Həbsdəki icra başçısının cinayət işində yeni detallar
Kriminal8 fevral 2020 22:23

Fevralın 3-də "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda prezident İlham Əliyev konkret ad çəkməsə də, yenidən həbs edilən icra başçılarının qanunsuzluqlarından danışıb. Bu icra başçılarının həbsindən sonra prezidentin yerli icra orqanları tərəfindən sosial sahəyə ayrılan pulların mənimsənilməsi ilə bağlı ikinci çıxışıdır.
Ötən çıxışında İlham Əliyev işsizliyin qarşısını almaq üçün on minlərlə ödənişli ictimai iş yeri yaradılması barədə təşəbbüsündən danışarkən demişdi: "Əfsus ki, biz bu proqramın icrasında çox böyük pozuntulara rast gəldik. Xüsusilə yerli icra orqanları tərəfindən vicdansızcasına bu vəsaitin talanması və ödəniş kartlarının yığılması, ondan sonra oradan pulun çəkilməsi, yaxud da öz yaxın adamlarının, bu işlərlə qohumlarının təmin edilməsi, əlbəttə ki, dözülməz faktdır və buna görə artıq bu pozuntulara yol verən şəxslər cəzalandırıldı və bu işlər davam etdiriləcək. Bu, hər kəsə dərs olmalıdır”.

Prezidentin dönə-dönə bu məsələnin üzərinə gəlməsi onu deməyə əsas verir ki, həbsdəki icra başçılarının yolu ilə gedən hər kəs dəmir barmaqlıqlar arxasına göndəriləcək.
Ötən il Dövlət Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi xüsusi əməliyyatla Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev, onun müavini Ramiz Tatarov və Yevlaxın sabiq başçısı Qoca Səmədov həbs olundular. Hazırda həbsdə olan bu məmurlar ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əmək haqqı kartlarını ələ keçirib mənimsəmədə, səhiyyə, təhsil və digər yerli dövlət təsisatlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsini nağdlaşdırmaqda və digər qanunsuzluqlar törətməkdə şübhəli bilinərək həbs alınıblar.

Rəsmi qurumlar həbsdəki icra başçılarının durumu, istintaqın gedişatı ilə bağlı məlumat verməyə tələsmirlər.
Nizaməddin Quliyevin həbsindən sonra Maliyyə Nazirliyi o, Goranboy rayon İcra Hakimiyyətinin başçısı olduğu dövrdə ciddi maliyyə pozuntularına, korrupsiyaya yol verib-vermədiyini araşdırıb. Həmin araşdırmanın nəticələri ilə bağlı da geniş ictimaiyyətə məlumat verilməyib. Bilinən odur ki, 2019-cu ildə Nazirlər Kabineti tərəfindən bütün rayonlarda 200-300 nəfərin minimum əməkhaqqı vermək şərtilə işə götürülməsi ilə bağlı qərarından sonra Goranboy İcra Hakimiyyətinin tabeliyində olan Təmizlik İdarəsinə də 300 fəhlə ştatı ayrılıb.
Araşdırmalarla üzə çıxarılıb ki, Nizaməddin Quliyev işə 300 fəhlənin qısa zamanda işə götürlüməsi haqda hesabat versə də, faktiki olaraq yerlərdə 20-30 nəfər işə götürülüb. Qalanları isə "ölü can”lar olub. Yəni hər ay 270-280 nəfərə büdcədən ayrılan məvacib mənimsənilib. 1 fəhləyə ayrılan aylıq maaşın 200 manat olduğunu nəzərə alsaq, Nizaməddin Quliyevin Goranboyda da xeyli büdcə vəsaitinin ələ keçirilməsi üzə çıxır. Yəni adları olub, özləri olmayan işçilərin plastik kartlarından çıxarılan pullar icra başçısının cibinə girib. Bundan başqa Goranboy şəhərində küçələrin asfaltlaşması üçün büdcədən ayrılan pullar da Nizaməddin Quliyev tərəfindən mənimsənilib. Onun fəaliyyəti nəticəsində şəhərin mərkəzi küçəsindən başqa digər küçələrdə yollar dağınıq durumdadır. Xatırladaq ki, Nizaməddin Quliyev 2009-2019-cu illərdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Ölkə başçısının 5 aprel 2019-cu il tarixli sərəncamı ilə Goranboy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən N.Quliyev Ağstafa rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Hazırda o və müavini Ramiz Tatarov, Yevlaxın sabiq başçısı Qoca Səmədovun cinayət əməllərinin araşdırılması davam edir.
Mənbə: musavat.com
Oxşar xəbərlər
- Sərnişinlərin YAYDA kondisionersiz avtobus dərdi
5 iyul 2025 09:59
- Amerikalıların 40-60 faizi Maskın yeni partiya ideyasını dəstəkləyir – ŞOK NƏTİCƏLƏR
4 iyul 2025 21:56
- Sibir manyakı - ovçu tayqada insanları ovlayıb, qadınları qaçırıb aylarla saxlayıb
4 iyul 2025 12:42
- Rusiya Əfqanıstan İslam Əmirliyini tanıyan ilk ölkə oldu
4 iyul 2025 09:42
- DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir ?
4 iyul 2025 09:31
- Gürcü bədənində rus başı formalaşdırmaq xülyası – Rus şovinizmi və gürcülər...
3 iyul 2025 19:43
- Ərdoğan sabah Xankəndiyə gələcək
3 iyul 2025 14:14
- Erməni parlamentində Rusiya üstündə DAVA – Butulka ilə VURDU
3 iyul 2025 13:14
- Prezident bu yolun açılışını ETDİ
3 iyul 2025 11:58
- Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
3 iyul 2025 11:48
Xəbər lenti
- Türkiyədən Rusiyaya sərt SİYASİ MESAJ - proses QIZIŞDI
05 iyul 13:37
- Bəziləri mənə dedilər ki, bu səfər sizin üçün təhlükəli ola bilər. Amma...
05 iyul 11:11
- Qarabağ xanlığının timsalında: Rusiyaya güvənmək fəlakətə gətirir
05 iyul 10:44
- Sərnişinlərin YAYDA kondisionersiz avtobus dərdi
05 iyul 09:59
- Bu gün Aşuradır
05 iyul 09:49
- Rusiyada olan Samirə dəhşət yaşadı: Azərbaycanlıların əl-qollarını bağlayıb, yerə yıxırlar...
05 iyul 09:29
- Mağazada faciə: Müdir gənc işçini boğub öldürdü - FOTO
05 iyul 00:58
- Ermənistan Rusiyaya NOTA verdi
05 iyul 00:44
- Amerikalıların 40-60 faizi Maskın yeni partiya ideyasını dəstəkləyir – ŞOK NƏTİCƏLƏR
04 iyul 21:56
- .Nişanlısı 32 İLDİR şəhid Mehmanı gözləyirmiş...
04 iyul 19:44
- Prezident Xankəndidə qonaqları qarşıladı
04 iyul 14:08
- Ərdoğan Azərbaycana GƏLDİ
04 iyul 13:56
- Sibir manyakı - ovçu tayqada insanları ovlayıb, qadınları qaçırıb aylarla saxlayıb
04 iyul 12:42
- Bakıda yenə yol çökdü - Cümşüd Cümşüdlünün faciəsi təkrarlana bilər..
04 iyul 12:14
- Pezeşkian Xankəndiyə GƏLDİ
04 iyul 10:19
- Emoməli Rəhmon Füzulidədir - Yenilənib
04 iyul 10:00
- SEVGİ ilə VƏRDİŞİ necə FƏRQLƏNDİRMƏK ? 3 əlamət
04 iyul 09:51
- Rusiya Əfqanıstan İslam Əmirliyini tanıyan ilk ölkə oldu
04 iyul 09:42
- DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir ?
04 iyul 09:31
- GÜNAY Qurbanova YENİDƏN Avropa çempionu olub
04 iyul 02:13
- Məktəbdən çıxan müəllimənin başına torba keçirib QAÇIRANLAR ...
04 iyul 02:01
- Parlamentin qarşısında EŞŞƏKLƏRLƏ ETİRAZ MİTİNQİ
03 iyul 23:01
- Xankəndidən Şuşaya kanatla gedəcəyik- 13 dəqiqəyə...
03 iyul 21:38
- Ukrayna Rusiya Hərbi Dəniz Donanması baş komandanının müavinini məhv etdi
03 iyul 19:59
- Gürcü bədənində rus başı formalaşdırmaq xülyası – Rus şovinizmi və gürcülər...
03 iyul 19:40
- Adil Kərimli mənə dedi: Ya Xalq Artisti, ya da Prezident təqaüdü, hansını istəyirsən ?
03 iyul 14:27
- Ərdoğan sabah Xankəndiyə gələcək
03 iyul 14:14
- Erməni parlamentində Rusiya üstündə DAVA – Butulka ilə VURDU
03 iyul 13:14
- Prezident bu yolun açılışını ETDİ
03 iyul 11:58
- Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
03 iyul 11:48
Video & Fotoqalereya
Video
Fotoqalereya