Sahibkarlar Mikayıl Cabbarova və Kamran Əliyevə müraciət etdi
Zakir Fərəcovun oğlu, Nizami rayon prokurorunun müavini Pərviz Fərəcovun "PASEYDON" RESTORANI
Zakir Fərəcovun müavini Gündüz Əliyevin TENNİS KORTU
İqtisadiyyat naziri cənab Mikayıl Cabbarova
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Kamran Əliyevə
Cənablar !
Son günlər Sumqayıt şəhər icra hakimiyyətinin tender komissiyası ilə bağlı ölkə mediasında ciddi tənqidi materiallar yayılır.
Mediada yayılan məlumatlardan bəlli olur ki, aprelin 18-də Sumqayıt şəhər İcra Hakimiyyətinin tender komissiyası “Vertex Marketing” (VÖEN 2905806461) və “Bertfon SS” (VÖEN 2905806591) şirkətlərini dəftərxana və təsərrüfat mallarının (ümumi dəyəri 93253 manat), elektrik avadanlıq (113 695 manat) və yataq ləvazimatlarının (181 740 manat) satınalınması üzrə tenderin qalibi elan edib.
388 min 688 manat dəyərində tenderin qalibi olan "Vertex Marketing” və "Bertfon SS” şirktləri 18.03.2020-ci il tarixində dövlət qeydiyyatına alınıblar.
Hər iki şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, 13 mkr, ev 47, m 18-dir. Nizamnamə kapitalları isə cəmi 10 manatdır.
Cənablar !
“Dövlət Satınalmaları Haqqında” Qanunun 25-ci maddəsinin 1-ci bəndində qeyd olunur ki, "Açıq tenderin keçirilməsi barədə elan tender zərflərinin açılması günündən azı 30 bank günü əvvəl elan olunmalıdır”.
Maraqlıdır ki, 18.03.2020-ci il tarixində dövlət qeydiyyatına alınan şirkətlər cəmi bir ay sonra 18.04.2020-ci il tarixində NECƏ tenderin qalibi elan olunublar ?
Təzəcə təsis olunmuş şirkətlərin hansı ixtisas göstəricilərindən, peşəkarlığından, təcrübəsindən, texniki, maliyyə imkanlarından, idarəetmə səriştəsindən danışmaq olar ?
Ortada ciddi cinayət əməlinin olması açıq görünür.
Bu azmış kimi, tikintisinə 12 milyon manat xərc çəkilmiş Sumqayıt Dənizkənarı Bulvarının inşaasında iştirak etmiş və bugünədək cənab Zakir Fərəcovdan milyonlarla halal pullarını ala bilməyən sahibkarların NUH.az-a müraciətində daha ciddi neqativ halların olması bəlli olur.
Cənablar !
3 ildən çoxdur gördükləri işin müqabilində milyonlarla manat pullarını ala bilməyən iş adamları qeyd edir ki,
hələ 2018-ci ildə Sumqayıtda Bulvarın tikintisinə əlavə olaraq 3,7 milyon manat vəsait ayrılıb. Həmin pul Bulvarda tikinti işlərini həyata keçirilməsinə dair tenderin "qalibi" olmuş "Konstraksion Texnoloji" MMC-yə köçürülüb. Halbuki sözügedən işləri "A.V. Construction" şirkəti reallaşdırıb.
Sahibkarlar qeyd edir ki, bu şirkət nə zaman yaradılıb, nə zaman tikintidə iştirak edib müəmmalıdır:”Çünki bütün tikinti və abadlıq işlərini biz həyata keçirmişik. Həmin prosesdə isə belə bir şirkətin iştirakı olmayıb. Təbii ki, bu da Zakir Fərəcovun oyunlarından biridir. Bunu faktlarla da sübut etmişik”.
İş adamları bildirir ki, "Kontraksion Texnoloji" MMC Yasamal rayonu, Həsən Bəy Zərdabi küçəsi 87 ünvanında qeydiyyatdadır:
"Həmin şirkətin təsisçisi və rəhbəri Cəlilov Ramin Nəsib oğludur. MMC-nin icraçı direktoru isə Rauf Məmmədovdur. Bu adamlar Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Gündüz Əliyevin doğmaca bacısı oğlanlarıdır. Bulvarın tikintisinə ayrılan əlavə 3,7 milyon manat bu şirkət vasitəsilə “nağdlaşdırılıb”.
Bulvarın tikintisi ilə bağlı milyonlarla manat məhz bu şirkət vasitəsi ilə mənimsənilib".
Sahibkarlar deyirlər ki, onların gördüyü işin müqabilində köçürülən pullar Zakir Fərəcovla Gündüz Əliyev tərəfindən nəinki onlara verilməyib, eyni zamanda gizli şəkildə mənimsənilib.
"Zakir Fərəcovun işi araşdırılarsa, belə faktlardan onlarlası üzə çıxar. Bu adamın işi "otkat"la pul qazanmaq, bizim kimi iş adamlarını aldatmaqdır. Bizim kimi onlarla sahibkarın pulunu mənimsəyən, hər cür oyundan çıxaraq aldadan Zakir Fərəcovun boğaza qədər korrupsiyaya bulaşdığı inkar oluna bilməz. Bu məsələ də, hüquqi qiymətini almalıdır.
Cənab Nazir !
Cənab Rəis !
İndi isə həmin pulun kimlər tərəfindən necə mənimsənildiyini təsdiq edən başqa bir məqama diqqət yetirək. İş adamları deyir ki, Gündüz Əliyevin bacısı uşaqlarının adına köçürülmüş pullar Zakir Fərəcov və sözügedən müavini tərəfindən biznesə yatırılıb.
"Ayrılmış 3,7 milyon manat pulun bir qismi ilə Gündüz Əliyev Sumqayıt Bulvarında tennis kortu tikdirib. Əslində, layihədə bu var idi. Camaatın pulsuz istifadəsi üçün nəzərdə tutulmuşdu. Lakin icra başçısının müavini onu şəxsiləşdirib və pullu edib".
Pulun digər qismini isə Zakir Fərəcov elə həmin bulvarda restoran inşa etdirib.
"PASEYDON" adlı həmin restoran isə icra başçısının oğlunun adına sənədləşdirilib. "Zakir Fərəcov "PASEYDON" restoranını bulvarın tikintisinə ayrılmış pulla inşa etdirib. Elə həmin restoranı kənar şəxsin deyil, oğlunun adına edib. Restoranın sahibi Pərviz Fərəcovun bizneslə məşğul olması isə qanunla qadağandır. Belə ki, o, hal-hazırda Nizami rayon prokurorunun müavini işləyir. Qanunda qeyd edilir ki, hüquq-mühafizə orqanlarında çalışan şəxslər bizneslə məşğul ola bilməzlər və qanun bunu qadağan edir. Təbii ki, Zakir Fərəcov üçün qanun deyilən bir şey yoxdur. Onun üçün qanun günahsız insanları hədələmək, tutdurmaq üçündür. Qanun onun üçün tualet kağızı qədər əhəmiyyətli və dəyərli deyil. Əgər Zakir Fərəcov qanun bilsəydi, qanuna tabe olsaydı nə bizim pulumuzu verməkdən imtina edərdi, nə ayrılmış 3,7 milyon manatı mənimsəməzdi, nə də saysız-hesabsız qanunsuzluqlara imza atmazdı".
İş adamları onu da deyirlər ki, əllərində olan bütün sənədləri toplayaraq, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə təqdim edəcəklər və baş verənlərlə bağlı şikayət verəcəklər. "Artıq sənədlər hazırdır. Bizimlə bərabər daha bir neçə zərərçəkmiş şirkət də Zakir Fərəcovdan şikayətçidir, onlar da bizə qoşulmaq istəyirlər. Faktları Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə təqdim edib, şikayətimizi yazılı olaraq çatdıracağıq. Yəni, hüquqi müstəvidə davamız davam edəcək. Zakir Fərəcov pulumuzu ödəyənə qədər ondan əl çəkmək niyyətimiz yoxdur".
Müraciətin sonunda sahibkarlar iqtisadiyyat naziri cənab Mikayıl Cabbarovdan və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Kamran Əliyevdən xahiş edirlər ki, müraciətdə qeyd olunan bütün faktlar müvafiq dövlət qurumları tərəfiondən araşdırılsın və hüquqi qiymət verilsin.
Məsələ ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq. NUH.az
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 2026 20:42
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
9 mart 2026 21:42
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
5 mart 2026 20:43
- Ağdama daha 90 ailə köçürüldü
5 mart 2026 14:55
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
5 mart 2026 12:35
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
