- AZAL təyyarəsinin vurulmasında bu generalın rolu olub - sensasion faktlar yayıldı
- 2025-ci ilin ən təsirli - 12 fotosu - ACLIQ ÇƏKƏN UŞAQ
- Nazirliyin adını dəyişdirib Müharibə Nazirliyi qoydu
- Tramp Pentaqonun adını rəsmən Müharibə Nazirliyi olaraq dəyişdirib
- DÇ-2026: Azərbaycan millisi 4 : 0 uduzur (YENİLƏNİR)
Heydər Əliyevə görə Göyçəlilər daha 23 il....

“Şahidi olduğun bir əməl yaddaşda daha dərin iz qoyur, nəinki bu barədə deyilən min söz”
Ibsen Henrik, Norveç şairi və dramaturqu
Baharın gəlhagəl, qışın isə qaçaqaç günləri idi. İrəvan quberniyasının Yeni Bayazid qəzasının Çəmbərək (Krasnoselo) rayonunun camaatı Novruz bayramı əhval-ruhiyyəsi ilə yaşayırdı. Yaşlılar çaşır yığmaq üçün ağır kürklərini çıxardıb yamaclara çıxmaq zamanını, uşaqlar isə əldən düşənədək üzmək üçün Göyçə gölünün suyunun isinişməsini gözləyirdilər. Rayon əhli adi günlərinin birini yaşayırdı. Mövsümün bu dövrü hər il belə olurdu bu yerlərdə.
1965-ci ilin ilk baharı da istisna deyildi.
Rayon rəhbərliyi də cari işlərlə məşğul idi. Rayon Partiya Komitəsinin katibi Kazım Əliyev səhər-səhər iş otağında daxil olan məktubları diqqətlə oxuyub müvafiq şöbələr üzrə tapşırıqlar verirdi. Telefon zəng çaldı. Birinci katib Əli Həsənovla birbaşa əlaqə telefonu idi.
- Buyurun, yoldaş Həsənov.
- Kazım, Ağbulaqdakı təsərrüfatlarla bağlı fikrini bilmək istəyirəm. Bir düşün, gələcəm sənin otağında danışaq.
Aralarında səmimi münasibətlər olsa da bir az gözlənilməz idi belə bir qeyri-formal zəng. Həm də axı Ağbulaq ərazisində müzakirə oluna biləcək xüsusi mövzu da yox idi.
Əli Həsənov özü Kazım Əliyevin otağına gəldi. Bir neçə dəfə Ağbulaq kəndinin adını çəkdikdən sonra gözləri ilə Kazım Əliyevi dəhlizə dəvət etdi. Hər ikisi dəhlizə çıxdılar. Əli Həsənov dedi:
- Günorta qonağımız olacaq. Bu yerlərin adamı deyil. Sizdə nahar edəcəyik. Səməndər bacıya de hazır olsun. Telefonla bir söz demə. İşdən tez gedərsən. Bizim evdə qulaq var (Əli Həsənov evində danışıqların izlənməsi üçün cihaz quraşdırıldığını nəzərdə tuturdu).
Heydər Əliyev və Əli Həsənov 1964
Qonağın kim olmasını soruşmazlar. Bu yerlərin qaydası belə idi. Günorta Kazım Əliyevin evi tərəfə "QAZ 69" markalı maşın yaxınlaşdı. Ev sahibi və Əli Həsənov qonağı eşikdə gözləyirdilər. Maşından hündür boylu, idmançı cüssəli, mavi gözlü, 40 yaşlarında bir adam düşdü. Əli Həsənovla görüşdü. Onlar tanış idilər. Daha sonra Kazım Əliyevlə əl sıxdı. Sonra diqqətlə Kazım Əliyevə baxdı. Həyətə daxil oldular. Gəlmə adam Əli Həsənovdan soruşdu:
- Haqqında danışdığın əməkdaşın bu adamdır?
Əli Həsənov təsdiq etdi. Otağa keçdilər. Səməndər xanım məcməidə xoruzpipiyi dəmlənmiş ətirli cayla içəri daxil oldu.
- Sizin tərəfdə kəklikotu çayı olmur?-qonaq gümrah səslə soruşub otağa çökmüş rəsmiyyətə bir sadəlik qatdı.
Az keçmiş Səməndər xanım bu dəfə kəklikotu çayını süfrəyə düzdü, yanında da İrəvan kətəsi. Ətirli qoxu otağı bürüdü. Çayın qonağın ürəyincə olması seziliridi. Qonaq tavana, divarlara göz gəzdirdi. Elə bil öz-özlüyündə nəyi isə götür-qoy edir, əllərini yuyurmuş kimi gah sağ əli ilə sol yumruğunu, gah da sol əli ilə sağ yumruğunu sıxırdı. Saatına baxdı:
- Yemək qalsın başqa vaxta. Çıxaq havaya, deyib ayağa qalxdı.
Səməndər xanıma minnətdarlığını bildirdi:
- Belə yerlərin kəklikotu dəmini içməyib gedə bilməzdim.
İdmançı görkəmli adam gəldiyi "QAZ 69"da, Əli Həsənovla Kazım Əliyev Volqada ermənilərin sıx məskunlaşdığı Orconikidze kəndini keçərək Şınıx dərəsi tərəfə, Azərbaycan SSR ərazisinə, Gədəbəyə, Mutu dərəyə, Köhnə Baş Keçidə üz tutdular. Bir qədər sonra maşınlar dayandı. Qonaq “Qoy, əməkdaşın bizi burada gözləsin”- dedi.
Əli Həsənov və Kazım Əliyev
Həsənovla qonaq aralanıb şumluğa tərəf yollandılar. Kazım Əliyev maşının yanında qaldı. Bir saat davam edən söhbətdən sonra qonaqla Birinci katib geri döndülər. Qonaq hər ikisi ilə görüşüb öz maşınına tərəf irəliləməzdən əvvəl Əli Həsənova sakit, lakin qətiyyətli səslə dedi:
- Yoldaşa da vəziyyəti izah et. Heç bir şeydən də çəkinməyin. Bir addım belə ata bilməzlər. Möhkəm dayanın.
"QAZ-69" uzaqlaşdı. Əli Həsənov qayğılı görünürdü, başını bulayıb Kazım Əliyevə dedi:
- Bu adam bizi böyük bəladan qurtarmağa gəlib. Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin rəis müavini Heydər Əliyevdir. Bakıdan Naxçıvana, oradan da maşınla birbaşa bizim rayona gəlib. Qonşularımız dinc durmurlar.
İki gün sonra rayonda görünməyən hadisələr yaşandı. Çəmbərəkə Moskvadan DTK-nın nümayəndələri gəldilər. Sovet rəhbərliyi milli məsələyə və millətçiliyin hər hansı bir təzahürünə çox həssas yanaşırdı. Rayonun ДОСААФ (Добровольное Общество Содействия Армии, Авиации и Флоту) “Ordu, Aviasiya və Donanmaya Könüllü Yardım Cəmiyyəti”nin binasındakı silah otağından yoxa çıxmış silahlar Moskvadan gələn komissiya tərəfindən Orconikidze ermənilərindən yığıldı. Məhdud sayda adama məlum idi ki, oradan və rayon milis şöbəsinin silah saxlanılma otağından “itmiş” silahlar əvvəlcədən hazırlanmış plana əsasən ermənilərə paylanıbmış.
Aprelin 24-ü, qondarma “erməni soyqırımı” günündə Yerevandan gəlmiş dəstə ilə yerli millətçilər təxribatlar törədərək Gədəbəyin Şınıx dərəsinin Orconikidzeyə yaxın kəndlərində və Krasnoselonun Ardanış, Şorca və Ağbulaq kəndlərində azərbaycanlıları qırmağı planlaşdırmışdılar.
Qeyd etmək yerinə duşər ki, qondarma “erməni soyqırımının” 50 illiyi ərəfəsində Qərbdə, o cümlədən Latın Amerikasında və Yaxın Şərqdə yaşayan ermənilər Türkiyə əleyhinə genişmiqyaslı terror aksiyalarına start verməyi qərara aldılar. Ondan əvvəl isə Azərbaycanda və Ermənistanda azərbaycanlılara qarşı silsilə təxribatlar planlaşdırılırdı. Erməni lobbisinin təzyiqləri qarşısında aciz qalan Sovet rəhbərliyi prinsipsizlik nümayiş etdirərək 1965-ci ildə “soyqırımla” bağlı Yerevanda məhdud çərçivədə tədbir keçirilməsinə icazə verdi. Əslində bu aqressiv erməni milliyətçiliyinə SSRİ məkanında da əl-qol açmağa imkan yaratdı.
Əli Həsənov
…..Söhbətin əvvəlinə qayıdaq. Krasnoseloda dindirmələr, sorğu-suallar başladı. Rayonun partiya-sovet və hüquq-mühafizə orqanlarının rəhbərləri də Moskvadan göndərilmiş xüsusi komissiya tərəfindən şübhəlilər qismində təhqiqata cəlb olundular. Yerli milis şöbəsinin rəisi mayor Qaleçyan xüsusilə narahat görünürdü. Əsaslar isə ciddi idi. Əvvəllər də azərbaycanlılara qarşı nifrətini gizlətməyən Qaleçyanın dinc əhalinin əmin-amanlığını qorumaq əvəzinə terror şəbəkəsinin əsas əlaqələndiricisi olması üzə çıxmışdı.
Rayonda müxtəlif şayiələr yayılmağa başladı. Artıq rayon camaatı terror şəbəkəsinin Yerevana, oradan da xaricə uzanmasını müzakirə edirdi. Moskva komissiyasının rayonda işinin ikinci günü isə Qaleçyanın öldürüldüyü xəbəri yayıldı. Rəsmi versiya “özünəqəsd” oldu. Qaleçyanın kabinetində ağzının içinə atəş açılmışdı. Kriminal aləmdə ağzından söz qaçıran şəbəkə üzvləri belə cəzalandırılır. Bu ölüm əslində Moskva komissiyasının da işinə yaradı. Şəbəkənin əsas təşkilatçıları və üvzləri nə bilindilər, nə də həbs olundular.
...... Bu gerçək hadisə Heydər Əliyevin həyatından olan epizodik bir andır. Yüzlərlə, minlərlə soydaşımızı xilas edən an. Göyçəlilər daha 23 il öz dədə-baba torpaqlarında yaşayıb-yaratdılar. Əli Həsənov daha 4 il Birinci katib işlədi. Daha sonra İrəvanda rəhbər vəzifələrdə işləsə də, artıq o, ermənilərin qəzəbinə tuş gəlmişdi. Onun erməni siyasi dairələri tərəfindən təqibləri başlanmışdı, hər an şərlənərək həbs edilməsi zaman məsələsi idi. Heydər Əliyev bu vətənpərvər azərbaycanlı kadrı erməni şovinizminin cəngindən xilas edərək Azərbaycana dəvət etdi və o, Azərbaycanda məsul vəzifələrdə çalışdı. Həsənovdan sonra azərbaycanlıların böyük əksəriyyət təşkil etdiyi Krasnoseloda bir daha birinci şəxs postuna Azərbaycan türkü təyin edilmədi.
O dövrün gerçəkliyi elə idi ki, Anti-Azərbaycan Sovet rejiminin sərt qadağaları çərçivəsində Heydər Əliyevin belə fədakarlıqlarından xalqımızın xəbəri olmurdu, amma az sayda bilənlər Azərbaycan xalqının böyük oğlunun belə əməllərini daim minnətdarlıqla xatırlayırlar.
Nə yaxşı ki, həmfikrim, Göyçəli həkim Hüseyn Hüseynov kimi həmin hadisələrin canlı şahidləri həyatdadır. (modern.az)
Tahir Kərimov,
Diplomat, Harvard Universitetinin məzunu,
Mərhum Prezident Heydər Əliyevin şəxsi tərcüməçisi
- AZAL təyyarəsinin vurulmasında bu generalın rolu olub - sensasion faktlar yayıldı
6 sentyabr 2025 22:36
- İlin sonunadək amnistiya gözlənilir ?
6 sentyabr 2025 14:49
- Böyük terror-un kiçik qurbanları – Stalin rejiminin düşərgələrdə məhv etdiyi körpələr
6 sentyabr 2025 14:42
- Dəmir barmaqlıqlar arxasında dözə bilməyən məmurlar...- FOTOLAR
6 sentyabr 2025 14:37
- Uzunömürlü insanların SİRRİ BU İMİŞ
5 sentyabr 2025 17:21
- Lavrov Özbəkistanda RUS dilinə görə biabırçılıq etdi: - SKANDAL
5 sentyabr 2025 10:54
- -Tağıyev- filmi Oskar-a namizəd təqdim edildi
5 sentyabr 2025 10:20
- Dilindən arı sancdı, 61 yaşlı kişi öldü
5 sentyabr 2025 00:25
- II dünya müharibəsi ilə bağlı gizli sənəd - yapon generalların etirafları
4 sentyabr 2025 14:19
- Deputat MƏHKƏMƏDƏ seçiciyə uduzdu
4 sentyabr 2025 13:56
- AZAL təyyarəsinin vurulmasında bu generalın rolu olub - sensasion faktlar yayıldı
06 sentyabr 22:36
- 2025-ci ilin ən təsirli - 12 fotosu - ACLIQ ÇƏKƏN UŞAQ
06 sentyabr 22:09
- Nazirliyin adını dəyişdirib Müharibə Nazirliyi qoydu
06 sentyabr 21:51
- İlin sonunadək amnistiya gözlənilir ?
06 sentyabr 14:49
- Böyük terror-un kiçik qurbanları – Stalin rejiminin düşərgələrdə məhv etdiyi körpələr
06 sentyabr 14:42
- Dəmir barmaqlıqlar arxasında dözə bilməyən məmurlar...- FOTOLAR
06 sentyabr 14:37
- Tramp Pentaqonun adını rəsmən Müharibə Nazirliyi olaraq dəyişdirib
06 sentyabr 01:01
- II Əbdülhəmid Fələstini yəhudilərə niyə satmadı?
06 sentyabr 00:26
- DÇ-2026: Azərbaycan millisi 4 : 0 uduzur (YENİLƏNİR)
06 sentyabr 00:21
- Uzunömürlü insanların SİRRİ BU İMİŞ
05 sentyabr 17:21
- NAR uşaqlar üçün maarifləndirici tədbirlərə dəstək verir - Fotolar
05 sentyabr 17:09
- Həmin liderlər İlham Əliyevlə şəkil çəkdirmək üçün Bakıda növbəyə dururlar
05 sentyabr 17:00
- Prezident yol təmirinə 2 milyon manat ayırdı
05 sentyabr 13:56
- Milli Məclisin xüsusi iclası keçiriləcək
05 sentyabr 12:35
- Yalandır, Rusiya bizə heç bir sığorta ödənişi etməyib - Hökumənin atası
05 sentyabr 11:48
- Lavrov Özbəkistanda RUS dilinə görə biabırçılıq etdi: - SKANDAL
05 sentyabr 10:54
- Azərbaycan İslandiyaya qarşı
05 sentyabr 10:28
- -Tağıyev- filmi Oskar-a namizəd təqdim edildi
05 sentyabr 10:20
- Aktyor fəhlə kimi işlədilib: Bakı Dövlət Sirkində nə baş verir? (VİDEO)
05 sentyabr 10:13
- BİR RİYAZİYYATÇININ MANİFESTİ - Etibar Əliyevin YAZISI
05 sentyabr 01:00
- Dilindən arı sancdı, 61 yaşlı kişi öldü
05 sentyabr 00:25
- Prezident səfiri geri çağırdı
04 sentyabr 21:46
- Sumqayıtda 35 yaşlı kişi tanışının qulağını dişləyərək qopardı
04 sentyabr 21:13
- II dünya müharibəsi ilə bağlı gizli sənəd - yapon generalların etirafları
04 sentyabr 14:19
- Deputat MƏHKƏMƏDƏ seçiciyə uduzdu
04 sentyabr 13:56
- Qazaxıstanın xarici işlər naziri saxlanıldı
04 sentyabr 13:45
- Telefonda icra başçısını təhqir etdi - Məhkəmə qərarı
04 sentyabr 12:08
- Ayaz Mütəllibov və Ter-Petrosyan Yeltsinlə birgə –35 il əvvəl Rusiyanın sülh planı necə iflasa uğrayıb?
04 sentyabr 10:39
- Rusiya şərtini açıqladı: Bakı bunu etsə...
04 sentyabr 09:59
- Azərbaycan iki ölkəyə 3.6 TON QURBAĞA ayağı SATIB
04 sentyabr 01:52