Zakir Fərəcov, daha güvəndiyin "Kələntər Lələn" yoxdur, camaatın haqqını qaytar
SAHİBKARLARDAN FƏRƏCOVA NÖVBƏTİ MÜRACİƏT: "DAHA GÜVƏNDİYİN "KƏLƏNTƏR LƏLƏ"N DƏ YOXDUR, CAMAATIN HAQQINI QAYTAR"
Bir qrup sahibkar Sumqayıtın icra başçısı Zakir Fərəcova növbəti müraciətlərini ünvanlayıblar.
JAMAZ.İNFO xəbər verir ki, iş adamları ilə icra başçısı arasında 3 ilə yaxındır borc qalmaqalı davam edir. Belə ki, Fərəcov bulvarın tikintisini həyata keçirmiş şəxslərə çatacaq milyonlarla manat pulu ödəməkdən imtina edir.
Sahibkarlar növbəti müraciətlərində qeyd edirlər ki, Zakir Fərəcov daha çox "Böyük Dayaq" filmindəki "Yastı Salman" kimi özünü aparır.
"Sənin hərəkətlərin daha çox "Yastı Salman"ınkına bənzəyir. Kolxozu yeyib, talayıb, dağıdıb, sonra da başının dəstəsiylə aradan çıxmaq istəyirsən. Amma unudursan ki, bu mümkün olmayacaq. Əgər əvvəllər işdən çıxarılmaqla bütün keçmiş günahların üzərindən xətt çəkmək mümkün idisə, indi bu qeyri-mümkündü. Hər halda keçmiş həmkarların və dostların Nizaməddin Quliyev, Qoca Səmədov və İsmayıl Vəliyevin aqibətindən xəbərdarsan. Əmin ol ki, bir gün həmin qara maskalılar gəlib, səni də aparacaqlar keçmiş həmkarlarının yanına".
Sahibkarlar daha sonra yazırlar ki, əgər Zakir Fərəcov "Böyük Dayaq"dakı "Yastı Salman"dırsa, icra başçısının "Lal Hüseyn"i müavini Gündüz, "Yarməmməd"i isə Adil Xudadatovdur. "Sən "Lal Hüseyn" və "Yarməmməd"lə birlikdə Sumqayıtda etmədiyiniz iş qalmayıb. Bu gün də həmin "qoçu"larınla hərəkət edib, nə pandemiya bilirsən, nə də vəziyyəti nəzərə alırsan. Şəhərdə peşman olub balkonuna bir daş qoyan şəxsin başının üstünü alıb, haqq istəyirsiz. Biz hələ sahibkarların başına açdığın oyunlardan danışmırıq. Gəkib kabinetində gizlənməklə, sanki heç nədən xəbəri olmadan davranmaqla iş bitmir və elə zənn edirsən ki, kimsənin bundan xəbəri yoxdur. Əslində, fil qulağında yatmısan. Zənn edirsən ki, "Yastı Salman" kimi "Rüstəm kişi"ni vurub, çaya atmaqla aradan çıxacaqsan. Amma olmayacaq. Çünki daha "Rüstəm kişi" də sənə inanmır. Üstəlik, bir zamanlar arxayın olduğun "Kələntər lələ" də yoxdur artıq. Ayağının altında torpaq da yanmağa başlayıb. Qaçacaq yerin də qalmayıb".İş adamları icra başçısına etdikləri müraciətlərində çıxış yolunu da göstəriblər. "Biz həmin adamlarıq ki, sənin bir sözünə inanıb, Sumqayıtda bulvarın tikintisinə qol qoyduq. Qısa müddətdə ən keyfiyyətli işi görüb, təhvil verdik. Əvəzində sən bizim bəzilərimizi tutdurdun, bəzilərimizi qorxutdun, bəzilərimizi hədələdin, hamımızın isə pulunu vermədin. Buna nə ad verək? Səncə, bu namərdlik deyilmi? Səncə, bu sözünün üstündən qaçmaq deyilmi? Axı, özünə hörmət qoyan şəxs pula görə, bu hərəkətləri etməz.
Əgər "Yastı Salman"ın gününə düşmək istəmirsənsə, ilk işin narazı saldığın və borclu olduğun biz sahibkarlara olan borcunu qaytar. Bu, bəlkə də olan-qalan cüzi hörmətinə təsir edər".Onlar sonda qeyd edirlər ki, Zakir Fərəcov onların zəhmətinin haqqını verməzsə, məhkəmə ilə yanaşı, hüquq-mühafizə orqanlarına müraciət edəcəklər. "Daha əvvəlki dövran deyil. İndi zamanə də, münasibətlər də dəyişib. Hər halda "gözü çıxmış" qardaşlarının aqibətindən sənə də bəllidir ki, bu ölkədə narazılıq salan, sahibkar və kasıb incidənləri ya həbs edirlər, ya da həbsdən pis günə salırlar. Sənə tövsiyyəmiz odur ki, yanındakı "Lal Hüseyn" və "Yarməmməd"in hiylələrinə uyma, olan-qalan hörmətini də yerlə bir etmə. Ona görə, bizə olan borcunu qaytar". Qeyd edək ki, yazıdakı fikirlər sahibkarlara məxsusdur və buna görə məsuliyyət daşımırıq. Qarşı tərəfi də dinləməyə hazırıq.
- Bakının mərkəzində minlərlə ev söküləcək: Böyük parklar salınacaq (VİDEO)
22 fevral 2026 11:11
- Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 fevral 2026 14:22
- İlham Əliyev Si Szinpinə məktub göndərdi
17 fevral 2026 13:55
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- Japarov 3 naziri istefaya göndərdi
16 fevral 2026 11:46
- İlham Əliyev Litva Prezidentini təbrik etdi
16 fevral 2026 11:22
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- Göstərir Bakı! - 70 yaşında
14 fevral 2026 12:55
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- İsti su içməyin 12 faydası
13 fevral 2026 12:41
- Bakının mərkəzində minlərlə ev söküləcək: Böyük parklar salınacaq (VİDEO)
22 fevral 11:11
- Dünyada ən çox uşaq doğan QADIN - FOTO
22 fevral 10:59
- Şamaxıda zəlzələ oldu
22 fevral 10:47
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 22:25
- Azərbaycanda kərə yağı istehsalı KƏSKİN azaldı
21 fevral 22:10
- Pezeşkiandan dünyaya meydan oxuyan bəyanat: Bütün dünya birləşsə də, təslim olmayacağıq
21 fevral 19:38
- Nazir Çelsi Baxşıyeva ilə gündəmə gələn Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ
21 fevral 17:41
- Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı
21 fevral 17:21
- Gələn həftə Novruzun ilk çərşənbəsi qeyd ediləcək
21 fevral 17:11
- Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 fevral 14:22
- Prezidentdən Naxçıvanla bağlı sərəncam: Bir neçə quruma göstəriş verildi
21 fevral 13:52
- Bir ildə ölkədə neçə uşaq doğulub?
20 fevral 19:05
- Azərbaycanda yeni büdcə təşkilatları yaradıldı (FƏRMAN)
20 fevral 18:51
- Küçədə elektron siqaret çəkənlər bu qədər cərimələnəcək
20 fevral 14:32
- Prezidentin ABŞ səfəri başa çatdı
20 fevral 14:25
- Vardanyana hökm oxundu - 20 il həbs
17 fevral 14:07
- İlham Əliyev Si Szinpinə məktub göndərdi
17 fevral 13:55
- Sənədsiz evi olanların nəzərinə: 15 günə çıxarış almaq mümkün olacaq
17 fevral 13:50
- TƏBİB-in sədr əvəzi: Kadr dəyişiklikləri olacaq
17 fevral 13:34
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 15:54
- Vüqar Qurbanov vəzifəsindən azad edildi (YENİLƏNİB)
16 fevral 15:30
- Japarov 3 naziri istefaya göndərdi
16 fevral 11:46
- İlham Əliyev Litva Prezidentini təbrik etdi
16 fevral 11:22
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 13:09
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 11:53
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 11:34
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 13:39
- Göstərir Bakı! - 70 yaşında
14 fevral 12:55
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 12:27
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
