- Ramin Nur şadlıq evində camış əti dana əti adı ilə təqdim edilir (FOTO)
- Rusiyaya ŞİDDƏTLİ HÜCUM: yer-göy DAĞILIR, Zelenski HƏRƏKƏTƏ KEÇDİ -VİDEO
- Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirildi, 160 şübhəli saxlanıldı
- Axtarışa verilən Abbas Abbasov harada gizlənir ?
- Böyük Qayıdış davam edir - daha 57 ailə Laçın, Xocavənd və Ağdama köçürülür
“Mehriban Əliyevanın bu ali mükafatla təltif edilməsi təsadüfi deyil” - Vaqif Abdullayev
Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev fevralın 22-də Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyevanın Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə - IX Piy Ordeninin Böyük Xaçına layiq görülməsi ilə bağlı müəllif yazısı yazıb.
“Qafqazinfo” xəbər verir ki, V. Abdullayev Birinci Vitse-prezident Mehriban Əliyevanın bu ordenə mədəniyyətin, o cümlədən Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə layiq görüldüyünü bildirib:
“Ordeni Mehriban xanım Əliyevaya Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin təqdim edib. Qeyd edək ki, bu ordenlə kilsə və cəmiyyət qarşısında xidmətlərə görə təltif olunurlar. Böyük Xaç – dövlət başçılarına və yüksəkvəzifəli dövlət xadimlərinə təqdim olunan xüsusi dərəcədir. İtaliya Respublikasının hazırkı Prezidenti Sercio Mattarella, İtaliya dövlətinin bir sıra sabiq rəhbərləri, o cümlədən Corcio Napolitano, həmçinin tac qoyulmuş şəxslər – İsveç kralı XVI Qustav, Lüksemburqun Böyük Hersoqu Anri, İspaniya Kralı Xuan Karlos və Belçika Kralı II Albert bu ordenə layiq görülənlər sırasındadır.
Azərbaycanın Birinci Vitse-prezidentinin bu ali mükafatla təltif edilməsi təsadüfi deyil. Mehriban xanım Əliyeva dünya miqyasında nüfuzlu ictimai xadim, humanitar diplomatiyanın ən görkəmli xadimlərindən biridir və son illərdə dünya sivilizasiyasının zənginləşməsinə dərin töhfə verən qadın lider kimi xüsusi diqqətəlayiq fəaliyyəti ilə seçilməkdədir. Onun müasir dünya mədəniyyətinə, humanitarizmə münasibəti və əvəzsiz xeyriyyəçilik fəaliyyəti beynəlxalq cəmiyyət tərəfindən bəyənilir, müxtəlif sosial, siyasi və iqtisadi qruplar tərəfindən mənəvi dəstək obyektinə çevrilir. Bu baxımdan, Mehriban Əliyevanın qlobal miqyasda geniş vüsət alan xeyirxahlığı diqqətdən kənarda qalmır.
İctimai, sosial, elmi-mədəni, humanitar, idman və digər sahələrdə misilsiz uğurlara imza atan Mehriban xanımının xidmətləri bu baxımdan hər zaman yüksək qiymətləndirilib. Bir çox ölkələrin təsis etdiyi ali mükafat və adların təqdimində Azərbaycanın Birinci xanımının ismi xüsusi olaraq qeyd edilir. Mehriban xanım Əliyeva sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərə verdiyi böyük dəstəyə, xeyriyyəçilik fəaliyyətinə, nəcib və tərəqqipərvər təşəbbüslərinə görə , ən yüksək ali mükafatlarla təltif edilib.
Mehriban xanım Əliyevanın həm mədəni-humanitar, həm də ictimai- diplomatik fəaliyyətində İtaliya ilə əlaqələr xüsusi əhəmiyyət kəsb edir. Mehriban Əliyevanın dünyada mədəniyyətlərarası dialoqun, multikulturalizm ideyasının genişlənməsində fədakar əməyi İtaliya üçün böyük maraq kəsb edib. İki ölkə arasında mədəniyyət sahəsində möhkəm əlaqələr qurulub. Onun təşəbbüsü ilə həyata keçirilən sosial-mədəni tədbirlər, mədəniyyətlərarası dialoq təşəbbüsləri rəsmi Roma tərəfindən əlaqələrin inkişaf etdirilməsində mühüm rol oynayıb.
2005-ci ilin mart ayında Prezident İlham Əliyevin İtaliya Respublikasına və Vatikan Dövlətinə rəsmi səfəri çərçivəsində keçirdiyi görüşlər dövlətlərarası münasibətlərin inkişafında mühüm mərhələnin başlanmasına səbəb olub. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva üçün ayrıca xüsusi səfər proqramının tərtib olunması onun güclü diplomat və ictmai statusunun göstəricidir. Mehriban Əliyeva həmin proqrama uyğun olaraq, möhtəşəm tarixi abidə kimi öz füsunkar gözəlliyi ilə seçilən Prezident sarayı ilə tanış olub, Romadakı uşaq xəstəxanasına və nadir incəsənət muzeylərinə baş çəkib.
Mehriban Əliyevanın Vatikanda keçirdiyi görüşlərdə multikulturalizmə və tolerantlığa verdiyi töhfə yüksək qiymətləndirilib.
Mehriban Əliyevanın İtaliya səfərləri zamanı Roma Papası ilə görüşləri də mühüm əhəmiyyət daşıyan hadisə kimi xarakterizə edilə bilər. Onun 2014-cü ilin iyun ayında Roma Papası Fransisk ilə görüşündə Azərbaycan ilə Vatikan arasında ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etməsi qeyd edilib, Mehriban Əliyevanın bu əməkdaşlığın mədəni irsin qorunması sahəsində xidmətləri təqdir olunub. Heydər Əliyev Fondu tərəfindən Müqəddəs Roma katakombalarının bərpası isə xüsusilə yüksək qiymətləndirilib.
.jpg)
Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Vatikana səfərləri tərəflər arasında yaxın dostluq əlaqələrinin artmasına səbəb olub, Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında 2012-ci ildə imzalanmış ikitərəfli müqavilə qardaşlıq, dostluq, əməkdaşlığın yeni müstəvidə inkişafına zəmin yaradıb. Fond ilə Vatikanın Mədəniyyət Nazirliyi arasında son illər humanitar sahədə olan əməkdaşlıq da dərinləşib, bu ölkədə mühüm layihələrin həyata keçirilməsi bəşəriyyət üçün xoş təsir bağışlayan nümunəvi addım kimi dəyərləndirilib. Mehriban Əliyevanın dünya irsinin nadir incilərinə olan xüsusi hörməti Vatikanda bir çox dəyərli tarixi abidələrin bərpasına səbəb olub.
Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin və sivilizasiyaların təmas və ünsiyyət məkanı olmub. Çoxmillətli, çoxkonfessiyalı ölkə kimi tolerantlıq və dözümlülük ideyaları üzərində qurulmuş Azərbaycan dövləti bu gün bütün dünyaya multikulturalizm nümunəsi təqdim edir. Ölkəmiz dinlərarası münasibətlərin ən səmərəli, ən xeyirxah forması olan güclü platforma yaradır. Bunun bariz nümunəsi xristian abidələrinə diqqətdir. Bu baxımdan, Roma imperiyası dövrünə aid olan Zevsin heykəlinin bərpa olunmasında Heydər Əliyev Fondunun xidmətləri əvəzolunmazdır. Müqəddəs Marçellinio və Pietro katakombaları ən qədim xristian abidələri sırasında tarixi və memarlıq baxımından xüsusi yer tutur. Roma şəhərinin ətrafında yerləşən 60-a yaxın katakomba arasında məhz bu katakombalar xristian aləmi üçün ən mühüm və ən müqəddəs abidələrdən hesab edilir. Məhv olmaq təhlükəsi ilə üzləşən katakombaların bərpası ilə bağlı bütün dünya xristianlarına müraciət edən Vatikanın çağırışına Heydər Əliyev Fondunun cavab verməsi sivilizasiyalara, dəyərlərə verilən ən böyük ehtiram idi. Məhz Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində Müqəddəs Marçellinio və Pietro katakombaları bərpa edilib. İtaliya və dünya ictimaiyyəti Fondun bu addımını dinlər və mədəniyyətlərarası dialoqun inkişafına verilən ən sanballı töhfələr kimi qiymətləndirib.
Heydər Əliyev Fondu öz fəaliyyətini genişləndirərək 2013-cü ildən etibarən İtaliyanın regionlarında da yeni layihənin həyata keçirilməsinə başlayıb. Fondun yerinə yetirdiyi bu missiya iki ölkə arasında mədəni əlaqələrin inkişafına təsir etməklə yanaşı, İtaliya ictimaiyyəti arasında ölkəmizin müsbət imicinin formalaşdırılması və möhkəmləndirilməsi baxımından da mühüm rol oynayıb.
Azərbaycan-İtaliya münasibətlərinin dinamikasına Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın bu ölkənin yüksək vəzifəli dövlət və hökumət üzvləri ilə keçirdiyi görüşlər müsbət təsir göstərib. Bu görüşlərdə yeni layihələrin icrası ilə bağlı aparılan səmərəli danışıqlar əsas yer tutur. 2016-cı il martın 9-da Mehriban Əliyeva İtaliyanın ölkəmizdəki səfiri Ciampaolo Kutillo ilə görüşündə də dövlətlər arasında sıx münasibətlərə təkan verən mühüm məsələlər ətrafında müzakirələr aparılıb.
Azərbaycan ilə İtaliya arasında bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji sahələrində mövcud olan uğurlu əməkdaşlığa toxunan Mehriban Əliyeva humanitar əlaqələrin xüsusi əhəmiyyətindən danışıb. Səfir Ciampaolo Kutillo son illər Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə İtaliyada bir çox tədbirlərin həyata keçirilməsinin İtaliya ictimaiyyətində dərin minnətdarlıqla qarşılandığını diqqətə çatdırıb.
Mehriban xanımın 2016-cı il sentyabrın 29-da ölkəmizdə səfərdə olan İtaliya Senatında Azərbaycan-İtaliya dostluq qrupunun sədri Mauro Mariya Marinonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü də faydalı müzakirələr baxımından əlamətdar olub. Mehriban Əliyeva Azərbaycan-İtaliya əlaqələrinin nümunəvi xarakter aldığını, rəhbərlik etdiyi Heydər Əliyev Fondunun İtaliyada mədəni abidələrin qorunması və bərpasında yaxından iştirak etdiyini diqqətə çatdırıb.
İtaliaya Senatında nümayəndələri Azərbaycanla əlaqələrin yaxşı dostluq mühitində möhkəmləndiyini və gerçəkləşən layihələrin ikitərəfli əlaqələrin güclənməsinə xidmət etdiyini bildiriblər. Onlar 2019-cu ildə Avropanın mədəniyyət paytaxtı elan olunan qədim Mattera şəhərinin İçərişəhərlə qardaşlaşması təklifini irəli sürüblər. Mehriban Əliyeva bunu gözəl təşəbbüs kimi dəyərləndirərək bu cür addımların regionlar arasında əlaqələrin qurulmasına yaxşı imkan yaratdığını vurğulayıb.
Azərbaycan-İtaliya əlaqələrinin bütün sahələrdə artan dinamikası strateji tərəfdaşlığın möhkəmlənməsində mühüm rol oynayıb. İtaliya Azərbaycanın Avropada ən güclü və böyük ticarət tərəfdaşı olmaqla yanaşı, beynəlxalq tədbirlərdə siyasi dəstəyini nümayiş etdirən ölkələrdən biridir. Rəsmi Roma Azərbaycanın haqlı mövqeyni hər zaman dəstəkləyib, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin yanında olduğunu siyasi iradəsi ilə təsdiqləyib. Bu xidmətlərə görə, Azərbaycan hökuməti İtaliyanın dövlət və hökumət üzvlərini ən yüksək mükafatlarla təltif edib.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Azərbaycan-İtaliya əlaqələrinin uğurla inkişafına verdiyi dərin töhfə qarşı tərəfin hər zaman yüksək siyasi hörmətin ifadəsi kimi qiymətləndirilmişdir. 2018-ci il iyulun 18-də İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində təltif etmə mərasimlərinin keçirilməsi dost ölkələr arasında siyasi münasibətlərin möhtəşəmliyini nümayiş etdirmişdir. Həmin səfər zamanı Mehriban Əliyevanın İtaliyanın “Xidmətlərinə görə” ordeni ilə mükafatlandırılması bu ehtiramın nümunəsi olub.
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın İtaliyaya 2020-ci il fevralın 19-dan 23-dək olan dövlət səfəri zamanı açıq müzakirələrdə və zəngin siyasi dialoqlarda bir daha Azərbaycanın dünyada sülh və təhlükəsizliyə, tolerantlığa töhvə verən dövlət olduğu bəyan edildi. Mehriban xanım Əliyevanın Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilə görüşündə də Azərbaycanda ictimai-siyasi sabitliyin hökm sürdüyü, xalqımızın rifah içərisində yaşadığı diqqətə çatdırıldı. Papa Fransiskin bəyan etdiyi kimi Azərbaycanda dini icmalar arasındakı tolerant münasibətlər region üçün nümunədir, Azərbaycanda höküm sürən möhkəm sabitlik şəraitində bütün dini konfessiyalar, dini təriqətlər qardaşlıq şəraitində fəaliyyət göstərir. Azərbaycanda mədəniyyətlərarası dialoq, multikulturalizm, həmçinin müsəlmanlar, xristianlar və yəhudilər arasında olan dərin və güclü harmoniyanın əldə edilməsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xidmətləri xüsusi yer tutur. Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülməsi də məhz Mehriban xanım Əliyevanın fəaliyyətinə beynəlxalq səviyyədə verilən böyük dəyərdir”.

- Abbas Abbasov təcili Türkiyədən Rusiyaya qayıtdı
17 dekabr 2025 12:32
- Axtarışa verilən Abbas Abbasov harada gizlənir ?
17 dekabr 2025 11:11
- Böyük Qayıdış davam edir - daha 57 ailə Laçın, Xocavənd və Ağdama köçürülür
17 dekabr 2025 11:03
- Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın doğum günüdür.
17 dekabr 2025 00:12
- Pişəvəri və Sovetlər Birliyi - Eyvaz Taha
16 dekabr 2025 19:59
- Amnistiyaya bu məhkumlar düşəcək - Həmin şəxslərin dairəsi müəyyənləşdi
16 dekabr 2025 14:32
- Korrupsiya və əxlaq PARADOKSU – Qarayevlərin biznes imperiyası – SİYAHI
16 dekabr 2025 12:56
- Azərbaycan və Türkiyə arasında TARİXİ ANLAŞMA parlamentdə
16 dekabr 2025 12:33
- Qonşunuz səs-küy salırsa - Nə etməli ?
16 dekabr 2025 11:26
- Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı axtarışa verildi
16 dekabr 2025 11:07
- Müştəriləri aldadan şadlıq sarayı Xəlil Göyüşovun imiş
17 dekabr 21:57
- BEYİN DALĞASI adlı intellektual podcast layihəsi uğurla baş tutub
17 dekabr 20:17
- Ramin Nur şadlıq evində camış əti dana əti adı ilə təqdim edilir (FOTO)
17 dekabr 20:07
- Rusiyaya ŞİDDƏTLİ HÜCUM: yer-göy DAĞILIR, Zelenski HƏRƏKƏTƏ KEÇDİ -VİDEO
17 dekabr 12:46
- Abbas Abbasov təcili Türkiyədən Rusiyaya qayıtdı
17 dekabr 12:32
- Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirildi, 160 şübhəli saxlanıldı
17 dekabr 11:38
- İlham Əliyev Əbu-Dabidə BƏƏ Prezidenti ilə görüşdü (FOTO)
17 dekabr 11:33
- Axtarışa verilən Abbas Abbasov harada gizlənir ?
17 dekabr 11:11
- Böyük Qayıdış davam edir - daha 57 ailə Laçın, Xocavənd və Ağdama köçürülür
17 dekabr 11:03
- Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın doğum günüdür.
17 dekabr 00:12
- Mübariz Mənsimovun Ramiz Mehdiyev ilə heç bir zaman nə biznes, nə də şəxsi münasibəti olmayıb
16 dekabr 21:35
- Pişəvəri və Sovetlər Birliyi - Eyvaz Taha
16 dekabr 19:59
- Amnistiyaya bu məhkumlar düşəcək - Həmin şəxslərin dairəsi müəyyənləşdi
16 dekabr 14:32
- Korrupsiya və əxlaq PARADOKSU – Qarayevlərin biznes imperiyası – SİYAHI
16 dekabr 12:56
- Azərbaycan və Türkiyə arasında TARİXİ ANLAŞMA parlamentdə
16 dekabr 12:33
- Aqil Abbas: Amnistiya jurnalistlərə də şamil olunsun
16 dekabr 12:13
- Prezident AHİK-in VIII qurultayının iştirakçılarına müraciət ünvanladı
16 dekabr 11:38
- Qonşunuz səs-küy salırsa - Nə etməli ?
16 dekabr 11:26
- Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı axtarışa verildi
16 dekabr 11:07
- Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürdü
16 dekabr 00:52
- Sabah oliqarx oğlunun məhkəməsidir – Orxan İsmayılzadə 6-cı dəfə atalıq testindən yayınacaqmı?
16 dekabr 00:41
- Anar Ələkbərov Ramiz Rövşəni evində ziyarət etdi (FOTO)
15 dekabr 22:22
- Prezident bu şəxslərin rütbəsini artırdı (SƏRƏNCAM)
15 dekabr 21:51
- Vahid Axundov vəfat etdi - Prezident və birinci xanım nekroloq imzaladı
15 dekabr 21:44
- Ukraynada daha bir azərbaycanlı həlak oldu- FOTO
15 dekabr 11:28
- Bəşər Əsəd Moskvada - Nə işlə məşğuldur?
15 dekabr 11:20
- Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salındsı (FOTO)
15 dekabr 11:09
- Səksənə çatanda səksənir hamı... - Ramiz Rövşəndən özünə şeir
15 dekabr 01:48
- Yeni rus - Azərbaycan lüğəti
14 dekabr 22:12
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 17:07
