“Azərxalça” ASC-də MAAŞ BÖHRANI – 3 aydır ki, toxuculara əməkhaqqı verilmir

“Rəsmi qurumlar deyirlər ki, gedin xalçanızı satın, bu yolla özünüz maaşınızı qazanın”
“Vəziyyətin bu həddə olmasının məsuliyyəti birbaşa İqtisadiyyat Nazirliyinin üzərinə düşür”
“Azərxalça” ASC-nin işçiləri 3 aydır ki, əməkhaqlarını ala bilmirlər. Bu barədə “Hürriyyət”i bilgiləndirən məlumatlı şəxsin sözlərinə görə, ASC-nin toxucuları toxuduqları hər kvadratmetr xalçaya görə 250 manat əməkhaqqı almalı olduqları halda, 3 aydır ki, onlara əməkhaqqı verilmir: “İnzibati təsərrüfat işçiləri standart əməkhaqqı alsalar da, toxucular 1 kvadratmetr xalça toxuduqda 250 manat maaş alır. Onu da qeyd edim ki, 1 kvadratmetr xalçanın tounmasına 1 ay vaxt gedir. Bir ay ərzində isə ancaq seyrək xalçanı toxuyub çatdırmaq olar. Buna əsasən belə qənaətə gəlmək olur ki, bir xalçaçı ən azı 1 ay ərzində evinə 250 manatdan çox maaş aparmaq gücündə deyil. Elə toxucular da var ki, ay ərzində 2, ən yaxşı halda 3 kvadratmetr xalça toxuyur. Gördüyünüz kimi, bu qədər zəhmətin qarşılığında toxuculara verilən maaş olduqca azdır. Lakin buna baxmayaraq, onlar fevral ayından etibarən halalca maaşlarını ala bilmirlər”.
“Belə bir vəziyyətdə “Azərxalça” toxunan xalçaları hara və kimə satsın?!”
Hazırda ölkə ərazisində “Azərxalça”nın 21 filialının mövcud olduğunu qeyd edən mənbə bildirdi ki, ASC-nin ümumilikdə 1800 nəfərə yaxın toxucusu var: “Deyilənlərə görə, “Azərxalça”nın İdarə Heyətinin sədri Vidadi Muradov da ASC-nin toxucuları kimi fevral ayından bu yana əməkhaqqı almayıb”. ASC-nin işçilərin maaşlarını ödəməsi üçün vəsaitinin olmadığını iddia edən bilgilə şəxsin sözlərinə görə, bu barədə hökumətə də müraciət olunub: “Lakin hələ də işçilərin maaşları verilməyib. “Azərxalça”nın dövlətə məxsus hüquqi şəxs olduğunu nəzərə alsaq, o zaman toxucuların əməkhaqqısının indiyədək verilməməsinin məsuliyyəti dövlətin üzərinə düşür. Görün, “Azərxalça”da nə cür acınacaqlı vəziyyət hökm sürür ki, ASC-nin məsul şəxsləri belə, avtomobillərinə yanacaq doldurmağa vəsait tapmırlar. Məndə olan məlumata görə, bununla bağlı hökumətə müraciət olunub və məsələ həll olunması üçün İqtisadiyyat Nazirliyinə göndərilib. Ancaq buna rəğmən, hələ də toxucuların və ASC-nin digər əməkdaşlarının maaşı verilməyib. Əksinə, rəsmi qurumlar deyirlər ki, gedin xalçanızı satın, bu yolla özünüz maaşınızı qazanın. Hazırda koronavirus pandemiyası səbəbindən demək olar ki, dünyanın bütün ölkələrində karantin rejimi hökm sürür. Belə bir vəziyyətdə “Azərxalça” toxunan xalçaları hara və kimə satsın?!”
“Hökumətin koronavirusla mübarizə tədbirlər planından faydalanmaq üçün müraciət edən toxucuların işçi kimi “Azərxalça” ASC-də qeydiyyatda olduqları və bu səbəbdən də 190 manat birdəfəlik yardım verilməyəcəyi bildirilib”
Yeri gəlmişkən, xalça emalı mərkəzinin olmasının vacibliyini vurğulayan mənbə qeyd etdi ki, istehsal olunan xalça məhz orda emal olunduqdan sonra bazara çıxarılmalıdır: “Təəssüf ki, bu gün belə bir emal müəssisəsi yoxdur. Yəni emal müəssisəsi olmadığı halda, 20 fabrik yaradıblar. Halbuki ilk öncə xalçanı emal edəcək yer olmalıdır ki, toxunan xalça dəzgahda kəsildikdən sonra emal olunmalıdır. Dünya bazarının tələbi budur. Emal olunmamış, yuyulmamış, dartılmamış, qırxılmamış xalçanı dünya ticarətində heç kim almır. Çünki emal olunmamış xalça bir müddət sonra rəngini itirir. Bu gün Azərbaycan xalçalarının dünya bazarında layiq olduğu yeri tuta bilməməsinin, “Azərxalça”nın gəlir əldə edə bilməməsinin əsas səbəblərindən də biri budur. Məndə olan informasiyaya görə, ASC indiyədək toxunan 16 min kvadratmetr xalçadan cəmi 2 min kvadratmetr xalçanı kustar üsulla yuyaraq satıb. Əgər müvafiq qurumlar bununla maraqlansalar, o zaman görərlər ki, “Azərxalça”nın anbarlarında toxunulmuş, lakin emla olunmamış 14 min kvadratmetr xalça var. Halbuki emal müəssisələri olsaydı, onda anbarlardakı xalçalar yuyulub satışa çıxarılar və bununla da ASC-nin büdcəsinə xeyli gəlir daxil olardı. Vəziyyətin bu həddə olmasının məsuliyyəti birbaşa İqtisadiyyat Nazirliyinin üzərinə düşür. Nazirlik vəziyyətdən məlumatlı olsa da, hələlik bu işlə maraqlanmır, lazımı tədbirlər görmür”. Bunun əzabını isə “Azərxalça”nın işçilərinin çəkdiyini deyən mənbənin sözlərinə görə, 3 aydır ki, maaş ala bilməyən toxucuların bir qismi çarəsiz qalıb hökumətin koronavirusla mübarizə tədbirlər planına əsasən, məşğulluğa və sosial rifaha dəstək tədbirinlərdən faydalanmaq istəyib: “Lakin bunun üçün müraciət etdikdə onların işçi kimi “Azərxalça” ASC-də qeydiyyatda olduqları və bu səbəbdən də 190 manat birdəfəlik yardım verilməyəcəyi bildirilib. ASC-nin işçiləri çıxılmaz vəziyyətdə qalıblar, nə maaşları verilir, nə də dövlət yardımı ala bilirlər”.
Valeh TÜRKSOY
P.S. Ümid edirik ki, bu yazıdan sonra İqtisadiyyat Nazirliyi və digər müvafiq qurumlar “Azərxalça” ASC-də yaşanmış maaş böhranına aydınlıq gətirəcək və problem tez bir zamanda öz həllini tapacaq.
- Rusiyada yumurta böhranı...
13 sentyabr 2025 00:31
- Ukraynada əsir düşən Ruslan Mustafayev dəhşətli şeylır anlatdı - ŞOK TƏFƏRRÜATLAR BU VİDEODA
8 sentyabr 2025 17:32
- Aktyor fəhlə kimi işlədilib: Bakı Dövlət Sirkində nə baş verir? (VİDEO)
5 sentyabr 2025 10:15
- Ali Məhkəmədən ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı mühüm qərar
3 sentyabr 2025 12:22
- Seymur Orucovun həbsdə olan qohumu mənimsədiyi pulları geri qaytaracaq - Qərar verildi
1 sentyabr 2025 12:41
- 8 aydır boksçuların MAAŞI VERİLMİR - Məşqçi şikayət etdi
26 avqust 2025 20:37
- Daha bir ölkə dördgünlük iş rejiminə keçir - bəs bizdə?
26 avqust 2025 10:07
- 6 medalı olan qazinin əlilliyi niyə kəsilib? - Fotolar
9 avqust 2025 17:03
- SAXTA DİPLOMLAR - TKTA sədri ilə EKSKLÜSİV müsahibə
9 avqust 2025 11:23
- Paşinyandan sülhə dair - Açıqlama
9 avqust 2025 09:59
- TİTANİK sərnişinlərini xilas ola olarmış: 1500 insanın taleyini bir gəmi dəyişə bilərdi
13 sentyabr 02:41
- Rusiyada yumurta böhranı...
13 sentyabr 00:31
- BMT-dən tarixi qərar - Azərbaycan lehinə səs verdi
12 sentyabr 22:47
- Pensiya yaşına az qalmış şəxslərin işdən çıxarılmasına qadağa qoyulsun - Deputatdan TƏKLİF
12 sentyabr 21:54
- Məktəblərdə telefon işlətmək QADAĞAN EDİLDİ
12 sentyabr 15:11
- ANAMA-nın vəzifəli şəxsləri sərxoş vəziyyətdə həbs olundu
12 sentyabr 13:30
- AFFA-nın Santuşa ödədiyi kompensasiyanın məbləği açıqlandı
12 sentyabr 13:17
- Culfada ağır qəza - 4 polis əməkdaşı öldü
12 sentyabr 11:03
- Dünyanın ən təhlükəli dərmanı... - Bakıda reseptsiz satılır
12 sentyabr 10:56
- Bu rayonlara qar yağır
12 sentyabr 10:44
- Bədənin bu hissəsi qadının yaşını göstərir -QULAQ MƏMƏSİ
12 sentyabr 03:09
- Bakıda Azərbaycan-Qazaxıstan hərbi mütəxəssisləri görüşdü
12 sentyabr 02:55
- Laima Vaikule: SSRİ-dən ABŞ-a getməklə həyatımı xilas etdim
12 sentyabr 01:14
- Alla Puqaçovadan Putinlə bağlı ŞOK ETİRAF
11 sentyabr 22:45
- Prezident yol təmirinə 1,5 milyon manat ayırdı (SƏRƏNCAM)
11 sentyabr 13:23
- Daha 4 itkin şəhidimiz dəfn olunacaq - Foto
11 sentyabr 11:37
- Günəş nədən ibarətdir və niyə Yeri yandırmır? - Cavab sizi təəccübləndirə bilər
11 sentyabr 11:22
- Azərbaycanda ilk dəfə qadın hərbi həkimlər hazırlanacaq
11 sentyabr 10:45
- Türkiyə həftədə 4 günlük iş rejiminə KEÇİR
11 sentyabr 10:33
- Azərbaycan kürünü xaricə neçəyə satır?
11 sentyabr 10:27
- Ali təhsili yoxdur, dünyanın ən varlı adamıdır - Maskı da geridə qoydu
11 sentyabr 03:37
- NAR və YAŞAT Fondu şəhid övladlarını təbrik etdi - Fotolar
11 sentyabr 01:46
- Sülhü pozmaq istəyən qüvvələr var - Paşinyan
11 sentyabr 01:40
- Azərbaycanlı oğlana görə dinini və adını dəyişən çinli xanım (MÜSAHİBƏ/FOTO)
10 sentyabr 18:43
- Prezident Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında (FOTO)
10 sentyabr 18:30
- Beynəlxalq Böhran Qrupundan Bakıya sensasion təklif
10 sentyabr 09:54
- Hikmət Hacıyev ABŞ-da mühüm görüşlər keçirdi (FOTO)
10 sentyabr 09:45
- Azərbaycan nümayəndəsi BMT-də komitə sədrinin müavini seçilib
10 sentyabr 00:34
- Məhkəmə Qabil Məmmədovla bağlı QƏRAR VERDİ
09 sentyabr 22:48
- Pakistanlı MBA tələbələri ULDUZ şokolad fabrikində istehsalat turunda iştirak ediblər
09 sentyabr 21:13