BDU tələbəsinin ölümü: Tibbi ekspertizası nə gizlədir?
Azərbaycanda Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi istintaqı ləngidir.
Bu sözləri Oxu.Az-a açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) üç tələbəsinin zəhərlənməsi və onlardan birinin ölümü hadisəsini, hansı ki, artıq üzərindən 100 gün keçib - şərh edən vəkil Türkel Süleymanlı deyib.
Xatırladaq ki, noyabrın 21-də universitetin Yasamal rayonu, Mətbuat prospektində yerləşən yataqxanasında tələbələr Şəkər Xasmətova (1999-cu il təvəllüdlü), Dilrubə Quliyeva və Həmidə İbadova (1998-ci il təvəllüdlü) zəhərlənib.
Həkimlər Ş.Xasmətovanın yataqxanada öldüyünü müəyyən ediblər, digər iki qız isə ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib, bir neçə gündən sonra isə evə buraxılıblar.
Hüquq-mühafizə orqanları əvvəlcə tələbənin qida zəhərlənməsi nəticəsində öldüyünü ehtimal etdi. Lakin cəsədin patoloq anatomlar tərəfindən müayinəsindən sonra faktla bağlı yaradılan əməliyyat-istintaq qrupu qızların hələ də bilinməyən toksik maddə ilə zəhərləndiyi qənaətinə gəldi.
Dekabrın 4-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu barədə jurnalistlərə açıqlama verib.
Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan, zərərçəkmiş şəxsin ölümü və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Zəhərlənmənin səbəblərini və digər halları aydınlaşdırmaq üçün müvafiq ekspertizalar təyin edilib.
100 gündən çox vaxt keçsə də, faktla bağlı məhkəmə tibbi ekspertizasının rəyi hələ hazır deyil.
Vəkilin sözlərinə görə, bu yolla məhkəmə tibbi ekspertləri nəinki cinayət-prosessual qanunvericiliyin tələblərini pozub, üstəlik üç dəfə, eyni zamanda istintaqın işini iflic edib, ən əsası isə zərərçəkmiş tərəfin hüquqlarını pozub.
"Onlar öz səriştəsizliklərini nümayiş etdirdilər. Biz bu vəziyyət barədə Səhiyyə Nazirliyinə, Vəkillər Kollegiyasına, Baş Prokurorluğa yazdıq. Bakı Şəhər Prokurorluğunun İstintaq Şöbəsinin müdiri Rəşad Mansurov bununla bağlı məni qəbul etdi. Bu aşkar qanun pozuntusudur, çünki kimyəvi ekspertiza üçün maksimum bir ay vaxt verilir. Kimyəvi ekspertiza ilə paralel olaraq həmçinin histoloji ekspertiza aparılır. Lakin hətta belə olan halda belə ekspertizaların aparılma müddəti bir ayı keçməməlidir”, - deyə T.Süleymanlı bildirib.
Vəkil qeyd edib ki, bu rezonans doğuran işdə məhkəmə tibbi ekspertləri işin şəxsən baş prokurorun nəzarətində olmasına baxmayaraq, kobud səhlənkarlığa yol veriblər.
"Qız nə xəstəlikdən, nə də virusdan ölməyib. Ölümün təbii səbəbləri yoxdur. Ekspertlər bizi əmin etdilər ki, Azərbaycanda bu növ tədqiqatın aparılması üçün bütün imkanlar mövcuddur. O zaman nəticələr hanı, niyə yoxdur? Hətta Ş.Xasmətovanın atası toxuma və qan nümunələrinin ekspertiza üçün Moskvaya göndərilməsini təklif etsə də, birlikdə buna razılıq verilməyib. Ekspertlər vaxtı uzadıb, başımızı aldadırlar. Onlar zərərçəkmiş tərəfdən nə gizlədirlər? Onların bütün fəaliyyətləri səhlənkarlıq etdiklərini göstərir və bu çox şübhəlidir”, - deyə vəkil bildirib.
Qeyd edək ki, ekspertizanın rəyi olmadan istintaq hadisə iştirakçılarının hərəkətlərinə lazımi qiymət verə bilməz. Ekspertiza aparıldığı müddətdə işlə bağlı araşdırma dayandırılır. Ş.Xasmətovanın ölüm işi ilə bağlı qeyri-müəyyən vəziyyət üç aydan çoxdur davam edir.
"Üç ay – müddətin üçqat pozulmasıdır. İstənilən tədqiqatçını bu cür işə görə rəhbərlik cəzalandırardı. Niyə heç kim ekspertlərdən soruşmur?”, - deyə T. Süleymanlı haqlı olaraq sualla çıxış edib.
Oxşar xəbərlər
- Anası ayrılmaq istəyib, məşqçi də hirsini Fəriddən çıxıb – Şahid DANIŞDI
13 may 2024 11:42
- İşdən çıxarılan məşhur cərrah danışdı
8 may 2024 10:22
- Tanışının qulağını dişlədi - Həbs olundu
4 may 2024 13:39
- Cahangir Hacıyev aclıq aksiyasına başladı
3 may 2024 13:17
- Onlar nazir müavini təyin edildilər
29 aprel 2024 18:09
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 2024 14:30
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 2024 10:29
- Bakıda 800 minlik dələduzluq: Üç dövlət qurumu zərər gördü, dörd nəfər həbs olundu
9 aprel 2024 05:47
- Bakıda yataqxanada yanğın - 14 nəfər xəsarət aldı- Video - Yenilənib
6 aprel 2024 13:55
Xəbər lenti
- Şəhriyarın qadınlarla bağlı açıqlaması tənqid olundu - Video
21 may 20:47
- Bakcell-in baş icraçı direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
21 may 20:34
- Prezident Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul etdi (FOTO)
21 may 12:19
- Tut yuyulmalıdırmı?
21 may 11:55
- Ərdoğan: Mövcud konstitusiya ilə Türkiyə irəli gedə bilməz
20 may 23:20
- Türkiyədə matəm elan edildi
20 may 23:08
- Qarabağ Universitetinə rektor təyin olundu
20 may 20:33
- İran Prezidenti və heyəti həlak olub - Mehr Agentliyi
20 may 12:06
- Bu xəbər bizi ciddi şəkildə narahat etdi - İlham Əliyev
20 may 11:57
- Fotoda Tağı Əhmədov...
19 may 16:14
- İlham Əliyev sərhəddə İran Prezidenti ilə görüşdü - Fotolar
19 may 12:33
- Arif Hacılı Məclis sədri seçildi, İsa Qəmbər 6 müavin təyin etdi
18 may 16:46
- Prezidentlə xanımı AĞALI hotelinin açılışında iştirak edib
18 may 16:32
- Hərbi Hava Qüvvələrinə yeni komandan təyin olundu - Foto
18 may 13:52
- İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
18 may 11:06
- Niyə 1976 xəritəsinə razı olduq? Göyçə masadadır? - Sensasion detal
18 may 10:50
- Xaricdə oxuyan nə qədər məzunumuz geri qayıdıb? - açıqlama
18 may 10:00
- Təzyiq ölçərkən ən çox yol verdiyi səhvlər
18 may 09:49
- Brejnevə qarşı üsyana qalxan birinci katib – DTK onu mehmanxanada zərərsizləşdirib...”
17 may 23:22
- Prezidentlər naharda nələr yeyiblər - Fotolar
17 may 22:09
- Mikayıl İsmayılovun keçmiş gəlini Fidan Abbasova HƏBS OLUNMAYIB
17 may 19:55
- Azərbaycan Bəstəkarlar İttifaqının və MHUİB-nin üzvü, bəstəkar İlham Azmanlının 60 illiyi qeyd olundu
17 may 19:09
- Zakir Həsənov general-mayora yüksək vəzifə verdi
17 may 19:00
- Prezidentlər Cıdır düzündə - Fotolar
17 may 18:42
- NAR-an voleybol üzrə milli komandalarımıza dəstək
17 may 18:09
- Ərdoğan bu generalları əfv etdi
17 may 12:24
- Nazir baş həkimi işdən çıxdı - Yeni təyinat
16 may 21:27
- Məhkəməni təxirə saldırıb vaxt qazanan Gülnarə Bayramova qardaşı Gündüz Əliyevlə qurduğu plandı?
16 may 21:00
- Oliqarx Mikayıl İsmayılovun keçmiş gəlinindən ŞOK AÇIQLAMALAR-VIDEO
16 may 18:03
- Prezidentlərin geniş tərkibdə görüşü oldu - Fotolar - Yenilənib
16 may 17:47
Video & Fotoqalereya
Video
Fotoqalereya