Məmurlara dədəm deyən yazarlar...
Məmurlara dədəm deyən yazarlar
Halbu ki, əvvəllər dədəsi müxalifət olub
Mənim həqiqəti sərt formada deyən yazarlara həmişə hörmətim olub. Bu cür yazarlarımız kifayət qədərdir. Çoxusu ilə hətta dostluq edirəm. Olduqları kimi görsənir, deyir, yazırlar. Hərçənd məmurlar tərəfindən sevilmirlər, dolanışıqları, sosial vəziyyətləri bərbaddır. Amma bir əqidəyə qulluq edirlər. İqtidar kimi müxalifəti də görürlər, müxalifət kimi iqtidarı da. Hətta onlar əstəğfürullah, “Quran”dan libas geyib, mən “haqq” yoluna qayıtmışam, bundan sonra yalnız mənə deyiləni yazacam və deyəcəm, inanmaram. Çünki onlar ürəklərindəki sözləri hündürdən deyəndirlər. Səhv olsalar belə. Onların fikirləri ilə razı olmaya bilərsən, tənqid edə bilərsən, hətta döyüb-söyə də bilərsən. Amma yazdıqlarını, fikirlərini, əqidələrini əllərindən ala bilməzsən.
Buna görə həmən yazarlar həmişə kənarda qalırlar. Ortada isə… Bəziləri yazanda, hündürdən danışanda ağızlarına çullu dovşan sığmır. İqtidara, məmurlara dədəm deyirlər ( halbu ki, əvvəllər dədəsi müxalifət olub). Onun pulunu ana südü kimi əmirlər. Ürəyində isə kin saxlayır, imkanı olsa çörək verən “dədəsinin” başını tərsinə kəsər. Heç “uf” da deməz. Azdır belələri? Azərbaycan mətbuatının, o cümlədən telekanallarının 60-70 faizi bu cür əqidəsiz, çoxsifətli qələm sahiblərindən ibarət deyilmi? Adamın nə qədər lideri, sahibi olar?! Bir ay birini tərifləyir, pulunu yeyir, bir aydan sonra başqasının atdığı sümük daha yekə olur, mövqeyini 360 dərəcə dəyişib onu tərifləyir. Gecə küçədə duranlar daha halal qazanır, nəinki bu cür nadürüstlər. İndi onlar olub obyektiv, qərəzsiz, dövlətinə xidmət edən, nə bilim daha kim. Sözü düz deyənlər də düşmən. İnsafınız olsun… Bu gün cəmiyyətdə sağlam fikrin, düşüncənin formalaşmasında əziyyəti olan, onlarla jurnalsit var ki, kənarda qalıb, işsiz-gücsüz, evsiz-eşiksiz əziyyət çəkirlər. Ortaya bir ovuc lotu-potu düşüb ağıl öyrədirlər. Bütün günü televiziya ekranlarında, yazılı mətbuatda ağıllı sifət alıb ortadan çıxmırlar. Bəs deyilmi.
Qabağında quyruq buladığınız, yal aldığınız sahibinizi atdılat çölə. Getdi o… Qayıtmayacaq ta… Bundan sonar o cür sahib çətin tapasınız… Abrınız olsun… Verilən paya qane olub çəkilin qınınıza… Amma yox… Mütləq, yeni sahib tapmalıdırlar. Maraqlıda ondadır ki, tapırlar da… Çünki gündəmdə qalmaq, hələ tam istismar edilmədiklərini sübut etmək üçün bir-birinə dəstək olaraq mətbuatda, televiziya ekranlarından düşmürlər. Özlərini təbliğ edir, verilişlər açıb bir-birlərini qonaq çağırır, haqlarında politoloq, mütəxəssis kimi imiclər yaradır. Və bu vəziyyət neçə illərdir davam edir.
Telejurnalist Şöhrət Əli
- Baş katib Azər Allahverənov Türk Strateji Düşünmə Mərkəzinin nümayəndə heyəti ilə görüşüb
15 aprel 2026 21:17
- Mənə nə var, səndə hansı rejimdir? – komitə sədrindən sensasion açıqlamalar
11 aprel 2026 19:19
- İşığa çevrilən ömür: Elmin, mərhəmətin və mənəvi ucalığın simvolu
10 aprel 2026 13:46
- QALİB KİMDİR: ABŞ, İRAN, YOXSA…
9 aprel 2026 22:43
- İlham Əliyev Litvanın Baş nazirini qəbul etdi (FOTO)
9 aprel 2026 12:07
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- Prezident daha bir qəbul keçirdi - Fotolar
9 fevral 2026 14:26
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Milyonçu oğlu DNK ekspertizasına gəlmədi – İddiaçı -vəkilimi ələ almaq istəyrlər- dedi
6 fevral 2026 19:17
- Prezident İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul etdi (FOTO)
6 fevral 2026 17:40
- Putin -erməni soyqırımı-nı TANIDI - Müraciətin MƏTNİ
26 aprel 01:21
- Bizim xalq kimlərə çəpik çalmayıb ki?! - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?
26 aprel 00:51
- Hər gün kivi yeməyin orqanizmə təsiri
25 aprel 23:14
- Pezeşkian əhaliyə - Çağırış etdi
25 aprel 22:58
- Ukrayna məxfi arxivləri AÇDI - Çernobılla bağlı sirlər ÜZƏ ÇIXDI
25 aprel 21:33
- Azərbaycan Ukraynaya beş sərnişin avtobusu verdi - Fotolar
25 aprel 19:59
- Bu gün 6 sənəd imzaladıq - Zelenski
25 aprel 19:24
- Çernobılın 40 ili: SSRİ nüvə fəlakəti barədə həqiqəti necə gizlətdi?
25 aprel 16:18
- Daşkəsənlə Gədəbəyə qar yağır
25 aprel 15:06
- Qəbələdə İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək və geniş tərkibdə görüşü olub - YENİLƏNİB
25 aprel 15:00
- Zelenski Azərbaycandadır - Prezident Qəbələdə qarşıladı - Fotolar
25 aprel 11:45
- Qaynarinfo.az 19 yaşında !
25 aprel 11:37
- Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
25 aprel 10:36
- Tramp 24 aprel münasibətilə açıqlamasında -GENOSİD- ifadəsini işlətmədi
25 aprel 10:10
- Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - TAM SİYAHI
25 aprel 00:12
- Güney azərbaycanlı siyasilər Berlində: Almaniya XİN-də mühüm görüş, Rza Pəhləviyə etirazlar - FOTO
24 aprel 22:58
- ABŞ-də ölüm hökmlərinin qaydası ( iynə, güllə...) dəyişdi
24 aprel 22:47
- Çexiyanın baş naziri Bakıya gəlir – Rəsmi səfərin tarixi açıqlandı
24 aprel 19:52
- Rusiya erməni xalqı ilə birlikdə YAS TUTUR
24 aprel 17:29
- Azərbaycanlı məşhur milyarder Qarabağda - FOTO
24 aprel 14:37
- İrəvanda Türkiyə bayrağının yandırılmasını qətiyyətlə pisləyirik - XİN
24 aprel 13:49
- II Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək (SƏRƏNCAM)
24 aprel 13:03
- TƏCİLİ YARDIM-ın yeni rəhbəri bu şəxs OLDU
24 aprel 12:03
- Ağdam şəhərinə növbəti köç karvanı yola salındı (FOTO)
24 aprel 11:48
- Milli Qəhrəmanın qardaşı vəfat etdi – FOTO
23 aprel 21:13
- Gürcüstanın sabiq müdafiə naziri 10 il müddətinə həbs edildi
23 aprel 20:59
- İndi məlum oldu ki, Levon Ter-Petrosyan qatı daşnakdır... - Nikol Paşinyan
23 aprel 19:20
- Azərbaycan-Latviya münasibətlərinin strateji məzmun daşımasının perspektivləri - Deputat Əli Məsimli
23 aprel 18:32
- Atatürkü təhqir edən jurnalistlə bağlı ŞOK QƏRAR: Polis hər yerdə onu axtarır
23 aprel 16:00
- Prezidentdən qurultay iştirakçılarına - Müraciət
23 aprel 13:30
