Qoşqar Təhməzlinin və qardaşlarının biznes şəbəkəsi (FAKTLAR)
Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzlinin və qardaşlarının biznes şəbəkəsi barədə məlumatlar yayılıb.
Məlumatları jurnalist Cavanşir Həsənli dərc edib. Həmin siyahını təqdim edirik:
1. Qoşqar Təhməzli 2008-ci ilin fevralında 1000 manat nizamnamə kapitalı ilə NƏRİMANOV RAYONU, İSMAYIL HİDAYƏTZADƏ ev.MƏH., 1911 hüquqi ünvanında qeydiyyatdan keçmiş "MEDEKS" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin həmtəsisçisidir. Şirkətin digər həmtəsisçisi Əhmədi Cavad İrəc oğludur.
2. Qoşqar Təhməzli digər şirkəti BÜRÜNC LARBA MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİni 2006-cı ilin yanvarında qeydiyyatdan keçirib. Hüquqi ünvanı NƏSİMİ RAYONU, İZZƏT HƏMİDOV, ev 3-dür.
3. Onun təsisçisi olduğu YOSKOS KO. LTD MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ isə bundan bir ay sonra, 2006-cı ilin fevralında qeydiyyata alınıb. Hüquqi ünvanı XƏTAİ RAYONU, YERYOMENKO, ev 15-dir.
4. Qoşqar Təhməzli 2008-ci ilin sentyabrında Izmirdə Türkiyə vətəndaşları Hacı Reşit Nacar və Zübeydə Nacarla ortaq İNTERNATİONAL GROUP NACAR ÖZEL SAĞLIK, EŞTETİK, CİHAZ, MEDİKAL, TEMİZLİK İNŞAAT SANAYİ VE TİCARET LİMİTED şirkətini də qeydiyyatdan keçirib. Şirkət tibbi və estetik cihazların satışını həyata keçirib. Qoşqar Təhməzli 2012-ci ildə özünə aid hissələri Zübeydə Nacara sataraq şəriklikdən çıxıb.
5. Təhməzli özünə yeni ortaq taparaq bu ölkədə yeni şirkət açıb. ÖZEL KANON SAĞLIK LABORATUVAR MEDİKAL SİSTEMLERİ SANAYİ VE TİCARET LİMİTED ŞİRKETİ isə 2012-ci il yanvarın 3-də 10 min lirə nizamnamə kapitalı ilə Oqtay Öztürk və Qoşqar Təhməzli tərəfindən təsis edilib. Şirkət Türkiyədə tibbi xidmətləri həyata keçirən xəstəxanlar, klninikalar, dispanserlər, doğum evləri və digər səhiyyə təsisatları açmaq, işlətmək hüququna sahibdir.
6. Qoşqar Təhməzlinin Oqtay Öztürklə şərikliyi Türkiyədəki bizneslə məhdudlaşmır, onlar 2011-ci ildə Gürcüstanda qeydiyyatdan keçmiş UNİVERSAL MEDİKAL GROUP-da şərikdirlər.
7. Təhməzlinin Slovakiyada və Ukraynadakı şirkəti ilə bağlı daha əvvəllər ətraflı yazmışdım. AQTA-ya rəhbər təyin edildikdən sonra cənab Təhməzlinin bu ölkələrdəki biznesini onun şəriki Cavidan İmanov idarə edir. Cavidan İmanov AMİP-in keçmiş Siyasi Şura üzvü, hazırda AMEA İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanovun oğludur. AQTA sədrinin şirkətdəki 80 faizlik pay hüququ onun adına rəsmiləşdirilib.
Təhməzlinin Bratislavadakı şirkəti SAFFRAN S.R.O hotel və mehmanxanaları tekstil və hamam aksesuarları ilə təmin edir.
8. Cavidan İmanov Qoşqar Təhməzlinin Ukraynadakı eyni adlı şirkətini də idarə edir və SAFFRAN-UKRAİNA LTD-nin (ТОВАРИСТВО З ОБМЕЖЕНОЮ ВІДПОВІДАЛЬНІСТЮ "САФФРАН УКРАЇНА") 80 faizlik hissəsi onun adına rəsmiləşdirilib.
Cavidan İmanov 2007-ci ildə qeydiyyatdan keçmiş LİMAN QRUP MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin də qanuni təmsilçisidir.
9. Qoşqar Təhməzlinin qardaşı oğlu Şahbaz Təhməzli "BİNƏ" MƏNZİL-TİKİNTİ KOOPERATİVİnin 5 təsisçisindən biridir. Şirkətin təsisçilərindən biri, eyni zamanda qanuni təmsilçisi Qoşqar Təhməzlinin qardaşı Ataş Təhməzli İlahi oğludur. Şirkət 2006-cı ilin aprelində 2400 manat nizamnamə kapitalı ilə qeydiyyatdan keçib. Hüquqi ünvanı XƏZƏR RAYONU, BİNƏ ŞTQ, M.Ə.SABİR, ev 111-dir.

10. Təhməzlilərə məxsus daha bir tikinti şirkəti 2004-cü ilin sentyabrında 1600 manat nizamnamə kapitalı ilə qeydiyyatdan keçmiş "LİDER" MƏNZİL-TİKİNTİ KOOPERATİVİdir. Hüquqi qeydiyyatı SUMQAYIT ŞƏHƏRİ, 6 MKR-da olan kooperativin qanuni təmsilçisi Şahbaz Təhməzli Ataş oğludur. Şirkət çoxmərtəbəli yaşayış binalarının tikintisi ilə məşğuldur.
11. Şahbaz Təhməzli eyni zamanda 2010-cu ilin avqustunda 2000 manat nizamnamə kapitalı ilə qeydiyyatdan keçmiş "BAŞARAN GROUP" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin iki həmtəsisçisindən biri və qanuni təmsilçisidir. Şirkətin digər həmtəsisçisi isə AQTA sədrinin digər qardaşı, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) rəhbəri Fərhad Təhməzovun oğlu İsrafil Təhməzlidir. "Başaran Group"un hüquqi ünvanı NƏSİMİ RAYONU, CAVAD XAN, ev 11-də yerləşir. Şirkət Rusiya və Türkiyədən tikinti materiallarının, xüsusilə kafel-metlaxların idxalı ilə məşğuldur.
12. Həmin ünvanda Təhmzli qardaşlarının daha bir şirkət - "İPE GROUP" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ qeydiyyatdadır. Şirkət 2015-ci ilin aprelində 500 manat nizamnamə kapitalı ilə qeydiyyatdan keçib. Şirkətin təsisçisi MİDA rəhbərinin oğlu İsrafil Təhməzli, qanuni təmsilçisi isə Fərhad Təhməzovun qardaşı oğlu Şahbaz Təhməzlidir. Şirkət Bakıda "Rahat Yaşam" proyektini həyata keçirir. Bura binaların idarə olunması, təhlükəsizlik, yaşıllaşdırma və texniki xidmətlər daxildir. Ofisi İsmayıl Hidayətzadə küçəsində yerləşir. MİDA rəhbəri səlahiyyətlərindən istifadə edərək çoxmənzilli yaşayış binalarının idarə olunmasını öz oğlunun şirkətinə yönəldir. Belə ki, Mənzil Məcəlləsinə əsaslanaraq mənzil tikinti kooperativlərini (MTK-lar) inşa etdikləri binaları dövlət təhvilinə verdikdən 1 ay ərzində binanı tərk etməyə məcbur edilir. Məcəlləyə görə həmin binaları ya sakinlərin özü, ya da sakinlərin təşəbbüsü ilə idarəedici şirkətlər tərəfindən idarə edilməlidirlər. Bu boşluqda İPE GROUP monopolist mövqeyə çıxmaqdadır.
13. MİDA-ya rəhbərlik edən Fərhad Təhməzov də qardaşı Qoşqar Təhməzlidən geri qalmayaraq Türkiyədə şirkət açıb. İLAHİ İNŞAAT TURİZM SANAYİ VE TİCARET LİMİTED ŞİRKETİ (İlahi - Təhməzli qardaşlarının atasının adıdır) 2010-cu il mayın 18-də İstanbul Ticarət Sicili Məmurluğunda 100 min lirə nizamnamə kapitalı ilə qeydiyyatdan keçirilib. Şirkətin hissələrinin 60 faizi Fərhad Təhməzovun, 40 faizi isə Fərhad Təhməzovun qızı Fidan Təhməzlinin adına rəsmiləşdirilib. Şirkət turizm, inşaat və ticarət sektorunda fəaliyyət göstərir.
Şirkətin ünvanı: KÜÇÜKBAKKALKÖY MAH.ÖNDER SOK. NO:10 D:14 ATAŞEHİR.
Oxşar xəbərlər
- Mübariz Mənsimovun Ramiz Mehdiyev ilə heç bir zaman nə biznes, nə də şəxsi münasibəti olmayıb
16 dekabr 2025 21:35
- Korrupsiya və əxlaq PARADOKSU – Qarayevlərin biznes imperiyası – SİYAHI
16 dekabr 2025 12:56
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 2025 17:07
- Dişlərini fırçala, rahatlıqla dələduzluq et - Polisin 3 günə tutduğu 20 dələduzu Azərbaycan məhkəməsi neçə günə azad edər
8 dekabr 2025 14:20
- ƏBƏLFƏS Qarayevin BİZNES İMPERİYASI : Hotel, balıq, neft... (SİYAHI)
6 dekabr 2025 14:03
- Restoranlarda müştəriləri soymağın yeni üsulu: SERVİS HAQQI
6 dekabr 2025 12:32
- EVDƏN İŞLƏMƏK rəsmiləşir: Maaşlar belə hesablanacaq
6 dekabr 2025 03:10
- Şeyxin Ramiz Mehdiyevlə münasibəti dövlətlə bağlı olub - Qardaşı
4 dekabr 2025 13:57
- Elmira Axundovanın yaxın adamının ölkədən çıxışına STOP qoyulub – MƏHKƏMƏ İŞİ
3 dekabr 2025 20:38
- ARAZ supermarketlər şəbəkəsi -Zəfər xatirələri- sənədli filmini təqdim edib
24 noyabr 2025 11:31
Xəbər lenti
- Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın doğum günüdür.
17 dekabr 00:12
- Mübariz Mənsimovun Ramiz Mehdiyev ilə heç bir zaman nə biznes, nə də şəxsi münasibəti olmayıb
16 dekabr 21:35
- Pişəvəri və Sovetlər Birliyi - Eyvaz Taha
16 dekabr 19:59
- Amnistiyaya bu məhkumlar düşəcək - Həmin şəxslərin dairəsi müəyyənləşdi
16 dekabr 14:32
- Korrupsiya və əxlaq PARADOKSU – Qarayevlərin biznes imperiyası – SİYAHI
16 dekabr 12:56
- Azərbaycan və Türkiyə arasında TARİXİ ANLAŞMA parlamentdə
16 dekabr 12:33
- Aqil Abbas: Amnistiya jurnalistlərə də şamil olunsun
16 dekabr 12:13
- Prezident AHİK-in VIII qurultayının iştirakçılarına müraciət ünvanladı
16 dekabr 11:38
- Qonşunuz səs-küy salırsa - Nə etməli ?
16 dekabr 11:26
- Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı axtarışa verildi
16 dekabr 11:07
- Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürdü
16 dekabr 00:52
- Sabah oliqarx oğlunun məhkəməsidir – Orxan İsmayılzadə 6-cı dəfə atalıq testindən yayınacaqmı?
16 dekabr 00:41
- Anar Ələkbərov Ramiz Rövşəni evində ziyarət etdi (FOTO)
15 dekabr 22:22
- Prezident bu şəxslərin rütbəsini artırdı (SƏRƏNCAM)
15 dekabr 21:51
- Vahid Axundov vəfat etdi - Prezident və birinci xanım nekroloq imzaladı
15 dekabr 21:44
- Ukraynada daha bir azərbaycanlı həlak oldu- FOTO
15 dekabr 11:28
- Bəşər Əsəd Moskvada - Nə işlə məşğuldur?
15 dekabr 11:20
- Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salındsı (FOTO)
15 dekabr 11:09
- Səksənə çatanda səksənir hamı... - Ramiz Rövşəndən özünə şeir
15 dekabr 01:48
- Yeni rus - Azərbaycan lüğəti
14 dekabr 22:12
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 17:07
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 16:31
- Avtobuslar pulsuzdur, DYP yoxdur, içki qadağandır - Azərbaycanda unikal məkan + VİDEO
14 dekabr 16:23
- Övladları ölümə göndərilən çeçen analar fəryad edir
14 dekabr 15:38
- Epşteynin sirli arxivi: Tramp, Klinton və qlobal elita yenidən gündəmdə - BBC
14 dekabr 14:56
- İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar
14 dekabr 13:51
- Rusiya İslam ölkəsinə çevrilir - ŞOK STATİSTİKA
14 dekabr 12:19
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
14 dekabr 00:06
- O da azadlığa çıxdı
13 dekabr 23:31
- Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOsu
13 dekabr 22:31
Video & Fotoqalereya
Video
Fotoqalereya
















