Yol qəzasına səbəb olan piyadalar həbs olunacaq
Kamran Əliyev: "Bu halda piyadalar cinayət məsuliyyətinə cəlb olunacaq"
Bir çox hallarda piyadaların günahı ucbatından qəzalar baş verir. Piyada xəsarət almasa da avtomobillərə, onların sürücülərinə ziyan dəyir. Avtosfer.az-ın təqdim etdiyi videoda da piyadanın sürücüləri çaşdırması nəticəsində qəza olur. Bəs görəsən bu halda piyada hansı məsuliyyət daşıyır?
Məsələ ilə bağlı Avtosfer.az-ın sullarını cavablandıran Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev verdiyi məlumata görə bu kimi hallar təəssüf ki, baş verir. "Təqdim olunan kadrlardan da göründüyü kimi küçəni müəyyən olunmamış yerdən keçmək istəyən orta yaşlı piyada sağa-sola diqqət yetirmədən yolun hərəkət hissəsinə atılır, lakin çox güman ki, onun iki addımlığında olan avtomobilin tormoz, yaxud siqnal səsinə reaksiya verərək dayanır. Qabaqdakı avtomobilin sürəti az olduğuna görə sürücü nəqliyyat vasitəsini qısa məsafədə saxlaya bilsə də arxadan gələn avtomobil hərəkət zolağını dəyişmək üçün bir qədər sürətini artırdığına və qarşısındakı avtomobillə ara məsafəsi saxlamadığına görə toqquşmadan yayına bilmir."
Kamran Əliyev bildirib ki, qəzanın baş verməsinə səbəb bilavasitə piyada olsa da arxadakı sürücü də “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozduğu üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə, piyada isə həmin Məcəllənin 338.1.2-ci maddəsinin tələbini pozduğuna, yəni yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxdığına görə inzibati məsuliyyətə cəlb edilməlidirlər.
"Aydın məsələdir ki, sığorta ödənişinin həyata keçirilməsi üçün sürücülər hadisə yerindən yayınmaqda maraqlı deyillər, çünki, bilirlər ki, bu yayınma daha ciddi məsuliyyətə səbəb ola bilər. Lakin videokadrlardan da göründüyü kimi sürücülər avtomobillərindən endikdən sonra piyadanı əl jestləri ilə məzəmmət etsələr də onun hadisə yerindən yayınmasının qarşısını alınmağa cəhd göstərmirlər. İlk baxışdan hadisə yerinə yaxınlaşan uniformalı şəxsin polis olması güman edilsə də köynəyinin qollarında şevronların olmaması həmin şəxsin digər qurumların əməkdaşı olmasını deməyə əsas verir.
Onu da hərəkət iştirakçılarının, xüsusilə də piyadaların diqqətinə çatdırmaq istərdim ki, piyadalarımız elə düşünməsinlər ki, onların təqsiri üzündən necə qəza olur-olsun onlara maksimum 20 və ya 40 manat məbləğində cərimə tətbiq oluna bilər. Məsələ burasındadır ki, əgər hər hansı yol qəzası piyadaların yol hərəkəti qaydalarını pozmaları nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olarsa artıq o, cinayət məsuliyyətinə cəlb olunacaq. Yəni azadlıqdan məhrum edilərək ömrünün müəyyən hissəsini həbsxanada keçirməli olacaq."
- Arutyunyan, Mnatsakanyan və Manukyan ömürlük azadlıqdan məhrum edildi
5 fevral 2026 13:13
- EPŞTEYN sənədləri-ndə Jalə Əliyeva və Ziya Məmmədov FAKTI - FOTOLAR
5 fevral 2026 12:48
- Ən çox və ən az məscidləri olan bölgələrimiz (SİYAHI)
5 fevral 2026 12:09
- Ərdoğandan Misir prezidentinə hədiyyə
5 fevral 2026 00:53
- Azərbaycanın ən hündür binası olacaq - FOTO
4 fevral 2026 18:49
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
4 fevral 2026 15:45
- Şəmsi Səmədzadə və oğlu axtarışa verildi
4 fevral 2026 15:32
- Azərbaycan 15 regiona bölünməlidir
4 fevral 2026 13:22
- Daha 6 soydaşımız Ukrayna müharibəsində həlak oldu
4 fevral 2026 11:04
- Netanyahu İlham Əliyevi İsrailə dəvət etdi
3 fevral 2026 21:57
- Yas mərasimləri ilə bağlı YENİ QƏRAR – Bütün ölkə üzrə…
06 fevral 01:30
- Əliyev və Paşinyan yaxşı liderlərdir - Tramp
05 fevral 22:49
- İlham Əliyev Ərdoğana məktub göndərdi
05 fevral 16:58
- 26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü - Foto
05 fevral 14:16
- Arutyunyan, Mnatsakanyan və Manukyan ömürlük azadlıqdan məhrum edildi
05 fevral 13:13
- EPŞTEYN sənədləri-ndə Jalə Əliyeva və Ziya Məmmədov FAKTI - FOTOLAR
05 fevral 12:45
- Ən çox və ən az məscidləri olan bölgələrimiz (SİYAHI)
05 fevral 12:09
- Ərdoğandan Misir prezidentinə hədiyyə
05 fevral 00:53
- Ərdoğandan İlham Əliyevə təbrik
04 fevral 23:29
- Azərbaycan əleyhinə qətnamə ilə bağlı Bakıdan cavab: Fransa küncə sıxılıb...
04 fevral 19:24
- Azərbaycanın ən hündür binası olacaq - FOTO
04 fevral 18:49
- İlham Əliyevə -Zayed İnsan Qardaşlığı Mükafatı - təqdim olundu
04 fevral 18:27
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
04 fevral 15:45
- Şəmsi Səmədzadə və oğlu axtarışa verildi
04 fevral 15:32
- Azərbaycan 15 regiona bölünməlidir
04 fevral 13:22
- Qalmaqallı sabiq vəkil Sevil Hacıyeva barəsində Ali Məhkəmənin QƏRARI
04 fevral 12:08
- İlham Əliyevlə Paşinyan arasında geniş tərkibdə görüş keçirildi /FOTO/VİDEO)
04 fevral 11:19
- Daha 6 soydaşımız Ukrayna müharibəsində həlak oldu
04 fevral 11:04
- Netanyahu İlham Əliyevi İsrailə dəvət etdi
03 fevral 21:57
- Qalib Salahzadənin dəniz kənarındakı obyektlərinin söküntüsünə başlanıldı
03 fevral 21:39
- Müdafiə Nazirliyinin sabiq mayoru SAXLANILDI
03 fevral 19:15
- Azərbaycan və BƏƏ prezidentləri Sülh Qalxanı-2026 təlimini izlədi (FOTO)
03 fevral 18:54
- Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı
03 fevral 14:03
- İcra məmurları belə geyinəcək (FOTO)
03 fevral 13:54
- Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı - Evrascon-da nə baş verir?
03 fevral 13:46
- Prezident Məhəmməd Əbdülsalam ilə görüşdü
03 fevral 11:33
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
02 fevral 23:03
- Elmira Axundovanın yaxınına 10 gün vaxt verildi – yenidən həbs edilə bilər
02 fevral 21:25
- İlham Əliyev Əbu-Dabiyə getdi (FOTO)
02 fevral 20:43
- Generala ərə gedən xanım digər generalın bacısı qızıdır
02 fevral 20:33
