“Əgər bəşəriyyət bu “Taclı bəla”dan xilas olsa...
Bu gün dünyanı sarsıdan koronavirus fəlakəti, onun ortaya çıxma səbəbləri və bu bəladan xilas olmağın yolları bütün bəşər övladını düşündürən həyati məsələyə çevrilib. Hər kəs insanlığın gələcəyini təhdid edən “gözəgörünməz düşməndən” qurtulmağın yollarını arayır. Belə məqamda insanlar uzun illərdi unutduqları, həmişə arxa plana keçirdikləri bir qapıya üz tutmağa məcbur olublar: Elmin qapısına...
Moderator.az koronavirus bəlasının yaşatdığı fəsadların səbəbləri, bu təhlükədən insanlığın necə xilas olmasının yolları barədə dünya şöhrətli alim, görkəmli azərbaycanlı professor Rafiq Əliyevin düşüncələrini öyrənib.
Hesab edirik ki, böyük alimin fikirləri bəşəriyyətin gələcəyi üçün narahat olan hər kəsin yoluna işıq tutacaq...
“Yaşadığımız gəmidə İlahi hüzur yoxdur...”
“Mən hələ 2000-ci illərin əvvəllərində yerli televiziyaların birində bir proqramda qonaq olarkən bir məsələ barədə danışmışdım. Yerinə düşdüyü üçün onu bir daha xatırlatmaq istərdim...
Biz hamımız - bütün bəşəriyyət çox kiçik bir kosmik gəmidəyik. Bu gəminin ölçüsü kainatla müqayisədə çox kiçikdir, amma buna baxmayaraq gəmidəkilər heç cürə biri-biri ilə yola getmirlər. Ona görə də bu gəmidə hüzur yoxa çıxıb. Əgər hüzur olsaydı, Xerosimaya bomba atmazdılar, İraqı bombardman etməzdilər, bir sıra Şərq ölkələrində hələ bu gün də davam edən acınacaqlı vəziyyəti yaratmazdılar”.
“Əgər İlahi hüzur, İlahi düzən pozulubsa...”
Bütün sistemlərin nizam meyarı - istər fiziki sistemdə, istərsə də mənəvi sistemdə olsun - elmi dillə desək, entrapiya ilə ölçülür.
İndi dünyamızda entrapiya sonsuz sayda artıb. Entrapiya çoxalanda isə həmin sistem dağılmağa məhkumdur: istər bu, bütöv dünya sistemi olsun, istərsə də kiçik bir sistem olsun.
Bütün bunları nəzərə alaraq mən o zaman demişdim ki, təqribən bu əsrin 30-cu illərində biz yeni bir sivilizasiyada yaşayacağıq. Ona görə ki, bu sivilizasiya davam gətirə bilməyəcək, çünki entrapiya hədsiz çoxalıb”.
“Axirət Günü” saatı...
“Fikirlərimi daha aydın çatdrımaq məqsədilə bir haşiyə çıxım...
ABŞ-ın fizika alimləri bir simvolik saat düzəldiblər. Bu barədə çox yazılıb.
Bu saatda 12:00 simvolik olaraq “Axirət Günü”nü göstərir. 2000-ci ilin əvvəllərində onun əqrəblərini 11:55-in üzərinə gətirmişdilər. Məlumdur ki, dövrümüzün əsas təhdidi nüvə silahalarıdır, bu 5 dəqiqə onu göstərirdi.
2018-ci ildə onun əqrəblərini 11:58-in üzərinə çəkdilər, yəni ““Axirət Günü”nə 2 dəqiqə qalıb” mənasında.
2019-cu ildə ona toxunmadılar. Ona görə ki, düşündülər ki, dünyada heç nə dəyişmədi. Bu gün də planetimizdə həmin münaqişələr davam edir, həmin silahlar atılır. Onsuz da bu 2 dəqiqədə hər şey sona çatacaq.
Və... 2019-cu ilin sonunda “Taclı kabus” ortaya çıxdı. Bu gün Domokl qılıncı kimi, bütün insanların başının üstündə yellənir. Həmin 2 dəqiqə bunu ifadə edirdi. Ötən il əqrəbləri ona görə irəli çəkməmişdilər”.
“Nicat yolu nədir? Nə etmək lazımdır?- Bəşər övladının qarşısında iki alternativ var...”
“Düşünün ki, 150 dəfə dünyamız boyda varlığı məhv etmək gücündə olan həmin bombalar nano ölçülü virusun qarşısını almağa yetmədi. Hansı ki, neçə ölkəni birdən məhv edərdi. Niyə? İlahi düzən pozulub, ona görə... İnsanlar anlamadılar ki, bu düzəni pozmaq olmazdı..
Hesab edirəm ki, bəşər övladının qarşısında iki alternativ yol var:
Bu katasiz dövrüdür. Mən II Dünya mühairibəsini də görmüşəm, onun fəsadlarını, nəticələrini də görmüşəm. Ancaq bütün ömrüm boyu bu qədər təhlükəli, gələcəyi qaranlıq vəziyət görməmişəm. İndi insanlarda böyük “koronafobiya”, ümidsizlik yaranıb, qorxu yaranıb. Müharibə dövründə də bu ümidsizliyi, qorxunu müşahidə etməmişdim”.
“Birinci yol odur ki,..”
“Bütün insanlar bu gün yaranmış vəziyətə görə səhvlərini, günahlarını etiraf edərlərsə (bu vəziyyətin yaranmasında hər birimizin o virus boyda günahımzı var), xüsusən, siyasətçilər, dövlət adamları, hərbçilər və elm adamları, əyləncəyə mlyonlar xərcləyib, elmə isə balaca bir camda pay verənlər yanlışlıqlarını anlayarlarsa... Bu, birinci mərhələdir.
Burada bir faktı xarıladım. Bu hadisələr təzə başlayanda İspaniyada bir virusolq professor çox haqlı olaraq yazmışdı ki, gedin milyonlar xərclədiyiniz Messidən, Ronaldodan imdad istəyin. Onlar gəlib sizi xilas etsinlər. Bizə nə verirsiniz: 1500-2000 avro. Ancaq xilas olmağın yollarını bizdən istəyirsiniz...
Bu, o deməkdir ki, elmə verilən qiyməti artıra bilsək, xilasa ümid var”.
“Yəni tövbə edə bilsək...”
“İndi bütün insanları nə düşündürür? Siyasətçilərdən, dövlət adamlarından tutmuş, sıradan insanlara qədər hamı düşünür ki, görəsən, alimlər nə etdilər, bu bəlanın əlacını tapdılarmı? Görəsən, nə vaxt tapılacaq?..
Yenidən hər kəsin vektoru elmə, alimlərə yönəlib. Bax, mən tövbə etmək buna deyirəm.. Yaranmış katasiz göstərir ki, biz əgər bu bəladan qurtula biləriksə, bu çətinlikdən çıxarıqsa, o zaman bayaq dediyim sivilizasiyaya gedəcəyik.
Orada isə tamamilə başqa münasibətlər olacaq. Əgər bundan düzgün nəticə çıxara bilsək”.
“Yenə də qeyri-səlis məntiq...”
“Burada yenə də qeyri-səlis məntiqə toxunmaq istəyirəm. Bu, tolerantlıq məntiqidir. Dost-düşmən məntiqi deyil, hər şeyi ağ-qara görmək məntiqi deyil...
Dediyim həmin sivilizasiya olacaqsa, orada tamamilə başqa məntiq olacaq. Ən yaxşısı odur ki, bu sivilizasiyada qeyri-səlis məntiqdən də yüksəkdə dayanan “Tanrı məntiqi” ilə düşünsün insanlar.
“İkinci alternativ odur ki,..” və yaxud “Yəhudi kahini Leov”
“İkinci alternativ odur ki, tövbə edə bilməyəcəyik və “Axirət Günü” saatındakı 2 dəqiqəni yaşamalı olacağıq. İnsanlığın sonu gələcək...
Belə bir yəhudi rəvayəti var. Leov adlı bir kahin bir məxluq yaradır, ona can verir, ancaq ruh vermir. Bu məxluq başlayır böyük rəzalətlərlə məşğul olmağa, insanları məhv etməyə. Çünki ruhu yox idi. Sonda kahin məcbur olub yaratdığı məxluqu öldürür.
Ancaq indi bizim elmimiz bu qorxulu virusu öldürə bilmədi. Nə üçün? Təəssüf ki, dövrümüzdə elmə düzgün əhəmiyyət verilmədi. Çünki elmə fikir verilmədi, elmn rolu düzgün qiymətləndirilmədi... Niyyəti başqa oldu, ruhu olmadı...
Bayaq vurğuladığım kimi, bu, göstərir ki, nicat üçün elmə söykənmək lazımdır. Lakin burada da bir amil var”:
“Elmlə əxlaq yanaşı olmalıdır, əks halda...”, yaxud elmdə “Kapitsa əxlaqı”
“Yeni sivilizasiyaya keçə bilsək, gərək burada da elmlə əxlaq arasında bir harmoniya olsun. Əsl alimlər yaratdıqlarını humanist məqsədlər üçün yaradırlar.
Stalin nə qədər təzyiq göstərsə də görkəmli alim Kapitsa atom bombası ilə məşğul olmadı. Hətta sürgünə göndərildi. Xerosimaya atom bombası atılanda Eynşteyn dedi ki, bilsəydim ki, mənim elmi uğurumun nəticəsi belə olacaq, mən bu nzəriyyəni yaratmazdım.
Ona görə də vacibdir ki, elmlə əxlaq, humanist dəyərlər yanaşı getsin. Təəssüf ki, indi əxlaqi dəyərlər çox axsayır...
Bəs bütün bunların nəticəsi nə oldu? Bugünkü yaşadıqlarımız.
Mən arzu edirəm ki, birinci yol seçilsin və elmlə əxlaq arasında bir harmoniya olsun. Elmi nəticələr müharibələrə, qırğınlara yox, ancaq insana, insan rifahına xidmət etsin.
Bütün dövrlərdə çətinliklərdən bəşəriyyəti yalnız elm xilas edib. Düşünürəm ki, əgər bəşəriyyət bu “Taclı bəladan” xilas olsa, gələcək sivilizasiya elm üzərində qurulacaq.
Arzum budur ki, dediyim sivilizasiyada görüşək”.
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Ağartını da xaricdən alırıq – SƏBƏB?
26 fevral 2026 23:40
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 2026 11:50
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Bakının mərkəzində minlərlə ev söküləcək: Böyük parklar salınacaq (VİDEO)
22 fevral 2026 11:11
- Sənədsiz evi olanların nəzərinə: 15 günə çıxarış almaq mümkün olacaq
17 fevral 2026 13:50
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
