Tural Gəncəliyev: "Qarabağın erməni icması azərbaycanlılarla birgə yaşamaqda maraqlıdır"
AzərbaycanRespublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icması Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində azərbaycanlı icma ilə sülh şəraitində birgə yaşamaqda maraqlıdır.
Bizimxeber.az-ın məlumatına görə, bunu Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev bildirib. O qeyd edib ki, məlum olduğu kimi, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının fəaliyyətini ən yaxından izləyənlər arasında Dağlıq Qarabağ bölgəmizin erməni icmasından olan xeyli sayda vətəndaşımız var: "Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən qeyri-qanuni şəkildə idarə edilən qondarma rejimin repressiv davranışlarına rəğmən, erməni icmasının üzvü olan sakinlər bizimlə əlaqə saxlayaraq fəaliyyətimizi dəstəklədiklərini və azərbaycanlı icma ilə sülh şəraitində ölkəmizin beynəlxalq tanınmış sərhədləri çərçivəsində birgə yaşamağa hazır olduqlarını bildirmişlər.
Heç kəsə sirr deyil ki, Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasının aşağılanmasına yönəlik faktlar (pandemiya dövründə “seçki” şousunun keçirilməsi və s.) mövcuddur və bu hal indi də davam etməkdədir. Amma Ermənistan öz daxilindəki bütün problemlərdən sadə vətəndaşların diqqətini yayındırmaq üçün daim Azərbaycan ərazilərinin işğalını bir vasitə kimi istifadə edir, Ermənistandakı problemləri həll etmək əvəzinə, torpaqlarımızda qanunsuz fəaliyyətini davam etdirir, daim təxribat xarakterli addımlar atır və bəyanatlar səsləndirir. Faktlar isə onu göstərir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması özlərinin bütün bu oyunların qurbanı olduqlarının, Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüzün bir alətinə çevrildiklərinin fərqindədirlər. Müsbət haldır ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icması daxilində bölgədə ədalətli və davamlı sülhə nail olunması və normal həyatın bərpası üçün münaqişənin yeganə həllinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində iki icmanın birgə mövcudluğundan keçdiyini anlayan şəxslərin sayı kifayət qədər çoxdur və artmaqdadır. Son dövrlər ərzində həm azərbaycanlı icmanın rəsmi sosial media hesablarına, həm də mənim şəxsi hesablarıma erməni icmasının nümayəndələri tərəfindən göndərilən çoxsaylı ismarıclar bunu deməyə əsas verir".
"Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin seçilmiş nümayəndəsi olaraq, mən, erməni icmasının diqqətinə çatdırmaq istəyirəm ki, onların bizə göndərdikləri müraciətlərin anonimliyi həmin şəxslərin təhlükəsizliyi naminə yekun sülh əldə olunanadək tam qorunacaqdır. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bölgədə sülhün bərpası üçün daim səy göstərir və bu prosesdə bizə dəstək olan bütün erməni icmasının nümayəndələrinin fəaliyyətimizə dəstəyini qiymətləndiririk.
Xankəndi şəhərinin millət vəkili olaraq, şəhərin həm erməni, həm də azərbaycanlı sakinlərinin bütün qayğı və problemlərinin həlli istiqamətində çalışdığıma sizləri bir daha əmin etmək istəyirəm. Xankəndinin istənilən erməni əsilli sakini, eynilə azərbaycanlı sakinlər kimi işğalçı Ermənistanın təzyiqlərinə rəğmən sosial media və elektron poçt vasitəsilə bizə öz şikayət və təkliflərini göndərə bilərlər.
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin erməni icmasına bir daha bildirmək istəyirəm ki, biz, sülh naminə icmalararası daha geniş dialoqa hazırıq və bunu tezliklə təşkil edəcəyik. Şübhəsiz ki, Azərbaycanın ərazi bütövlüyü tezliklə bərpa ediləcək və Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan hər iki icmanın bütün hüquq və azadlıqları Azərbaycan Respublikasının Konstitusiyasına müvafiq olaraq bərabər şəkildə, ən yüksək səviyyədə qorunacaq" - deyə T.Gəncəliyev bildirib.
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 2026 20:43
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
9 mart 2026 21:42
- Ağartını da xaricdən alırıq – SƏBƏB?
26 fevral 2026 23:40
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 2026 11:50
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Prezident Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 fevral 2026 12:09
- Prezident Küveyt Əmirini təbrik etdi
25 fevral 2026 11:17
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Prezident iranlı naziri qəbul etdi
23 fevral 2026 17:17
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
