“Ola bilməz ki, müavin nədəsə iştirak etsin, nazirin xəbəri olmasın”
Milli Məclisin deputatı Vahid Əhmədov son günlər baş verən həbslərlə bağlı “Qafqazinfo”ya müsahibə verib.
- İcra başçılarının həbs edilməsiylə başlayıb mərkəzi icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinə qədər davam edən həbslər prosesini necə qiymətləndirirsiniz?
- Son vaxtlar dövlət başçısının apardığı siyasət vacib bir siyasətdir. Çünki korrupsiya və rüşvətə qarşı mübarizə həmişə çıxışlarda qeyd edilib. Bu məsələlərin üstünə mətbuat da gedib. İnsanlar da bu işlərlə bağlı narazılıq ediblər. Bu prosesdə kifayət qədər varlanan insanlar olub. Dövlət başçısı bir neçə dəfə bununla bağlı xəbərdarlıq etdi ki, bu məsələləri yığışdırmaq lazımdır. Amma görünür, bu alınmadı. Nəhayət əməli işə keçildi və bu kimi hallar baş verməyə başladı. Belə götürəndə Azərbaycan üçün bu o qədər yaxşı hal deyil, ancaq başqa yol da yoxdur. Çünki dövlət başçısı öz şəxsi iradəsini ortaya qoyaraq deyirsə ki, məsələ bu cür həll olunmalıdır, bunu hər kəs başa düşməlidir. Başa düşmək lazımdır ki, ölkədə artıq rüşvətə, korrupsiyaya qarşı çox ciddi mübarizə başlayıb. Dövlət Təhlükəsizlik Xidməti bununla bağlı çox ciddi əməliyyatlar həyata keçirir. DTX-ya artıq profosessional bir şəxs rəhbərlik edir. Bu işləri də çox uğurla həyata keçirir. Belə hesab edirəm ki, proses hələ çox davam edəcək. Çünki kifayət qədər dövlət vəsaitini mənimsəyən və camaatın haqqını yeyən insanlar var. Ona görə də bu insanlar başa düşməlidir ki, vəziyyət uzun müddət belə gedə bilməz. Əgər bacarmırlarsa, artıq istefa verməlidirlər. İstefa mədəniyyəti artıq Azərbaycanda olmalıdır. Yavaş-yavaş biz buna getməliyik. Əgər öz iradənlə bacara bilmirsənsə, istefa verib getməlisən. Hesab edirəm ki, bu bizim üçün əhəmiyyətli bir prosesdir. Həm cəmiyyətin demokratikləşməsi üçün, həm də cəmiyyətdə bu cür halların aradan qaldırılması üçün bunlar baş verməlidir. Mən dövlət başçısının apardığı bu siyasəti dəstəkləyirəm.
- DTX-nin əməliyyatlarla bağlı hazırladığı videoları izləyirsiniz. İcra başçısı Vilyam Hacıyevlə bağlı yayılan videodan göründü ki, nə qədər pul vəsaiti mənimsənilib. Bu qədər pulu necə mənimsəmək olar və o pulların taleyi sizcə, necə olacaq?
- Görürük ki, tutulan şəxslərdən külli miqdarda vəsaitlər çıxır. Təmiz yolla bu insanlar o qədər vəsaiti qazana bilməzdilər. Burada rüşvət, korrupsiya var. Bu pullar dövlət büdcəsindən, insanları müəyyən qədər sıxmaqdan, qeyri-qanuni əməllər həyata keçirməklə meydana çıxıb. Kifayət qədər də böyük vəsaitlərdən söhbət gedir. Son vaxtlar cənab Prezident müəyyən mərkəzlər yaratdı, o cümlədən ASAN Xidmət istifadəyə verildi. Bunun müəyyən qədər qarşısı alındı. Mikayıl Cabbarov Vergilər naziri təyin ediləndən sonra orada kölgə iqtisadiyyatıyla bağlı müəyyən addımlar atılmağa başlanıldı. Yavaş-yavaş bu prosesi axıra çatdırmaq lazım idi. Mən ümumiyyətlə ölkədə bu qədər icra başçısının olmasının tərəfdarı deyiləm. Regionlarda 11 iqtisadi rayon var. 11 ərazi vahidi yaratmaq lazımdır. Bundan sonra vəziyyəti təhlil etmək lazımdır. Belə olanda müəyyən qədər aparatda islahatlar gedəcək. Müəyyən qədər bürokratik aparatın, icra hakimiyyətlərin sayı azaldılacaq. İnsanlara azadlıq vermək lazımdır. İstər sahibkar olsun, istər adi insan olsun. İşləsin, qazansın, heç kim demir ki, qazansın. Sahibkarların işinə müdaxilə olunmasın. Təkliflər çoxdur, yəqin ki dövlət başçısı bunların hamısını nəzərə alır. Yavaş-yavaş sistem elə qurulmalıdır ki, şəffaflıq təmin olunsun. Dövlət başçısı həm də ictimaiyyətə müraciət etdi ki, ictimai nəzarəti gücləndirmək lazımdır. Qeyri-hökumət təşkilatları burada fəal olmalıdırlar.
- Ümumiyyətlə proses icra nümayəndələrinin, icra başçılarının həbs edilməsiylə başladı. İki qurumda nazir müavini həbs olundu. İndi cəmiyyətdə də suallar yaranır ki, necə ola bilər ki, baş verənlərdən nazirin xəbəri yoxdur. Yəni prosesdə bir növ qırılma yaşandı. Bununla bağlı nə deyə bilərsiniz?
- Proseslər gedir və hələ qurtarmayıb. Elə məsələ ola bilməz ki, orada hansısa müavin müəyyən proseslərdə iştirak etsin, amma nazirin o proseslərdən xəbəri olmasın. Yəni bu ola bilməz, mütləq olmalıdır. Mən çox istərdim ki, bu proses axıra qədər getsin. Birdəfəlik biz cəmiyyəti təmizləyək ki, qurumlar şəffaf işləməyə başlasın. Nazir hələlik işləyir, işləməlidir də. İstintaq prosesi gedəcək və müəyyən izahatlar alınacaq. Bunlar hamısı məlum olacaq.
- Siz illərin siyasətçisi olaraq, nə deyə bilərsiniz, bundan sonra proses hansı qurumlara keçməlidir? Hansı qurumlarda korrupsiya daha çoxdur? Çünki daim seçicilərinizlə kontaktdasınız və insanların narazılıqlarının nə olduğunu bilirsiniz.
- Azərbaycanda əksər qurumlarda bu proseslər var. Dünən fikir verdinizsə, cənab Prezident “Qaçqınkom”la bağlı məsələyə də toxundu. Biz 29 ildir ki, müstəqil dövlətik. Müstəqillik dövrü bizim üçün çox təlatümlü olub. İlk əvvələrdə dövlətin vəsaiti olmurdu. İndi Azərbaycan ayaq üstdə duran bir dövlətdir. Dünyada da öz sözünü deyən dövlətlərdən birinə çevrilib. Ona görə də təmizləmə prosesi gedir. Artıq cəmiyyət bunu tələb edir. Mən insanlarla çox görüşürəm. Elə rayonun camaatı yoxdur ki, oradan şikayətlər almayım. Bizdə artıq bir balaca da olsa istefa mədəniyyəti bərpa olunmalıdır. Dövlət başçısının qoyduğu tələblərə cavab verə bilmirsənsə, çıx get, başqa işlə məşğul ol. Yox əgər cavab verirsənsə, onda bütün qayda-qanuna riayət etməlisən.
- Bu həbslərin karantin dövrünə düşməsi təsadüfi hesab etmək olarmı? Yoxsa müəyyən suallar da var ki, bir növ iqtisadi çətinliyin yaranmasından qaynaqlanıb...
- Bu virus da bütün dünya üçün bəla oldu, o cümlədən bizim üçün də. Amma proses başlanırdı da. Təmizləmə işi Azərbaycanda davam edəcək. Dövlət başçısı bunu birdən-birə etmədi ki. Mütəmadi olaraq xəbərdarlıqlar edirdi. Azərbaycan hökumətinin hesabat iclaslarında və ya hansısa beynəlxalq tədbirlərdə bu barədə danışırdı. Biz regionların iqtisadi inkişaf proqramı ərəfəsində 4-cü proqramı həyata keçiririk. Həmişə bunun müzakirəsi gedəndə bu məsələlərə toxunulurdu. Son vaxtlar təzə təyin edilən icra başçılarını Prezident birbaşa qəbul edirdi. Prezident öz tövsiyələrini verirdi ki, gedib camaatla işləsinlər. Əhali ilə dil tapın, onların qayğısına qalın. Rəhbərlikdə olan insanlar bunu anlamalı idi ki, artıq bu proses başlayıb. Mən bunu karantin dövrüylə əlaqələndirmirəm. Çoxdan başlamış prosesdir, indi də gəlib bunun kulminasiya nöqtəsi yetişib. Dövlət başçısı da siyasi iradəsini ortaya qoyub bunu axıra çatdırmaq istəyir və əhali də bunu çox müsbət qarşılayır.
- Putin and içdi - Video - Yenilənib
7 may 2024 16:18
- Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı- SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR
7 may 2024 01:46
- SSRİ xəritələrinə baxın: o ərazilər Azərbaycanındır - Tomas de Vaal
7 may 2024 01:20
- Zakir Fərəcovla Gündüz Əliyevin 3 milyonluq yeyintisi - Prezidentə və Baş Prokurora DOSYE verildi
7 may 2024 01:02
- İsa Qəmbər yenidən başqan seçildi - Yenilənib - Fotolar
4 may 2024 17:23
- Bu gün İsa Qəmbər yenidən Müsavat başqanı ola bilər - Yenilənir
4 may 2024 11:51
- FHN nazirin bacanağına 295 minlik tender verdi...
3 may 2024 18:30
- Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar
3 may 2024 12:45
- İndiki nazirlərin çoxunu tanımıram - Elmar Məmmədyarovla müsahibə
3 may 2024 11:51
- Dramatirix Hüseynbala Mirələmova Türkiyənin xüsusi mükafatı təqdim edildi (FOTO)
2 may 2024 18:19
- Bakıda kanalizasiya daşdı, evlər su altında qaldı - Video
08 may 16:23
- Azərbaycanda yeni idman növü yaradıldı
08 may 12:50
- Prezidentlərin geniş tərkibdə görüş keçirilir (YENİLƏNİB)
08 may 12:25
- İşdən çıxarılan məşhur cərrah danışdı
08 may 10:22
- Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi (FOTO)
08 may 00:22
- Bolqarıstan Prezidenti Azərbaycandadır
07 may 20:42
- Putin and içdi - Video - Yenilənib
07 may 16:18
- Novruz Məmmədov vəzifəsindən azad edildi
07 may 15:58
- İlham Əliyevin Robert Fitso ilə geniş tərkibdə görüşü başlayıb
07 may 14:24
- Bakıda 41 yaşlı prokuror yol qəzasında vəfat etdi
07 may 14:18
- Allahverdi İsrafilov və qohum-əqrəbası BakI Dövlət Sirkini zəbt edib…
07 may 12:14
- Direktor cərrahı işdən çıxardı, cəzalandırıldı
07 may 11:42
- Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər (VİDEO)
07 may 08:55
- Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndim - ABŞ səfiri
07 may 02:11
- Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı- SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR
07 may 01:46
- Özbəkistanda ROBOT -POLISlər ilk dəfə küçəyə patrul xidmətinə çıxıb –VİDEO
07 may 01:30
- SSRİ xəritələrinə baxın: o ərazilər Azərbaycanındır - Tomas de Vaal
07 may 01:20
- Jurnalist Afət Telmanqızından sabiq səfirə SƏRT CAVAB- Satqın sözü sənə yaraşır
07 may 00:53
- Bakıda 17 min manata pişik satılır (VİDEO)
07 may 00:41
- 500 illik zavod görün hansı sirrin üstünü açdı
07 may 00:32
- Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
07 may 00:25
- Zakir Fərəcovla Gündüz Əliyevin 3 milyonluq yeyintisi - Prezidentə və Baş Prokurora DOSYE verildi
07 may 00:10
- Alimlər 2700 ildən çox yaşı olan Assuriya məbədinin sirrini açdı
04 may 22:25
- Şəkidə 59 yaşlı kişi iki nəfəri odlu silahla qətlə yetirdi
04 may 18:31
- İsa Qəmbər yenidən başqan seçildi - Yenilənib - Fotolar
04 may 17:23
- Tanışının qulağını dişlədi - Həbs olundu
04 may 13:39
- Adil Əliyevin ailəsinə ağır itki
04 may 12:01
- Bu gün İsa Qəmbər yenidən Müsavat başqanı ola bilər - Yenilənir
04 may 11:51
- Saqqallı tələbə QALMAQALI böyüdü- Təhsil eksperti od püskürdü -VİDEO
03 may 21:47
- Mircamal Həşimov yeni vəzifəyə TƏYİN OLUNDU
03 may 21:25