- Arif Hacılı Məclis sədri seçildi, İsa Qəmbər 6 müavin təyin etdi
- Hərbi Hava Qüvvələrinə yeni komandan təyin olundu - Foto
- Təzyiq ölçərkən ən çox yol verdiyi səhvlər
- Mikayıl İsmayılovun keçmiş gəlini Fidan Abbasova HƏBS OLUNMAYIB
- Azərbaycan Bəstəkarlar İttifaqının və MHUİB-nin üzvü, bəstəkar İlham Azmanlının 60 illiyi qeyd olundu
Sahil Mühafaizə xidməti ilə bağlı şok faktlar - Bir əməliyyatın pərdəarxası - ARAŞDIRMA
Dövlət Təhükəsizlik Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı Dövlət Sərhəd Xidmətinin (DSX) Lənkəran, Neftçala və Xaçmaz rayonlarının Sahil Mühafizə idarələrinin rəislərinin saxlanıldığı ilə bağlı məlumat verildi. Həbs olunan DSX əmkdaşları sözügedən rayonlarda olan hərbi hissə komandirləridir.
Hazırda bu şəxslərlə əlbir işləyən, dənizçilərdən pul toplayıb DSX-nın zastava komandirlərinə verən şəxslərin və balıqçıların dindirilməsi davam etdirilir.
DSX-nın Sahil Mühafizə idarələri rəislərinin bu iyrənc əməlləri barədə illərdir mətuatda müxtəlif formalı məlumatlar yer alıb. Amma son günlərə kimi bu barədə heç bir araşdırma aparılmayıb. Əslində nə baş verib və Sahil Mühafizə idarələri rəisləri hansı qanuna zidd əməllərlə məşğul olublar?
Bizimxeber.az-da ötən gün həbs olunan şəxslərin və bu istiqamətdə illərdir baş verən qanunazidd əməllərinin bütün incəlikləri ilə bağlı ətraflı bilgilər var.
Əslində necə olmalıdır?
Qaydalara görə, Sahil Mühafizə Xidməti əməkdaşları dənizin sahil mühafizəsi ilə məşğuldur. Yəni, onlar dənizə - balıq tutmaq, istirahət etmək üçün rəsmi qayıqlarla girən şəxslərə nəzarət mexanizmini həyata keçirir. Bu şəxslər qayıqla dənizə girərkən və ya çıxarkən baxış həyata keçrir. Adından da göründüyü kimi, bu DSX əməkdaşlarının işi dəniz yolu ilə ölkəmizə gətirilən və ya ölkəmizdən çıxarılan qanuna zidd halların qarşısını almaqdır.
Qanuni qayda belədir...
Dənizə qayıqla girmək istəyən şəxslərə Sahil Mühafizəsi tərəfindən (bu pulla satılır) - Üzmə vasitəsinin qeydiyyat vəsiqəsi adlı kitabça verilir. Bu kitabçada kimin dənizə hansı məqsədlə girdiyi qeyd olunur və möhür vurulur. Qayığa DSX əməkdaşları tərəfindən baxış keçirilməli, bu şəxslərin dənizə hansı məqsədlə getdiyi öyrənilməli və təlimatlar verilməlidir. Yalnız bundan sonra üzməyə icazə möhürü vurulur.
Qaydalara görə, bu şəxslərə 4 mil məsafədən artıq dərinliyə getməyin yasaq olduğu barədə məlumat verilməli və saat 18:00-da dənizi tərk etmələri tapşırılmalıdır. Həmçinin dənizdən qayıdan qayıq yenə də Sahil Mühafizəsinin nəzarəti altında baxışa alınmalı, dənizə gedən şəxslərin hamsının qayıtdığı dəqiqləşdirilməlidir və yenidən möhür vurulmalıdır. Bütün bu qaydalar Sahil Mühafizəsi əməkdaşları tərəfindən dəqiqiliyi ilə yoxlanmalı və həyata keçrilməlidir.
Bəs hazırda necədir?
DTX-nın keçirdiyi əməliyyat zamanı DSX-nın Sahil Mühafizə idarələri rəisləri isə bütün qaydaları kənara qoyaraq uzun illərdir qanunazidd əməllrini davam etdirirdilər. Onlar Sahil Mühafizə zastavasının rəisləri vasitəsilə, əsasən balıq ovlamaq üçün dənizə girən balıqçılardan aylıq haqq toplayırdılar. Bu aylıq haqq bütün sahilboyu rayonlarda balıqçılıqla məşgul olan şəxslərdən alınır.
Elə isə maraqlı bir sual ortaya çıxır. Balıqçılar nədən bu şəxslərə aylıq pul ödəyirlər? Burda hansı səbəblər var?
Yuxarıda qeyd etdiyimiz kimi, balıq tutmaq üçün qanuni icazəsi olan balıqçılara 4 mildən artıq məsafədən artıq uzaqlaşmaq qadağandır. Həmçinin qanuni qaydada balıq ovlama vasitələri standartlardan kənar olmamalıdır.
Balıqçılar (brokonyerlər) isə 4 mildən artıq məsafəyə üzür və balıqovlama vasitələri standartdan kənardır. Bu səbəbdən də Sahil Mühafizə idarələrinin rəsilərinə aylıq pul odəyərək bir qədər dərin sularda və standartdan kənar ovlama vasitəsi ilə balıqovlama həyata keçirirlər.
Amma burada başqa bir incə məqama da diqqət etmək lazımdır ki, işin ən maraqlı tərəfi də budur.
Ümumiyyətlə balıq ovu bir neçə formada həyata keçirlir.
1. Qarmaqla balıqovlama... (Sancaq)
2. Xüsusui hazırlanmış torlarla balıqovlama (yalnız sap torlarla)
3. "Kalada" deyilən kütləvi balıqovlama vasitəsi
Bu balıqovu vasitələrindən yalnız birincisi - qarmaqla balıqovlama ilin bütün fəsillərində qadağan deyil.
2-ci balıqovlama vasitəsi yalnız xüsusi vətəgələr vasitəsi ilə standartlara uygun olaraq, sap torlarla həyata keçirilir və balığın standartlara uygunlugu, cinsi və sair qanunamüvafiq hallar nəzərə alınır.
3-cu dediyimiz "Kalada", kütləvi balıqovlama vasitəsi olan qarmaq vasitəsi isə əsasən dərin sularda və böyük brokonyerliklə məşgul olan şəxslərin əməlidir ki, bu barədə aşağıda ətraflı məlumat vercəyik.
Balıqovlamada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rolu nədir?
Balıqovlama qaydaları və bunlara nəzarəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları nəzarət edir. Kimlərin hansı balıqları ovlamasına icazəni Ekologiya və Təbii Sərvətlər nazirliyi verir. Amma təəssüflər olsun ki, bu nazirlik əməkdaşları da elə DSX rəisərinin əməlini təkrar edir. Bu barədə növbəti yazılarımızada ətraflı məlumat verəcəyik...
Balıqovlama qaydalarına DSX Sahil Mühafizəsi qarışa bilməz. Sahil Mühafizəsinin işi yalnız dənizə gedən və qayıdan qayığa baxış keçirmək, vətəndaşların kimliyini yoxlamaq və onların məqsədlərini öyrənməkdən ibarətdir.
Ötən gün həbs edilən və hazırda araşdırması aparılan DTX-nın keçirdiyi əməliyyat zamanı Dövlət Sərhəd Xidmətinin Lənkəran, Neftçala və Xaçmaz rayonlarının Sahil Mühafizə idarələrinin rəislərinin əməllərindəki qanunazid hal yalnız balıqçılardan aylıq pul alaraq onların dənizə niyə girdiklərinə, balıovlama vasitələrinin standartdan kənar olduğu halda göz yummaları və mühafizə işinə laqeyd yanaşmalarıdır. Təbii ki, bu halların baş verdiyi barədə DSX rəhbərliyi və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi general-leytenant Əfqan Nağıyev illər uzunu məlumatlı olub və toplanan aylıqlardan bu şəxslərə də çatıb. Əks təqdirdə pul toplama işini həyata keçirən zastava rəisləri bir gün bu postda işləyə bilməzdi.
Böyük brokonyerlər...
Ötən günlərdə Xəzərin Qazaxstan sərhədlərini keçən və qonşu ölkənin sərhədçi qayıqları tərəfindən azərbaycanlılara məxsus brokonyer qayığının vurulması və nəticədə bir nəfərin ölümü, bir neçə nəfərin yaralanması barədə ətraflı məlumat verilmişdi. Bu hadisə nəticəsində Azərbaycanla Qazaxstan arasında az qala ciddi siyasi konflikt də yaranırdı.
Əslində bu ilk hal deyil və hər il onlarla belə hallara rast gəlinir. Azərbaycan balıqçılarının Qazaxstan sularında tutulması halı artıq adi hala çevirilib.
Elə isə maraqlıdır.... "Bayda" deyilən, heç bir standarta uygun olmayan gəmiyəoxşar bu qayıqları dənizə kimlər buraxır? Bu bahalı "Bayda"lar kimlərindir və onların ölkə sərhədlərindən kənara çıxmasına və tonlarla balıq ovlamasına kimlər şərait yaradır? "Bayda" sahibləri bunun müqabilində kimlərə ayda nə qədər haqq ödəyir? Bu ağır və məsuliyyətli işin altına kimlər girir? "Bayda"ların dənizə icazəsi zamanı DSX əməkdaşları hara baxır? Baxış zamanı qanunsuz və kütləvi balıqovlama vasitəsi sayılan saysız "kalada" avadanlığını DSX əməkdaşları niyə görmür?
DSX rəisi Elçin Quliyevin və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi general-leytenant Əfqan Nağıyevin bundan xəbəri yoxdurmu? Bu böyükhəçimli qustar üsulla hazırlanmış "Bayda"lar ölkənin dəniz sərhədlərini neçə keçib Qazaxıstan sularına çatır? Sahil Mühafizəsinin olduqca bahalı izləmə və nəzarət avadanlıqları bu gəmiyəoxşar "Bayda"ları görmürmü? Bu günə kimi Azərbaycanın DSX rəsmiləri bir dəfə belə üzmə vasitəsi olan "Bayda"ları saxlamayıb. Niyə? Bu suallara kim aydınlıq gətirəcək?
Bölgələrdə aylıq haqq verməyən, bir iki balıq ovlamaq üçün piyada "kombinzon"la suya girən kasıb adamlara "qanunsuz suya girmisən" deyib cərimələyən və hətta həbs etdirib 3-5 il cəza almasına şərait yaradan DSX rəisləri bu yekəlikdə "Bayda"ları, milyonlarla oynayan "brokonyer"ləri niyə görə bilmir?
Bu hallardan DSX rəisi Elçin Quliyevin xəbəri yoxdurmu? Əlbətdə var.
Sadəcə 200-300 min manatdan baha qiyməti olan, ölkə dəniz sərhədlərini asanlıqla keçib Qazaxıstan sularında at oynadan və tonlarla balıq gətirən "Bayda" sahibləri yaxşı aylıq haqq verdiyi üçün onlara göz yumulur. Pirallahı rayonunda dəniz sahilinə gedib bu "Bayda"ları görmək olar, onların hansının sənədinin olub olmadığını da yoxlıamaq olar. Onların hansı tarixdə suya girib, hansı tarixdə dənizdən çıxdığını da asanlıqla görmək olar. Məhz dənizi talayanlar bunlardır.
Odur ki, ötən gün həbs edilən Dövlət Sərhəd Xidmətinin Lənkəran, Neftçala və Xaçmaz rayonlarının Sahil Mühafizə idarələrinin rəisləri ilə yanaşı bu əməlləri bilib illərdir pul qazanan yüksəkrütbəli DSX rəisləri da həbs olunmalıdır. İndi DSX rəisi Elçin Quliyev necə deyə bilər ki, bizim bu "Bayda"ların fəaliyyətindən xəbərimiz yoxdur. Əgər yoxdursa, o zaman Xəzərin mühafizə edilməsi üçün alınan milyonluq izləmə avadanlıqlarımız hansı işi görür?
Axı bu qayıqlar dövlət sərhədlərini keçib neytral zonada saatlarla qalır, daha sonra Qazaxıstan sularına keçir, bir -iki gün sonra isə yenə geri qayidIr? Bir də bu qayıqlar qayıdarkən ancaq balıq gətirirmi? Bəlkə başqa nələrsə olur bu qayıqlarla... Araşdırın cənablar... Araşdırın ki, əsl brokonyer kimdir? Və daha kimlər həbs olunmalıdır? Həbs olunmalı adamlar nə qədər pul qaznıblar? Onların pulunun çəkisi nə qədərdir. Nəzərə alaq ki, söhbət balıq və qara kürüdən gedir...
Ədil Hüseynli
Bizimxeber.az-ın baş redaktoru
- Prezidentlə xanımı AĞALI hotelinin açılışında iştirak edib
18 may 2024 16:32
- İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
18 may 2024 11:06
- Xaricdə oxuyan nə qədər məzunumuz geri qayıdıb? - açıqlama
18 may 2024 10:00
- Brejnevə qarşı üsyana qalxan birinci katib – DTK onu mehmanxanada zərərsizləşdirib...”
17 may 2024 23:22
- Mikayıl İsmayılovun keçmiş gəlini Fidan Abbasova HƏBS OLUNMAYIB
17 may 2024 19:55
- Ərdoğan bu generalları əfv etdi
17 may 2024 12:24
- Nazir baş həkimi işdən çıxdı - Yeni təyinat
16 may 2024 21:27
- Məhkəməni təxirə saldırıb vaxt qazanan Gülnarə Bayramova qardaşı Gündüz Əliyevlə qurduğu plandı?
16 may 2024 21:40
- Oliqarx Mikayıl İsmayılovun keçmiş gəlinindən ŞOK AÇIQLAMALAR-VIDEO
16 may 2024 18:04
- Prezidentlərin geniş tərkibdə görüşü oldu - Fotolar - Yenilənib
16 may 2024 17:47
- Arif Hacılı Məclis sədri seçildi, İsa Qəmbər 6 müavin təyin etdi
18 may 16:46
- Prezidentlə xanımı AĞALI hotelinin açılışında iştirak edib
18 may 16:32
- Hərbi Hava Qüvvələrinə yeni komandan təyin olundu - Foto
18 may 13:52
- İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
18 may 11:06
- Niyə 1976 xəritəsinə razı olduq? Göyçə masadadır? - Sensasion detal
18 may 10:50
- Xaricdə oxuyan nə qədər məzunumuz geri qayıdıb? - açıqlama
18 may 10:00
- Təzyiq ölçərkən ən çox yol verdiyi səhvlər
18 may 09:49
- Brejnevə qarşı üsyana qalxan birinci katib – DTK onu mehmanxanada zərərsizləşdirib...”
17 may 23:22
- Prezidentlər naharda nələr yeyiblər - Fotolar
17 may 22:09
- Mikayıl İsmayılovun keçmiş gəlini Fidan Abbasova HƏBS OLUNMAYIB
17 may 19:55
- Azərbaycan Bəstəkarlar İttifaqının və MHUİB-nin üzvü, bəstəkar İlham Azmanlının 60 illiyi qeyd olundu
17 may 19:09
- Zakir Həsənov general-mayora yüksək vəzifə verdi
17 may 19:00
- Prezidentlər Cıdır düzündə - Fotolar
17 may 18:42
- NAR-an voleybol üzrə milli komandalarımıza dəstək
17 may 18:09
- Ərdoğan bu generalları əfv etdi
17 may 12:24
- Nazir baş həkimi işdən çıxdı - Yeni təyinat
16 may 21:27
- Məhkəməni təxirə saldırıb vaxt qazanan Gülnarə Bayramova qardaşı Gündüz Əliyevlə qurduğu plandı?
16 may 21:00
- Oliqarx Mikayıl İsmayılovun keçmiş gəlinindən ŞOK AÇIQLAMALAR-VIDEO
16 may 18:03
- Prezidentlərin geniş tərkibdə görüşü oldu - Fotolar - Yenilənib
16 may 17:47
- Prezident bu qurumun ləğv edilməsinin vaxtı çatdığını bildirir
15 may 13:22
- Bakcell F1 Star Azərbaycanda ən sürətli fiber internetini təqdim edir
15 may 13:11
- Prezident qəbul keçirdi - Fotolar - Yenilənib
14 may 13:17
- Zakir Fərəcov korrupsiyaya bulaşanları niyə qoruyur
14 may 13:00
- Anası ayrılmaq istəyib, məşqçi də hirsini Fəriddən çıxıb – Şahid DANIŞDI
13 may 11:42
- Prezident qəbul keçirdi - Fotolar
13 may 11:13
- Prezident məni bağrına basdı, çox həyəcanlı idim - Fotolar
12 may 12:09
- Zakir Fərəcov məhkəməyə verildi
11 may 19:34
- Ziba Osmanova iki azyaşlını maşınla vurdu
11 may 19:18
- Ramiz Tahirov vəzifəsindən azad olundu - Foto
11 may 16:54
- Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto
11 may 16:39