Yayda isti alt geyimi geyən nazir
Dünya6 fevral 2020 21:36
SSRİ-nin diplomatiya tarixində Andrey Qromıkonun özünəməxsus yeri olub. 28 il xarici işlər naziri kürsüsündə əyləşən Andrey Qromıko 1950-ci illərin ortalarından başlayaraq dünyanın siyasi müstəvisində SSRİ-nin xarici siyasətini böyük peşəkarlıqla ifadə edib, həm də bu müstəvidə həlledici mövqeyini ustalıqla nümayiş etdirib.
Xarici diplomatlar tərəfindən "Cənab Yox” titulunu qazanan Qromıko ilə bir masa arxasında müzakirələr aparmaq heç də asan olmayıb, qarşı tərəf onun fikirlərini oxumaqda həmişə çətinlik çəkib, Qromıkonun peşəkar siyasi manevrləri çoxlarını çaşdırıb. Bəli, Qromıko haqqında deyilən məşhur ifadə də səbəbsiz yaranmayıb: "Əgər diplomat "hə” deyirsə, bu "ola bilər” deməkdir, əgər "ola bilər” deyirsə - bu "yox” deməkdir, əgər "yox” deyirsə, bu, artıq Andrey Qromıkodur...”
28 illik nazirlik fəaliyyətində Andrey Qromıkonun xarici ölkələrə saysız-hesabsız səfərləri olub. Sözsüz ki, bu səfərlər zamanı kuryoz hadisələr də nazirdən yan keçməyib.

Belə hadisələrdən biri isə 1967-ci ildə Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının iclasında baş verib. Çıxışı zamanı Andrey Qromıko huşunu itirərək yıxılıb. Onu təcili zaldan çıxarıblar. 5-10 dəqiqə keçməmiş Qromıko geri qayıdıb, zalda olan iştirakçılar sovet nazirini alqışlayıblar.
SSRİ-nin ən mühüm postlarından birini tutan xarixi işlər nazirinin Amerika Birləşmiş Ştatlarında tribunadan yıxılması hadisəsi böyük şayiələrə səbəb olub. Bu hadisəyə siyasi don geyindirənlər də olub, Qromıkonun Nyu-Yorkda yeməklə zəhərlənməsi fikirləri də səslənib, bəziləri elə düşünüb ki, nazirdə ciddi xəstəlik var. Amma bu fikirlər şayiə olaraq qalıb.
Çünki Qromıko olduqca sağlam bir adam olub. İkincisi, sovet nümayəndə heyətinin xarici dövlətlərə səfəri zamanı qida məsələsinə son dərəcə ciddi yanaşılıb, təhlükəsizlik məsələsi yüksək səviyyədə həyata keçirilib. Qromıkonun huşunun itirməsinin isə tam başqa səbəbi olub, geyim məsələsi.

Kremlin əsas tərcüməçisi olan və həmin tədbirdə iştirak edən Viktor Suxodrev "Dilim mənim, dostum mənim” xatirə toplusunda Qromıko ilə bağlı fikirlərini belə bölüşüb:
"Qromıko siyasi fəaliyyətində olduğu kimi, şəxsi həyatında da kifayət qədər ciddi bir şəxs idi. O cümlədən o, geyim məsələsinə də çox ciddi yanaşırdı. Dəblərin dəyişməsinə baxmayaraq, Qromıkonun qarderobu dəyişmirdi. Tünd rəngli kostyum, tünd rəngli qalstuk, açıq rəngli köynək. Köhnə dəbdə olan şlyapa isə Qromıkoya məxsusi olaraq Amerikada tikilib göndərilirdi. Onun geyimində diqqəti çəkən qeyri-adi bir məsələ də var idi. İlin fəsillərindən asılı olmayaraq Qromıko şalvarın altından isti alt paltarı geyinirdi. Yaxşı xatırlayıram, İndoneziyada səfərdə olan zaman görüşə gedərkən mən avtomobilin arxa oturacağında onun yanında əyləşmişdim. Qəfil gözlərim Qromıkonun ayaqlarına sataşdı, altdan geyindiyi isti paltarı corablarının içinə salmışdı. Çöldə isə havanın temperaturu müsbət 35-40 dərəcə idi. O, bunu hansısa bir xəstəliyinə görə etmirdi. Qromıko çox sağlam bir adam idi. İş günü səhər saat 9-da başlayıb axşam 10-a qədər davam etsə də o, gərgin işdən sonra 1 saat piyada gəzməyə vaxt ayırırdı, vaxtlı-vxtında həkim müayinələrindən keçirdi. Onunla işlədiyim uzun illər ərzində bir dəfə də olsa onun dilindən səhhəti ilə bağlı şikayət eşitməmişdim. BMT tribunasından yıxılması da səhhəti ilə bağlı deyildi. Çünki həmin hadisədən sonra Qromıko ciddi şəkildə tibbi müayinədən keçirildi və heç bir patoloji hal aşkar olunmadı. Səbəb başqa idi. Onu yıxan isti olmuşdu. Zalda normal temperatur var idi, Qromıkonun "geyim temperaturu” onu haldan salmışdı. Onu zaldan çıxaranda otaqların birinə apardılar, pəncərinin nəfəsliyini açdılar, sərin su verdilər və o, bir neçə dəqiqəyə özünə gəldi, zala qayıdıb çıxışını davam etdirdi. Heç bir ciddi həkim müdaxiləsinə, dərman preparatlarına ehtiyac olmadı, sadəcə naziri bir az "soyutdular”, vəssalam...”

Qeyd edək ki, 1909-cu ildə Qomeldə anadan olan Andrey Qromıko hələ Stalinin hakimiyyəti dövründən xarici işlər nazirliyində işləməyə başlayıb. Nazirliyə yeni kadrlar işə qəbul olunanda Vyaçeslav Molotov namizədlərin siyahısını Stalinə təqdim edib. Stalin Qromıkonun soyadını oxuyanda "bu soyad mənim xoşuma gəlir” deyib və tanımadığı bir adamın nazirliyə işə qəbul olunmasına razılıq verib. 1939-cu ildən xarici işlər nazirliyində çalışan Qromıko 1957-ci ildə Xruşov tərəfindən nazir vəzifəsinə təyin edilib və 1985-ci ilə qədər SSRİ tarixində ən uzun müddətli nazir olub. Qromıkonun 28 illik nazirlik fəaliyyəti SSRİ-nin xarici siyasətində bir çox hadisələrlə yadda qalıb. Dünyanın ən tanınmış siyasətçiləri Qromıkonun diplomatik fəaliyyətini yüksək qiymətləndiriblər, onun əsl diplomatlara xas olan soyuqqanlığını xüsusi vurğulayıblar.

Andrey Qromıko 1985-ci ildə baş katib kürsüsünə sahib ola biləcək ən real namizəd olub. Ancaq o, bundan imtina edərək Mixail Qorbaçovun namizədliyini dəstəkləyib və sonralar bu addımı siyasi fəaliyyətində yeganə səhvi kimi qiymətləndirib.
Öz yerini Qorbaçova verən Qromıko 1985-1988-ci illərdə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində işləyib.
Andrey Qromıko ətrafdakılarına quru və soyuq adam təəssüratı bağışlayıb. Ətrafdakıları onun gülməyini çox nadir hallarda müşahidə ediblər. Hətta yay fəslində belə isti alt paltarı geyinməsinə baxmayaraq 80 illik ömründə Qromıko öz soyuqluğunu dəf edə bilməyib.

Qromıko 1989-ci ildə vəfat edib. Mərkəzi Komitədə onun Kreml divarları qarşısında dəfn olunması müzakirə olunsa da, naziri öz vəsiyyətinə uyğun Moskvada, Novodeviçye qəbirstanlığında dəfn ediblər.
Mənbə: musavat.com
Oxşar xəbərlər
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 2026 22:01
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 2026 15:27
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 2026 15:41
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 2026 13:55
- TƏCİLİ! Baş nazir benzinlə bağlı QƏRAR İMZALADI
27 aprel 2026 21:07
- İlham Əliyev və Andrey Babiş mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)
27 aprel 2026 13:09
- Bizim xalq kimlərə çəpik çalmayıb ki?! - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?
26 aprel 2026 00:51
- Azərbaycan Ukraynaya beş sərnişin avtobusu verdi - Fotolar
25 aprel 2026 19:59
- Çernobılın 40 ili: SSRİ nüvə fəlakəti barədə həqiqəti necə gizlətdi?
25 aprel 2026 16:18
- İndi məlum oldu ki, Levon Ter-Petrosyan qatı daşnakdır... - Nikol Paşinyan
23 aprel 2026 19:20
Xəbər lenti
- İlqar Əliyev həbsdə vəfat etdi
01 may 11:23
- 1 Mayın gizli tarixçəsi: etiraz, qan və həmrəylik
01 may 10:41
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 23:25
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 22:01
- Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - Yenilənib
30 aprel 21:51
- Prezident Yuriy Kamayevi ŞÖHRƏT ordeni ilə təltif etdi
30 aprel 21:42
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 18:23
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 15:41
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 13:53
- Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
29 aprel 12:13
- Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir
29 aprel 12:07
- Trampa -qızıl heykəl- qoyuldu
29 aprel 00:54
- Moskva döyüşündən əvvəl öldürülən 9 general - Beriya onları dərədə basdırıb
28 aprel 22:57
- YTB NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
28 aprel 21:34
- Prezident ailəsinin Qəbələdən səmimi - Fotosu
28 aprel 21:01
- Mikayıl İsmayılovun oğlu məhkəmədə biabırcasına UDUZDU...
28 aprel 20:00
- Həmişə o sarayda yaşamaq istəmişəm - Tramp
28 aprel 19:09
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
28 aprel 16:33
Video & Fotoqalereya
Video
Fotoqalereya
