonra huşu qismən bərpa olunan kimi psixo-motor oyanıqlıq müşahidə olundu. Vəziyyəti stabilləşdirmək və saturasiyanı təmin etmək üçün xəstə süni tənəffüsə köçürüldü.
İlkin olaraq xəstəyə «Aorto-koronar şuntlama əməliyyatından sonrakı vəziyyət. Beyin qan dövranının pozulması. İkitərəfli pnevmoniya ilə ağırlaşmış kəskin respirator xəstəlik. Septik şok» diaqnozu qoyuldu.
Sonrakı müayinə və müalicə tədbirləri üçün bir neçə saatdan sonra xəstənin Mərkəzi klinik xəstəxanaya (MKX) köçürülməsi qərara alındı. Aparılan sonrakı müayinələr (Baş beynin MRT-si, Baş beyin, döş qəfəsi, qarın və çanaq boşluğu orqanlarının kompyüter tomoqrafiyası) nəticəsində xəstədə beyində qanama, işemik insult, ikitərəfli virus pnevmoniyası, kreatinin yüksəlməsi müəyyən edilmişdir".
Adil Qeybulla İsgəndər Həmidovun Son klinik diaqnozunu bu cür açıqlayıb.
Son klinik diaqnoz: «Aorto-koronar şuntlama əməliyyatından sonrakı vəziyyət. Beyin qan dövranının pozulması. İkitərəfli pnevmoniya ilə ağırlaşmış kəskin respirator xəstəlik. Septik şok. Baş beynin sağ hissəsində arxa birləşdirici arteriyada 6x4.5 mm ölçülərdə kisəvarı anevrizma. Anevrizmanın (subaraxnoid) qanaması. Sağ beyin yarımkürəsində gickah-alın-təpə nahiyələrində geniş yarımkəskin işemik insult sahələri. Xroniki böyrək çatmazlığı».
Həkim bildirib ki, hazırda İsgəndər Həmidovun müalicəsi MKX-in reanimasiya şöbəsində intensiv şəkildə davam etdirilir. O komadadır, vəziyyəti ağırdır, süni ventilyasiya aparatına qoşulub.Türkiyədəki müalicə həkimləri ilə intensiv danışıqlar gedir.
Allah şəfa versin!
Oxşar xəbərlər
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
9 fevral 2026 12:25
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
8 fevral 2026 22:24
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər VƏRƏM imiş
7 fevral 2026 11:25
- Heydər Əliyev: Durun çıxın gedin !, – deyərək, hamını otaqdan qovdu - Hidayət Orucov
30 yanvar 2026 15:18
- Vaqif Səmədoğlunun xanımı: Mən istəmədim ki, övladımız olsun
28 yanvar 2026 13:01
- Ramiz Mehdiyev -Elmira Axundova tandeminin adı keçən 8 milyonluq qalmaqal
12 yanvar 2026 19:04
- Ağdərədə mina partladı: Xəsarət alan var
11 yanvar 2026 15:01
- Əliağa Vahid ölü yiyələrindən niyə küsmüşdü? – Qızından atası ilə bağlı maraqlı xatirə
11 yanvar 2026 12:42
- İllərlə edilən səhvlərin nəticəsi: Bakı boğulur - Çıxış yolu var?
10 yanvar 2026 13:09
Xəbər lenti
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
- Fevralın 9 və 10-u bayramdır
09 fevral 11:08
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
09 fevral 10:56
- Qarabağ qazisi vəfat etdi
09 fevral 10:47
- Çay içməyə vaxtım yoxdur - Zelenski
09 fevral 00:08
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
08 fevral 22:24
- Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - gizli səbəb
08 fevral 13:24
- Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə...
08 fevral 12:25
- O, Ali Baş Komandanın əmrini gözləmədi
07 fevral 14:12
- Papa dəvət etdi - Şeyx Vatikana gedir
07 fevral 13:28
- Mübariz İbrahimovun doğum günüdür
07 fevral 11:30
Video & Fotoqalereya
Video
Fotoqalereya
