Bakıda bahalaşmaya görə QADIN QİYAMI -Babiy bunt
Bakıda qadın qiyamı.
İlk qadın qiyamının Vətəni Bakı olub. Fevral inqilabından düz 1 il əvvəl – 1916-cı ilin 14 fevralında Bakıda qadınların 3 gün davam edən və qan içində boğulan kütləv etirazları baş verib. Onu sadəcə elə belə də adlandırırlar – Bakıda “Qadın qiyamı” (“Babiy bunt”).
O hadisələr tariximizin az məlum və az yazılan səhifələrindəndir. Baxmayaraq ki, 96 il əvvəl Bakıda çıxan olaylar özünə bütün imperiyanın diqqətini çəkmişdi və o cümlədən paytaxtda, Dövlət Dumasında müzakirəyə çıxarılmışdı.
“Naşe Slovo” qəzeti 1916-cı ilin 13 martında yazırdı: “Deputat Cəfəroov xəbər verir ki, Bakıda bahalaşma əleyinə tətillər olub. Hər şey bazarlardan başlayıb. Qadınlar əvvəlcə xırda alverçilərlə hesablaşıblar, sonra iri alverçilərin dükanlarına hücum çəkiblər, bütün ərzaq məhsullarını küçələrə töküb və daşıyıb aparıblar. Hadisələrin 2-ci günü tarmar mərkəzi küçələrdəki mağazalara keçib. 3-cü gün isə qadınlar dəyirmanları, un və şəkər anbarlarını qarət ediblər. Polisin baş verənlərə münasibəti biganəlik şəklindədir, onlar hətta qadınları tacirlərin əlindən alıb xilas edirlər. Yalnız 4-cü gün qarışıqlıqlar yatırılıb. Deputat Cəfərov hesab edir ki, Bakıda bahalıq fonundakı qarışıqlıqlarda bəzi polis rəhbərlərinin də iştirakı var”.
Elə həmin günlərdə jurnalist (və 1 il sonra İnqilabın liderlərindən biri) Lev Trotski “Tarixin ironik çırtması” adlı məqaləsini yazır və Bakı hadisələrini təhlil edir:
“Həqiqətən də, inqilabi problem – yeni “namuslu” nazirlərin seçimində yox, hakimiyyətin yeni mahiyyətindədir. Bakıdakı hadisələr göstərir ki, köhnə hakimiyyət hansı azğınlıqla öz mövqelərinin müdafiəsinə qalxacaq. Bu Bakı qiyamı öz mənalılığında Dumadakı bütün müzakirələrdən daha parlaq və aydındır!”
Həmin günlər Bakıda baş verən hadisələr barədə yazılı mənbələr o qədər də çox deyil. Bu mənbələr sırasına Aleksey Şepelevin “Səmada və Yerdə” kitabını (nəşr: 1974-cü il), İsaak Mintsin “Qafqazda Sovet hakimiyyətinin qələbəsi” kitabını (1971-ci il) aid etmək olar. Ancaq ən əsas mənbə – Azərbaycanın 20-ci əsrinin ilk 20 ilinə aid mühüm yazılı mənbə sayılan Manaf Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabıdır. Elə bu mənbələrə əsaslanaraq da Bakıdakı “Qadın qiyamı”nın səbəb və mənzərəsini bərpa etməyə çalışaq.
Sovet aviatoru Aleksey Şepelevin kitabı avtobioqrafiyadır. Rostov-Donda doğulub böyüyən müəllif erkən yetim qalır və Dünya müharibəsinin gətirdiyi aclıqdan qaçaraq Bakıda məskunlaşır. Onun xatirələrindən: “Şəhər yaralılarla doludur. Hətta bir çox ictimai binalar da hospitala çevrilib… Şəhərdə ərzağın kəskin çatışmazlığı hiss olunur. Nə vaxtsa zəngin olan bazar da kasıblaşıb. Hər gün hər şeyin qiyməti artır. Tez-tez orduya səfərbərlik elan edilir. Evə çörək gətirən ərlərini itirmiş, ac uşaqlarla qalmış əsgər arvadlarının təpgisi böyüyür. Və – partlayış! Qadınların qiyamı başlayır.
Ümidsizliyə məcbur edilmiş qadınların ərzaq mağazalarını necə qarət etdiklərini, havada uçuşan “Çörək!”, “Müharibə rədd olsun!” qışqırıqlarını yaxşı xatırlayıram. Qəzəblənmiş jandarmlar və polislər bu qiyamçıları sakitləşdirməkdə aciz idilər. Nəhayət meydanlara atlı kazakları daxil etdilər, onlar da dərhal öz qırmaqlarını işə saldılar. Döyülən qadınların müdafiəsinə orduya yenicə çağırılan gənclər qalxdı. Əsl döyüş başladı”.
Şepelev bu vaxt siyasilərin və fəhlələrin də seyrçi qalmadığını xatırladır: “Qadınların kortəbii etirazları dərhal Bakı proletariatı və bolşeviklər tərəfindən dəstəkləndi. Neft yataqlarının və neft emalı zavodlarının işçiləri tətilə çıxdılar”.
Şepelev onu da xatırlayır ki, aranı bir qədər sakitləşdirmək və “vətənpərvərlik hissləri”nə təsir etmək üçün Bakı rəbərliyi və neft maqnatları çarın əmisi Nikolay Nikolayeviçi (Rus ordusunun keçmiş və uğursuz Baş komandanı) Bakıya dəvət etmək qərarına gəlirlər. Bunun üçün Nikolayevski küçəsində tələm-tələsik Zəfər arkası qurulur, yollara fənərlər və bayraqlar düzülür, ancaq əmi gəlib çıxmır. 1 il sonra isə Bakı qadınlarının taktikasını Sankt-Peterburq qadınları təkrarlayır və çarizm çökür.
“Qadın qiyamı”na dair ən dolğun məlumat və təsvirlər Manaf Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabında özünə yer alıb. Həmin kitaba müraciət edək…
Hadisələrin başlanması ərəfəsində Bakıda bahalaşma, kütləvi yoxsullaşma və möhtəkirlik baş alıb gedirdi. Ən vacib ərzaqlar bahalaşmış və satışı monopoliyaya alınmışdı. Məsələn, bütün ət bazarı 6 möhtəkirin əlində cəmləşmişdi. Tacirlər malları gizlədir, “qara bazar”da qiymətlərə yaxın düşmək olmurdu.
Belə bir şəraitdə də “Qadın qiyamı” başladı. Manaf Süleymanov qiyamda müsəlman qadınların iştirak etmədiyini qeyd edir: çadralı və tam hüquqsuz müsəlman qadınlara evdən çıxmaq qadağandı.
“Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabında müəllif qiyamın başlanmasını bu cür təsvir edir: “Bir qadın Aleksandro-Nevski bazarında kartof alarkən qiymət üstündə dükançı ilə höcət edir, qəzəblənib dolu torbanı yerə çırpıb, günəbaxan tumu olan qutunu da vurub dağıdır və başlayır tumu tapdalamağa. Elə buna bənd imiş kimi qonşuluqdakı Bazar küçəsindəki yüzlərlə arvad başlayırlar qarışıqlıq salmağa, hücum edib meyvə, tərəvəz, baqqal, bəzzaz, çörəkçi, qəssab dükanlarını talan etməyə. Qarışıqlıq Quba meydanında və Balaxanı küçəsindəki dükanlara da sirayət edir. Səbzə bazardakı taxta budkaları dağıdıb yandırırlar. Arvadlar, yeniyetmələr bazar-dükanı dağıdırlar”.
Polisləri daşa basan qadınlar iki dəstəyə bölünüb Bakının zəngin mağazalarına hücum çəkirlər. Minlərlə qadın “Metropol” mehmanxanası (Nizami muzeyi) yaxınlığında polis və kazakların gözü qabağında zəngin mağazaların şüşə və qapılarını sındırır. Qiyam gecənin yarısına qədər davam edir.
Səhərisi gün – fevralın 15-də hər şey yenidən təkrarlanır. İri un, düyü, qənd mağazaları, çolaq Ağabalanın və Qlazovun dəyirmanları, un anbarları, gəmiçilik şirkətlərinin müxtəlif mal anbarları tarmar edilir. Həmin gün qadınlar Bakıda 116 ərzaq, 70 parça və geyim mağazasına basqın edərək talayırlar.
Proseslər öz kulminasiya nöqtəsinə qiyamın 3-cü günü – fevralın 16-da çatır. Manaf Süleymanov kitabında qeyd edir ki, “Ayın 16-da olan qarışıqlığı təsvir etmək mümkün deyil. İki gün əvvəl olub-keçənlər, bütün bunlarla müqayisədə heç nə idi. Çay təki axan, dəniz kimi dalğalanan arvadlar əllərinə keçənləri gecə yarıya qədər daşıyıb aparır, polisə və atlı kazaklara daş yağdırırdılar”.
Ancaq hakimiyyət artıq özünə gəlmiş, qiyamı yatırmaq üçün Tiflis, Mahaçqala (Petrovsk), Yelizavetpol (Gəncə) və Dərbənddən yüzlərlə polis və atlı kazakı Bakıya çağırmışdı. Əlahiddə Qafqaz ordusundan da güclü qoşun və toplar gətirilir. Fevralın 17-də artıq qiyamın yatırılması üçün hər şey hazırdı. Həmin gün şəhər küçə döyüşlərinə meydan olur.
Qadınlara qarşı atlı kazaklar və polis odlu silah tətbiq edir. Rəsmi məlumatlara görə, Qadın qiyamı yatırılarkən 9 nəfər öldürülür, 57 nəfər isə yaralanır. Manaf Süleymanov bu rəqəmləri kiçildilmiş, təhrif olunmuş sayır. Onun sözlərinə görə, əslində ölən və yaralananlar xeyli çox idi, o cümlədən, polislər və əsgərlər arasında da ölənlər vardı. Bakı qalabəyisi Martınovun raportunda qadınların qiyamı ərzində şəhərə 2 milyon 957 min manat həcmində ziyan dəydiyi qeyd olunur.
Bakıdakı bu eksseslər tezliklə bütün Qafqaza səs salır və oxşar qiyamlar başqa şəhərlərdə də təkrarlanır. Digər maraqlı və çox simptomatik detal isə Bakı qadınlarının tacirlərə və sahibkarlara bəyanatla müraciət etməsində, daha doğrusu, bu müraciətin mətnindədir. Mətn ultimativ xarakter daşımaqla bərabər, həm də sanki əvvəlcədən tarixi inkişafın hansı istiqamətdə gedəcəyini proqnozlaşdırı və öncəgörməyə bənzəyir.
Bəyanatda deyilirdi: “Siz ey rəhmsiz qan içənlər! Yaddan çıxarmayın ki, belə “qadın tufanı” bir daha qopa bilər. O, daha dəhşətli, daha amansız və qəzəbli olacaq. Heç bir qüvvə qabağımızı kəsə bilməyəcək. Bütün dükanlar və mağazalar, anbar və dəyirmanlar dağılıb yerlə yeksan olacaq. Qan içənlərin hamısı məhv olacaq”.
Yazıldığı kimi də oldu. 1 il keçdi və növbəti “qadın tufanı” Peterburqda monarxiyanı süpürüb atdı…
- Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın doğum günüdür.
17 dekabr 2025 00:12
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 2025 17:07
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 2025 01:03
- Etiraf edirəm ki, mənə -paçka-larla pul verib - General məhkəməyə gəldi
11 dekabr 2025 11:42
- Prezident John Deere şirkətinin Mərkəzi Asiya və MDB ölkələri üzrə prezidentini qəbul etdi
10 dekabr 2025 11:49
- Şərurlu İsfəndiyar-ın binasında FACİƏ - Fəhlə yıxılıb öldü - VİDEO
10 dekabr 2025 11:42
- Bakı metrosunda qadının bədəninə toxundu - 15 gün Həbs olundu
10 dekabr 2025 11:03
- QUQUŞ-dan maraqlı etiraflar - Azərbaycanın ürəyimdə xüsusi yeri var…Bakıda, Gəncədə, Sumqayıtda kasetlərimə qulaq asırdılar
10 dekabr 2025 01:05
- İlham Əliyevlə Peter Pelleqrini arasında geniş tərkibdə görüş oldu
8 dekabr 2025 22:55
- Əbülfəs Qarayevin qızı məhkəməyə verilir – Rejissoru hansı cəza gözləyir?
8 dekabr 2025 14:26
- Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın doğum günüdür.
17 dekabr 00:12
- Mübariz Mənsimovun Ramiz Mehdiyev ilə heç bir zaman nə biznes, nə də şəxsi münasibəti olmayıb
16 dekabr 21:35
- Pişəvəri və Sovetlər Birliyi - Eyvaz Taha
16 dekabr 19:59
- Amnistiyaya bu məhkumlar düşəcək - Həmin şəxslərin dairəsi müəyyənləşdi
16 dekabr 14:32
- Korrupsiya və əxlaq PARADOKSU – Qarayevlərin biznes imperiyası – SİYAHI
16 dekabr 12:56
- Azərbaycan və Türkiyə arasında TARİXİ ANLAŞMA parlamentdə
16 dekabr 12:33
- Aqil Abbas: Amnistiya jurnalistlərə də şamil olunsun
16 dekabr 12:13
- Prezident AHİK-in VIII qurultayının iştirakçılarına müraciət ünvanladı
16 dekabr 11:38
- Qonşunuz səs-küy salırsa - Nə etməli ?
16 dekabr 11:26
- Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı axtarışa verildi
16 dekabr 11:07
- Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürdü
16 dekabr 00:52
- Sabah oliqarx oğlunun məhkəməsidir – Orxan İsmayılzadə 6-cı dəfə atalıq testindən yayınacaqmı?
16 dekabr 00:41
- Anar Ələkbərov Ramiz Rövşəni evində ziyarət etdi (FOTO)
15 dekabr 22:22
- Prezident bu şəxslərin rütbəsini artırdı (SƏRƏNCAM)
15 dekabr 21:51
- Vahid Axundov vəfat etdi - Prezident və birinci xanım nekroloq imzaladı
15 dekabr 21:44
- Ukraynada daha bir azərbaycanlı həlak oldu- FOTO
15 dekabr 11:28
- Bəşər Əsəd Moskvada - Nə işlə məşğuldur?
15 dekabr 11:20
- Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salındsı (FOTO)
15 dekabr 11:09
- Səksənə çatanda səksənir hamı... - Ramiz Rövşəndən özünə şeir
15 dekabr 01:48
- Yeni rus - Azərbaycan lüğəti
14 dekabr 22:12
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 17:07
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 16:31
- Avtobuslar pulsuzdur, DYP yoxdur, içki qadağandır - Azərbaycanda unikal məkan + VİDEO
14 dekabr 16:23
- Övladları ölümə göndərilən çeçen analar fəryad edir
14 dekabr 15:38
- Epşteynin sirli arxivi: Tramp, Klinton və qlobal elita yenidən gündəmdə - BBC
14 dekabr 14:56
- İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar
14 dekabr 13:51
- Rusiya İslam ölkəsinə çevrilir - ŞOK STATİSTİKA
14 dekabr 12:19
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
14 dekabr 00:06
- O da azadlığa çıxdı
13 dekabr 23:31
- Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOsu
13 dekabr 22:31
