Gəncə Təhsil İdarəsi odun almır, təhcizat məsələləri başqa qurunun səlahiyyiyyətinə aiddir
Son vaxtlar ölkədə yalan və böhtan xarakterli yazilarin sayı artıb.
Bu kimi tələblər onu göstərir ki, müxalifət mətbuatı peşəkar jurnalist böhranı keçirir. Çünki peşəkar jurnalistlər yalnız fakta, etik normalara və obyektivliyə əsaslanırlar və bu səbəbdən də, yazanda sanballı məqalə yazırlar. Məlum olduğu kimi, müasir jurnalistikanın əsas problemlərindən biri operativlik və obyektivlik arasında seçim etmə üsuludur.
Əsil jurnalistlər hər hansı informasiya daxil olduqda onu tam dəqiqləşdirməmiş, tərəflərin və ekspertlərin fikrini öyrənməmiş və konkret fakt əldə etməmiş yazı yazmırlar və operativliyi obyektivliyə qurban verməkdən çəkinmirlər. Çünki düzgünlüyü aydınlaşdırılmamış operativ məlumatdansa, obyektivliyi təsdiq olunmuş gecikmiş informasiya daha üstündür.
Qeyri-peşəkarlar isə, hətta şayiələri, dezonformasiyaları və sifarişli şantajları belə ucuz sensasiya xatirinə tələsik yayımlamaqla məşğuldurlar. Nədən ki, bu "jurnalistlər" müasir jurnalistika texnologiyaları haqda təlim və ya təcrübə keçməyiblər, ona görə də informasiyanın necə alınması, hansı mənbələrdən təsdiqlənməsi, faktların hansı yolla əldə edilməsi, tərəflərin mövqelərinin verilməsi, ekspert fikrinin alınması və s. bu kimi jurnalistika texnologiyalarından xəbərsizdirlər.
Bu gün müxalifət mətbuatında çalışanların əksəriyyəti də məhz elə bu cür jurnalistlərdir. Ona görə də, bu qəzetlərin səhifələrində tirajlanan yazıların faktoloji yükü az olur, jurnalist neytrallığı kənara qoyulur, obyektivlik isə hiss olunmur. Əksinə, yazının elə ilk cümlələrindən qərəzlilik, subyektivlik və fakta əsaslanmamaq hiss olunur.
Azerinfo.tv bildirir ki, dünən Gəncə Şəhər Təhsil Təhsil İdarəsi və onun müdiri Zakir Hüseynov baradə bir çox saytlarda həqiqətə uyğun olmayan yazılar gedib.
Bu cızmaqaralarda yazırlar ki, guya 16 yanvar 2019 cu ildə Gəncə Şəhər Təhsil İdarəsinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi Dövlət büdcəsindən əsassız olaraq pul silinməsi edibdir. Adı çəkilən maliyyə hesablaşma mərkəzi “Doğranmış odun və ya istifadəyə yararsız taxta parçaları”na 289 min 690.0 manat (iki yüz səksən doqquz min altı yüz doxsan manat) pul ayırması haqqında rəsmi sənədi imzalayıb, pulu götürüb və silib.
Əvvala, bu saytlardan heç biri Gəncə Təhsil İdarəsi ilə əlaqə saxlayıb qarşı tərəfin mövqeyin öyrənməyib.
Öyrənsəydilər bilərdilər ki, Gəncə qazlaşdırılıb və oduna heç bir ehtiyacı yoxdur ki, bundan da kimsə istifadə edə pul silə.
İkinci bir tərəfdən və ən əsası odur ki, 2016-cı il , fevralın 2-dən Təhsil Nazirliyinin sərəncamı ilə regionlarda Maliyyə Hesablama Mərkəzləri yaradılmışdır.
O cümlədən Gəncədə.
Bütün maliyyə, təmir-tikinti, təhcizat məsələləri ilə bağlı səlahiyyət məhz regionlardakı Maliyyə Hesablama Mərkəzlərinə verilib.
Gəncədə də həmçinin. Yerli təhsil şöbələri yalnız yerli büdcədən maıliyyələşir(bura əmək haqqları, aparata aid olan xərclər daxildir).
Yerli rayon təhsil şıbəsinin Ərazi Maliyyə Hesablaşma Mərkəzlərinin büdcələrinə heç bir aidiyyatı və səlahiyyatı yoxdur.
Bu anlamaq üçün təhsil sisteminmdən bir balaca başıç çıxmalı, anlayışın olmalıdır.
Həbs olunan icra başçılarından yazıb söhbəti Zakir Hüseynovun üstünə gətirmək, olmayan şeyi yazmağın bir adı var-şantaj.
Qaldı ki, Zakir Hüseynovun institutda dərs deməyi, bu da qanuni əsaslarladır və Təhsil Nazirliyinin razılığı var.
Sonda bir daha qeyd edək ki, normal media ictimai rəyə ciddi təsir edən, dövlət siyasətini ictimai müzakirəyə çıxaran, cəmiyyəti informasiya ilə təmin edən, maariflənməyə xidmət edən, insanların mədəni istirahətini təmin edən bir ictimai institutdur. Bu funksiyalarını yerinə yetirməsi üçün mediaya, jurnalistlərə azadlıq verilməlidir. Lakin bu azadlığın hansısa çərçivələr daxilində olub-olmaması daim müzakirə obyektidir. Təəsüfki, Azərbaycanda söz və mətbaut azadlığının qırmızı cizgisini, təhqirlə tənqidin sərhədlərini dəqiq ayırd edə biləcək mexanizm yoxdur. Qanunvericilikdə də bir sıra ümumiləşdirmələr və qeyri-dəqiq ifadələrin yer alması problemi qəlizləşdirir. Bu durumda "media azadlığı necə tənzimlənməlidir", ya da "söz azadlığına hansısa çərçivələr qoyulmalıdırmı?" sualları ortaya çıxır.
İlqar
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 2026 14:25
- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 2026 13:07
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 2026 19:41
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 2026 18:18
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 2026 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
30 mart 2026 20:33
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 2026 22:10
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 14:25
- Aprelin ilk günündə 25 dərəcə isti olacaq
31 mart 14:16
- Mehriban Əliyeva 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
31 mart 14:08
- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 13:07
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
24 mart 22:50
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
