Teymur yarışdan koronavirusa görə imtina edib
İddiaçılar turnirindən imtina etdiyi deyilən Teymur Rəcəbov bu barədə açıqlama verib. “Qafqazinfo”nun məlumatına görə, qrossmeysterimiz İnstaqram hesabında bu barədə paylaşım edib.
Rəcəbov səhhətində hər hansı problemin olmadığını bildirib:
“Əziz həmvətənlərim, şahmat azarkeşləri, bütün şahmat ictimaiyyəti, həmkarlar və dostlar. Bu xəbər doğru deyil. Turnirdən çıxmaq üçün şəxsi səbəbim yoxdur. Çox yaxında bununla bağlı FİDE-yə göndərilən məktublar və onların cavabları ilə birlikdə açıqlama verəcəm”.
***
Teymur Rəcəbovun İddiaçılar turnirinə qatılmamasının səbəbi bəlli olub. Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, qrossmeyster koronavirusa görə yarışdan imtina edib.
Bu barədə şahmatçı özü açıqlamasında bildirib:
“Rusiyanın Yekaterinburq şəhərində şahmat üzrə dünya çempionu tituluna namizədlər turnirində iştirak etməli idim. Bildiyiniz kimi, hazırda dünyada koronavirus epidemiyasının artması müşahidə olunur. Ümumdünya Səhiyyə Təşkilatı epidemiyanı risk səviyyəsini ən yüksək qiymətləndirib - qırmızı olduğunu açıqladı. Dünyadakı bir çox yarışlar və əlamətdar hadisələr vəziyyətin inkişafına əsaslanaraq ləğv edilir və ya daha gec bir tarixə təxirə salınır. FİDE Beynəlxalq Şahmat Federasiyası bir sıra profilaktik tədbirlər həyata keçirib. Ancaq kifayət qədər deyil. Çin şahmatçılarına, onların məşqçilərinə və müşayiət edən şəxslərə Rusiyada 14 gün müddətində karantində qalacaqları bildirildi. Çin şahmatçılarından bir nəfər, onun məşqçiləri və heyəti həqiqətən karantinə alınıb.
Ancaq Çindən gələn ikinci iştirakçı karantinə alınmayacaq və turnirin başlanmasına yaxın koronavirus epidemiyasının hər gün artdığı ölkədən gələcək. Bundan əlavə, hər hansı bir iştirakçı, məşqçi və ya onu müşaiyət edən jurnalistlər, müsahibə götürənlər və ya hakimlərdən birində soyuqdəymə və ya koronavirus aşkarlanarsa turnirin necə davam edəcəyi barədə FİDE tərəfindən bir açıqlama verilmir. İştirakçılar karantinə alınacaqsa analiz və virusun mövcudluğunu müəyyənləşdirmək üçün nə qədər mərhələ və vaxt lazım olacaq?
Namizədlər arası turnir 22 gün ərzində davam edən 14 turdan ibarət şahmat marafonudur. Turnirin qlobal epidemiya şəraitində necə keçəcəyi, virus və ya adi SARS aşkar edildiyi təqdirdə hansı addımlar atılacağı və ya xəstə iştirakçıya münasibətdə hansı tədbirlərin görüləcəyi barədə heç kim izahat vermir. Bütün bu məqamların mürəkkəbliyi səbəbindən FİDE-yə turnirin daha gec tarixə təxirə salınması təklifi ilə müraciət etdim. Mənə bu təklifimi qəbul etmədilər. Yuxarıda göstərilənlərlə əlaqədar olaraq hesab etdim ki, namizədlər arası turnir kimi vacib bir yarışda bu cür şərtlər maksimum oyun səviyyəsi üçün lazım olan konsentrasiya və əhval-ruhiyyəyə çox mənfi təsir edə bilər. Nəticədə mən başqa üzvlə əvəzləndim”.
- Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi
2 may 2024 12:44
- Sənədsiz evlərlə bağlı yenilik (VİDEO)
2 may 2024 10:47
- Vitse-spiker Adil Əliyev Ukrayna Ali Radasının vitse-spikeri ilə görüşüb - FOTO
1 may 2024 22:21
- Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm - Seymur Orucovun qohumu həbs edildi
1 may 2024 22:04
- Prezident İraq Parlamentinin sədrini qəbul etdi
1 may 2024 21:56
- Qubad İbadoğlunun yaşayış yerini dəyişməsinə icazə verildi
1 may 2024 19:15
- Ramin İsayevin məhkəməsində insident yaşanıb....
1 may 2024 19:01
- İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi
1 may 2024 15:55
- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ
1 may 2024 16:13
- 100 uşağı öldürən həkimin Azərbaycanda gizli əməlləri - VİDEO
1 may 2024 11:53
- Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi
02 may 12:44
- Füzuli şagirdləri üçün NAR-dan gözəl hədiyyə
02 may 12:32
- Sənədsiz evlərlə bağlı yenilik (VİDEO)
02 may 10:47
- Həmid Herisçi AYB-nin üzvü oldu
02 may 10:36
- Musabəyov, bir gün Başkənddə döyüşsəydin, bu sözü deyə bilməzdin... Etibar Əmiraslanov
01 may 22:28
- Vitse-spiker Adil Əliyev Ukrayna Ali Radasının vitse-spikeri ilə görüşüb - FOTO
01 may 22:21
- Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm - Seymur Orucovun qohumu həbs edildi
01 may 22:04
- Prezident İraq Parlamentinin sədrini qəbul etdi
01 may 21:56
- Qubad İbadoğlunun yaşayış yerini dəyişməsinə icazə verildi
01 may 19:15
- Ramin İsayevin məhkəməsində insident yaşanıb....
01 may 19:01
- İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi
01 may 15:55
- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ
01 may 15:50
- Sabah DEPUTAT Ramin Məmmədovla bağlı iclas keçiriləcək
01 may 15:24
- Rasim Tağıyevin oğlu həbs edildi
01 may 15:18
- 100 uşağı öldürən həkimin Azərbaycanda gizli əməlləri - VİDEO
01 may 11:53
- Bakıda beynəlxalq forum keçirilir: Prezident çıxış edib (YENİLƏNİB)
01 may 11:45
- Nəcməddin Sadıqovun həbsinə HAZIRLIQ BAŞLADI!
01 may 09:37
- Nazir ölkəyə yeni baş notarius təyin etdi (ÖZƏL)
30 aprel 21:40
- Azərbaycanlı milyarder əfv edildi - Edam cəzası verilmişdi
30 aprel 19:48
- NAR rabitə sahəsinin peşəkarlarını hazırlayır - Fotolar
30 aprel 19:29
- Şəhərin 85 faizi azərbaycanlıdır, amma bir TV-miz belə yoxdur- Sabiq deputat
30 aprel 19:20
- Əməliyyat keçirilən qurumun rəisi kimdir?
30 aprel 16:19
- Mayın ilk gününün havası
30 aprel 13:17
- Sex qızıllarını İtaliya və Türkiyə məmulatı adı ilə satırmışlar - Moskva Univermağında əməliyyat
30 aprel 12:00
- Bakcell ilə innovasiya dövrü başladı!
30 aprel 11:50
- Lalə Ümid yeni kitabını təqdim etdi – Foto
30 aprel 10:46
- ADNA terrorundan 15 il ötür...
30 aprel 10:28
- Dövlət Neft Fondu bu il 3 tona yaxın qızıl alıb
29 aprel 23:51
- İsa Qəmbər rəsmən namizəd oldu - Foto
29 aprel 23:33
- Mehriban Əliyevadan Ülviyyəyə təbrik - Səninlə fəxr edirəm!
29 aprel 23:27