"Akif Çovdarov MTN-ə gələnə qədər taxtasatan idi ..."
Müsahibə29 aprel 2020 09:20
Eldar Mahmudovun komandasından həbsə alınan 22 MTN-çidən həbsdə 2-3 nəfər qalıb. Sabiq nazir həmin şəxslərin yaxınlarına tezliklə onların da azad ediləcəyi mesajını yollayır.
Bu haqda yayılan xəbərdə deyilir ki, Eldar Mahmudov Akif Çovdarov azad ediləndən sonra bir qədər də arxayınlaşıb. Həbsdən çıxan MTN generalları öz sabiq rəhbərləri ilə görüşmələrinə də hüquqi cəhətdən heç bir baryer yoxdur. Bu günə qədər belə xəbərlər dolaşırdı ki, Eldar Mahmudovun üzərində qeyri-rəsmi məhdudlaşdırmalar var. Belə bir halda, keçmiş əlaltıları ilə sabiq nazirin görüşməsi cəmiyyət üçün təhlükədirmi, yoxsa artıq bunlar heç nəyə yaramayan qocalardır?
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyir ki, Eldar Mahmudovla Akif Çovdarovun birgə fəaliyyəti ümumilikdə cəmiyyət üçün arzuolunan deyil: “Onların gücü vəzifədə olduğu müddətdə tutduqları posta görə idisə, hazırda vəzifədə olduğu dönəmdə törətdikləri əməllərin tək özlərinə aid olmaması ilə bağlıdır. Bu gün Eldar Mahmudovun hərəkət sərbəstliyi var. Bu qədər cinayətin qabağında həbs edilmədi. Ev dustağı deyil. Akif Çovdarov da eyni zamanda sərbəst şəxsdir. Onların görüşməsi üçün heç bir maneə yoxdur. Akif Çovdarov serial cinayətlərin qarşısında 4 il yarım həbsdə qaldı və çıxan kimi dünya vecinə olmamış kimi danışdı, bəyanatlar verdi. Baş verənlər bu adamların daxili gücü deyil. Bu adamların qabiliyyəti, işləri deyil onları bu qədər güclü göstərən. Onlar, sadəcə olaraq, ona görə sınmayıblar ki, törətdikləri əməllərə görə kimsə onlara irad bildirə bilmir. Akif Çovdarovun həbsi 4 il yarımlıq imitasiya idi. Eldar Mahmudovu da sadəcə vəzifədən çıxarıblar. Əslində isə bu adamlar ömürlük həbsə məhkum olunmalı idilər. Və onlara cəzadan şikayət vermək hüquqları da tanınmamalı idi. Çünki onlar bu dərəcədə çox cinayətlərin sahibidirlər. Onların bu gün kiçik olmalarını da söyləmək olmaz. Bu adamlar mənən kiçikdirlər. Bu gün azadlıqdadırlarsa, bu onların cinayətlərini təkbaşına etməmələri ilə bağlıdır”.
İlham İsmayıl deyir ki, istintaqa cəlb olunan və olunmayan bir çox MTN-çilər, xüsusən Eldar Mahmudovun komandasının üzvləri xeyli varidat toplayıblar: “Bu adamların bir çoxu MTN-də işə düzələnə qədər alverçi olublar. Akif Çovdarov MTN-ə gələnə qədər taxtasatan idi. Bu gün isə onun o qədər maddi ehtiyatı var ki, çətin ki, taxta satmağa qayıdar”.
İlham İsmayıl Eldar Mahmudovun komandasının üzvü olaraq həbsə alınan və orada müəmmalı şəkildə dünyasını dəyişən İlqar Əliyevlə bağlı baş verənləri belə şərh edib: “O, “mən hər şeyi açıb deyəcəyəm” söyləmişdi. O, məhz bu açıqlamasının qurbanı olub. Onun özünü asdığına inanmıram. İlqar Əliyev o cür çıxış etməsəydi, Akif Çovdarovdan daha tez azadlığa çıxardı. Eldar Mahmudovun komandasından bu gün həbsdə qalan çox az şəxs var. Qanunsuz dinləmələr üzrə Natəvan Mürvətova həbs olunmadı. Düzdür, sübut olundu ki, Natəvan xanım göstəriş yerinə yetirib. Hərbi qaydaya görə yuxarıdan verilən göstəriş icra olunmalıdır. “Əməliyyat-Axtarış fəaliyyəti haqda” Qanuna görə isə Natəvan Mürvətova qanunu üstün tutub həmin qanunsuz əmri yerinə yetirməkdən imtina etməli idi. Şifahi göstərişlər əsasında bu və ya digər şəxsləri dinləməyə qoyublar. Halbuki bu, mütləq nazir və müavinin imzası ilə olan yazılı arayış əsasında olmalı idi. Əgər bu olmayıbsa, dinləmə üçün 24 saat ərzində məhkəmənin qərarı alınmalı idi. Təəssüf ki, bunu etməyiblər. Amma cəzalarını da almadılar. Təsəvvür edin ki, “Natəvan, get filankəsi dinləməyə qoy” şəklində göstərişlər verilib və icra olunub. Buna görə mütləq cəzalarını almalı idilər. Almadılar və bugünkü təntənələrinin səbəbi də cəzasız qalmalarıdır”.
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov 2017-cı il oktyabrın 30-da Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Onun adı medianın gündəminə ilk dəfə jurnalist Aqil Xəlili Bakıda “Zeytunluq bağı” ərazisində döyməsinə görə gəlmişdi. Həmin vaxt da Akif Çovdarov “sudan quru” çıxmağı bacarmışdı. Onun adı növbəti dəfə 2015-ci ildə mətbuatın diqqət mərkəzinə düşdü. Milli Təhlükəsizlik Nazirliyi ləğv edildi və 20-yə yaxın vəzifəli şəxs həbs olundu. Həmin günlərdə Akif Çovdarov MTN-də idarə rəisi idi. Az keçmədi ki, Akif Çovdarov da həbs olunanlar sırasına qatıldı. Akif Çovdarov 1952-ci ilin avqustunda Gürcüstanın Marneuli rayonunda anadan olub. Ona verilən ittiham aktına görə Akif Çovdarov 1974-cü ildə Azərbaycan Politexnik İnstitutunu, 1986-cı ildə SSRİ DİN Akademiyasını bitirib. Akif Çovdarov 1976-cı ilin iyul ayından etibarən Daxili İşlər Nazirliyində zabit rütbəsində bir sıra vəzifələrdə işləyib. Onu milli təhlükəsizlik orqanlarına Eldar Mahmudov işə götürüb. Həmin vaxt 2 ay idi ki, Mahmudov milli təhlükəsizlik naziri təyin edilmişdi. İttiham aktına görə Çovdarov 7-14 noyabr 2015-ci il tarixində keçmiş MTN-in sərəncamında olub. 2015-ci il noyabr ayının 14-də müvafiq əmrə əsasən, xidməti uyğunsuzluğa görə ehtiyata buraxılıb”.
Sabiq MTN-çi 2015-ci il dekabrın 14-də həbs edilib. Baş Prokurorluq həmin vaxt yaydığı məlumatda bildirib ki, Akif Çovdarovla bərabər 20-dən çox adam həbs edilib. Akif Çovdarova verilən ittihamlar ağır və mürəkkəb sayıldığından Səbayel məhkəməsinin qərarı ilə o, istintaq və məhkəmə müddətini həbsdə keçirmişdi.
Baş Prokurorluğun hazırladığı ittiham aktında deyilirdi ki, Akif Çovdarov keçmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi vəzifəsində işləyərkən “tabeliyindəki əməkdaşlara sahibkarlıqla məşğul olan şəxslərlə bağlı yoxlamalar aparmasına, onları heç bir xidməti zərurət olmadan nazirliyə gətirdərək sorğularının keçirilməsinə göstərişlər verib”.
İttiham aktında o da göstərilirdi ki, sabiq general-mayor sahibkarların “hədələnmələrinə və kobud rəftara məruz qalmalarına şərait yaradıb”.
Akif Çovdarova və onunla birgə mühakimə olunanlara Cinayət Məcəlləsinin mənimsəmə və ya israfetmə, qanunsuz azadlıqdan məhrumetmə, 308-ci vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvətalmada suçlandırılırdılar. İş üzrə məhkəmədə onlarla zərərçəkən, xüsusilə sahibkar fəaliyyəti olan şəxslər ifadə verib və Akif Çovdarovun onlardan müxtəlif təzyiqlər yolu ilə külli miqdarda pul aldığını bildiriblər.
Məhkəmədə Akif Çovdarov və digər MTN-çilər haqda ittihamedici hökmlər çıxarılsa da, onların heç biri hökmlər üzrə müddəti azadlıqdan məhrumetmə yerlərində başa vurmadılar. Bu və digər səbəblər göstərilməklə azadlığa çıxdılar. (Musavat.com)
Oxşar xəbərlər
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 2026 01:21
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 2026 13:10
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 2026 16:15
- Azərbaycanda hər gün bu qədər insan ÖLÜR - RƏSMİ
11 may 2026 18:21
- 12 may dünyada Beynəlxalq Tibb Bacıları Günüdür
11 may 2026 17:43
- İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu - FOTOLAR
11 may 2026 00:48
- Qəbir yerləri ilə bağlı biabırçı vəziyyət – Bakıda 15 minə...
10 may 2026 23:26
- Heydər Əliyevin şəxsi FOTOQRAFI : Əsəbiləşdi, dedi ki, səninlə Bakıda danışacağıq
10 may 2026 21:59
- Elçibəy mənə dedi ki, 1993-cü ildə Azərbaycanın müstəqilliyini Heydər Əliyev xilas etdi
10 may 2026 14:20
- Prezident sakinlərlə görüşdü, Zangilan City Park Hotelin təməlini qoydu (YENİLƏNİB)
10 may 2026 13:46
Xəbər lenti
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 01:21
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 23:49
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 16:15
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
12 may 15:27
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 14:39
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 14:30
- Oliqarx oğlu alimentə etiraz edir – Milyonluq obyektləri var
12 may 14:18
- Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)
12 may 12:40
- Milli Məclisin iclası başladı: İnsan alverinə qarşı mübarizəyə dair illik hesabat dinlənilir
12 may 11:25
- Mason lojasında yüksək rütbə alan azərbaycanlı kimdir? - FOTO
12 may 11:15
- Kəmaləddin Heydərov hadisə yerinə gəldi
12 may 11:05
- Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - Foto
12 may 00:03
- Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
11 may 23:10
- 20 günün əsgəri vəfat etdi
11 may 22:56
Video & Fotoqalereya
Video
Fotoqalereya
