Bizim pulumuzla prokuror oğlunu sahibkar edibsən

"BİZİM PULUMUZLA PROKUROR OĞLUNU RESTORAN SAHİBİ EDİBSƏN" - SAHİBKARLARDAN İCRA BAŞÇISINA İTTİHAM
Xəbər verdiyimiz kimi, Sumqayıt Dənizkənarı Bulvarın tikintisi üçün ayrılmış milyonlarla manat vəsaitin işgörənlərə çatmaması, həm narazılığa, həm də qalmaqallı məsələyə çevrilib. JAMAZ.İNFO xəbər verir ki, bununla bağlı tikinti işlərini həyata keçirən sahibkarlar bütün dövlət qurumlarlna üz tutublar. Onların əsas tələbi gördükləri işin müqabilində çatacaq pulun Sumqayıtın icra başçısı Zakir Fərəcovdan alınaraq, geri qaytarılmasıdır.Qeyd edək ki, sözügedən qalmaqal hələ 3 il əvvəldən başlayıb. Daha doğrusu, Bulvarın tikintisi 2016-cı ildə bitsə də, Zakir Fərəcov sahibkarlara çatacaq milyonlarla manat pulu bu günə qədər verməyib. İş adamları bildirir ki, bu müddət ərzində dəfələrlə icra başçısı ilə görüşməyə cəhd ediblər, amma faydası olmayıb. Rəsmi qurumlara etdikləri müraciətlərə müsbət cavab gəlsə də, problem hələ də həllini tapmayıb. Onlar bildirir ki, son üzə çıxan 3.7 milyon manat məsələsi isə Zakir Fərəcovun onların haqqını yeməsinin bariz nüminəsidir. "İcra başçısının müavini Gündüz Əliyevin bacısı oğlanlarının adına açdığı "Contraction Texnoloji" MMC-yə məhz Sumqayıtda bulvarın tikintisi üçün 3,7 milyon manatın ayrılması, həmin pula isə Zakir Fərəcov oğlunun adına restoran tikməsi dövləti saya salmamaq, onun puluna göz dikmək və mənimsəməkdir. Bu, biz sahibkarların haqqının yeyilməsidir. Necə ola bilir ki, bir icra başçısı dövlətin ayırdığı milyonları bu qədər arxayın və rahat mənimsəyə bilir? Bu adamlar həbs olunan həmkarlarının aqibətindən dərs çıxarmırlar? Anlamırlar ki, bu davranış uzun müddət davam edə bilməz?"Sahibkarlar bildirir ki, sözügedən 3,7 milyon manatla Zakir Fərəcov Sumqayıt Bulvarında oğlunun adına "Paseydon" adlı restoran inşa etdirib. "Zakir Fərəcov oğlu Pərvin Fərəcovun adına sənədləşdirdiyi "Paseydon" adlı restoranı bizim pulumuzla inşa etdirib. Halbuki burada iki qanunsuzluq baş verib. Birincisi, dövlətin pulunu mənimsəyib. İkincisi isə oğlu Pərvin Fərəcovun biznes sahibi olmaq hüququ yoxdur. Çünki Pərvin faktiki olaraq Nəsimi rayon prokurorunun müavini işləyir. Qanuna əsasən hüquq mühafizə orqanlarında çalışan şəxslərin bizneslə məşğul olması qadağandır və məsuliyyəti var. Bizə maraqlıdır, Zakir Fərəcov icra başçısı olmaqla, həm də qanunların yerdə işlənməsinə məsul olan şəxsdi. Amma həmin qanunu ayaqları altına atmaqla məşğuldur. Oğlunun bizneslə məşğul olmasının qadağan edildiyini bildiyi halda onun adına restoran keçirməsi nəinki qanun pozuntusu, eyni zamanda bu ölkənin qanunlarını heçə saymaqdır".İş adamları deyir ki, bu məsələ ilə bağlı Baş Prokurorluğa müraciət edəcəklər. Onlar məsələnin araşdırılmasını, qanunun tələbinin yerinə gətirilməsini istəyəcəklər. "Zakur Fərəcovun oğlu bizneslə məşğuldursa, o prokurorluq orqanlarında işləyə bilməz. Biz də Baş Prokurorluğa müraciət edərək, Pərvin Fərəcovun işdən çıxarılmasını və haqqında qanuni ölçünün götürülməsini istəyəcəyik. Bizim halal pulumuzla biznes sahibi olan Zakir Fərəcov və oğlu mütləq və mütləq qanun qarşısında cavab verməlidirlər".Sahibkarlar vurğulayır ki, başqalarının puluyla övladına gəkəcək quran bir icra başçısı məmur deyil, tutduğu vəzifədən sui-istifadə edən biri, vicdan hissini unurmuş bir şəxsdir. "Zakir Fərəcov bizim pulumuzla özünə və oğluna gələcək qurur. Bunun adı vicdan hissini itirməkdir. Eyni zamanda, Zakir Fərəcovun oğlu niyə bixim pullarla restoran sahibi olmalıdır? Niyə o, həm prokuror, həm də buznesmen sratusuna sahiblənməlidir? Niyə o və övladları bu imkanı qurmalı, lakin bizim kimi əziyyətə qatlaşmış insanların övladları ac qalmalı, onların ataları gördüyü işin müqabilində pulun ala bilmədiyi üçsn borclu olmalıdır? Bəlkə Zakir Fərəcov və oğlu göydən düşüb, bizim xəbərimiz yoxdur? Başqasının bədbəxtliyi üzərində qurulan xoşbəxtliyin ömrü uzun olmur".İş adamları sonda onu da bildiriblər ki, Zakir Fərəcovu da digər həbs olunan icra başçılarının aqibəti gözləyir. "Bu qədər qanunsuzluq edən, dövlətin malını, pulunu talayan, insanların haqqını yeyən bir icra başçısı mütləq cəzalanmalıdır. Biz buna tam əminik. Zakir Fərəcov təkcə, biz sahibkarların deyil, həm də bu dövlətin düşməni kimi özünü aparır. Azca uzaqgörən adamlar da yaxşı bilir ki, Sumqayıtın icra başçısı çoxdan əndazələri aşıb və bu cəzasız qalmayacaq".Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.
- AFFA-nın Santuşa ödədiyi kompensasiyanın məbləği açıqlandı
12 sentyabr 2025 13:17
- Alla Puqaçovadan Putinlə bağlı ŞOK ETİRAF
11 sentyabr 2025 22:45
- Azərbaycanlı oğlana görə dinini və adını dəyişən çinli xanım (MÜSAHİBƏ/FOTO)
11 sentyabr 2025 23:02
- Yalandır, Rusiya bizə heç bir sığorta ödənişi etməyib - Hökumənin atası
5 sentyabr 2025 11:48
- Lavrov Özbəkistanda RUS dilinə görə biabırçılıq etdi: - SKANDAL
5 sentyabr 2025 10:54
- BİR RİYAZİYYATÇININ MANİFESTİ - Etibar Əliyevin YAZISI
5 sentyabr 2025 01:00
- Qarabağın ürəyi (hekayə) - NURLANƏ Cərullaqızı
3 sentyabr 2025 15:05
- Vasif Talıbovun mobil telefonunu KƏSMƏK qərarı
3 sentyabr 2025 11:17
- Kaş adamın cibində bunun bir qırığı ola... - Psixeya nə istəyir?
3 sentyabr 2025 10:31
- Şəhid müəllimin oğlu tələbə, qızı magistr oldu
2 sentyabr 2025 10:51
- TİTANİK sərnişinlərini xilas ola olarmış: 1500 insanın taleyini bir gəmi dəyişə bilərdi
13 sentyabr 02:41
- Rusiyada yumurta böhranı...
13 sentyabr 00:31
- BMT-dən tarixi qərar - Azərbaycan lehinə səs verdi
12 sentyabr 22:47
- Pensiya yaşına az qalmış şəxslərin işdən çıxarılmasına qadağa qoyulsun - Deputatdan TƏKLİF
12 sentyabr 21:54
- Məktəblərdə telefon işlətmək QADAĞAN EDİLDİ
12 sentyabr 15:11
- ANAMA-nın vəzifəli şəxsləri sərxoş vəziyyətdə həbs olundu
12 sentyabr 13:30
- AFFA-nın Santuşa ödədiyi kompensasiyanın məbləği açıqlandı
12 sentyabr 13:17
- Culfada ağır qəza - 4 polis əməkdaşı öldü
12 sentyabr 11:03
- Dünyanın ən təhlükəli dərmanı... - Bakıda reseptsiz satılır
12 sentyabr 10:56
- Bu rayonlara qar yağır
12 sentyabr 10:44
- Bədənin bu hissəsi qadının yaşını göstərir -QULAQ MƏMƏSİ
12 sentyabr 03:09
- Bakıda Azərbaycan-Qazaxıstan hərbi mütəxəssisləri görüşdü
12 sentyabr 02:55
- Laima Vaikule: SSRİ-dən ABŞ-a getməklə həyatımı xilas etdim
12 sentyabr 01:14
- Alla Puqaçovadan Putinlə bağlı ŞOK ETİRAF
11 sentyabr 22:45
- Prezident yol təmirinə 1,5 milyon manat ayırdı (SƏRƏNCAM)
11 sentyabr 13:23
- Daha 4 itkin şəhidimiz dəfn olunacaq - Foto
11 sentyabr 11:37
- Günəş nədən ibarətdir və niyə Yeri yandırmır? - Cavab sizi təəccübləndirə bilər
11 sentyabr 11:22
- Azərbaycanda ilk dəfə qadın hərbi həkimlər hazırlanacaq
11 sentyabr 10:45
- Türkiyə həftədə 4 günlük iş rejiminə KEÇİR
11 sentyabr 10:33
- Azərbaycan kürünü xaricə neçəyə satır?
11 sentyabr 10:27
- Ali təhsili yoxdur, dünyanın ən varlı adamıdır - Maskı da geridə qoydu
11 sentyabr 03:37
- NAR və YAŞAT Fondu şəhid övladlarını təbrik etdi - Fotolar
11 sentyabr 01:46
- Sülhü pozmaq istəyən qüvvələr var - Paşinyan
11 sentyabr 01:40
- Azərbaycanlı oğlana görə dinini və adını dəyişən çinli xanım (MÜSAHİBƏ/FOTO)
10 sentyabr 18:43
- Prezident Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında (FOTO)
10 sentyabr 18:30
- Beynəlxalq Böhran Qrupundan Bakıya sensasion təklif
10 sentyabr 09:54
- Hikmət Hacıyev ABŞ-da mühüm görüşlər keçirdi (FOTO)
10 sentyabr 09:45
- Azərbaycan nümayəndəsi BMT-də komitə sədrinin müavini seçilib
10 sentyabr 00:34
- Məhkəmə Qabil Məmmədovla bağlı QƏRAR VERDİ
09 sentyabr 22:48
- Pakistanlı MBA tələbələri ULDUZ şokolad fabrikində istehsalat turunda iştirak ediblər
09 sentyabr 21:13