İlham Əliyev tanınmış professorun vəfatı ilə bağlı nekroloq imzaladı
Siyasət27 aprel 2020 21:45
Prezident İlham Əliyev tarix elmləri doktoru, professor Abuzər Alı oğlu Xələfovun vəfatı ilə bağlı nekroloq imzalayıb.
AZƏRTAC-ın məlumatına görə, başsağlığı mətnində deyilir:
"Azərbaycanın təhsil ictimaiyyətinə ağır itki üz vermişdir. Azərbaycanda kitabxana işi üzrə tanınmış tədqiqatçı, Əməkdar elm xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, tarix elmləri doktoru, professor Abuzər Alı oğlu Xələfov 2020-ci il aprelin 27-də ömrünün 89-cu ilində vəfat etmişdir.
Abuzər Xələfov 1931-ci il dekabr ayının 25-də Qərbi Azərbaycanın Göyçə mahalındakı Cil kəndində anadan olmuşdur. O, Göyçə mahalının Toxluca kəndində orta məktəbi bitirdikdən sonra 1950–1955-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin kitabxanaçılıq şöbəsində ali təhsil almışdır.
Əmək fəaliyyətinə 1955-ci ildə Azərbaycan Dövlət Universitetində başlayan Abuzər Xələfov bütün sonrakı taleyini bu təhsil ocağı ilə bağlayaraq, burada müəllim, baş müəllim, dosent və professor vəzifələrində çalışmışdır. O, 1961-ci ildə Azərbaycanda kitabxana işinin tarixi mövzusunda namizədlik və 1975-ci ildə doktorluq dissertasiyaları müdafiə etmişdir. Respublikamızda ali təhsilli kitabxanaçı-biblioqraf və kitabxanaçı kadrların hazırlığını həyata keçirən fakültənin yaradılmasında Abuzər Xələfovun əvəzsiz xidmətləri vardır. Abuzər Xələfovun fəal iştirakı ilə 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq şöbəsi müstəqil fakültəyə çevrilmiş və o, fakültənin ilk dekanı seçilmişdir. Abuzər Xələfov 1962–1970-ci və 1980–1995-ci illərdə həmin fakültənin dekanı, eyni zamanda, 1963-cü ildən 2016-cı ilədək uzun dövr ərzində universitetin kitabxanaşünaslıq kafedrasının müdiri kimi səmərəli fəaliyyət göstərmişdir.
Azərbaycanda kitab və kitabxana mədəniyyətinin təşəkkülü və inkişaf yolu professor Abuzər Xələfovun kitabxana-informasiya fəaliyyəti üçün elmi-təcrübi əhəmiyyətə malik tədqiqatlarında başlıca yer tutmuşdur. Alim ölkəmizdə kitabxana işi quruculuğunun müxtəlif problemlərindən bəhs edən çoxsaylı araşdırmaları ilə bu sahənin elmi əsaslar üzərində qurulmasında mühüm rol oynamışdır. Onun kitabxanaşünaslıq sahələrinin formalaşması, həmçinin geniş profilli kitabxana işçilərinin hazırlanması ilə bağlı fikir və mülahizələri bu istiqamətdə məsələlərin optimal həllinə töhfə olmuşdur.
Abuzər Xələfov kitabxana işinin tarixinə, kitabxanaşünaslığın nəzəriyyəsi və metodikasına dair 500-ə yaxın əsərin, o cümlədən monoqrafiyaların, dərslik və dərs vəsaitlərinin müəllifi idi. O, yüksək hazırlıqlı mütəxəssislərin yetişdirilməsi işinə xüsusi diqqət göstərirdi. Kitabxanaçılıq və biblioqrafiyaşünaslıq istiqamətləri üzrə respublikada formalaşmış kadrların əksəriyyəti onun yetirmələridir.
Professor Abuzər Xələfovun zəngin pedaqoji-elmi fəaliyyəti layiqincə qiymətləndirilmişdir. O, "Əməkdar mədəniyyət işçisi” və "Əməkdar elm xadimi” fəxri adlarına layiq görülmüş, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan "Şərəf” və "Şöhrət” ordenləri ilə təltif edilmişdir.
Nüfuzlu pedaqoq və alim, səmimi insan Abuzər Alı oğlu Xələfovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev
Mehriban Əliyeva
Əli Əsədov
Sahibə Qafarova
Samir Nuriyev
Eldar Əzizov
Fərəh Əliyeva
Ceyhun Bayramov
Elçin Babayev
Anar İsgəndərov
İzzət Rüstəmov
Kərim Tahirov”.
Oxşar xəbərlər
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
9 mart 2026 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- İran sərhədlərimizdən geri çəkildi
6 mart 2026 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
5 mart 2026 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
5 mart 2026 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
5 mart 2026 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Ağdama daha 90 ailə köçürüldü
5 mart 2026 14:55
Xəbər lenti
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
Video & Fotoqalereya
Video
Fotoqalereya
