Milli Məclisin üzvü Ramil Həsən uşaq oğurluğunda ittiham olunur
Son günlər ciddi qalmaqallarla gündəmə gələn Milli Məclisin üzvü Ramil Həsənin Teleqraf.com-a müsahibəsi
- Diplomatiya sahəsində çalışmısınız, fövqəladə və səlahiyyətli səfir olmusunuz. Maraqlıdır, niyə diplomatiyadan ali qanunverici orqana keçid etmək fikrinə düşdünüz? Bu, YAP rəhbərliyinin seçimiydi, yoxsa özünüzün?..
- Ümumiyyətlə, 1995-ci ildən YAP-ın sıralarında fəaliyyət göstərirəm və bununla fəxr edirəm. 25 ildir siyasi proseslərin içərisindəyəm. Hər zaman qeyd etdiyimiz açıq və aydın bir fikir var: dövlətimizə və ölkə rəhbərinin həyata keçirdiyi siyasətə uyğun fəaliyyət göstəririk. Ağlımız, qabiliyyətimiz, məntiqimiz və imkanlarımızla ancaq dövlətimizə və millətimizə qulluq edirik. Bu minvalla mənim bir müddət ölkə daxilində, sonra ölkə xaricində fəaliyyət göstərməyim, yenidən ölkənin qanunvericilik orqanında fəaliyyət üçün geri qayıtmağım, bütün bunlar hamısı ölkə rəhbərliyinin vermiş olduğu qərarların nəticəsidir. Ona görə də bunu müzakirə etməyin tərəfdarı deyiləm. Sadəcə olaraq partiya rəhbərliyinin verdiyi təlimatları yerinə yetirmişəm. Bundan sonra da cənab Prezidentin verəcəyi təlimatları yerinə yetirəcəyəm.
- Milli Məclisin dünənki iclasında viza rejiminin sadələşdirilməsi ilə bağlı çıxışınız, xüsusilə Türkiyə ilə Azərbaycan arasında viza rejiminin ləğvini təklif etməyiniz müzakirələrə səbəb olub. Məgər siz Türkiyə ilə Azərbaycan arasında viza rejiminin ləğv olunduğunu bilmirsiniz?
- Azərbaycan Prezidentinin qətiyyəti və iki qardaş ölkə arasında olan mükəmməl münasibətlər ona gətirib çıxardı ki, keçən il iki ölkə arasında vizadan azad, sadələşdirilmiş rejimə keçildi. Yəni Türkiyə vətəndaşları Azərbaycana vizasız gəlib-gedə bilərlər. Bununla bağlı hər hansı problem yoxdur. Mənim dünən demək istədiyim o idi ki... Əslində əvvəl 15 gün müraciət müddəti qoyulduğu üçün Azərbaycana səfər etmək istəyən turistlər, başqa insanlar hava limanında gəlib hər hansı problemlə rastlaşmamaq üçün çox zaman səfirliklərə və konsulluqlara üz tuturdular. Azərbaycanın innovativ prosesləri tətbiq edib ASAN xidmətin asan viza verməsi nəticəsində ölkəmizə turist axını çoxaldı. Dünən demək istədiyim məqam onunla bağlı idi ki, miqrasiya qaydalarına düzəlişlə Azərbaycana səfər etmək istəyən şəxslər artıq 3 iş günündə səfirliklər və konsulluqlarımızdan viza alacaqlar. Viza üçün müraciətin müddətinin 15 gündən 3 günə endirilməsi turist axınını daha da sürətləndirəcək. Bu, irəliyə doğru atılan addımdır. Hər birimiz hökumətdən gələn bu təklifi dəstəkləməliyik. Çünki xarici ölkə vətəndaşlarının səfirliklərə müraciət etdiyi zaman artıq 15 gün gözləməsinə ehtiyac qalmayacaq. Bu, mütərəqqi bir addımdır. Bunun Türkiyə ilə əlaqəsi yoxdur. Mən misal olaraq Türkiyənin adını çəkirdim ki, Türkiyə Azərbaycana səfər etmək istəyən minlərlə turistin tranzit yoludur. Bildiyiniz kimi hər bir vətəndaş tranzit olaraq istifadə etdiyi ölkədə və yaxud yaşadığı dövlətdə diplomatik korpusa vizanın rəsmiləşdirilməsi ilə bağlı müraciət edə bilər. Bu yeniliyi qəbul etməklə Azərbaycan dövləti ASAN-ın sürətli elektron viza xidmətinə ikinci bir dəstək olaraq diplomatik missiyalarda da vizaların elektron formada 3 gün ərzində verilməsi qərarı qəbul etdi.
- Sizin sosial məsafənin qorunması məqsədilə parlamentin iclasında qonaqlar üçün nəzərdə tutulan yerdə əyləşdirildiyinizə görə Milli Məclisin rəhbərliyinə şikayət etməyiniz barədə eşitdik. Bildirmisiniz ki, niyə sizi YAP üzvü olduğunuz halda qabaq cərgədə yox, qonaqlar üçün nəzərdə tutulan arxa tərəfdə əyləşdiriblər? Bu, doğrudurmu? Sizcə, ön cərgələrdə yaşlı deputatların əyləşdirilməsi daha məqbul deyilmi?
- Bunlar hamısı boş şayiələrdir, belə şey yoxdur.
- CBC telekanalında rus dilində müsahibəniz ətrafında da sosial şəbəkələrdə geniş müzakirə açılıb. Bir çoxları belə fikirlər səsləndirir ki, niyə deputat rus dilini mükəmməl bilmədiyi halda bu dildə müsahibə verib. Bu müzakirələrlə yəqin ki, tanışsınız. Münasibətiniz necədir və özünüzün rus dili biliklərinizi qənaətbəxş sayırsızmı?
- Bu məsələyə hər hansı şərh vermək istəmirəm. Bu məsələ ilə bağlı bəyanatım var, məncə, artıq yetərlidir.
- Bəyanatınız mediada və sosial şəbəkələrdə yayılıbmı? Çünki bu yöndə müzakirələr fonunda açıqlamanıza rast gəlmədim...
- Artıq rəsmi bəyanat vermişəm. Əlavə şərhə ehtiyac duymuram... Təşəkkür edirəm.
- Ümumiyyətlə, hansı xarici dilləri bilirsiz?
- Bununla bağlı danışmağa ehtiyac yoxdur. Fəaliyyətimlə bağlı axtarış etsəniz, internetdə istənilən qədər məlumat əldə edə bilərsiz. Yutubda kifayət qədər fəaliyyətim, çıxılarımla bağlı görüntülər var. İndi mənim şəxsi məsələlərimin ön planda qabardılmasının heç bir əhəmiyyəti yoxdur. Hər birimiz birləşib birlikdə koronavirus bəlasından qurtulmağa çalışmalıyıq.
- Eləcə də Moldovada uşaq oğurluğunda iştirakınız və bununla bağlı haqqınızda cinayət işi açılması barədə də adınız hallanır. Son günlər yayılan bu iddialar nədən qaynaqlanır? Söhbət hansı uşaqdan gedir? Bütün hallarda uşaq oğurluğu ciddi ittihamdır, buna cavabınız maraqlıdır...
- Bir daha qeyd etmək istəyirəm ki, şəxsi məsələlərlə bağlı danışmıram...
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 2026 23:49
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 2026 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 2026 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 2026 13:10
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 2026 11:52
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 2026 10:21
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 2026 09:46
- Rixard Raşi Azərbaycana gəldi
12 may 2026 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 2026 21:57
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 2026 18:30
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 01:21
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 23:49
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 16:15
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
12 may 15:27
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 14:39
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 14:30
- Oliqarx oğlu alimentə etiraz edir – Milyonluq obyektləri var
12 may 14:18
- Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)
12 may 12:40
- Milli Məclisin iclası başladı: İnsan alverinə qarşı mübarizəyə dair illik hesabat dinlənilir
12 may 11:25
- Mason lojasında yüksək rütbə alan azərbaycanlı kimdir? - FOTO
12 may 11:15
- Kəmaləddin Heydərov hadisə yerinə gəldi
12 may 11:05
- Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - Foto
12 may 00:03
- Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
11 may 23:10
- 20 günün əsgəri vəfat etdi
11 may 22:56
