JAMAZ.İNFO xəbər verir ki, iş adamları Zakir Fərəcovdan pullarını ala bilmələri üçün indiyə qədər üz tutmadıqları qapı qalmayıb. Lakin hələ də problemləri həll olunmayıb. Amma sahibkarlar ümidlərini itirməyiblər. Onlar hesab edirlər ki, tezliklə Zakir Fərəcovdan pullarını qanuni yollarla ala biləcəklər.
Bu əsnada iş adamları Zakir Fərəcovun Bulvarın tikintisində baş verən maxinasiyalarla bağlı maraqlı məlumat əldə ediblər. JAMAZ.İNFO-ya təqdim olunan sənəddə qeyd olunur ki, hələ 2018-ci ildə Sumqayıtda Bulvarın tikintisinə əlavə olaraq 3,7 milyon manat vəsait ayrılıb. Həmin pul Bulvarda tikinti işlərini həyata keçirilməsinə sair tenderin "qalibi" olmuş "Kontraksion Texnoloji" MMC-yə köçürülüb. Halbuki sözügedən işləri "A.V. Construction" şirkəti reallaşdırıb. Bundan başqa onlarla sahibkar da prosesin iştirakçısı olub. "Bu şirkət nə zaman yaradılıb, nə zaman tikintidə iştirak edib müəmmalıdır. Çünki bütün tikinti və abadlıq işlərini biz həyata keçirmişik. Həmin prosesdə isə belə bir şirkətin iştirakı olmayıb. Təbii ki, bu da Zakir Fərəcovun oyunlarından biridir. Bunu faktlarla da sübut etmişik".
İş adamları bildirir ki, "Kontraksion Texnoloji" MMC Yasamal rayonu, Həsən Bəy Zərdabi küçəsi 87 ünvanında qeydiyyatdadır. Yəni, hüquqi ünvanları qeyd olunandır. Onlar deyirlər ki, işin ən maraqlı tərəfi şirkətin rəhbərliyinin kimliyidir. "Həmin şirkətin təsisçisi və rəhbəri Cəlilov Ramin Nəsib oğludur. MMC-nin icraçı direktoru isə Rauf Məmmədovdur. Bu adlar ilk baxışdan heç nəyi ifadə etmir. Lakin bu adamların Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Gündüz Əliyevin doğmaca bacısı oğlanları olması məsələnin mahiyyətini ortaya qoyur. Bizə məlum olan 3,7 milyon manatdır. Bəlkə də, Bulvarın tikintisi ilə bağlı milyonlarla manat məhz bu şirkət vasitəsi ilə mənimsənilib".
Sahibkarlar deyirlər ki, onların gördüyü işin müqabilində köçürülən pullar Zakir Fərəcovla Gündüz Əliyev tərəfindən nəinki onlara verilməyib, eyni zamanda gizli şəkildə mənimsənilib. "Zakir Fərəcovun işi araşdırılarsa, belə faktlardan onlarlası üzə çıxar. Bu adamın işi "otkat"la pul qazanmaq, bizim kimi iş adamlarını aldatmaqdır. Bizim kimi onlarla sahibkarın pulunu mənimsəyən, hər cür oyundan çıxaraq aldadan Zakir Fərəcovun boğaza qədər korrupsiyaya bulaşdığı inkar oluna bilməz. Bu məsələ də, hüquqi qiymətini almalıdır".
İndi isə həmin pulun kimlər tərəfindən necə mənimsənildiyini təsdiq edən başqa bir məqama diqqət yetirək. İş adamları deyir ki, Gündüz Əliyevin bacısı uşaqlarının adına köçürülmüş pullar Zakir Fərəcov və sözügedən müavini tərəfindən biznesə yatırılıb. "Ayrılmış 3,7 milyon manat pulun bir qismi ilə Gündüz Əliyev Sumqayıt Bulvarında tennis kortu tikdirib. Əslində, layihədə bu var idi. Camaatın pulsuz istifadəsi üçün nəzərdə tutulmuşdu. Lakin icra başçısının müavini onu şəxsiləşdirib və pullu edib".
Pulun digər qismini isə Zakir Fərəcov elə həmin bulvarda restoran inşa etdirib. "PASEYDON" adlı həmin restoran isə icra başçısının oğlunun adına sənədləşdirilib. "Zakir Fərəcov "PASEYDON" restoranını bulvarın tikintisinə ayrılmış pulla inşa etdirib. Elə həmin restoranı kənar şəxsin deyil, oğlunun adına edib. Restoranın sahibi Pərviz Fərəcovun bizneslə məşğul olması isə qanunla qadağandır. Belə ki, o, hal hazırda Nizami rayon prokurorunun müavini işləyir. Qanunda qeyd edilir ki, hüquq-mühafizə orqanlarında çalışan şəxslər bizneslə məşğul ola bilməzlər və qanun bunu qadağan edir. Təbii ki, Zakir Fərəcov üçün qanun deyilən bir şey yoxdur. Onun üçün qanun günahsız insanları hədələmək, tutdurmaq üçündür. Qanun onun üçün tualet kağızı qədər əhəmiyyətli və dəyərli deyil. Əgər Zakir Fərəcov qanun bilsəydi, qanuna tabe olsaydı nə bizim pulumuzu verməkdən imtina edərdi, nə ayrılmış 3,7 milyon manatı mənimsəməzdi, nə də saysız-hesabsız qanunsuzluqlara imza atmazdı".
İş adamları onu da deyirlər ki, əllərində olan bütün sənədləri toplayaraq, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə təqdim edəcəklər və baş verənlərlə bağlı şikayət verəcəklər. "Artıq sənədlər hazırdır. Bizimlə bərabər daha bir neçə zərərçəkmiş şirkət də Zakir Fərəcovdan şikayətçidir, onlar da bizə qoşulmaq istəyirlər. Faktları Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə təqdim edib, şikayətimizi yazılı olaraq çatdıracağıq. Yəni, hüquqi müstəvidə davamız davam edəcək. Zakir Fərəcov pulumuzu ödəyənə qədər ondan əl çəkmək niyyətimiz yoxdur".
Məsələ ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.
İCRA BAŞÇISI İLƏ MÜAVİNİ 3,7 MİLYON MANATI HARA XƏRCLƏYİBLƏR?
Hadisə24 aprel 2020 10:51
İCRA BAŞÇISI İLƏ MÜAVİNİ 3,7 MİLYON MANATI HARA XƏRCLƏYİBLƏR? - "PASEYDON", TENNİS KORTU VƏ BACIOĞLU "ƏMƏLİYYATI"
Sumqayıtda Dənizkənarı Bulvarın tikintisi ilə bağlı yaranmış qalmaqallı vəziyyətə yavaş-yavaş aydınlıq gəlir. Tikintisinə 12 milyon manat xərc çəkilmiş Bulvara büdcədən konkret olaraq nə qədər vəsait ayrıldığı isə müəmma olaraq qalır. Şəhərin icra başçısı Zakir Fərəcovun məsələni sirr kimi saxlaması isə səbəbsiz deyil. Bunu sahibkarlarla 3 ildir davam edən borc qalmaqalı da təsdiqləyir. Çünki 3 ildən çoxdur gördükləri işin müqabilində milyonlarla manat pullarını ala bilməyən iş adamları dövlət qurumlarından dəstək istəyirlər.
JAMAZ.İNFO xəbər verir ki, iş adamları Zakir Fərəcovdan pullarını ala bilmələri üçün indiyə qədər üz tutmadıqları qapı qalmayıb. Lakin hələ də problemləri həll olunmayıb. Amma sahibkarlar ümidlərini itirməyiblər. Onlar hesab edirlər ki, tezliklə Zakir Fərəcovdan pullarını qanuni yollarla ala biləcəklər.
Bu əsnada iş adamları Zakir Fərəcovun Bulvarın tikintisində baş verən maxinasiyalarla bağlı maraqlı məlumat əldə ediblər. JAMAZ.İNFO-ya təqdim olunan sənəddə qeyd olunur ki, hələ 2018-ci ildə Sumqayıtda Bulvarın tikintisinə əlavə olaraq 3,7 milyon manat vəsait ayrılıb. Həmin pul Bulvarda tikinti işlərini həyata keçirilməsinə sair tenderin "qalibi" olmuş "Kontraksion Texnoloji" MMC-yə köçürülüb. Halbuki sözügedən işləri "A.V. Construction" şirkəti reallaşdırıb. Bundan başqa onlarla sahibkar da prosesin iştirakçısı olub. "Bu şirkət nə zaman yaradılıb, nə zaman tikintidə iştirak edib müəmmalıdır. Çünki bütün tikinti və abadlıq işlərini biz həyata keçirmişik. Həmin prosesdə isə belə bir şirkətin iştirakı olmayıb. Təbii ki, bu da Zakir Fərəcovun oyunlarından biridir. Bunu faktlarla da sübut etmişik".
İş adamları bildirir ki, "Kontraksion Texnoloji" MMC Yasamal rayonu, Həsən Bəy Zərdabi küçəsi 87 ünvanında qeydiyyatdadır. Yəni, hüquqi ünvanları qeyd olunandır. Onlar deyirlər ki, işin ən maraqlı tərəfi şirkətin rəhbərliyinin kimliyidir. "Həmin şirkətin təsisçisi və rəhbəri Cəlilov Ramin Nəsib oğludur. MMC-nin icraçı direktoru isə Rauf Məmmədovdur. Bu adlar ilk baxışdan heç nəyi ifadə etmir. Lakin bu adamların Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Gündüz Əliyevin doğmaca bacısı oğlanları olması məsələnin mahiyyətini ortaya qoyur. Bizə məlum olan 3,7 milyon manatdır. Bəlkə də, Bulvarın tikintisi ilə bağlı milyonlarla manat məhz bu şirkət vasitəsi ilə mənimsənilib".
Sahibkarlar deyirlər ki, onların gördüyü işin müqabilində köçürülən pullar Zakir Fərəcovla Gündüz Əliyev tərəfindən nəinki onlara verilməyib, eyni zamanda gizli şəkildə mənimsənilib. "Zakir Fərəcovun işi araşdırılarsa, belə faktlardan onlarlası üzə çıxar. Bu adamın işi "otkat"la pul qazanmaq, bizim kimi iş adamlarını aldatmaqdır. Bizim kimi onlarla sahibkarın pulunu mənimsəyən, hər cür oyundan çıxaraq aldadan Zakir Fərəcovun boğaza qədər korrupsiyaya bulaşdığı inkar oluna bilməz. Bu məsələ də, hüquqi qiymətini almalıdır".
İndi isə həmin pulun kimlər tərəfindən necə mənimsənildiyini təsdiq edən başqa bir məqama diqqət yetirək. İş adamları deyir ki, Gündüz Əliyevin bacısı uşaqlarının adına köçürülmüş pullar Zakir Fərəcov və sözügedən müavini tərəfindən biznesə yatırılıb. "Ayrılmış 3,7 milyon manat pulun bir qismi ilə Gündüz Əliyev Sumqayıt Bulvarında tennis kortu tikdirib. Əslində, layihədə bu var idi. Camaatın pulsuz istifadəsi üçün nəzərdə tutulmuşdu. Lakin icra başçısının müavini onu şəxsiləşdirib və pullu edib".
Pulun digər qismini isə Zakir Fərəcov elə həmin bulvarda restoran inşa etdirib. "PASEYDON" adlı həmin restoran isə icra başçısının oğlunun adına sənədləşdirilib. "Zakir Fərəcov "PASEYDON" restoranını bulvarın tikintisinə ayrılmış pulla inşa etdirib. Elə həmin restoranı kənar şəxsin deyil, oğlunun adına edib. Restoranın sahibi Pərviz Fərəcovun bizneslə məşğul olması isə qanunla qadağandır. Belə ki, o, hal hazırda Nizami rayon prokurorunun müavini işləyir. Qanunda qeyd edilir ki, hüquq-mühafizə orqanlarında çalışan şəxslər bizneslə məşğul ola bilməzlər və qanun bunu qadağan edir. Təbii ki, Zakir Fərəcov üçün qanun deyilən bir şey yoxdur. Onun üçün qanun günahsız insanları hədələmək, tutdurmaq üçündür. Qanun onun üçün tualet kağızı qədər əhəmiyyətli və dəyərli deyil. Əgər Zakir Fərəcov qanun bilsəydi, qanuna tabe olsaydı nə bizim pulumuzu verməkdən imtina edərdi, nə ayrılmış 3,7 milyon manatı mənimsəməzdi, nə də saysız-hesabsız qanunsuzluqlara imza atmazdı".
İş adamları onu da deyirlər ki, əllərində olan bütün sənədləri toplayaraq, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə təqdim edəcəklər və baş verənlərlə bağlı şikayət verəcəklər. "Artıq sənədlər hazırdır. Bizimlə bərabər daha bir neçə zərərçəkmiş şirkət də Zakir Fərəcovdan şikayətçidir, onlar da bizə qoşulmaq istəyirlər. Faktları Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə təqdim edib, şikayətimizi yazılı olaraq çatdıracağıq. Yəni, hüquqi müstəvidə davamız davam edəcək. Zakir Fərəcov pulumuzu ödəyənə qədər ondan əl çəkmək niyyətimiz yoxdur".
Məsələ ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.
Oxşar xəbərlər
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri təyin edildi (FƏRMAN)
27 fevral 2026 14:17
- Ağartını da xaricdən alırıq – SƏBƏB?
26 fevral 2026 23:40
- 2,9 milyonluq tenderin qalibi olan şirkət -qara siyahı - da - Saxta sənəd təqdim edib
26 fevral 2026 13:31
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 2026 11:50
- Təhsil qurumundan ard-arda tenderlər: ümumi məbləğ 23 milyona yaxınlaşdı
25 fevral 2026 21:07
- Möhbalıyevin restoranında qalmaqal: İcraçı direktor pulları kazinoda uduzdu
24 fevral 2026 14:57
- Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu (SİYAHI)
24 fevral 2026 13:10
- Sabah Su çərşənbəsidir
23 fevral 2026 20:08
Xəbər lenti
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
Video & Fotoqalereya
Video
Fotoqalereya
