Çovdarovun lüks həbs həyatı: Cakkuzi, kondisioner, “Genuya tualeti”...
Azərbaycanın ən yeni tarixində vaxtilə hüquq-mühafizə orqanlarında yüksək məqam sahibləri olmuş, "qılıncının dalı da, qabağı da kəsən”, sonradan isə həbsxana divarları arasında ömür keçirməyə məhkum olan şəxslər var ki, onların keçdiyi "həyat yolu” hər kəs üçün maraqlıdır. Bu sıraya, Hacı Məmmədov başda olmaqla, bir çoxlarını aid etmək olar.
Həmin şəxslər arasında "MTN işi”nin əsas personajlarından biri, 2015-ci ildə həbs olunan və 2017-ci ildə məhkəmənin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilən, bir neçə gün öncə isə əfv olunan general Akif Çovdarov və digər general, MTN-in Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev də var...
11 aprel sayımızda da qeyd etdiyimiz kimi, son günlər YAP-ın ən parlaq simalarından olmuş Eldar Sabiroğlunun oğlu, bir müddət prokurorluq orqanlarında çalışan, daha sonra məhbəs həyatı yaşamış Rüfət Səfərovun həbsxanada qarşılaşdığı bu iki generalla bağlı özünün sosial şəbəkə səhifəsində paylaşdığı silsilə yazılar marağa səbəb olub. Həmin yazılarda xüsusilə həbsxanada Akif Çovdarov üçün yaradılan şəraitə, eləcə də sözügedən generalların şəxsi keyfiyyətlərinə, Eldar Mahmudovla münasibətlərinə, həmçinin onların həbs səbəblərinə dair maraqlı məqamlar var.
"Rəisin kabinetini belə kölgədə qoyacaq lüks nömrə...”
Keçmiş müstəntiqin yazdıqlarından belə aydın olur ki, R.Səfərov il yarım Çovdarovla eyni həbsxanada, özünün ifadə etdiyi kimi, "9-cu zon”da saxlanılıb. Və MTN generalı həbsxana addım qoyduğu ilk gündən xüsusi imtiyazlarla və şəraitlə əhatə olunub:
"...Və budur, günün birində "zon"da ildırım sürəti ilə xəbər yayılır ki, Çovdarov və iki sabiq əməkdaşı - polkovnik Səlim Məmmədov və mayor Orxan Osmanov "voronok" dan düşdülər, böyük hörmət-izzətlə inzibati binaya - rəisin yanına qaldırıldılar.
Bəli, Akif Çovdarov "zon" a daxil olarkən, heç şübhəsiz, 14 günlük karantin müddətini keçmədən müvəqqəti olaraq tibbi-sanitariya hissəsinin baş həkiminin xidməti kabineti ilə üzbəüz otaqda yerləşdirildi.
8-9 gün ərzində nəinki baş həkimin, hətta "zon"un rəisinin kabinetini belə kölgədə qoyacaq lüks nömrə Çovdarovun sərəncamında idi: 109 ekran televizorla, "Samsung” soyuducu ilə, split kondisionerlə, zövqlü və rahat çarpayıları ilə, cakkuzi vannası olan hamam otağı ilə, həm "Genuya tualeti”, həm də ayaqyolu çanağı olan sanitar qovşağı ilə birlikdə...”
Elçin Quliyevin "babası” – Akif Çovdarov
R.Səfərov yazısında qeyd edir ki, onu Akif Çovdarovla "MTN işi”nin əsas fiqurantlarından biri olan və Çovdarovdan əvvəl həmin həbsxanaya yerləşdirilən general-mayor Elçin Quliyev tanış edib:
"Çox keçmədi ki, cəzaçəkmə müəssisəsinin əməkdaşları və dustaqları Çovdarova "Akif baba" deyə müraciət etməyə başladılar. Dustaqları olmasa da, xidmət edən ədliyyə işçilərini başa düşmək olardı, çünki bəzi hallarda, xüsusilə, bayram günlərində 1 paçka 50-lik "şnır"a verilərdi ki, "baba payı"nı rütbəli və rütbəsiz əməkdaşlara paylasın.
Günün birində uzun illər MTN-nin Antiterror Mərkəzinin rəisi işləmiş, Mahmudovun zibilinə düşüb, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilərək Çovdarovdan daha əvvəl "zon"a gəlib, bəndənizlə tanış olan, son dərəcə xaraktersiz, qorxaq, amma hiyləgər kimi yaddaşımda qalan general-mayor Elçin Quliyev yaxınlaşaraq dedi:
- Rüfət, baba ilə səni tanış etmək istəyirəm. Dünən xeyli sənin, xüsusilə, Eldar müəllimin Ramiz Mehdiyev haqqında yazdığı serial siyasi hekayələri müzakirə etmişik. Baba səni də, Sabiroğlunu da çox istəyir...
Fəqət yəqin bilirdim ki, general Quliyev cəfəng danışır, sadəcə, babası göstəriş verib ki, bizi tanış etsin. Şübhəsiz ki, fürsəti fövtə verə bilməzdim. Azərbaycanın altını-üstünü bilən biri ilə ünsiyyətdən yayınmaq gicbəsərlik əlaməti olardı, odur ki, razılaşdım:
- Məmnuniyyətlə, Elçin müəllim.
Təxminən 30 dəqiqə sonra Çovdarovun "şnır"ı kitabxanaya daxil olub, generalların gözlədiyini bildirdi...
Yaxınlaşdım:
- Salam, Akif müəllim.
- Nə var, nə yox, kişi bala? - Çovdarov yekəxana bir tərzdə sual etdi və açığı, biri yuxarı, biri də nisbətən aşağı baxan yamyaşıl gözləri məni diksindirdi.
- Şükür, Akif müəllim. Siz necəsiniz? - deyə növbətçi sualı verdim, çünki aydın görünürdü ki, yıpranıb.
- Belə də... Atan necədir? Yanına gəlib-gedirmi? Onun xidmətləri çox olub. Bu da axırı...
- Atamın səhhəti yaxşı olmasa da, ayda 2 dəfə görüşə bilirik. Qanun belə imkan verir.
- Nəəə? Qanun? - deyə sual verdi, istehzalı formada gülümsədi.
Bu əsnada Elçin Quliyev də dişlərini ağardıb, dodağını qaçırtdı. Elə bil, qarşımdakılar bu xalqın düşmənləri yox, hüquq, qanun, ədalət uğrunda illərlə savaş verib, məhbəsə düşmüşdülər...”
Generalların həbslərinə görə günahkar saydıqları məmurlar...
R.Səfərovun yazdığına görə, həbsxanada E.Quliyevə "Şrek” ləqəbi qoyubmuşlar: "Dustaqlar general Quliyevə "Şrek" ləqəbi qoymuşdular. Diş həkiminin səriştəsizliyi nəticəsində dişləri elə formada qoyulmuşdu ki, güləndə ağzının qabaq dişləri çox irəli çıxırdı...”
Sabiq müstəntiq yazısında "Şrek”-in və Çovdarovun öz həbslərinə görə kimləri günahlandırdığına dair maraqlı epizodlar da yer alıb. Məsələn, yazının R.Səfərovun generallarla söhbətlərindən birini əks etdirən hissəsində Elçin Qyuliyevin söylədiklərinə yer verilir:
"...İki övladım və həyat yoldaşımın dolanışığı bərbaddır. Qalmışam çarəsiz. Bu qədər xidmətdən sonra məni 10 il 6 ay ilə cəzalandırdılar. Bu işdə ölkə rəhbərliyinin heç bir rolu yoxdur.
- Elçin müəllim, bəs sizi bura kim göndərib?
- ... (Elçin Quliyevin bu yerdə iki nəfər barəsində təhqiramiz ifadə işlətdiyi qeyd olunur- AzPol.)
- Anlamadım.
- ... Bir zamanlar Sabiroğlunun adını yox, 2-ci ləqəbini çəkərək tənqid etdiyidir: Prezident Aparatının...(Əli Həsənov nəzərdə tutularaq təhqiramiz bir bənzətmə aparılır-AzPol.). Yadındamı, Sabiroğlu "Yeni Müsavat" a 10-15 il əvvəl serial müsahibələr vermişdi? Onun ad və soyadını açıq ifadə etməsə də, bilirdik ki, söhbət kimdən gedir. (Daha bir təhqiramiz ifadə işlədilir-AzPol.) ..... də atanın barəsində serial siyasi hekayə yazdığı qocadır.
- Siz Ramiz Mehdiyevi nəzərdə tutursunuz?...
- Nə fərqi var... (təhqiramiz tərzdə təsdiqləyir-AzPol.) Çovdarov bu arada əllərini arxasında çarpazlayıb, ağır-ağır yeriyirdi. Arada ona baxdım: avtobus sürücüləri kimi növbəti yandırdığı siqareti ağzında saxlayıb çəkirdi, kül yaxasına tökülürdü, tüstü gözlərinin qıyılmasına səbəb olsa da elə bil əllərini arxasından dodaqlarına sarı gətirməyə ərinirdi. O, "Şrek" lə söhbətimizə qəti müdaxilə etmirdi...”
Yazının bu hissəsindən belə aydın olur ki, Akif Çovdarovla Elçin Quliyev öz həbslərində Prezident Administrasiyasının o vaxtkı rəhbəri Ramiz Mehdiyevi və şöbə müdiri Əli Həsənovu günahkar sayırlar.
"Piyaniska” kimdir?
Daha sonra Rüfət Səfərov sabiq MTN generallarının Eldar Mahmudova olan münasibətini ortaya qoyan dialoqu xatırlayır. Həmin söhbətdən belə məlum olur ki, genarallar "piyaniska” adlandırdıqları Eldar Mahmudovun güdazına getmələrindən şikayətləniblər: "Görünür, bilmədiyim xüsusatlar var, deyə, içimdə öz-özümə sual verdim: bu, o həddə səfehdir ki, siyasi motivlərlə həbs həyatı yaşayan bəndənizlə açıq tekstlə danışıb, bu və ya digər məxfi mətləblərin üzərindən sirr pərdəsini qaldırır? Özümə qeyri-iradi cavabım da oldu: uzun illər Respublikanın Antiterror Mərkəzinin rəisi kimi ən mühüm və yüksək iradə tələb edən vəzifənin daşıyıcısı olan general-mayor həbsə düşdükdən sonra miskin iradəsizlik nümayiş etdirib, bir neçə dəfə intihara cəhd edibsə, hətta ayaq damarlarını doğrayıbsa, demək ki, səfehləyib. Amma qarşıda görəcəksiniz ki, "baba"sı da xərifləyibmiş: məni özlərinə qarşı səmimi biri kimi dəyərləndirərkən...
- (Ramiz Mehdiyevlə Əli Həsənovu nəzərədə tutan ifadələr-AzPol.) heç zaman bizim işimizi qiymətləndirmədilər. Daim rəhbərin yanında bizi və zibilinə düşdüyümüz "piyaniska"nı vurmağa çalışdılar.
- Müəllim, "piyaniska" dediyiniz kimdir? - deyə söhbətin kimdən getdiyini bilsəm də, artıq sual verdim.
Bu zaman Çovdarovun səbr kasası daşdı.
- Əəə, sən də danışırsan, normal, düz-əməlli danış da! Yoxsa, elə bilirsən ki, əvvəlki zaman bərpa olunacaq. Bir bu uşağın üzunə bax. Gör necə nurani, səmimi uşaqdır... Həm də dədəsinin haqqında eşitmişik, bilirik: ot kökü üstə bitər, - deyə son dərəcə kobud, burada yaza bilməyəcəyim vulqar ifadə ilə "Şrek"i pərt elədi.
- Eldar müəllimdən söhbət gedir də, baba! - deyib, az öncəki aşağılayıcı formada etdiyi təqdimatı "müəllim"lə əvəzlədi...”
Göründüyü kimi, sabiq müstəntiqin yazdıqlarından belə nəticə çıxır ki, bir vaxtlar ölkədə "meydan sulayan” generallar nəinki özlərinin, hətta "piyaniska” adlandırdıqları sabiq MTN "şefi” Eldar Mahmudovun belə "vurulmasında” Ramiz Mehdiyevlə Əli Həsənovun xüsusi rol oynadıqları fikrindədirlər...
azpolitika.info
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 2026 19:52
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 2026 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
9 fevral 2026 21:15
- Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər VƏRƏM imiş
7 fevral 2026 11:25
- Bu ölkənin də öz Epşteyni varmış - Daha bir uşaq istismarı qalmaqalı
6 fevral 2026 08:45
- Şəmsi Səmədzadə və oğlu axtarışa verildi
4 fevral 2026 15:32
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- Elmira Axundovanın yaxınına 10 gün vaxt verildi – yenidən həbs edilə bilər
2 fevral 2026 21:25
- Generala ərə gedən xanım digər generalın bacısı qızıdır
2 fevral 2026 20:34
- Oliqarx oğlunun 200 minlik maşınına həbs qoyulub - SƏBƏB
2 fevral 2026 14:33
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
- Fevralın 9 və 10-u bayramdır
09 fevral 11:08
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
09 fevral 10:56
- Qarabağ qazisi vəfat etdi
09 fevral 10:47
- Çay içməyə vaxtım yoxdur - Zelenski
09 fevral 00:08
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
08 fevral 22:24
- Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - gizli səbəb
08 fevral 13:24
- Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə...
08 fevral 12:25
- O, Ali Baş Komandanın əmrini gözləmədi
07 fevral 14:12
- Papa dəvət etdi - Şeyx Vatikana gedir
07 fevral 13:28
- Mübariz İbrahimovun doğum günüdür
07 fevral 11:30
- Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər VƏRƏM imiş
07 fevral 11:25
- Atəş açılan müəllim sabiq vəzifəli şəxsin nəvəsi imiş
06 fevral 23:21
- Prezidentin yüksək vəzifəyə təyin etdiyi Vüsal Nəsirli kimdir? - Dosye
06 fevral 21:20
- Saleh Məmmədov AAYDA-nın sədri vəzifəsindən azad edildi
06 fevral 21:06
- Milyonçu oğlu DNK ekspertizasına gəlmədi – İddiaçı -vəkilimi ələ almaq istəyrlər- dedi
06 fevral 19:17
- Prezidentdən bu milli parklarla bağlı - Fərman
06 fevral 19:07
