Memarlar İttifaqının sədr müavinini polis niyə saxlayıb ? ŞOK
Günün sitatı8 fevral 2020 14:32
Elçin Əliyev: "Oradan real olaraq çıxmaya bilərdim!”
Azərbaycan Memarlar İttifaqının sədr müavini, ölkəmizi dünya çapında təmsil edə biləcək memar, Sənətsünaslıq üzrə Elmlər Doktoru, Memarlıq üzrə fəlsəfə doktoru, professor, çoxsaylı ktablar müəllifi Elçin Əliyev ölümdən dönməsi haqda özünün facebook divarında fikirlərini yazıb. Məşhur memarın yazdıqlarından belə aydın olur ki, fevralın 6-da səhər tezdən övladını məktəbə aparıb, zamanı olduğundan Bayıl qəsəbəsində yerləşən, Qurban Abbasovun adını daşıyan küçədə yerləşən Stalin dövrü arxitekturasını mücəssiməsi olan binaların fotolarını çəkməyi qərarlaşdırıb.
"Fotoçəkiliş aparmağımın onlara dəxli olmadığını dedim”
Elçin Əliyevin yazdıqlarını oxuduqda, düşünürsən ki, dəhşət filminin süjeti ilə tanış olursan. "İş burasındadır ki, son ilər Stalin dövrünün arxitekturası ilə bağlı kitabın çapına hazırlaşıram, o dövrə aid, hələ ki, sökülməyən arxitektura abidələrini fotoapartın yaddaşına həkk edirəm. Maşından fotoaparatı götürüb yenicə çəkilişə başlamışdım ki, çox kobud ifadələrlə işlədən iki yoldaşın mənə tərəf gəldiyini gördüm. Sonradan bu yoldaşların Fuad Kərimov və Rahib Həsənov olduğunu bildim. Onlar məndən fotoçəkiliş aparmağımın səbəblərini soruşur, şəxsiyyətimi təsdiq edən sənədlər tələb edirdilər. Bu şəxslərə hesabat vermək öhdəliyim yoxdur deyə fotoçəkiliş aparmağımın onlara dəxli olmadığını dedim. Bundan sonra qışqır-bağır başlandı” – Elçin Əliyev yazır.

"İnsanlar əsəbi, qəddar, sabaha inamsızdırlar”
Məşhur memar ərazidəki arxitektura abidələrinin bərbad olduğunu, orada yaşayan insanların həyatlarının fərqli durumda olmadığını qeyd edir: "İnsanlar əsəbi, qəddar, sabaha inamsızdırlar. Heç kim onlara yaşadıqları evlərin taleyi ilə bağlı məlumat vermək istəmir. Mümkündür ki, buna görə də əlində fotoaparat olan hər kəs tikinti şirkətinin casusu kimi qəbul edilir və uyğun olaraq evlərinin gələcəyi ilə bağlı məlumat verə biləcək obyekt kimi sərt sorğu-suala tutulur”.
"Polisə zəng edib ərazidə düşmən casusunu tutduğunu dedilər”
Məşhur memar yazır ki, onu döyməyiblər. Yumruqları düyünlənmiş sakinlər bunun əvəzində polis çağırıblar. Elçin Əliyev polisin gəlişinə sevinsə də, bu çox çəkməyib: "Məni döymədilər, bir qədər əvvəl təmirdən çıxan fotoaparatı da sındırmqdan vaz keçdilər, polisə zəng edib ərazidə düşmən casusunu tutduğunu dedilər, əlavə etdilər ki, bu şəxs binaların fotolarını çəkir və sənəd də təqdim etməkdən imtina edir. 10 dəqiqə sonra 99 AP 246 nömrə nişanlı polis maşını əraziyə gəldi, maşından çox ciddi görkəmdə serjant Pərviz Hüseynov düşdü.
Düşündüm ki, şükür Allaha, qanun təmsilçisinin ərazidə olması pis deyil, indi sakinlərə bizim şanlı qanun keçikçimiz mənim kimsənin hüquqlarını pozmadığımı izah edəcək, foto çəkmək də hələ ki, qanunla qadağan deyil, məndən də kimliyimi soruşub sərbəst buraxacaq. Olmadı! Məni əhatələyən əsəbi yoldaşları dinləyən serjant, qəzəbli səslə foto çəkməyimin səbəbini xəbər aldı. Ona arxitektor olduğumu izah edib foto çəkməyi xoşladığımı, arada qəlbimdən keçən kitablar yazıdğımı, həmin kitablar üçün fotolar çəkdiyimi dedim. Ərazidəki "stalinka”nı da bu səbəbdən çəkdiyimi nəzərə çatdırdım.

Elçin Əliyev
Bir qədər düşünəndən sonra ratsiya ilə kiminləsə rəhbərlikdən danışan Pərviz Hüseynov elan etdi: "Azərbaycanda binaların fotosunu çəkmək qadağandır!” və ətrafıma toplaşanların sevincinə səbəb olan sözləri söylədi, məni məsələni araşdırmaq üçün 8-ci polis bölməsinə dəvət etdi. Doğma dövlətimizin nümayəndəsi maşının dəmir barmaqlı qapılarını açıb yer göstərdi, oturmamı istədi. Düşündüm ki, mənə elə bu da azdır. Soruşdum ki, mən qanunu pozmuşam? Məgər foto çəkmək qadağandır? Bu harada yazılıb? Bir də ki, mənim üzərimdə heç bir sənəd yoxdur, bütün sənədlər maşındadır, siz mənim kimliyimi necə aydınlaşdıracaqsıznız? Cavabında serjant "az danış” deyib sənədləri götürməyimə imkan vermədi – bölmədə səninlə haqq-hesab çəkəcəklər”.

"Ay kişi, ala sən foto niyə görə çəkirsən? Arxeoloqsan?”
Tanınmış memar bölmədəki xoş olmayan rəftarla üzləşməsindən, saatlarla dəhlizdə gözlədilməyindən və nəhayətdə təhqiqatçı Orxan Məmmədzadənin ona qarşı qaba münasibəti haqda yazır:
- "Ay kişi, ala sən foto niyə görə çəkirsən? Arxeoloqsan?”.
- "Zəhmət olmasa "ay kişi sən” yox, "siz” ilə mənə müraciət edin, memaram” deyə ona cavab verirəm.
- "Uşaqlar, ala bu kişi deyilmiş ki! Kişi müraciətim xoşuna gəlmir!” – yaxınlıqakı kolleqalarına gülə-gülə müraciət edir və onlarla bərabər məni ələ salır:
– "İndi sənə necə müraciət edək?” deyə daha da aşağılayıcı ruhda söhbəti davam etdirir. Həyat haqda fəlsəfi fikirlər işlədib "anlayışlar”ı incələyəndən sonra Məmmədzadə nəhayət ki, nəticəyə gəlir:
- "Sən mənim də həyətimdə çəksəydin, səni bilirsən nə edərdim? Tutub eşşək qədər döyərdim” – təxminən 30 yaşı olan gənc müstəntiq, özünün cəzalandırılmayacağına əminliklə bu sözləri deyir. Hansı ki, mənim hüquqlarımı qorumalıdır.
"Rədd ol burdan” deyir və ya sənə bu dəqiqə cinayət işi başlayacağıq!”
Mənimlə elə danışırdılar ki, sanki həqiqətən də dövlətin düşməniyəm, hansı ki, dövlətin əsaslarını sarsıtmağa çalışır – vətəndaşın şəxsiyyətinə, hüquqlarına və ləyaqətinə heç bir hörmət etmirlər. Ərazidə nə baş verdiyini anlamaq həvəsləri belə yoxdur: belə görünür ki, bu adamlar insanın ləyaqətini alçaltmaqdan həzz alırlar, gözləyirlər ki, onlara öz tonlarında cavab verilsin və qalanı artıq sınanmış yoldur.
Bu cür münasibətə tab gətirməyərək – anlayıram ki, indi əsəblərim tab gətirməyərək, cavab verə bilərəm – bunu isə kateqorik etmək olmaz, pravakatorlar elə bunu gözləyirlər, özüm üçün belə gözlənilməz şəkildə yerimdən qalxıb bölmə rəisinin otağına tərəf gedirəm. Katibə "rəis olduqca məşğuldur” deyib məni otağa buraxmaq istəmir. Başqa gedən yerim yoxdur, axradan təhqiqatçı mənə çatmaq üzrədir, cəld qapını açıb böyük stolun arxasında oturan polis polkovniki Bayram İslamovun boş otağına daxil oluram.

Ona deyirəm ki, təhqiqatçı mənimlə olduqca kobud tərzdə danışır, belə davam etsə, buradan sadəcə çıxmaya bilərəm. Gözləmədiyim halda yüksək çin sahibi mənə "sən” deyə müracətlə tabeçiliyindəkilərin tərəfində dayanır və otağına icazəsiz daxil olduğuma görə barəmdə xulianlıq maddəsi ilə cinayət işi başlamaqla təhdid edir, "Rədd ol burdan” deyir və ya sənə bu dəqiqə cinayət işi başlayacağıq! Bəli, təqsirsizlik prezumpsiyası bu polis bölməsində bəxtsiz qonaqdır...
Dəhşətdir, dövlət nümayəndələri, hansıların ki, birbaşa vəzifə borclarıdır ki, Qanunu, məni və mənim hüquqlarımı qorusunlar, özlərinə vətəndaşın bölmədəki müdafiəzsiz və hüquqsuz durumundan istifadə etməyi, onu aşağılamağı rəva bilirlər. Oradan real olaraq çıxmaya bilərdim! 2 saatlıq əsəb gərginliyindən, yazılı izahat alınandan sonra – sənədlərimi belə götürməyə imkan vermədən bölmədən buraxıldım.
"Sevin ki, səni ümumiyyətlə buraxıblar! Getdin piyada...”
Təhqiqatçıdan xahiş etdim ki, məni geriyə, götürdükləri yerə aparsınlar. Pulqabım da maşında idi deyə cibimdə 1 qara qəpiyim yox idi. Lakin bu bizim polisləri maraqlandırmadı- bu sadəcə onların problemi deyil... Sevin ki, səni ümumiyyətlə buraxıblar! Getdin piyada...”
"Belə təəssurat yaranır ki, cənab prezidentin çoxsaylı səyləri kağız üzərində qalır”
Məşhur memar yazır ki, evdə oturub düşünür: "Necə ola bilər ki, hətta bölmə rəisi fotoaparatla foto çəkən vətəndaşın məsuliyyətə cəlb olunmasının qanuni olmadığını bilməsin? Belə bir şəxsi yüksək vəzifəyə necə təyin ediblər? Biz hansı turizm və xarici qonaqlardan danışırıq? Belə alınır ki, biz inkişaf etmirik: mən belə insidentlərlə 25-30 il əvvəl qarşılaşardım.
Belə təəssurat yaranır ki, cənab prezidentin çoxsaylı səyləri kağız üzərində qalır, bu bilərəkdən edilən sabotaj və məmur özbaşınalığının təzahürüdür. Sanki bir-birinə aid olmayan 2 paralel dünya var Azərbaycanda: mətbuatda optimist ruhlu məqalələrdəki və sərt reallıqlardakı”.
Elçin Əliyev yazdıqlarından belə anlaşılır ki, Stalin dövrünün arxitekturasına aid abidəni ona çəkməyə sona qədər imkan verilməyib. Məşhur memar yazır ki, əraziyə qayıdıb həmin abidənin fotosunu çəkmək niyyətindədir.
Oxşar xəbərlər
- İlham Əliyev Si Szinpinə məktub göndərdi
17 fevral 2026 13:55
- TƏBİB-in sədr əvəzi: Kadr dəyişiklikləri olacaq
17 fevral 2026 13:34
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 2026 13:09
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 2026 22:16
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 2026 12:26
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 2026 21:04
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 2026 14:44
Xəbər lenti
- Bakının mərkəzində minlərlə ev söküləcək: Böyük parklar salınacaq (VİDEO)
22 fevral 11:11
- Dünyada ən çox uşaq doğan QADIN - FOTO
22 fevral 10:59
- Şamaxıda zəlzələ oldu
22 fevral 10:47
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 22:25
- Azərbaycanda kərə yağı istehsalı KƏSKİN azaldı
21 fevral 22:10
- Pezeşkiandan dünyaya meydan oxuyan bəyanat: Bütün dünya birləşsə də, təslim olmayacağıq
21 fevral 19:38
- Nazir Çelsi Baxşıyeva ilə gündəmə gələn Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ
21 fevral 17:41
- Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı
21 fevral 17:21
- Gələn həftə Novruzun ilk çərşənbəsi qeyd ediləcək
21 fevral 17:11
- Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 fevral 14:22
- Prezidentdən Naxçıvanla bağlı sərəncam: Bir neçə quruma göstəriş verildi
21 fevral 13:52
- Bir ildə ölkədə neçə uşaq doğulub?
20 fevral 19:05
- Azərbaycanda yeni büdcə təşkilatları yaradıldı (FƏRMAN)
20 fevral 18:51
- Küçədə elektron siqaret çəkənlər bu qədər cərimələnəcək
20 fevral 14:32
- Prezidentin ABŞ səfəri başa çatdı
20 fevral 14:25
- Vardanyana hökm oxundu - 20 il həbs
17 fevral 14:07
- İlham Əliyev Si Szinpinə məktub göndərdi
17 fevral 13:55
- Sənədsiz evi olanların nəzərinə: 15 günə çıxarış almaq mümkün olacaq
17 fevral 13:50
- TƏBİB-in sədr əvəzi: Kadr dəyişiklikləri olacaq
17 fevral 13:34
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 15:54
- Vüqar Qurbanov vəzifəsindən azad edildi (YENİLƏNİB)
16 fevral 15:30
- Japarov 3 naziri istefaya göndərdi
16 fevral 11:46
- İlham Əliyev Litva Prezidentini təbrik etdi
16 fevral 11:22
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 13:09
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 11:53
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 11:34
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 13:39
- Göstərir Bakı! - 70 yaşında
14 fevral 12:55
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 12:27
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
Video & Fotoqalereya
Video
Fotoqalereya
