“Atəşkəs bizdən Qarabağı aldı...” - Üç deputat
Bu gün Birinci Qarabağ müharibəsinin sonlandırılmasından, cəbhədə atəşkəs əldə edilməsindən 26 il keçir. Cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan, bir növ siyasi müraciət və ya sülhə çağırış məqsədli və hüquqi xarakter daşımayan sənəd - "Bişkek protokolu" 1994-cü ilin may ayında imzalanıb. Məhz bunun nəticəsində həmin il mayın 12-dən etibarən 20 il müddətində cəbhədə atəşkəs haqqında razılığa nail olunub.
Artıq bu hadisədən 26 il keçib. Maraqlıdır, atəşkəsin imzalanması Azərbaycana nə verdi və nələrin itirilməsinə gətirib çıxardı?
Bu barədə Modern.az-a danışan deputat Fazil Mustafa düşünür ki, atəşkəs bizim zəif dövrümüzə təsadüf etdi və Azərbaycan başqa çıxış yolu qalmadan bu addımı atmağa məcbur oldu:
“Çünki ermənilər Rusiyanın da dəstəyi ilə ölkəmizə ciddi təhdid idilər. Bu durumda atəşkəsin imzalanması Azərbaycana nəfəs almağa imkan verdi.
Halbuki atəşkəsin bu qədər uzun müddət saxlanması bizim ziyanımıza oldu. Biz bu reallığı dəyişməyi bacarmalıyıq. Əks halda bu məsələdə itkilərimiz çox olacaq. Biz illər keçdikcə Qarabağdan daha da uzaqlaşırıq. Bu, heç arzuolunan deyil. Atəşkəs reallığının dəyişməsi, bizi Qarabağa yaxınlaşdıran addımlar üzərində düşünməliyik. Torpaqlarımızı işğaldan azad etmək üçün hərəkətə keçməliyik”.
Deputat Aqil Abbasın fikrincə isə, atəşkəs bizə Azərbaycanın güclü ordusunu qura bilməyimiz üçün imkan yaratdı:
“Bunu etdik, iqtisasiyyatımızı dirçəltdik, müəyyən problemlərimizi həll etdik. Amma müsbət tərəfi olduğu kimi mənfi yönü də oldu ki, bizdən Qarabağı aldı”.
Milli Məclisin digər üzvü Anar İsgəndərli bildirib ki, bu günün gözü ilə baxanda “niyə atəşkəs imzaladıq” –deyib, düşünə bilərik:
“Amma 1994-cü ildəki ictimai, siyasi, hərbi vəziyyətə qiymət verə bilsək, həqiqəti görərik. O dövrdə siyasi vəziyyət o qədər gərgin idi ki, atəşkəsin imzalanmasına hava, su qədər ehtiyac var idi.
Bu gün hər birimiz deyirik ki, güclü Azərbaycanımız, dünyanın nüfuzlu təşkilatlarında söz sahibi olan dövlətimiz var. Sual verirəm, 1993-94-cü illərdə bu Azərbaycan var idimi? Hansı beynəlxalq təşkilat qəbul edirdi. Həm ölkə daxilində, həm də ölkə xaricində ölkəmizin haqq səsini müdafiə edən heç kim yox idi. Belə məqamda atəşkəsin imzalanması Azərbaycanın sonrakı tarixi üçün vacib idi. Atəşkəsin nəticəsində bu gün güclü dövlətimiz var, haqqımızı tələb etmək üçün həm dünya dövlətləri, həm də dünya qarşısında sözümüzü deyə bilirik. Ona görə, 26 il bundan öncə imzalanmış atəşkəsi Azərbaycanın o zamankı rəhbərliyinin ən uğurlu addımı kimi qəbul edirəm”.
- Aqil Abbas: Amnistiya jurnalistlərə də şamil olunsun
16 dekabr 2025 12:13
- Töhmət alan Rafael Hüseynov istefa verir?
12 dekabr 2025 09:02
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 2025 01:03
- Büdcədən ayrılan vəsait Böyük Qayıdışın sürətinə əlavə təkan verəcək - Əli Məsimli
11 dekabr 2025 21:34
- Vitse-spiker Sabir Rüstəmxanlının sözünü kəsdiyi üçün - Töhmət aldı
11 dekabr 2025 20:03
- Dişlərini fırçala, rahatlıqla dələduzluq et - Polisin 3 günə tutduğu 20 dələduzu Azərbaycan məhkəməsi neçə günə azad edər
8 dekabr 2025 14:20
- Bahalı beynəlxalq tədbirlərin keçirilməsinə 239 MİLYON, ELMƏ İSƏ...- Qüdrət Həsənquliyev
7 dekabr 2025 19:21
- Sabiq millət vəkili yeni həbslərin anonsunu verdi: sırada kimlərdir?
6 dekabr 2025 12:50
- Şeyxin Ramiz Mehdiyevlə münasibəti dövlətlə bağlı olub - Qardaşı
4 dekabr 2025 13:57
- Elmira Axundovanın yaxın adamının ölkədən çıxışına STOP qoyulub – MƏHKƏMƏ İŞİ
3 dekabr 2025 20:38
- Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın doğum günüdür.
17 dekabr 00:12
- Mübariz Mənsimovun Ramiz Mehdiyev ilə heç bir zaman nə biznes, nə də şəxsi münasibəti olmayıb
16 dekabr 21:35
- Pişəvəri və Sovetlər Birliyi - Eyvaz Taha
16 dekabr 19:59
- Amnistiyaya bu məhkumlar düşəcək - Həmin şəxslərin dairəsi müəyyənləşdi
16 dekabr 14:32
- Korrupsiya və əxlaq PARADOKSU – Qarayevlərin biznes imperiyası – SİYAHI
16 dekabr 12:56
- Azərbaycan və Türkiyə arasında TARİXİ ANLAŞMA parlamentdə
16 dekabr 12:33
- Aqil Abbas: Amnistiya jurnalistlərə də şamil olunsun
16 dekabr 12:13
- Prezident AHİK-in VIII qurultayının iştirakçılarına müraciət ünvanladı
16 dekabr 11:38
- Qonşunuz səs-küy salırsa - Nə etməli ?
16 dekabr 11:26
- Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı axtarışa verildi
16 dekabr 11:07
- Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürdü
16 dekabr 00:52
- Sabah oliqarx oğlunun məhkəməsidir – Orxan İsmayılzadə 6-cı dəfə atalıq testindən yayınacaqmı?
16 dekabr 00:41
- Anar Ələkbərov Ramiz Rövşəni evində ziyarət etdi (FOTO)
15 dekabr 22:22
- Prezident bu şəxslərin rütbəsini artırdı (SƏRƏNCAM)
15 dekabr 21:51
- Vahid Axundov vəfat etdi - Prezident və birinci xanım nekroloq imzaladı
15 dekabr 21:44
- Ukraynada daha bir azərbaycanlı həlak oldu- FOTO
15 dekabr 11:28
- Bəşər Əsəd Moskvada - Nə işlə məşğuldur?
15 dekabr 11:20
- Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salındsı (FOTO)
15 dekabr 11:09
- Səksənə çatanda səksənir hamı... - Ramiz Rövşəndən özünə şeir
15 dekabr 01:48
- Yeni rus - Azərbaycan lüğəti
14 dekabr 22:12
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 17:07
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 16:31
- Avtobuslar pulsuzdur, DYP yoxdur, içki qadağandır - Azərbaycanda unikal məkan + VİDEO
14 dekabr 16:23
- Övladları ölümə göndərilən çeçen analar fəryad edir
14 dekabr 15:38
- Epşteynin sirli arxivi: Tramp, Klinton və qlobal elita yenidən gündəmdə - BBC
14 dekabr 14:56
- İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar
14 dekabr 13:51
- Rusiya İslam ölkəsinə çevrilir - ŞOK STATİSTİKA
14 dekabr 12:19
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
14 dekabr 00:06
- O da azadlığa çıxdı
13 dekabr 23:31
- Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOsu
13 dekabr 22:31
