Elman Rüstəmov kimi aldadırdı - Prezidenti yoxsa xalqı
“Təəssüf ki, 28 ildə Azərbaycanda sağlam və rəqabətli bank bazarı formalaşmadı, müasir korporativ standartlara cavab verən bank idarəçiliyi yaranmadı”.
“Azərbaycan banklarına etibar yoxdur. Bilirsiniz nəyə görə? Çünki onlar azad deyillər, siyasi hakimiyyətə bağlıdırlar və zaman-zaman siyasi mübarizələrin qurbanı olurlar. Baxın, bir vaxtlar Heydər Babayevin bankı kimi tanınan “Standart Bank”ın, Ziya Məmmədovun bankı kimi tanınan “Bank of Azərbaycan”ın, dünən isə Fazil Məmmədovun bankı kimi tanınan “AtaBank” və Eldar Mahmudovun bankı kimi tanınan “AGBank”ın fəaliyyəti dayandırıldı”.
Bizimxeber.az bildirir ki, bunu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu deyib.
Qubad İbadoğlunun sözlərinə görə, hazırda siyasi hakimiyyətdə yüksək vəzifə tutanların bankları da eyni aqibəti yaşayacaq: “Çox təəssüf ki, 28 ildə Azərbaycanda sağlam və rəqabətli bank bazarı formalaşmadı, müasir korporativ standartlara cavab verən bank idarəçiliyi yaranmadı. Bütün bunların “xərclərini” daha çox bankların müştəriləri çəkib, yenə də ən çox təsirlənən əhali olacaq. Hazırda fəaliyyəti dayandırılan 4 bankda yerləşdirilmiş depozitlərin geri alınması asan olmayacaq. Sığortası olmayan əmanətlər, cari və xüsusi hesablardakı pul vəsaitlərinin tam məbləğdə sahibinə qaytarılması mümkün olmayacaq”.
İqtisadçı alimin fikrincə, hətta qaytarılan vəsaitlərin də ödənilməsi prosesi aylar çəkəcək: “Nələr baş verəcək bu aylarda? İndiki qeyri-müəyyənlik şəraitində proqnoz vermək də asan deyil. Yaxud bir neçə ay ərzində manatın devalvasiyası baş verərsə onda dünən bağlanan banklarda manatla yerləşdilmiş əmanətlərin dəyərsizləşmə xərcini kim ödəyəcək? Bu tip risklər necə idarə olunacaq? Mərkəzi Bank bu suallara da cavab verməlidir.
Amma Mərkəzi Banka da etimad qalmayıb. İki həftə əvvəl keçirilən 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransda Mərkəzi Bankın sədri deyirdi “bank sektorunun likvidlik səviyyəsi (aktivlərin pula çevrilmə qabiliyyəti) bu gün qənaətbəxş səviyyədədir”.
Amma 2 həftə sonra 4 bankın fəaliyyəti ödəmə qabliyyəti olmadığına görə dayandırıldı. Görəsən, Elman Rüstəmov kimi aldadırdı, prezidenti, yoxsa xalqı? Onsuz da xalq ona inamını çoxdan itirib, amma prezident onu bu günlərdə yenidən 6-cı dönəmə Mərkəzi Banka sədr təyin etdi. Deməli, xalqın etimadını itirənlərə prezidentin etibarı da yüksək olur. Yoxsa, eyni şəxs 25 ildən sonra yenidən ölkənin baş bankiri təyin edilməzdi”.
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 2026 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 2026 23:24
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 2026 19:41
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 2026 18:18
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 2026 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 2026 21:22
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 2026 20:21
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 2026 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 2026 19:39
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
24 mart 22:50
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
