Heydər Əliyevdən gizlin tutulan iş – 30 illik "sirr"
Bu gün anadan olmasının 97-ci ili tamam olan mərhum Heydər Əliyevin uğurunun sirri onda idi ki, bəzi adamlar öz aləmlərində guya ondan gizli iş tuturdular. Sonradan məlum olurdu ki, əslində bütün bu gizlinlər əslində onun sifarişiylə həyata keçirilib.
Ovqat.com nəql edir ki, 1991-ci ildə Şərur rayonunun icra başçısı olmuş Fərəməz Allahverdiyev də Heydər Əliyevdən xəbərsiz Türkiyəyə gedir. Qayıdanda nə məlum olsa, yaxşıdır?
Gəlin Fərəməz bəyin Heydər Əliyevlə bağlı bir xatirəsini gözdən keçirək.

“Bu gün Heydər Əliyevin ad günüdü...
Əvvəlcə yaxın dost olsaq da, sonradan onunla siyasi yollarımız ayrıldı. Mərkəzi hakimiyyətə gəlişindən qısa bir müttəd sonra isə məni həbs etdirdi. O vaxt millət vəkili statusu ilə həbs olunan ilk şəxs idim. Həbsdən çıxdıqdan sonra da daima yolumda əngəllər yaradıldı. Bütün bunlara baxmayaraq, nə vaxtsa ondan nəinki incimədim, əksinə, Heydər Əliyevin Azərbaycan standartlarının üstündə böyük bir siyasətçi olduğunu həmişə vurğulamışam, bu siyasətdən razı qalsam da, qalmasam da.
Heydər Əliyevlə bağlı bir xatirəmi sizlərlə bölüşmək istəyirəm. 1992-ci ilin soyuq yanvar günlərindən birində Türkiyədən böyük bir nümayəndə heyəti gəlmişdi. Onlardan Osman Gəzəkər, Ali Ömər, Həsən İpək, Yıldırım Turanın adlarını xatırlayıram. Müzakirə etdiyimiz mövzu təbii ki, "Ümid" körpüsünün tikintisiylə bağlıydı. Axşamüstü onları yola salarkən Heydər Əliyev mənə tapşırdı ki, qonaqları sərhəddə qədər müşayiət edim.
Xülasə, yola düzəldik. O zaman Türkiyə ilə aramızda müvəqqəti "panton körpü" vardı. Keçid oradan gerçəkləşdirilirdi. Qonaqları yola salarkən Kars Əmniyyət Müdiri Osman Gəzəkər dedi ki, sabah istirahət günüdü, bizimlə Karsa gedək, oraları gəzib görərsən, növbəti həftənin əvvəlində geri dönərsən. Razılaşdım. Təbii ki, Türkiyəni, qədim Kars qalasını görmək mənim də ürəyimcə idi, sanki bir röyam gerçəkləşirdi.
Növbəti həftənin əvvəli mən geri qayıda bilmədim, türk dostların təlqiniylə, Ali Ömər və Həsən İpək bəylə birlikdə Ankaraya yola düşdük. Ankaraya çatdığımızda, qəzet xəbərlərindən öyrəndim ki, Azərbaycanın prezidenti Ayaz Mütəllibov Ankaradadı. Məni, bilirsiniz, qatı antikommunist və Ayaz müəllimin əleyhdarıydım. Başladım onun barəsində döşəməyə. Dərhal Ali Ömər bəy bir mətbuat konfransı təşkil edəcəklərini, istərsəm fikirlərimi orda bölüşə biləcəyimi dedi. Razılaşdıq.
Ertəsi gün bütün tanınmış qəzetlərin manşetində bu xəbər var idi: “Azeri kaymakam Cümhurbaşkanına karşı!”
Yazıların məzmunundan heç bəhs etməyim...
3 gün sonra Naxçıvana geri döndüm. Özümlə birlikdə 5 kamyon yardım da gətirmişdim. Gömrükdən birbaşa Naxçıvana - Ali Məclisə Heydər Əliyevlə görüşə getdim. O, mənimlə mehriban görüşüb, əlini boynuma saldı və:
- Səfərin necə keçdi?- dedi.
Mən ona xəbər vermədən getdiyim üçün üzrxahlıq edəndə, Heydər Əliyev o məşhur gülüşüylə dedi:
- Ha-ha-haaa... Sənin getməyindən xəbərim vardı. Osman və Ali Ömər bəydən mən xahiş etmişdim ki, səni də götürsünlər. Ayazı səndən yaxşı kim yıxıb-sürüyə bilərdi? Ha-ha-haa...
Sonra Heydər Əliyev dedi ki, onun birbaşa xahişi ilə Süleyman Dəmirəl göstəriş verib, yardımların içərisində PKK-dan müsadirə olunan 1500 ədəd "Kalaşnikov" avtomatı və xeyli miqdarda güllə var. Sonra dedi ki, Qarabağ və Ermənistanla sərhəd bölgələrinə gedib vəziyyətlə tanış ol, kimin silaha daha çox ehtiyacı varsa, bu silahların 1000 ədədini onlara göndərək. Bir ay sonra 1000 ədəd avtomatı Ağdam, Gədəbəy və Qazaxda döyüşçülərə paylamaq üçün 7 nəfərlə birlikdə o bölgələrə səyahətə çıxdıq.
Mən Heydər Əliyevin məşhur gülüşüylə dediyi "səni ora mən göndərmişdim" ifadəsini heç bir zaman unutmadım və o tarixdən sonra onunla daha məsafəli davrandım. Bəlkə də bu, mənim siyasi karyerimdə ən böyük səhvim idi. Cavanlığıma və qüruruma salıb Heydər Əliyevdən uzaqlaşmasaydım, ondan çox şey öyrənə bilərdim. Hərçənd ki, öyrəndiklərim də az deyil.
Doğum günün kutlu olsun, BÖYÜK ADAM!
P.S. Bugünkü hakimiyyətin tamamı Heydər Əliyevin bir kəlməsi qədər də dəyərli deyil!!!
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 2026 00:29
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 2026 21:22
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 2026 20:00
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 2026 22:10
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
5 mart 2026 12:45
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- 2,9 milyonluq tenderin qalibi olan şirkət -qara siyahı - da - Saxta sənəd təqdim edib
26 fevral 2026 13:31
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Mehdiyevi AMEA-dan çıxardacaqdılar, yatdılar - İclasdan maraqlı (FOTOLAR ) )
25 fevral 2026 18:45
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
24 mart 22:50
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
