

“Vilyam Hacıyev deyir, necə DOĞMUSAN, elə də bax” - ŞİKAYƏT
Müsahibə7 mart 2020 17:06
Şuşadan olan məcburi köçkün ailəsi İmişlidə idarə binasında yaşayır
"Deyirəm, 4 övladımla acından ölürük, körpəyə süd ala bilmirəm. İcra başçısı mənə deyir ki, dünyaya gətirməzdin, necə dünyaya gətirmisən, elə də bax. Bu, başçıya yaraşan sözlərdir?”
İmişlinin Rəsullu kəndində yaşayan 30 yaşlı Günel Abdullayeva Meydan.Tv-yə belə deyib.
Günel Abdullayeva İmişli sakini, 47 yaşlı Araz Bağırovla 8 il əvvəl ailə həyatı qurub. Yaşadığı Gəncə şəhərindən İmişliyə köçüb. Ailənin 4 övladı var. Böyüyü 1-ci sinfə getməlidir. Anası deyir, nə paltarı, nə də məktəb ləvazimatlarını ala bilib:
"Belə getsə, heç göndərə bilməyəcəyəm. Qarınlarını doydurmaq mənim üçün problemdir. Qaldı paltar almağın heç yaxınına da düşə bilmirəm. Kiçik oğluma yemək almaqdan ötrü bütün günü icra hakimiyyətinin qapısında yatıram. İcra başçısı Vilyam müəllim mənə deyir ki, burada pul paylamırlar, get evinə. Mən demirəm, siz deyin, bəs mən nə etməliyəm?”
Günel Abdullayeva deyir ki, sonbeşiyinin, 5 aylıq körpəsinin ürəkgetməsi var. Müalicə etdirməyə imkanı yoxdur. Getdikcə vəziyyəti pisləşir: "Əlimizdən heç nə gəlmir. O qədər bərbad qidalanırıq ki... Uşağa verməyə südüm də olmadı. Yediyi hazır yeməyin bir qutusu isə 22 manatdır. Alanda bir həftə bəs edir. Açığı heç onu da ala bilmirəm. Uşaq bütün günü acından ağlayır. Bu, azmış kimi, bir də anadangəlmə gözləri görmür. Nə əlillik dərəcəsi ala bilirəm, nə də əlimdən nəsə gəlir. Tək qapısına getdiyim icra başçısıdır. O da deyir ki, hara gedirsən, get, mən sənin üçün heç nə edə bilmərəm. Lap istəyirsən, get, dilən”.

Günel Abdullayeva
Günelin həyat yoldaşı Ayaz Bağırov Şuşadan məcburi köçkün olduğunu deyir. 8 yaşında olandan İmişlidə məskunlaşıb. Anasını-atasını itirib. Bacısı ailə həyatı qurub. O isə illərlə İmişlidəki "Nuray” adlı şadlıq evinin bir otağında yaşayıb. Sonradan oradan da çıxarıblar. İndi isə Rəsulluda köhnə kolxoz binasında məskunlaşıb. Yeri-göyü beton olan bu tikilinin pəncərələrini sellofanla tutub, içinə odun peçi qoyublar. Ancaq normal isidə bilmirlər:
"Evin içi buz olur. Heç görün bu şəraitdə də körpə uşaq saxlayarlar? Təəssüf ki, başqa çarəmiz yoxdur. Aldığım 50 manat çörəkpulu ilə bundan artığını edə bilmirəm. O pulu da hər ay alıram, heç bilmirəm, işığa, qaza verim, yoxsa bu qədər uşağa çörək alım. Fəhləlik edirəm, o da həmişə olmur. Düşəndə gedib günü 5-6 manata işləyirəm. Olmayanda da acından ölürük. Bu uşaqların səhərəcən ağlayıb çörək istədikləri günlər olur. Axırda yorulub, birtəhər yuxuya gedirlər”.
Araz və Günel həftədə bir neçə dəfə İmişli Rayon İcra Hakimiyyətinin binasının önünə gedir. İmişlinin icra başçısı Vilyam Hacıyevdən körpələrinə süd, özlərinə çörəkpulu istəyirlər. Ailə bəzən gecə yarılarına qədər icra hakimiyyətinin qapısında qalır: "Elə olur saat 10-11-dək Vilyam Hacıyevin çıxmasını gözləyirik. Yalvarırıq, ancaq üzümüzə də baxmır. Binanın önündə bir daş var. Saatlarla üstündə oturub gözləyirik. Axırda üzümüzə də baxmayıb, lüks maşınına minib gedir. Nə iş verirlər, nə sosial yardım ala bilirik, nə də kömək edirlər. Çarəsizik” – deyir, Günel Abdullayeva.

Araz Bağırov
Araz Bağırov deyir ki, dəfələrlə sosial yardım üçün müraciət ediblər. Ancaq hər dəfəsində onlara "sizə yardım düşmür” – deyib, yola salıblar: "Axırda çox dava-dalaşdan sonra dedilər ki, elektrondu, özünüz müraciət etməlisiniz. Mən adımı yaza bilməyən insan, necə müraciət edim, onu da bilmirəm. Heç yerdən də köməyim yoxdur. Daha doğrusu, ətrafımdakı insanların hamısı da məngünlüdür”.
Ailə təzəlikcə evlə bağlı Qaçınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, İmişli Rayon İcra Hakimiyyətinə müraciət edib. Deyirlər ki, onlara vərəm xəstəxanasından bir otaq veriblər: "Gedib baxdıq. Nə pəncərəsi, nə qapısı var. Mən 4 uşaqla, qışın günündə orada necə qalım? Yenidən getdim Vilyam müəllimin yanına. Bu dəfə də məni hədələdi ki, bir də gəlsən, səni polisə verəcəyəm. Axırda da dedi ki, get, hara istəyirsən, müraciət et. Heç nəyimiz yoxdur, bir ümidimiz vardı, deyirdik, bəlkə bizə də ev, iş verilər. Artıq o da qalmayıb”.

1 otağa sığınan ailə hər yer beton olduğundan buranı isidə bilmir
İmişli Rayon İcra Hakimiyyətində yerli idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Mirzə Quliyev Meydan TV-yə deyib ki, həmin ailənin vəziyyətindən xəbərdardırlar. Dəfələrlə kömək də ediblər. Ancaq o insanlar özləri dolanmaq üçün heç bir şey etmək istəmirlər:
"Bəlkə də onlara sosial yardım düşər. Deyin, gəlsinlər. Əgər necə müraciət etməyi bilmirlərsə, biz kömək edərik. Gəlsinlər, əlimizdən gələni edəcəyik”.
Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsindən isə bildiriblər ki, yardımın düşüb, düşmədiyini bilmək üçün ailə elektron ərizə ilə müraciət etməlidir:
"İndi fondluq bir şey yoxdur. Əvvəl idi, bizə müraciət edirdilər. İndi birbaşa özləri müraciət edir, cavabı da özləri alırlar. Yox, bunu etməyi bacarmırlarsa, yaxınlaşsınlar izah edək, öyrədək. Ancaq belə kömək edə bilərik”.
Mənbə: Meydan TV



Oxşar xəbərlər
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
4 fevral 2026 15:45
- Azərbaycan 15 regiona bölünməlidir
4 fevral 2026 13:22
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- Elmira Axundovanın yaxınına 10 gün vaxt verildi – yenidən həbs edilə bilər
2 fevral 2026 21:25
- Səlim Müslümovun milyonluq evi və obyekti satılır
2 fevral 2026 13:26
- Ağdərili cütlüyün qaradərili körpəsi doğuldu: Bu necə baş verib?
1 fevral 2026 13:26
- ŞƏXSİ HƏYAT DEYƏ BİR ŞEY YOXDUR - NADİR QOCABƏYLİ
30 yanvar 2026 15:25
- Heydər Əliyev: Durun çıxın gedin !, – deyərək, hamını otaqdan qovdu - Hidayət Orucov
30 yanvar 2026 15:18
- Azərbaycanda neçə general-polkovnik var? - TAM SİYAHI
30 yanvar 2026 00:17
- BİZİM VARİS ... Xalqa xidmət Allaha xidmətdir
29 yanvar 2026 20:42
Xəbər lenti
- Yas mərasimləri ilə bağlı YENİ QƏRAR – Bütün ölkə üzrə…
06 fevral 01:30
- Əliyev və Paşinyan yaxşı liderlərdir - Tramp
05 fevral 22:49
- İlham Əliyev Ərdoğana məktub göndərdi
05 fevral 16:58
- 26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü - Foto
05 fevral 14:16
- Arutyunyan, Mnatsakanyan və Manukyan ömürlük azadlıqdan məhrum edildi
05 fevral 13:13
- EPŞTEYN sənədləri-ndə Jalə Əliyeva və Ziya Məmmədov FAKTI - FOTOLAR
05 fevral 12:45
- Ən çox və ən az məscidləri olan bölgələrimiz (SİYAHI)
05 fevral 12:09
- Ərdoğandan Misir prezidentinə hədiyyə
05 fevral 00:53
- Ərdoğandan İlham Əliyevə təbrik
04 fevral 23:29
- Azərbaycan əleyhinə qətnamə ilə bağlı Bakıdan cavab: Fransa küncə sıxılıb...
04 fevral 19:24
- Azərbaycanın ən hündür binası olacaq - FOTO
04 fevral 18:49
- İlham Əliyevə -Zayed İnsan Qardaşlığı Mükafatı - təqdim olundu
04 fevral 18:27
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
04 fevral 15:45
- Şəmsi Səmədzadə və oğlu axtarışa verildi
04 fevral 15:32
- Azərbaycan 15 regiona bölünməlidir
04 fevral 13:22
- Qalmaqallı sabiq vəkil Sevil Hacıyeva barəsində Ali Məhkəmənin QƏRARI
04 fevral 12:08
- İlham Əliyevlə Paşinyan arasında geniş tərkibdə görüş keçirildi /FOTO/VİDEO)
04 fevral 11:19
- Daha 6 soydaşımız Ukrayna müharibəsində həlak oldu
04 fevral 11:04
- Netanyahu İlham Əliyevi İsrailə dəvət etdi
03 fevral 21:57
- Qalib Salahzadənin dəniz kənarındakı obyektlərinin söküntüsünə başlanıldı
03 fevral 21:39
- Müdafiə Nazirliyinin sabiq mayoru SAXLANILDI
03 fevral 19:15
- Azərbaycan və BƏƏ prezidentləri Sülh Qalxanı-2026 təlimini izlədi (FOTO)
03 fevral 18:54
- Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı
03 fevral 14:03
- İcra məmurları belə geyinəcək (FOTO)
03 fevral 13:54
- Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı - Evrascon-da nə baş verir?
03 fevral 13:46
- Prezident Məhəmməd Əbdülsalam ilə görüşdü
03 fevral 11:33
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
02 fevral 23:03
- Elmira Axundovanın yaxınına 10 gün vaxt verildi – yenidən həbs edilə bilər
02 fevral 21:25
- İlham Əliyev Əbu-Dabiyə getdi (FOTO)
02 fevral 20:43
- Generala ərə gedən xanım digər generalın bacısı qızıdır
02 fevral 20:33
Video & Fotoqalereya
Video
Fotoqalereya
