Erməni mətbuatı Əliyevi şahinə, Paşinyanı göyərçinə bənzətdi
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevlə Ermənistanın Baş Naziri Nikol Paşinyan arasında dünən Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr baş tutub.
Modern.az-in məlumatına görə, panel müzakirələr həm Azərbaycanda, həm də Ermənistanda geniş rezonans doğurub.
İlham Əliyevin 45 dəqiqəlik müzakirələr zamanı Paşinyandan daha arqumentli danışması, onun üzərində psixoloji üstünlük əldə etməsi Ermənistan mətbuatının da diqqətindən yayınmayıb.
Ölkənin “Tert.am” saytı bir neçə aparıcı ekspertin iştirakı ilə debatlarda Paşinyanın və İlham Əliyevin arqumentlərini incələyib.
“İlham Əliyevin özünü aparması, periodik olaraq Paşinyanın çıxışlarına təbəssümü, bəzən isə açıq şəkildə gülməsi müharibədə məğlub olan tərəfin biz olduğu təəssüratı yaradırdı. Hətta Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da Nikol Paşinyana güldü və bu nazirin hökumət rəhbərimizə, həm də dövlətimizə hörmət etmədiyinin göstəricisi idi. Əslində özü ilə bu cür davranmağa şərait yaradan Paşinyan bu vəziyyətə görə təqsirkardır.
İndi təsəvvür edirsiniz bağlı qapılar arxasında nələr baş verir? Münxendə hamı gördü ki, kulis arxasında kim diktə edir, kim isə baş əyir.
Azərbaycan tərəfi ənənəvi arqumentlərini təkrarladı. Paşinyan görünür ki, buna hazır deyildi və mənasız “münaqişə hər üç xalqın: Azərbaycan, Ermənistan və Qarabağ maraqlarına cavab verməlidir” tezisindən başqa heç nə deyə bilmədi.
Tarixi mübahisələri kənara qoysaq, Əliyev növbəti dəfə danışıqlar tələbini açıq ortaya qoydu, Paşinyan isə növbəti dəfə yox...
Rəsmi Bakı Qarabağı öz tərkibində görmək, Şuşa və digər yaşayış məntəqələrini qaytarmaq istəyir. Bütün bunlara Əliyev mərhələli həll variantını: ətraf 7 rayonun qaytarılmasını, məcburi köçkünlərin öz torpaqlarına qaytarılmasını və s. istəyir.
Paşinyan isə İlham Əliyevin şahin kimi göründüyü müzakirələrdə Qərbin dəstəyini almaq üçün özünü sülh göyərçini kimi təqdim edirdi. Amma bu çox təhlükəli oyundur, xüsusən Münxendə”-deyə məqalədə deyilir.
Sonda Paşinyanın baş nazir statusuna layiq olmadığı və bu məsuliyyəti dərk etmədiyi əlavə olunub.
“Beynəlxalq auditoriya qarşısına demokrat imici ilə çıxan Paşinyan növbəti dəfə sübut etdi ki, dövlət başçısı üçün tikilən kostyum onun əyninə böyükdür”.
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 2026 11:50
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Ərdoğandan İlham Əliyevə təbrik
4 fevral 2026 23:29
- Azərbaycan əleyhinə qətnamə ilə bağlı Bakıdan cavab: Fransa küncə sıxılıb...
4 fevral 2026 19:24
- Netanyahu İlham Əliyevi İsrailə dəvət etdi
3 fevral 2026 21:57
- Prezident Məhəmməd Əbdülsalam ilə görüşdü
3 fevral 2026 11:33
- İlham Əliyev Əbu-Dabiyə getdi (FOTO)
2 fevral 2026 20:43
- 12-ci erməni Qarabağdan niyə getmək istəmədi - Həkəri körpüsünə çatanda dedi ki...
28 yanvar 2026 00:28
- Tallində Ermənistanın baş naziri -Noldu Paşinyan- mahnısı ilə QARŞILANDI - VİDEO
25 yanvar 2026 12:11
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
