YAP-ın namizədinə sərt ittihamlar - açıq məktub
Dünya5 fevral 2020 16:55
27 saylı Sabunçu ikinci seçki dairəsindən namizəd Əliabbas Salahzadəyə Bilgəhdə mülkü yerlə bir edilən Azərbyacan vətəndaşı Seymur Quliyev açıq məktub yazıb. Seymur Quliyev Əliabbas Salahzadəyə atası, eks-deputat Qalib Salahzadənin onun mülkiyyət hüququna qəsdini – Bilgəhdə 2 və 3 mərtəbəli evlərini qanunsuz olaraq dağıtmasını, viranə qoymasını, talamasını xatırladır, özünə və ailəsinə qarşı cinayətə bərəbər qanunsuzluqları haqda məlumat verməklə aradan qaldırılması üçün addımlar atmağa səsləyir.
Istiqlal.az-a daxil olan məlumatda bildilir:
“Hörmətli Əliabbas!
Möhtərəm prezident İlham Əliyev Azərbyacanda yeni bir parlamentin, qanunlara sadiq vətəndaşlardan ibarət bir məclisin formalaşması üçün təşəbbüs göstərib. Vətəndaş olaraq bunu alqışlayıram. Amma sənin namizəd olduğunu eşidəndə prezidentin yürütdüyü siyasətə yerlərdə başdansovdu yanaşmanın sərgiləndiyini düşünürəm.
İşçisi olduğun Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev sizin atanızın mənə qarşı qanunsuzluqlarından xəbərdardır və faktiki olaraq həmin qanunsuzluqları aradan qaldırmaq üçün heç bir tədbir görmür. Adil Vəliyev atanız tərəfindən dağıdılmış, viranə qoyulmuş mülklərim olan torpağa gedən yolun açılması üçün heç nə etmədi. Baxmayaraq ki, bunun üçün hüquq mühafizə orqanlarının xüsusi göstərişi də vardı.
Sizin Adil Vəliyevin işçisi olaraq bu işdə rolunuz haqda bilgisizəm. Amma bu gün Bilgəhdə və ətraf qəsəbələrdə sizə namizəd olaraq adminstrativ üsullarla dəstək verilməsi haqda xəbərlər dolaşır. Sizin parlamentə düşməyiniz üçün çalışırlar.
Nəzərə alınmır ki, bundan əvvəlki parlamenin bu şəkildə buraxılmasında sizin atanız Qalib Salahzadə kimi deputatların rolu danılmazdır.
Məsələn ötən bələdiyyə seçkilərinin ən qızğın çağında atanız “Onsuz da bilirik ki, kimlər bələdiyyəyə seçiləcək” deməsi ilə siyasi baxımdan səbatsızlığını ortaya qoymuş, ölkə gündəmində zəlzələ yaratmışdı. Nəzərə almırdı ki, bələdiyyə seçkili orqandır, seçkilərin də keçirilməsinə dövlət milyonlarla pul xərcləyir. Belə çıxışlarının sayını bilmirəm, amma mənim başıma gətirdiyi müsibətlərin yanında bu cür fikirlər necə deyərlər “toya getməlidir”.
Təkcə atanızın cibində deputat mandatı ola-ola əlinə daş alıb məni daşa basması parlamentdə kimlərin oturduğunu ortaya qoyurdu.
Hörmətli Əliabbas!
Atan cibində mandat vətəndaşı daş-qalaq edirdi, sən deputat olsan, bu təkrar olunmayacaq ki?
Bunu təsdiqləyən video da var. Maraqlanın, buna əmin olacaqsız. Atanız ölkənin 1 nömrəli salonunda kreslo tutan günlərdən video mətbuatda var. Görəcəksiniz ki, mən müstəqil Azərbaycan vətəndaşı feodolizim dövrünə aid üsulla özəl mülkümdən necə vəhşicəsinə çıxarılmışam! Buna edən isə sizin atanız, o günlərdə deputat olan Qalib Salahzadə olub!
Hörmətli Əliabbas!
Bu gün cənab prezident iradəsini ortaya qoyub və yeni parlamentə seçkilər keçirilir. Ölkə başçısının çıxışlarından da aydın sezilir ki, ortada olan niyyət formalaşacaq parlamentə qanunlara sayğı ilə yanaşan, hər cür cinayətdən kənar, qanunsuzluğu özünə ar bilən, feodal təfəkkürdən uzaq insanların seçilməsidir.
Bunları sizə öna görə yazıram ki, mənə qarşı atanızın deputat olduğu müddətdə yol verdiyi qanunsuz, heç bir əxlaqa sığmayan davranışı haqda ətraflı bilgili olasız. Namizədliyinizin irəli sürüldüyünü eşidəndə Bilgəh qəsəbəsində atanızın mənim özəl mülkümə qəsdini xatırladım. Bütün məhkəmə instansiyalarında özəl mülkümün qanunsuz olaraq dağıdılmasını, bu günə qədər atanız tərəfindən mənə özəl torpağıma gedib-gəlməyimə əngəl törətməsi araşdırma predmeti olub.
Vəkillərim bu işi gec-tez möhtərəm prezidentimizin yüksək diqqətinə də çatdıracaqlar. Sizin Elman dayı deyə çağırdığınız, mənim ölkə rəhbərliyinə haqq səsimin çatmasını əngəlləyən digər şəxslərin də cəzası gec-tez veriləcək. Bu işi qanuni tərəfidir.
Hörmərli Əliabbas!
Atan deputat olanda mən onun qəbuluna yazıldım. Bəli, mülklərimin varvarcasına dağıdılması, özümün, ailə üzvlərimin, azyaşlı uşaqlarımın paltarlarının, oyuncaqlarının belə talanmasına görə ondan izahat istəyəcəkdim.
Dedilər ki, Qalib Salahzadə heç kimi qəbul eləmir. Ona görə Zeynəb Xanlarovaya müraciət etdim. O da Arif Rəhimzadəyə yönləndirdi. Elə həmin gün mənə qarşı qanunsuzluğun miqyasının düşündüyümdən də geniş olduğunu anladım. Arif Rəhimzadə dedi ki, hər gün qəbuluna respublikanın hər tərəfindən 10-15 nəfər gəlir. Gələn şikayətçilərin də 4-5 nəfəri təkcə atanız Qalib Salahzadədən və onun vaxtilə rəhbəri olmuş Bilgəh Bələdiyyəsindən şikayətçidir.
Hörmətli Əliabbas!
Bir məsələni də bilməyini vacib sayıram. Mənim üzərindəki 2 evimi atan dağıdandan sonra torpağıma sənin həyat yoldaşın, bütün Qafqazın şeyxi Allahşükür Paşazadənin qızının adına kupça alınmışdı.
İndi namizəd olaraq durumunuzu təsəvvür edin: - bir tərədə atanızdır, hansı ki, mənim mülkiyyət hüququma qəsd edib, 2 mülkümü dağıdıb, yerlə bir edib, digər tərəfdə isə həyat yoldaşınızdır – Xatirə Allahşükür qızı, onun da adına mənim torpağım qanunsuz olaraq rəsmiləşdirilib. Siz isə deputatlığa namizədsiz. Belə yaxın qohumları olan biri parlamentdə vətəndaşların hüquqlarından danışa bilər?
Ağzınızı açıb danışsanız, atanızın, həyat yoldaşınızın mənim mülkiyyət hüququma qəsddə əsas şəxslər olaraq keçdiklərini sizə xatırladacaqlar. Əminəm ki, tutarlı faktlar qarşısında aciz qalıb susacaqsınız!
Mənim kimi Bilgəhdə atanızın qanunsuzluğu ilə üzləşən vətəndaşların sayı itib!
Oxşar xəbərlər
- Türk-Azərbaycan diasporları küçələrə çıxdı: Nyu Yorkda Mamdaniyə qarşı etirazlar - FOTO
27 aprel 2026 10:19
- Ələkbər Salahzadənin qızı: Atamın ölümündən sonra nömrəsindən zəng gəldi,..
20 aprel 2026 15:44
- İran danışıqlardan İMTİNA ETDİ
19 aprel 2026 22:51
- Qubernator Prezidenti -ağıldankəm faşist - adlandırdı...
19 aprel 2026 14:47
- Macarıstanla münasibətlərə zərər gəlməyəcək- Deputat Cavanşir Feyziyev
14 aprel 2026 23:54
- Tramp: İranı bir gündə silərəm
12 aprel 2026 23:05
- ABŞ İranın dondurulmuş aktivlərini azad etməyə razılaşıb - KİV
11 aprel 2026 21:48
- Mənə nə var, səndə hansı rejimdir? – komitə sədrindən sensasion açıqlamalar
11 aprel 2026 19:19
- Ağ Evdən İrana sərt mesaj: 10 bəndlik plan zibil qutusuna atıldı
9 aprel 2026 00:06
- Məhkəmə Eşqi Bağırova bir ay vaxt verdi: Hüquqpozma aradan qaldırılmasa...
7 aprel 2026 12:21
Xəbər lenti
- Bu dünyanın adamı deyil, məişətlə heç maraqlanmır – Tamam Bayatlı həyat yoldaşından danışdı
01 may 14:03
- Bakı Dövlət Sirkinin əmlakı satılıb? - Açıqlama
01 may 13:38
- Milli Məclis Avropa Parlamenti ilə əlaqələrin dayandırılması barədə qərar verdi (YENİLƏNİB)
01 may 13:19
- Ədalət Fərəcov 2-ci dərəcəli ƏMƏK ordeni ilə təltif edildi
01 may 13:09
- İlqar Əliyev həbsdə vəfat etdi
01 may 11:23
- 1 Mayın gizli tarixçəsi: etiraz, qan və həmrəylik
01 may 10:41
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 23:25
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 22:01
- Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - Yenilənib
30 aprel 21:51
- Prezident Yuriy Kamayevi ŞÖHRƏT ordeni ilə təltif etdi
30 aprel 21:42
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 18:23
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 15:41
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 13:53
- Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
29 aprel 12:13
- Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir
29 aprel 12:07
- Trampa -qızıl heykəl- qoyuldu
29 aprel 00:54
- Moskva döyüşündən əvvəl öldürülən 9 general - Beriya onları dərədə basdırıb
28 aprel 22:57
- YTB NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
28 aprel 21:34
Video & Fotoqalereya
Video
Fotoqalereya
