"LEŞ" azadlığa çıxır
"Leş" sözü dilimizdə ölmüş heyvan cəsədi mənasını daşısa da əslində bugünkü Azərbaycan reallığında leş daha geniş sahəni əhatə edir. Yəni bütün sahələrdə "leş"lər var: müxalifətdə, iqtidarda, məmurlar arasında, təhsildə, səhiyyədə, mediada və digər sferalarda. Bu gün ölkə başçısı səviyyəsində həyata keçirilən islahatlar, radikal dəyişiklər əslində "leş"lərdən azad olmaq, obrazlı desək cəmiyyəti bu "leş"lərdən, xəstə ünsürlərdən təmizləməkdir. Bu istiqamətdə cənab nazir Vilayət Eyvazov başda olmaqla Daxili İşlər Nazirliyinin sözün geniş mənasında "leş mafiyası"na qarşı həyata keçirdiyi cəsarətli əməliyyat Azərbaycanın müstəqillik tarixində ən uğurlu əməliyyatlardan biridır. Heç bir pafosa yol vermədən bunu tam məsuliyyətimlə deyirəm.
Buna görə, bir Azərbaycan vətəndaşı olaraq şəxsən öz adımdan cənab nazirə və DİN əməkdaşlarına təşəkkür edirəm. Ancaq ortaya xeyli suallar çıxır:
1. Bir gündə mütəşəkkil dəstəyə məxsus anbarlardan satış üçün nəzərdə tutulan 40 ton mənşəyi məlum olmayan, yararsız, ölü heyvan əti aşkar edilibsə, görün illər uzunu bu dəstə Azərbaycan vətəndaşlarına nə qədər xəstə heyvan cəsədi, at-eşşək əti yedirib? Söhbət 100 tonlardan gedir...
2. Axı bu boyda şəbəkədən bəzi səlahiyyət sahiblərinin necə xəbəri olmaya bilərdi ?
3.Yüz tonlarla xəstə heyvan cəsədini, at-eşşək ətini "əritmək", realizə etmək illər uzunu necə mümkün olub ?
4. Axı, 100 tonları satmaq üçün böyük bir ictimai-iaşə şəbəkəsinə, restoranlara, şadlıq evlərinə, kafelərə, dönərxanalara, uşaq bağçalarına ehtiyac vardı.
Bir daha tam məsuliyyətlə qeyd etmək istəyirəm ki, "leş mafiyası" Hacı Məmmədovun killer şəbəkəsindən qat-qat daha təhlükəli olub. Killer şəbəkəsi 5-10 nəfərin canına qəsd edibsə, "leş mafiyası" yüz minlərlə vətəndaşımızın sağlamlığını məhv edib.
Bəli, dəstəyə rəhbərlik edən, əvvəllər məhkum olunmuş “Leş Tofiq” ləqəbli Alıbəy Rzaxanov Abşeron rayonunun Güzdək qəsəbəsində, Sabirabad rayonunun Xəlfəli kəndində, Bakı şəhəri Nərimanov rayonu ərazisində ət tədarükü məntəqəsi yaradaraq qanuni fəaliyyət göstərən heyvan kəsimi sexi görüntüsü altında rayonlardan mənşəyi məlum olmayan, qidaya yararsız, ölmüş heyvan ətlərinin daşınmasını, emal edilməsini, satışa çıxarılmasını təşkil edib.Təəssüf ki, bugünədək murdar, xəstə ət alan restoranların və sahibkarların adları açıqlanmayıb.
Bu barədə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mediaya deyib ki, “Leş Tofiq”in ifşasına görə Daxili İşlər Nazirliyinə təşəkkür edirəm: "20 ilə yaxındır ki, bu adamlar belə işlərlə məşğul idilər. Mən vaxtilə onların barəsində ölçü götürülməsi üçün dövlət orqanları qarşısında məsələ qaldırmışdım. Lakin ölçü götürən olmamışdı. Ən nəhayət, Daxili İşlər Nazirliyi çox mühüm bir əməliyyat keçirdi. ”Leş Tofiq"i saxlayıblar, indi ondan soruşmalıdırlar - 20 ildir murdar ətləri, at-eşşək ətlərini hansı şəbəkələrə satırdın? Bu çox vacib sualdır və cavabı da geniş ictimaiyyətə açıqlanmalıdır. Əks təqdirdə yeni ”leş tofiqlər" yaranacaq".
NUH.az saytı olaraq metronun Elmlər Akademiyası, Xətai və digər stansiyalar ətrafında fəaliyyət göstərən dönərxanalarda, kefelərdə, iaşə müəssisələrində apardığımız araşdırma zamanı bəlli oldu ki, “Leş Tofiq”in həbsindən sonra həmin iaşə müəssisələrində ət yeməklərinin, o cümlədən dönər və pizzanın qiymətləri xeyli qalxıb. Bir daha qeyd edirəm ki, ölkə ictimaiyyəti "leş mafiyası" ilə mübarizədə Daxili İşlər Nazirliyinin işinə dəstək verməlidir.
Sonda onu bildirək ki, NUH.az-a daxil olan məlumata görə, Leş Tofiq həbsxanadan onunla şərik olan kafe, dönərxana, restoran sahiblərinə "ultimatum" göndərib ki, mənim azad olunmağıma kömək edin, yoxsa "açacam sandığı tökəcəm leşləri". Deyəsən, "leş mafiyası" yaxın zamanda "Leş Tofiq"i azadlığa çıxaracaq.
NUH.az-ın baş redaktoru Kamran Məhərrəmli
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- Şəmsi Səmədzadə və oğlu axtarışa verildi
4 fevral 2026 15:32
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - Siyahı
21 yanvar 2026 16:49
- 1799-cu ildə Suvorov Alpları niyə aşmışdı? - Rusiyanın köləlik naminə qanlı savaşları
10 yanvar 2026 11:21
- Ramiz Mehdiyev dosyesində azyaşlı qızların oğurlanması epizodu - DTX-ya müraciət
9 yanvar 2026 20:18
- İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul etdi (FOTO)
4 yanvar 2026 21:03
- 2000 il əvvəlki Azərbaycan: Roma tarixçsinin heyran qaldığı xalq
4 yanvar 2026 11:45
- Ziya Bünyadovun qatilini azadlığa çıxarmaq istəyən - Qayınatası imiş
30 dekabr 2025 23:52
- Sabiq icra başçısı azadlığa buraxıldı
30 dekabr 2025 23:18
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
