Başçının oğlu arxadan qızıma hücum edib QETL
Dünən Bakıda parkda keçmiş arvadına 16 bıçaq zərbəsi vuran, Şuşa şəhər icra hakimiyyətinin sabiq icra başçısı Nizami Bəhmənovun oğlu Ceyhun Bəhmənov bundan öncə də oxşar cinayəti törədibmiş. O, bir neçə il əvvəl də arvadı Dilarə Bəhmənovaya 11 bıçaq zərbəsi ilə xəsarət yetirib.
D.Bəhmənovanın anası Elmira Zeynalova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, qızı ilə keçmiş kürəkəni 17 il evli olublar:
“Onların 15 yaşlı qızı, 20 və 6 yaşlı iki oğlu var. Ceyhun dindar idi, evlənən kimi qızımı hicab bağlamağa məcbur etdi. Qızı olanda ona da zorla hicab bağlatdırmışdı, onu məktəbə getməyə qoymurdu. Bu illər ərzində daim ailəsinə zülm verib, onları evdən çölə buraxmırdı. Oğlunun 16 yaşı olanda namaz qılmaqdan imtina etdiyi üçün evdən qovmuşdu. Mən və xalaları onu götürüb saxladıq, indi Avropada təhsil alır.
Ceyhun bir dəfə qızıma 11 bıçaq zərbəsi vurmuşdu, atası Nizami sağ olduğu üçün onun köməkliyi ilə azadlığa buraxılmışdı. Ceyhun daim qızımı təhdid edirdi, onu bizi öldürəcəyi ilə hədələyirdi. Biz də dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etmişdik. Amma bizə deyirdilər ki, təhdidə görə heç kimi həbs edə bilmərik, hələ ki, sizə heç nə etməyib. Ceyhun qızına və azyaşlı oğluna zülm edirdi, onları təhqir edirdi. Bunlar başlayanda artıq qızım dözmədi, boşanmaq istədiyini bildirdi. Özünə edilənlərə isə illərlə dözmüşdü. Qızım boşanmaq istəyəndə Ceyhun buna qarşı çıxdı, boşanacağı təqdirdə hamımızı öldürəcəyini demişdi.
Nizami Bəhmənov
.jpg)
Qızım Dilarə ondan boşandı və imtahan verərək Naxçıvanda ibtidai sinif müəllimliyinə qəbul oldu. Uşaqlarını götürüb ora getmişdi, özünün də, qızının da hicabını açmışdı. Uşaqlarını məktəbə qoymuşdu, normal həyatına davam edirdi, özü də müəllim işləyirdi. Üç gün əvvəl qızını həkimə göstərmək üçün Bakıya gəlib. Onların yerini Ceyhuna kimin dediyini bilmirik. Amma Dilarə qızı ilə poliklinikadan çıxanda Ceyhun arxadan ona hücum edib və 16 bıçaq zərbəsi vurub. Zərbələr Dilarənin əllərini, ağciyərini parçalayıb, qabırğalarını sındırıb, böyrəyini, beynini zədələyib. Üç bıçaq zərbəsi qızımın ürəyinin altından dəyib. Ceyhunun əlində iki bıçaq olub və eyni vaxtda hər ikisi ilə zərbələr vurub. Daha sonra qızını tutaraq zorla özü ilə aparmaq istəyib, amma qızı çıxaraq Dilarənin yanına gəlib. Təcili tibbi yardım gələnə kimi qızı Dilarənin boğazındakı yaraları əlləri ilə tutaraq qanın axmasının qarşısını almağa çalışıb.
İndi qızımı “Semaşko”dan çıxarıb özəl xəstəxanaya yerləşdirmişik, lakin həkimlər yaşayacağına ümid olmadığını deyirlər. Biz istəyirik ki, qızımı bu hala salan insana layiqli cəza verilsin”.
“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, C.Bəhmənov barəsində artıq məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Faktla bağlı ilkin olaraq Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə başlanan cinayət işi, CM-nin 126.2.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma; xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsinə tövsif edilib.
Qeyd edək ki, Ceyhun Bəhmənov Şuşa şəhər icra hakimiyyətinin sabiq icra başçısı Nizami Bəhmənovun oğludur.
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 2026 21:30
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 2026 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 2026 00:55
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 2026 21:53
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
