Şamaxıda kilosu 6 min manata İLBİZ kürüsü (FOTOLAR)
Reportaj27 aprel 2020 14:45
"Ziyanverici həşəratdır” deyərək tələf etdiyimiz ilbizi avropalılar ən qiymətli delikates kimi menyularında istifadə edirlər. Azərbaycan üçün qeyri-ənənəvi olan bu sahədən ölkəmizdə gəlir qazananlar da var. Düzdür, onların sayı elə də çox deyil. Belə təsərrüfatçılardan biri də Şamaxı rayon sakini Akif Əmralıdır. O, fərdi həyətində ilbiz təsərrüfatı yaradıb. Sənəti diş həkimi olmasına baxmayaraq, 20 ildən çoxdur ilbiz kürüsü satmaqla qazanc əldə edir.
Akif Əmralı AZƏRTAC-a bildirib ki, bu sahə ilə çoxdandır maraqlanırmış. Dünyada ilk dəfə ilbiz kürüsünün kütləvi istehsalına 1987-ci ildə Fransada başlanıldığını və 1989-cu ildə satışa çıxarıldığını
deyən Akif Əmralı bundan sonra, 1990-cı ildə ilbizlərin toplanmasına, yetişdirilməsinə və satışına qərar verib. O, təsərrüfatından əldə etdiyi ilk məhsulu 1997-ci ildə yerli, 2017-ci ildə isə xarici bazara çıxarmağa müvəffəq olub. Vurğulayır ki, proteini yüksək, xolestrolu az olan, insana yüksək enerji verən ilbiz əti dünyada bir çox xalqlar tərəfindən yeyilir. Bizdən fərqli olaraq, bir sıra Avropa və Şərq ölkələrində ilbiz geniş istehlak edilir, amma buna baxmayaraq, dünyada ilbiz ətinə olan tələbatın 70 faizi ödənilmir.

Fermerin ən böyük arzusu 1 kiloqramı 6000 manata satılan ilbiz kürüsünü kütləvi şəkildə xarici bazarlara çıxarmaqdır. Onun sözlərinə görə, Yer üzərində 32 min ilbiz növü var. Amma tənək ilbizlərinin ətindən və kürüsündən istifadə etmək daha faydalıdır. Qidalanmada da ən bahalı delikateslərdən sayılır. Eyni zamanda, ilbizin kürüsü çox qiymətli müalicə vasitəsidir. Ondan tibdə yanıqların sağalması, dəridəki çapıqların aradan qaldırılması, ginekoloji xəstəliklər, cinsi zəiflik, dərini cavanlaşdırmaq, ləkələri aradan qaldırmaq və immuniteti artırmaq üçün istifadə olunur. Müxtəlif dərman preparatları da hazırlanır. Həmçinin dünyanın əksər ölkələrində, eləcə də Azərbaycanda ilbiz kremlərindən istifadə geniş yayılıb.

Altı-yeddi il ömür sürən ilbizlər əsasən göy otlardan, tərəvəz və meyvələrdən qidalanır. Akif Əmralı deyir ki, ilbizlərin erkəyi, dişisi olmur. İstənilən ilbiz bir-biri ilə mayalana bilir. Yay və yaz aylarında torpağın altında hər bir ilbiz 60-70 yumurta (kürü) qoyur. Bala ilbizlər 21 gündən sonra yumurtadan çıxır.
Fermer kürü götürəcəyi ilbizlərin 4,5 yaşı olduqda olanlara xüsusi qulluq edir, belə olan halda götürülən məhsul daha keyfiyyətli olur.
Oxşar xəbərlər
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 2026 13:39
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 2026 11:12
- Prezident daha bir qəbul keçirdi - Fotolar
9 fevral 2026 14:26
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
9 fevral 2026 10:56
- Milyonçu oğlu DNK ekspertizasına gəlmədi – İddiaçı -vəkilimi ələ almaq istəyrlər- dedi
6 fevral 2026 19:17
- EPŞTEYN sənədləri-ndə Jalə Əliyeva və Ziya Məmmədov FAKTI - FOTOLAR
5 fevral 2026 12:48
- Oliqarx oğlunun 200 minlik maşınına həbs qoyulub - SƏBƏB
2 fevral 2026 14:33
- Səlim Müslümovun milyonluq evi və obyekti satılır
2 fevral 2026 13:26
- Prezident yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib
30 yanvar 2026 12:20
- Azərbaycan xaricdən BİRİ 8658 MANATA İNƏKLƏR ALIB
27 yanvar 2026 12:29
Xəbər lenti
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 13:09
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 11:53
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 11:34
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 13:39
- Göstərir Bakı! - 70 yaşında
14 fevral 12:55
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 12:27
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
Video & Fotoqalereya
Video
Fotoqalereya
