Həkimlərin öldürdüyü tanınmış deputatlığa namizəd

Bu gün əməkdar artist, böyük aktrisa Münəvvər Kələntərlinin anım günüdür.
"Kulis.az" bu münasibətlə aktrisa haqqında maraqlı faktları təqdim edir.
Münəvvər Kələntərli 1912-ci ildə Lənkəranda çoxuşaqlı ailədə anadan olub. Kiçik qardaşı Cabbar ikinci dünya müharibəsindən geri qayıtmayıb. Aktrisa uzun illər qardaşının sağ olması ehtimalı ilə yaşayıb. 17 yaşında Bakıya gəlib. Böyük qardaşı Haşım Kələntərli Bakıya gələndən sonra bacısı Münəvvəri də öz yanına gətirib. Haşım Kələntərli həm el mahnılarının, həm də muğamların mahir ifaçısı olub. O, bacısı Münəvvərlə 30-cu illərdə Azərbaycan radiosunun efirində səslənən bir çox konsert proqramında iştirak edir.
Dayıları Yavər Kələntərli onların istedadlarının fərqində olub və xüsusən Münəvvərə oxuması üçün icazə verib. Bu səbəbdən də Münəvvərin səhnəyə çıxması ilə bağlı ailədə heç vaxt söz-söhbət olmayıb”.
1933-cü ildən səhnə fəaliyyətinə başlayıb. O, əvvəlcə Opera Teatrında, sonra isə Musiqili Komediya Teatrında fəaliyyətə başlayıb. Müxtəlif rollar yaradan Münəvvər xanım çalışdığı teatrların ən aparıcı aktrisasına çevrilib. "O olmasın, bu olsun", "Gözün aydın", "Qızılaxtaranlar", "Ulduz" tamaşalarında aparıcı obrazlarla çıxış edib. 1941-1945-ci illər müharibəsi zamanı digər sənət adamları ilə birgə səngərlərə, hospitallara gedib.
Münəvvər Kələntərli 1953-cü ildə "Vətən" kinoteatrına direktor müavini təyin olunub. Bundan sonra teatrdan çıxıb, ancaq filmlərə çəkilib. “Arşın mal alan”, "Bəxtiyar”, "Görüş”, "Qızmar günəş altında”, "O olmasın, bu olsun” kimi maraqlı filmlərə çəkilən aktrisa kinostudiyada ən rahat aktrisalardan sayılıb. Həmişə bir dubla çəkilib. Ona görə də Adil İsgəndərov deyərmiş ki, "Mina, bu camaat, çəkliş qrupu ən çox səninlə istirahət edir".
Aktrisa 25 yaşında Ənvər adlı ləzgi əsilli şəxs ilə ailə qurur. Bu evlilikdən onların Validə adlı qızları doğulur. Lakin, bu izdivacın ömrü uzun olmur. Onların ayrılmasına səbəb isə həyat yoldaşının Bakıda yox, Qusarda yaşamaq istəyi olur. Aktrisa isə "Mən sənətimi atıb, heç yerə gedə bilmərəm", deyib qızı ilə birgə Bakıda qalır. Deyilənə görə çox yaxşı insan hesab olunan Ənvər Münəvvərin səhnələrdə çıxış etməsini istəmədiyinə görə başını götürüb gedir.
Münəvvər həyat yoldaşından ayrılandan sonra ikinci dəfə heç kimlə ailə həyatı qurmur. Həmişə "mənim ərim də var, qızım da” deyir. Hüquqşünas olan qızı Validənin şəkəri yüksək olduğu üçün doğuş vaxtı uşağı tələf olur. Bundan sonra Validə həyat yoldaşından ayılır. O, da anası kimi bir daha ailə qurmur və anası ilə eyni yaşda - ömrünün 51-ci ilində şəkər xəstəliyindən dünyasını dəyişir. Anasının yanında dəfn olur.
Deyilənə görə aktrisanın digər bacı və qardaşları da qırx, əlli yaşdan çox yaşamayıblar. Şəkər xəstəliyi isə onların nəslində irsi olub. Dünyasını dəyişən digər bacı və bacı qardaşlarının ailəsinə özü baxıb.
Münəvvər Kələntərliyə yaxınları, dostları Mina deyə müraciət ediblər. Şövkət Ələkbərova, Nəcibə Məlikova, Gülxar Həsənova, Rübabə Muradova ilə sıx rəfiqəlik edib. Münəvvər xanım yaxşı “biş-düş” edirmiş. Ona görə də qastrol səfərlərindən qayıdanda hamı onun başına yığışarmış. Aktrisa sonralar Nəsibə Zeynalova ilə dostluq edib. Nəsibə xanım hər zaman Münəvvər Kələntərlini öz müəlliməsi adlandırıb.
"O olmasın, bu olsun" filmindəki məşhur epizodda, gəlinin yengəsini ifa edən aktrisa qapı açılan zaman həqiqətən də yerə yıxılır və barmağı sınır. Buna baxmayaraq işinə davam edir. Həmin səhnə çəkilən zaman aktrisa əslində ağrıdan ağlayır.
Münəvvər bütün kinolarda öz paltarlarında çəkilib. Hətta "Arşın mal alan”ın birinci variantı çəkilən zaman o, Lənkərandan çoxlu pal-paltar gətirib, aktyorları geyindirib.
"Kino sənətin Üzeyir Hacıbəyovun "Arşın mal alan" filmindəki Xala roluyla başlayıb. Bu filmin çəkilməsi o zaman bütün Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edirdi. "Arşın mal alan"ın çəkilişlərinə ermənilərin Üzeyir bəyin bu məşhur əsərini mənimsəməyə cəhd etdikləri bir vaxtda Stalinin icazəsiylə başlanır. Filmdə rol alan aktyorların əksəriyyəti əsərin müəllifinin seçimiydi. Xala obrazına təsdiq edilən filmə çəkiləndə Münəvvər Kələntərlinin 31 yaşı olub. Amma xala rolunu canlandırıb. Ətli-canlı biri olduğu üçün onu seçiblər. Çəkisi ilə bağlı heç zaman kompleksi olmayıb. Bu roluna görə SSRİ dövlət mükafatına layiq görülür. 28 yaşında əməkdar artist adına layiq görülür.
Dava-dalaş sevən adam olmayıb, amma bir dəfə dünyasını dəyişmiş bacısının qızına görə qonşu ilə dalaşıb. Bacısının qızı qonşuda bişən kabab iyindən şişib xəstələnir, yatağa düşür. Münəvvər xanıma bu hadisə çox pis təsir edir və bacısının qonşusu ilə dalaşır.
Bacısı qızı Nanə Kələntərli müsahibələrinin birində bu haqda deyir: “Minanın kor bağırsağı ağrıyırdı. Çəkiliş olmalı idi. Həmin vaxt ağrısının tutacağından çəkinib əməliyyata girdi. Təəssüf ki, əməliyyatdan 2 gün sonra dünyasını dəyişir. O zaman Mina deputatlığa namizədliyini irəli sürmüşdü. Nəticənin qəzetdə çıxmasını gözləyirdi. Namizədlikdən keçmişdi, amma biz qəzeti gətirəndə əməliyyata görə artıq başı yaxşı işləmirdi, hallüsinasiyalar görürdü".
Aktrisanı əməliyyat edən həkim böyük səhvə yol verib, əməliyyat düzgün aparılmayıb. Korbağırsaq kəsiləndən sonra düzgün tikilməyib, eyni zamanda digər sağlam böyrək də zədələnib. 1963-cü il fevralın 5-də 51 yaşında dünyasını dəyişib.
- DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir ?
4 iyul 2025 09:31
- Parlamentin qarşısında EŞŞƏKLƏRLƏ ETİRAZ MİTİNQİ
3 iyul 2025 23:58
- Rəsmi Moskva: Azərbaycanla aramızı vurmaq istəyənlər çoxdur
2 iyul 2025 10:46
- Qardaşların meyitlərinin ekspertiza rəyi açıqlandı: Qabırğalardan birini tapa bilmədik
1 iyul 2025 13:57
- Evdən döyülərək çıxarıldılar - Öldürülən həmyerlilərimizin qardaşı qızı hadisə barədə DANIŞDI VİDEO
1 iyul 2025 11:05
- ŞOK! Putinin mümkün varisləri açıqlandı – Rusiya elitası yeni dövrə hazırlaşır
30 iyun 2025 11:13
- Cümşüd tanınmış şirkətin əməkdaşı imiş - FOTO
29 iyun 2025 01:38
- Rusiyada öldürülən azərbaycanlıların QARDAŞI DANIŞDI – ŞOK DETALLAR
28 iyun 2025 21:24
- OMON bu gün Rusiyada iki qardaşımı da öldürdü, – Seyfəddin Hüseynli
28 iyun 2025 00:18
- Zeynəb Xanlarovanın oğlu bu qurumda YÜKSƏK VƏZİFƏDƏ İŞLƏYİR
23 iyun 2025 23:48
- Mağazada faciə: Müdir gənc işçini boğub öldürdü - FOTO
05 iyul 00:58
- Ermənistan Rusiyaya NOTA verdi
05 iyul 00:44
- Amerikalıların 40-60 faizi Maskın yeni partiya ideyasını dəstəkləyir – ŞOK NƏTİCƏLƏR
04 iyul 21:56
- .Nişanlısı 32 İLDİR şəhid Mehmanı gözləyirmiş...
04 iyul 19:44
- Prezident Xankəndidə qonaqları qarşıladı
04 iyul 14:08
- Ərdoğan Azərbaycana GƏLDİ
04 iyul 13:56
- Sibir manyakı - ovçu tayqada insanları ovlayıb, qadınları qaçırıb aylarla saxlayıb
04 iyul 12:42
- Bakıda yenə yol çökdü - Cümşüd Cümşüdlünün faciəsi təkrarlana bilər..
04 iyul 12:14
- Pezeşkian Xankəndiyə GƏLDİ
04 iyul 10:19
- Emoməli Rəhmon Füzulidədir - Yenilənib
04 iyul 10:00
- SEVGİ ilə VƏRDİŞİ necə FƏRQLƏNDİRMƏK ? 3 əlamət
04 iyul 09:51
- Rusiya Əfqanıstan İslam Əmirliyini tanıyan ilk ölkə oldu
04 iyul 09:42
- DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir ?
04 iyul 09:31
- GÜNAY Qurbanova YENİDƏN Avropa çempionu olub
04 iyul 02:13
- Məktəbdən çıxan müəllimənin başına torba keçirib QAÇIRANLAR ...
04 iyul 02:01
- Parlamentin qarşısında EŞŞƏKLƏRLƏ ETİRAZ MİTİNQİ
03 iyul 23:01
- Xankəndidən Şuşaya kanatla gedəcəyik- 13 dəqiqəyə...
03 iyul 21:38
- Ukrayna Rusiya Hərbi Dəniz Donanması baş komandanının müavinini məhv etdi
03 iyul 19:59
- Gürcü bədənində rus başı formalaşdırmaq xülyası – Rus şovinizmi və gürcülər...
03 iyul 19:40
- Adil Kərimli mənə dedi: Ya Xalq Artisti, ya da Prezident təqaüdü, hansını istəyirsən ?
03 iyul 14:27
- Ərdoğan sabah Xankəndiyə gələcək
03 iyul 14:14
- Erməni parlamentində Rusiya üstündə DAVA – Butulka ilə VURDU
03 iyul 13:14
- Prezident bu yolun açılışını ETDİ
03 iyul 11:58
- Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
03 iyul 11:48
- Koroğlu körpüsündə çat yaranıb? - RƏSMİ AÇIQLAMA
03 iyul 11:23
- Bakıda 14-cü mərtəbədən yıxılan qız SAĞ QALDI
03 iyul 10:40
- Azərbaycanla münasibətlərimiz strateji müttəfiqlik xarakteri daşıyır - Rusiya XİN
03 iyul 10:31
- Japarov da Xankəndiyə gəlir
03 iyul 10:18
- Mələkxanım Eyubovanın həyat yoldaşı - FOTO
03 iyul 09:46
- Bir AĞAC bir İLDƏ 22 kq KARBON-CO2 UDUR və....
03 iyul 02:16