Elmira Axundovanın Məşədi İbad taleyi:1 milyonum hara getdi ?
Yəqin xatırlayırsınız; ötən illərdə rayonlarımızın birində baş vermiş bir hadisə ictimai rəydə xeyli müzakirələrə səbəb olmuşdu. Prezident həmin rayonun icra başçısını işdən çıxarmış, yerinə isə başqa birisini təyin etmişdi. Köhnə icra başçısı isə kabinetini tərk etmir, “bura mənim “ciftliyimdir”” deyib, iki ayağını bir başmağa dirəmişdi. Ölkə başçısı insident böyüməsin deyə, həmin adamı hamiləri vasitəsilə xoş dillə başa salmışdı ki, bəs, idarə etdiyi rayon heç kimin dədəsindən miras qalmayıb. Azərbaycan banan ölkəsi deyil ki, hansısa rayon kiminsə “ciftliyi” ola.
Deyəsən, ölkə daxilində uzun illərin hakimiyyət harınlıq və hərisliyindən doğan bu sahiblənmə duyğusu indi xaricimizə də sızmağa başlayıb.
Bildiyimiz kimi, ölkə başçısı İlham Əliyev martın 12-də iki mühüm Sərəncam imzalamışdı. Sərəncamın biri Ukraynadakı artıq keçmiş səfir Azər Xudiyevin geri çağrılması, digəri isə onun yerinə sabiq deputat Elmira Axundovanın təyin olunması ilə bağlı idi. Prezidentin bu Sərəncamlarından sonra, təbii ki, Azər Xudiyev Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri statusunu itirir və bu status Elmira Axundovaya keçir.
Ovqat.com-un Ukraynadakı adının açıqlanmasını istəməyən bir iş adamından aldığı məlumata görə isə, Azər Xudiyev öz vəzifəsini tərk etməyib və etmək fikrində də deyil.
Mənbəmizin iddiasına görə, Xudiyev öz qüdrətli himayədarlarına güvənərək vəzifəsini təhvil vermək istəmir, əks təqdirdə Avropa ölkələrindən birinə səfir göndərilməsini şərt qoşur. Onun könlündən keçən yer isə Serbiyadır. Di gəl ki, Azərbaycanın Serbiyadakı səfiri kifayət qədər güclü məmur olan Eldar Həsənovdur və onu yerindən tərpədilməsini heç Bakıda da istəmirlər. Zira Eldar Həsənovun Bakıya qayıtması ehtimalı belə, bir sıra iri məmurların kürkünə birə salır və onun xaricdə qalmasına daha salamat variant kimi baxırlar.
Azər Xudiyev də məhz buna görə könlü Serbiyada qalsa da, Xorvatiyaya da gedə biləcəyinin mesajını verir. Xorvatiyadakı səfirimiz isə Fəxrəddin Qurbanovdur ki, o da diplomatiya sahəsində güclü fiqurlardan sayılır. Özü də həm savad, həm də Azərbaycan reallığında daha önəmli faktor olan qohumluq əlaqələri baxımından. Nəzərə alsaq ki, Fəxrəddin Qurbanov 2014-cü ildən 2017-ci illərə qədər XİN-də Xüsusi Tapşırıqlar üzrə Səfir kimi mühüm vəzifə icra etmiş və Xorvatiyadakı görəvinə də məhz bu vəzifədən göndərilmişdir, Azər Xudiyevin “B” planının da o qədər zərif qabıqlı qoz olmadığı ortaya çıxır. Üstəlik, Fəxrəddin Qurbanov Kəmaləddin Heydərovun yaxın qohumudur və mərhum Prezident Elçibəyin xüsusi Protokolunun rəhbəri olub. Buna baxmayaraq, Elçibəy hakimiyyətindən sonra belə, XİN strukturunda saxlanılması və ən çətin diplomatik vəzifələrə göndərilməsi Fəxrəddin Qurbanovun vacib persona olmasından xəbər verir.
Onun yerinə göz dikən Azər Xudiyev isə hətta indiki kreslosundan bərk-bərk yapışdığı Ukraynadakı səfirliyimizdə belə sevilmir. Hətta o qədər sevilmir ki, Prezidentin məlum Sərəncamlarından sonra Ukraynadakı soydaşlarımızın bu xəbəri atəşfəşanlıqla qarşıladıqları bildirilir. Hər halda bu iddianı irəli sürən Pasha Mammadov Ilisuyskiy adlı facebook istifadəçisidir və o öz iddiasının əyani dəlili olaraq həmin atəşfəşanlığın videosunu da paylaşaq yazmışdı:
“Görün Ukraynadakı artıq keçmiş “səfir” Azik Xudiyev özünü nə günə saldı ki, Ukraynadakı Azərbaycan icması bir neçə şəhərlərdə onun işdən qovulmasını atəşfəşanlıqla geyd edib!
P.S. Azikə bi quş, indi çala-çala qetsin )) Kriminalla və ermənilərlə əlbir olmuş siravi Azərbaycanliların başına oyun açan vicdansız, indi gördü Paşanın və Paşaya dəstək olanların cəsarətini! Qorxdugumuz, Sıgındığımız və Baş əydiyimiz yalnız Allahdır, səfirin kriminal poddelniklərin və erməni himayədarların bizə heç zaman təsir edə bilməzlər!”
Uzun sözün kəsəsi, Prezidentin sözügedən Sərəncamlarının üzərindən 1 həftəyə yaxın vaxt keçməsinə baxmayaraq, Azər Xudiyevə istəyinə uyğun vəzifə tapılmadığı üçün, o, öz postunu təhvil vermək istəmirmiş.
Mənbəyimiz bu məlumatı yoxlamaq üçün Ukraynadakı səfirliyimizin rəsmi səhifəsinə baxmağımızın kifayət edəcəyini söyləyib telefonu söndürdü. Biz də tənbəllik etməyib onun təklifini yerinə yetirdik. Azərbaycanın Ukraynadakı Səfirliyinin rəsmi saytında “Səfirliyin heyəti” bölümü mənbəmizin dediklərini doğrulayır. Orada eynilə bu cür yazılıb:
“Azər Xudayar oğlu Xudiyev - Fövqəladə və Səlahiyyətli Səfir
Kamal Xəlilov - Müşavir
Vüsal Süleymanov - Müşavir
Namiq Niftullayev - Birinci katib
Samir Allahverdiyev – İkinci katib” və s.
Bunun bir təsadüf olduğunu və adların hələ dəyişdirilmədiyini düşündük. Səhifənin "Xəbər" bölümündəki ən son məlumatda kimin adının əks olunması ilə maraqlandıq. Baş yazı Azər Xudiyevin Ukrayna radiosunda Ermənistanın işğalçılıq siyasətini pisləməsinə həsr olunmuşdu. Səfirlik adından müraciət də, səfirin tərcümeyi-halı da ona aid idi. Saytın axtarış yerinə Elmira Axundovanın adını yazıb düyməyə basdq. Faktini olaraq bir həftədir bu nümayəndəliyə rəhbərlik edən əsl səfirin adına heç bir yerdə rast gəlmədik.
Qeyd edək ki, Elmira Axundova Ukraynaya səfir təyin edilməmişdən 2 həftə əvvəl KİV-də dərc edilən yazılarda onun bu vəzifə üçün 1 milyon dollarından keçdiyi, həmin vəsaiti dövlət komitələrindən birinin rəhbərinə lobbiçilik üçün verdiyi bildirilirdi. Hətta jurnalistlərdən biri həmin milyonun arxasına düşmüş, onun yalnız yarısının mənbəyini üzə çıxara bilmişdi. Digər yarısının axtarışı isə hələ də davam edir. Üzərindən az keçməmiş həqiqətən də Elmira xanımın Ukraynaya səfir göndərilməsi istər-istəməz bu iddianın əsassız olmadığı qənaəti yaratmışdı. İndi Elmira xanımın səfir təyin olunması xəbərinin belə yer almadığı sayta baxanda istər-istəməz bu sual ortaya çıxır: Elmira Axundovanın 1 milyonu batdımı?
Həqiqətən də dözülməz hadisədir, 1 milyon ver, adını heç öz saytına da salmasınlar. Xanım diplomatın başına gələnlər lap Məşədi İbadın taleyinə oxşayır:
- Azərbaycan 15 regiona bölünməlidir
4 fevral 2026 13:22
- Elmira Axundovanın yaxınına 10 gün vaxt verildi – yenidən həbs edilə bilər
2 fevral 2026 21:25
- İlham Əliyev Əbu-Dabiyə getdi (FOTO)
2 fevral 2026 20:43
- Əkrəm Əylisli sükutu pozdu: Anarla görüşümün heç bir əhəmiyyəti yoxdur - MÜSAHİBƏ
28 yanvar 2026 14:18
- Bizimlə donuzdan da pis rəftar edirdilər - Azərbaycanlı əsir Rusiyanı biabır etdi
26 yanvar 2026 11:06
- Mikayıl İsmayılova məxsus Ağsu Tədris Mərkəzində nələr baş verir ?
25 yanvar 2026 13:12
- İlhamənin oğulluğu Elmira Axundovanın oğlu ilə birləşib deputatlara pul atırdı - Əli Mirəliyevdən ŞOK AÇIQLAMALAR
19 yanvar 2026 17:24
- Prezident və birinci xanım Sürixə getdi (FOTO)
19 yanvar 2026 16:53
- Ramiz Mehdiyev -Elmira Axundova tandeminin adı keçən 8 milyonluq qalmaqal
12 yanvar 2026 19:04
- Əliağa Vahid ölü yiyələrindən niyə küsmüşdü? – Qızından atası ilə bağlı maraqlı xatirə
11 yanvar 2026 12:42
- İlham Əliyev Ərdoğana məktub göndərdi
05 fevral 16:58
- 26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü - Foto
05 fevral 14:16
- Arutyunyan, Mnatsakanyan və Manukyan ömürlük azadlıqdan məhrum edildi
05 fevral 13:13
- EPŞTEYN sənədləri-ndə Jalə Əliyeva və Ziya Məmmədov FAKTI - FOTOLAR
05 fevral 12:45
- Ən çox və ən az məscidləri olan bölgələrimiz (SİYAHI)
05 fevral 12:09
- Ərdoğandan Misir prezidentinə hədiyyə
05 fevral 00:53
- Ərdoğandan İlham Əliyevə təbrik
04 fevral 23:29
- Azərbaycan əleyhinə qətnamə ilə bağlı Bakıdan cavab: Fransa küncə sıxılıb...
04 fevral 19:24
- Azərbaycanın ən hündür binası olacaq - FOTO
04 fevral 18:49
- İlham Əliyevə -Zayed İnsan Qardaşlığı Mükafatı - təqdim olundu
04 fevral 18:27
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
04 fevral 15:45
- Şəmsi Səmədzadə və oğlu axtarışa verildi
04 fevral 15:32
- Azərbaycan 15 regiona bölünməlidir
04 fevral 13:22
- Qalmaqallı sabiq vəkil Sevil Hacıyeva barəsində Ali Məhkəmənin QƏRARI
04 fevral 12:08
- İlham Əliyevlə Paşinyan arasında geniş tərkibdə görüş keçirildi /FOTO/VİDEO)
04 fevral 11:19
- Daha 6 soydaşımız Ukrayna müharibəsində həlak oldu
04 fevral 11:04
- Netanyahu İlham Əliyevi İsrailə dəvət etdi
03 fevral 21:57
- Qalib Salahzadənin dəniz kənarındakı obyektlərinin söküntüsünə başlanıldı
03 fevral 21:39
- Müdafiə Nazirliyinin sabiq mayoru SAXLANILDI
03 fevral 19:15
- Azərbaycan və BƏƏ prezidentləri Sülh Qalxanı-2026 təlimini izlədi (FOTO)
03 fevral 18:54
- Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı
03 fevral 14:03
- İcra məmurları belə geyinəcək (FOTO)
03 fevral 13:54
- Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı - Evrascon-da nə baş verir?
03 fevral 13:46
- Prezident Məhəmməd Əbdülsalam ilə görüşdü
03 fevral 11:33
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
02 fevral 23:03
- Elmira Axundovanın yaxınına 10 gün vaxt verildi – yenidən həbs edilə bilər
02 fevral 21:25
- İlham Əliyev Əbu-Dabiyə getdi (FOTO)
02 fevral 20:43
- Generala ərə gedən xanım digər generalın bacısı qızıdır
02 fevral 20:33
- Oliqarx oğlunun 200 minlik maşınına həbs qoyulub - SƏBƏB
02 fevral 14:33
- Səlim Müslümovun milyonluq evi və obyekti satılır
02 fevral 13:26
