Baş Prokurorluq Elmira Axundova ilə bağlı cinayət işi başlamalıdır

Təkcə Elmira Axundova deputat olandan sonra 40-a yaxın müəssisəyə sahib olub, 100 milyonlarla vəsait ələ keçirib. Haradan alıb bu qədər pulu? Deputat maaşı ilə qazanıb? Təbii ki, bu varidat korrupsiya yolu ilə əldə olunub. Respublika Prokurorluğu Elmira Axundova ilə bağlı cinayət işi başlamalıdır. Mətbuatda onun cinayətləri ilə bağlı materiallar var, qaldırsınlar, araşdırsınlar. Bu adamlar mandatından sipər kimi, özünü qoruma vasitəsi kimi istifadə ediblər, tenderlərdə iştirak ediblər, əllərinə keçəni mal-mülklərinə qatıblar. Bu gün korrupsioner istehsal edən konsepsiyadan imtina olunub. Azərbaycan müxalifəti bu məsələdə İlham Əliyevin yanında olmalıdır. Əks halda, bu proses yarımçıq qalacaq".
“Burada Əbülfəs Qarayevdən başqa məsuliyyət daşımalı ikinci bir şəxs yoxdur”
Ötən həftə Mədəniyyət Nazirliyində keçirilən əməliyyat zamanı üzə çıxanlar onu da təsdiq edir ki, digər nazirliklərdə də- hansılarda ki, böyük büdcə vəsaitləri ixtiyarlarına verilir- daha geniş oğurluqlar, “otkat”lar var.
Artıq mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov həbs olunublar. Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarında ittiham edilir. DTX-nın yaydığı videogörüntülərdə Rafiq Bayramov “cari təmir işləri üçün nəzərdə tutulan vəsaitin 10 fazinin nazirliyin ehtiyacları üçün geri verildiyini” deyir.
Zakir Sultanov vəzifə səlahiyyətlərindən istifadə edərək “mədəni irs hesab edilən xüsusi arxitektura-memarlıq üslubuna malik binalarda rekonstruksiya işlərinin aparılmasına maddi maraq müqabilində razılıq verib”.
Rafiq Bayramov isə nazirliyin regional idarələrinin rəhbərləri vasitəsilə rayonlardakı musiqi məktəblərində müəllimlərin adına artıq tədris saatlarını rəsmiləşdirmək və onların əmək haqlarından tutulan vəsaitlərin ələ keçirilməsində şübhəli bilinir. Nazir müavini ölkə ərazisindəki musiqi məktəblərinin, mədəniyyət evlərinin, kitabxanaların, rəsm məktəblərinin, qalereyaların, klubların, muzeylərin və sair mədəniyyət müəssisələrinin tikintisi, cari və əsaslı təmiri işlərinə görə ayrılan dövlət vəsaitlərinin bir hissəsini şəxsən və Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsilə müntəzəm olaraq nağdlaşdırıb və mənimsəyib. Rafiq Bayramov rayonlarda müəyyən cari təmir işləri üçün ayrılan 1 milyon 500 min puldan təxminən 150 minini mənimsədiklərini gizlətmir.
Maraqlıdır ki, Mədəniyyət Nazirliyindəki antikorrupsiya əməliyyatının videosu ortada ikən nazir Əbülfəs Qarayev vəzifəsində qalmaqda israr edir. Müavini və idarə rəisinin ifadələrindən isə belə aydın olur ki, onun inadkarlığı yersizdir, baş verənlər onun “xeyir-duası” olmadan gerçəkləşə bilməzdi. Belə iddialar da var ki, Əbülfəs Qarayev hazırki durumda çıxış yolu axtarır, onun MDB ölkələrindən birinə səfir təyinatı üçün yollar axtarır. Digər bir məlumatda isə qeyd olunur ki, Əbülfəs Qarayevin inadkarlığı müavini və idarə rəisinin onun əleyhinə verdikləri ifadələrdə daha kəskin mövqeyə yol açıb. Özlərini müdafiə etmək üçün tutulan nazirliyin rəsmiləri onun əleyhinə olan olduqca ciddi faktları açıqlayıblar. Hər ötən gün istintaqda Əbülfəs Qarayevin əleyhinə daha çox material toplanır. Belə bir halda Əbülfəs Qarayevin “fəxri sürgün”ə, Afrika ölkələrindən birinə belə səfir göndərilməsi də sual altına düşə bilər.
ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a deyib ki, İlham Əliyevin başlatdığı antikorrupsiya əməliyyatlarına cəmiyyət, müxalifət ciddi şəkildə dəstək verməlidir: “Bu gün Azərbaycanda korrupsioner olmayan məmur demək olar ki, yoxdur. Korrupsiya şəraitini yaradan nədir? İcra başçısı oğlunu korrupsiya ilə mübarizə idarəsinə yerləşdirir, o biri oğlunu təhlükəsizlik sahəsinə saldıra bilir, məhkəməyə hakim keçirir. Belə olmaz. Beləliklə korrupsioner məmurlarla korrupsiya ilə mübarizə aparmalı olan vəzifə sahibləri ilə yaxın əlaqələr yaranır, qohumluq əlaqələrinə qədər gedib çıxır. Dövlət nəzarəti gücləndirilməli, prezident inspeksiyası bərpa olunmalıdır. Korrupsiya cinayətləri ilə bağlı cəzalar gücləndirilməlidir. Vəzifəyə təyinat alanlar mütləq şəkildə, qeyd-şərtsiz mül-mülkləri haqda hesabat verməlidirlər. Doğru məlumat verməyənlər dərhal cəzalandırılmalı, gizlətdikləri əmlakları dövlət nəfinə müsadirə edilməlidir. Ilham Əliyevin korrupsiyaya qarşı apardığı mübarizə cəmiyyət tərəfindən yüksək səviyyədə dəstəklənməli, bu tədbirlərin genişlənməsi və dərinləşməsi üçün addımlar atılmaldır. Mədəniyyət Nazirliyində nazirin müavininini, vaxtilə köməkçisi olmuş Rafiq Bayramovun əməlləri üzə çıxıb. O, çox nəhəng miqdarda korrupsiyada ittiham olunur. Bu adamlar nəhəng korrupsiyaya qurşanıb Azərbaycan mədəniyyətinə ziyan vurublarsa, burada Əbülfəs Qarayevdən başqa məsuliyyət daşımalı ikinci bir şəxs yoxdur. Sən nazirsən, sən həmin korrupsiyadan payını alıbsan. Bu boyda korrupsiya cinayəti ifşa olunub, nazirə isə cəza verilmir. Əvvəla, hər hansı bir nazirlikdə müavinlər, idarə rəisləri korrupsiyaya qurşanıbsa, demək, nazir bundan pay alıb. Sənədlərə Əbülfəs Qarayev imza atıb, şəxsən o pulların mənimsənilməsinə icazə verib, əvəzində pay alıb. Əgər pay almırsa, deməli, rəhbərlik edə bilmir, rəhbərlik etdiyi təşkilata nəzarət edə bilmir. Hər iki halda işdən çıxarılmalıdır. İcra başçılarının korrupsiya cinayətlərinə görə dövlət nəzarətini həyata keçirən orqanlar cavab verməlidir.
Bu cür əməliyyat digər nazirliklərdə, komitələrdə də keçirilməlidir. Milyardlarla yeyintilər var dövlət qurumlarında. Büdcədən oğurlanan pulların geri qaytarılması istiqamətində dövlət proqramı həyata keçirilməlidir. Bu gün məmurların oğurladığı pulların dövlət büdcəsinə qaytarılması, ölkədən qaçırdıqları, xaricdə saxladıqları pullar geri alınmalıdır. Tenderlərlə bağlı məsələlər çox cidd şəkildə yoxlanılmalı, ən sərt tədbirlər görülməlidir. Bu gün Azərbaycanda korrupsiyanın çiçəklənməsində parlamentin, parlamentdə az əvvələ qədər oturan deputatların fəaliyyəti araşdırılmaldır. Korrupsionerlərin əksəriyyəti, onların müdafiəçiləri uzun müddət parlamentdə oturublar. Deputatların böyük əksəriyyəti deputatlıq fəaliyyəti ilə bir araya sığmayan fəaliyyətlə məşğul olublar. Təkcə Elmira Axundova deputat olandan sonra 40-a yaxın müəssisəyə sahib olub, 100 milyonlarla vəsait ələ keçirib. Haradan alıb bu qədər pulu? Deputat maaşı ilə qazanıb? Təbii ki, bu varidat korrupsiya yolu ilə əldə olunub. Respublika Prokurorluğu Elmira Axundova ilə bağlı cinayət işi başlamalıdır. Mətbuatda onun cinayətləri ilə bağlı materiallar var, qaldırsınlar, araşdırsınlar. Bu adamlar mandatından sipər kimi, özünü qoruma vasitəsi kimi istifadə ediblər, tenderlərdə iştirak ediblər, əllərinə keçəni mal-mülklərinə qatıblar. Bu gün korrupsioner istehsal edən konsepsiyadan imtina olunub. Azərbaycan müxalifəti bu məsələdə İlham Əliyevin yanında olmalıdır. Əks halda, bu proses yarımçıq qalacaq".
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
- İlin sonunadək amnistiya gözlənilir ?
6 sentyabr 2025 14:49
- Dəmir barmaqlıqlar arxasında dözə bilməyən məmurlar...- FOTOLAR
6 sentyabr 2025 14:37
- Uzunömürlü insanların SİRRİ BU İMİŞ
5 sentyabr 2025 17:21
- Prezident yol təmirinə 2 milyon manat ayırdı
5 sentyabr 2025 13:56
- Yalandır, Rusiya bizə heç bir sığorta ödənişi etməyib - Hökumənin atası
5 sentyabr 2025 11:48
- Aktyor fəhlə kimi işlədilib: Bakı Dövlət Sirkində nə baş verir? (VİDEO)
5 sentyabr 2025 10:15
- Prezident səfiri geri çağırdı
4 sentyabr 2025 21:46
- II dünya müharibəsi ilə bağlı gizli sənəd - yapon generalların etirafları
4 sentyabr 2025 14:19
- Deputat MƏHKƏMƏDƏ seçiciyə uduzdu
4 sentyabr 2025 13:56
- Telefonda icra başçısını təhqir etdi - Məhkəmə qərarı
4 sentyabr 2025 12:08
- 2025-ci ilin ən təsirli - 12 fotosu - ACLIQ ÇƏKƏN UŞAQ
06 sentyabr 22:09
- Nazirliyin adını dəyişdirib Müharibə Nazirliyi qoydu
06 sentyabr 21:51
- İlin sonunadək amnistiya gözlənilir ?
06 sentyabr 14:49
- Böyük terror-un kiçik qurbanları – Stalin rejiminin düşərgələrdə məhv etdiyi körpələr
06 sentyabr 14:42
- Dəmir barmaqlıqlar arxasında dözə bilməyən məmurlar...- FOTOLAR
06 sentyabr 14:37
- Tramp Pentaqonun adını rəsmən Müharibə Nazirliyi olaraq dəyişdirib
06 sentyabr 01:01
- II Əbdülhəmid Fələstini yəhudilərə niyə satmadı?
06 sentyabr 00:26
- DÇ-2026: Azərbaycan millisi 4 : 0 uduzur (YENİLƏNİR)
06 sentyabr 00:21
- Uzunömürlü insanların SİRRİ BU İMİŞ
05 sentyabr 17:21
- NAR uşaqlar üçün maarifləndirici tədbirlərə dəstək verir - Fotolar
05 sentyabr 17:09
- Həmin liderlər İlham Əliyevlə şəkil çəkdirmək üçün Bakıda növbəyə dururlar
05 sentyabr 17:00
- Prezident yol təmirinə 2 milyon manat ayırdı
05 sentyabr 13:56
- Milli Məclisin xüsusi iclası keçiriləcək
05 sentyabr 12:35
- Yalandır, Rusiya bizə heç bir sığorta ödənişi etməyib - Hökumənin atası
05 sentyabr 11:48
- Lavrov Özbəkistanda RUS dilinə görə biabırçılıq etdi: - SKANDAL
05 sentyabr 10:54
- Azərbaycan İslandiyaya qarşı
05 sentyabr 10:28
- -Tağıyev- filmi Oskar-a namizəd təqdim edildi
05 sentyabr 10:20
- Aktyor fəhlə kimi işlədilib: Bakı Dövlət Sirkində nə baş verir? (VİDEO)
05 sentyabr 10:13
- BİR RİYAZİYYATÇININ MANİFESTİ - Etibar Əliyevin YAZISI
05 sentyabr 01:00
- Dilindən arı sancdı, 61 yaşlı kişi öldü
05 sentyabr 00:25
- Prezident səfiri geri çağırdı
04 sentyabr 21:46
- Sumqayıtda 35 yaşlı kişi tanışının qulağını dişləyərək qopardı
04 sentyabr 21:13
- II dünya müharibəsi ilə bağlı gizli sənəd - yapon generalların etirafları
04 sentyabr 14:19
- Deputat MƏHKƏMƏDƏ seçiciyə uduzdu
04 sentyabr 13:56
- Qazaxıstanın xarici işlər naziri saxlanıldı
04 sentyabr 13:45
- Telefonda icra başçısını təhqir etdi - Məhkəmə qərarı
04 sentyabr 12:08
- Ayaz Mütəllibov və Ter-Petrosyan Yeltsinlə birgə –35 il əvvəl Rusiyanın sülh planı necə iflasa uğrayıb?
04 sentyabr 10:39
- Rusiya şərtini açıqladı: Bakı bunu etsə...
04 sentyabr 09:59
- Azərbaycan iki ölkəyə 3.6 TON QURBAĞA ayağı SATIB
04 sentyabr 01:52
- Prezidentin Çinə səfəri başa çatdı
03 sentyabr 23:10