Sahibkarlar milyonlarca qaz pulunu niyə ödəmirlər?

Sahibkarların təbii qaza görə irihəcmli borcları ilə bağlı məhkəmə iddialarının təmin olunması üçün vahid, düşünülmüş qaydanın olmaması debitor borcların süni artımına səbəb yaratmaqla “Azəriqaz” İstehsalat Birliyinin (İB) maliyyə vəziyyətinə çox mənfi təsir edir.
Bu barədə “Azəriqaz”ın Hüquq Departamentinin rəhbəri Vüqar Eyvazov bildirib.
O deyib ki, payız-qış dövründə istixanalarda tərəvəz yetişdirən sahibkarların bəziləri həmin istixanalarda istehlak etdikləri qazın abunə haqqını ödəməkdən boyun qaçırır, hətta məhkəmələrə gedib borclarını inkar edirlər.
“Sözsüz ki, Prezident İlham Əliyevin də vurğuladığı kimi, sahibkarlar üçün əlverişli mühit yaratmaq bizim borcumuzdur. Lakin dövlət başçısının bu çağırışının başqa tərəfi də var, yəni sahibkarlar istifadə etdikləri təbii qazın haqqını sayğaclarda göstərilən həcmdə tam olaraq ödəməlidirlər. Lakin dövlət başçısının bu çağırışına cavab olaraq “Azəriqaz” tərəfindən borcun mərhələli şəkildə ödənilməsinə dair imzaladıqları protokollara belə məhəl qoymayan bəzi işbazlar dərhal məhkəmələrə üz tuturlar. Məhkəmələr abunəçilərin bu kimi iddia ərizələrini təmin edərək “Azəriqaz” İB-in onlara qaz təchizatının dayandırmasını qadağan edən qərardad çıxarır, özü də bu zaman yığılan borcun məbləğini diqqətə almır”, - “Azəriqaz” nümayəndəsi vurğulayıb.

"Nəticədə həmin abunəçilərin əmlakı və ya işgüzar fəaliyyəti ilə zəmanət altında olmayan həmin borclar durmadan artaraq külli miqdara çatır. Məsələn, İ.Şükürov adlı bir sahibkarın 03.12.2018 tarixində qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən, “Azəriqaz” qarşısındakı borcu 193 min manat həddini aşıb. Lakin borcunu inkar edən abunəçinin iddia ərizəsindən sonra çıxarılan 28.11.2019 tarixli, 2 (011)-9274/2019 nömrəli məhkəmə qərardadı ilə istədiyinə nail oldu, üstəlik, hətta cari ödədiyi abunə haqqını məhkəmə qərarını yerinə yetirməsi şəklində “rəsmiləşdirməy”i bacardı. Lakin, nə yaxşı ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə həmin məhkəmə qərarı ləğv olundu. Bununla da İ.Şükürovun 2020-ci ilin yanvar ayındakı debitor borcunun məbləği 233 min manatı ötüb ki, bunun da 160 min manatı 03.12.2018 tarixində qüvvəyə minmiş məhkəmə qərarının əhatə etdiyi borcdur”, - V.Eyvazov bildirib.
Onu da diqqətə çatdıraq ki, mövcud “Qaz təchizatı haqqında” qanununun 13.6 nömrəli maddəsinə görə, istifadə edilmiş qazla bağlı təqdim edilmiş hesabın istehlakçı tərəfindən bir ay ərzində ödənilməməsi halında qaz təchizatı dayandırıla bilər. Bu qanuni müddəaya zidd olaraq qəbul edilən adıçəkilən məhkəmə qərardadlarının bəzi abunəçilərin abunə haqqını ödəməkdən ardıcıl olaraq boyun qaçırmasına, nəticədə “Azəriqaz” İB-nin debitor borclarının külli miqdarlara çatmasına səbəb olduğu vurğulanıb. Belə ki, 2019-cu ilin ikinci yarısında sayğaclara görə bütövlükdə 305 min manat həcmində borcu yığılan 198 abunəçi bir qəpik belə ödəməyib, mövcud borclarının 50 faizindən az hissəsini ödəyən 571 nəfər abunəçinin isə məcmu borc məbləği 2 060 000 manat təşkil edir.

V.Eyvazovun sözlərinə görə, borclarını ödəmək istəməyən bəzi sahibkarlardan iddia ərizəsi alan məhkəmələr əksər hallarda iddiaçıları məhkəmə istintaqı başa çatanadək hətta kommersiya məqsədli qaz istehlakı ilə bağlı abunə haqqı ödəməkdən azad edən qərardadlar çıxarır.: "Halbuki bu qəbildən məhkəmə istintaqı bir ildən çox davam edə bilər. Sonra isə abunəçi məhkəmə istintaqı dövründə istifadə etdiyi qazın abunə haqqını məhkəmə qaydasında təkzib etməyə girişir. Beləcə qapalı dairə yaranır. Bu kimi külli miqdarda borclu olan, amma borcunu ödəmək fikrində olmayan abunəçilərin artması xüsusi narahatlıq doğurur. Belə ki, sözügedən məhkəmə qərardadları ucbatından abunəçi borcunu ödəməyərək belə qanunun gücü ilə “Azəriqaz”ı qaz təchizatını davam etdirməyə məcbur edir. “Biz isə “Qaz təchizatı haqqında” qanunun 13.6 nömrəli maddəsi də daxil olmaqla bütün qanuni tələblərə əməl etməyə, o cümlədən məhkəmə qərardadlarını qanundan üstün tutmayaraq abunəçilərin iddia ərizələrini onların abunə borclarının məbləğini nəzərə alaraq təmin etməyə çağırırıq. Bu kimi iddiaları təmin etməklə bağlı “Azəriqaz” İB-nin fəaliyyətinə xələl gətirməyən, onun debitor borclarının süni artımına gətirib çıxarmayan, bəzi əliəyri abunəçilər tərəfindən sui-istifadələrə münbit zəmin yaratmayan vahid, düşünülmüş qaydalar hazırlanmalıdır”, - “Azəriqaz”ın Hüquq Departamentinin rəhbəri fikrini tamamlayıb.
©Report
- Kseniya Sobçak azərbaycanlıların qətlindən yazdı – Sonra da deyirik bizi niyə sevmirlər?
2 iyul 2025 09:58
- Qanlı sürgün: 1864-cü il Çərkəz soyqırımının acı tarixçəsini qanlı Rusiya imperiyası necə yazdı…
1 iyul 2025 22:48
- Korrupsiyaya qarşı Mübarizə İdarəsi Ağsu RİH-nin başçısı Rövşən Bağırovun əməllərini görmür ?
29 iyun 2025 21:57
- Maşınlarını işçilərə yuduzduran direktor və müavini - Cəzalandırılacaq
27 iyun 2025 00:01
- Dünya bunu çoxdan edib: ÇİN DİLİNİ ÖYRƏNİN...
26 iyun 2025 10:13
- Sabah Məhərrəmlik başlayır - nələr vacibdir?
25 iyun 2025 22:34
- TƏK -SƏBİR- və yaxud Elm ilə təhsilin inteqrasiyası (Felyeton)
25 iyun 2025 11:12
- Mehriban xanım Prezidentə -bu qızın gözləri gözəldir - dedi... - Video
24 iyun 2025 09:05
- Prezident Administrasiyasınında 25 il aparıcı MƏSLƏHƏTÇİ işləyən şəxs vətəndaşlara 100 MİN atıb və...2 İL CƏZA
22 iyun 2025 12:02
- Dilqəm Əsgərov oğlunun ittihamlarına cavab verdi: Müalicəyə ehtiyacı var
22 iyun 2025 02:16
- Azərbaycan və Özbəkistan prezidentləri -Sea Breeze- istirahət mərkəzində olublar (FOTO)
02 iyul 21:29
- Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək - Vilayət Eyvazov
02 iyul 20:12
- Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - Fotolar
02 iyul 19:28
- Bakıda Özbəkistanın səfirliyinin yeni binası açıldı
02 iyul 19:15
- Özbəkistan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
02 iyul 19:04
- Həbsdə olan vəkil Adəm Məmmədovun əmisi hakim qarşısına çıxarılır - DTX tərəfindən saxlanılmışdı
02 iyul 13:46
- Şavkat Mirziyoyev Bakıya gəldi
02 iyul 13:09
- Lukaşenko Polşa və Baltikyanı ölkələri xəritədən silinməklə hədələdi
02 iyul 12:21
- Fasiləsiz 90 saat uça bilən quş - Bioloq açıqladı
02 iyul 11:31
- Rəsmi Moskva: Azərbaycanla aramızı vurmaq istəyənlər çoxdur
02 iyul 10:46
- Azərbaycan Polisi 107 yaşında!
02 iyul 10:30
- Kseniya Sobçak azərbaycanlıların qətlindən yazdı – Sonra da deyirik bizi niyə sevmirlər?
02 iyul 09:58
- Koronavirusun mənşəyi barədə sual hələ də QARANLIQ qalır - ÜST hesabat yaydı
02 iyul 01:07
- Rusiyanın Azərbaycandakı DANA MONOPOLİYASI
02 iyul 00:48
- 33 yaşlı müsəlman ABŞ siyasətində dönüş nöqtəsi yaratdı...- Nyu-York meri ola bilər...
02 iyul 00:10
- Ərdoğan Tatarıstan Prezidenti ilə görüşüb
01 iyul 23:27
- Qanlı sürgün: 1864-cü il Çərkəz soyqırımının acı tarixçəsini qanlı Rusiya imperiyası necə yazdı…
01 iyul 22:47
- Cümşüdün toyu olacaqmış - Nişanlışından ürəkparçalayan məktub - FOTO
01 iyul 22:10
- Bakı Bulvar İdarəsində 12 MİLYON yeyinti, 2 MİLYON VERGİDƏN yayınma..))
01 iyul 20:38
- Zelenski İlham Əliyevə başsağlığı verdi
01 iyul 20:18
- Prezident bu məhkəmələrə hakimlər təyin etdi - SİYAHI
01 iyul 19:04
- Əsir Qafqaz - Rusiya regiona gənə kimi yapışıb, qoparılma prosesi ağrılı gedir
01 iyul 18:42
- Prezident Fərid Əsgərova general-mayor rütbəsi verdi
01 iyul 16:20
- Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələr ələ keçdi: Narkotik tranziti, onlayn dələduzluq... (FOTO)
01 iyul 15:39
- Rus dilli məktəblər ödənişli olmalıdır - Elçin Şıxlı
01 iyul 15:18
- Qardaşların meyitlərinin ekspertiza rəyi açıqlandı: Qabırğalardan birini tapa bilmədik
01 iyul 13:57
- Mənim oğlumun ölümündə bu hakimiyyət günahkardı - ƏHMƏD ORUC
01 iyul 13:34
- Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim - Rəisdən ŞOK AÇIQLAMA
01 iyul 11:36
- İlham Əliyev Ruanda Prezidentini təbrik edib
01 iyul 11:27
- Slovakiya azərbaycanlı diplomatı Azərbaycana səfir təyin etdi
01 iyul 11:18