Dağların zirvəsində yaradılmış çay cənnəti... - Fotolar
Çay bitkisi Azərbaycanda ilk dəfə 1912-ci ildə Lənkərana gətirilərək əkilib və ilk çay zavodu da 1937-ci ildə məhz bu şəhərdə inşa edilib. Bundan sonra Azərbaycanda çayın kütləvi şəkildə istehsalına başlanılıb.
“Qafqazinfo”nun məlumatına görə, Azərbaycanda çayçılığın inkişaf isə sovet dövründə ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi dövrü əhatə edir. Belə ki, 1970-1980-ci illərdə 36 min hektar sahədə çay əkilib, becərilib və 34 min tondan çox çay istehsal edilib. Həmin vaxt 15 zavod tikilib istifadəyə verilib. 300 milyon əhalisi olan SSRİ-nin çaya təlabatının 8-10 faizi Azərbaycan çayı hesabına ödənilib. Təəssüflər olsun ki, sonrakı dövrlərdə, xüsusən də müstəqilliyin ilk illərində bu sahəyə olan maraq azaldı. 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə bütün sahələrdə olduğu kimi çayçılıq sahəsinə də yeni nəfəs gəldi. Məhz Ulu Öndərin iştirakı və xeyir duası ilə 1996-cı ildə “Azərsun Holdinq”ə məxsus “Sun Tea” çay fabriki istismara verilib. Son illər kənd təsərrüfatının digər sahələrində olduğu kimi çayçılığın inkişafı da dövlət qayğısından kənarda qalmayıb. Azərbaycanın prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı” ölkəmizdə çayçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsinə, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsinə, çay istehsalına marağın artırılmasına yönəldililib. Bununla da, çayçılığın inkişaf etdirilməsi, çay məhsullarına tələbatın yerli istehsal hesabına təmin olunması, çayçılığın ixrac potensialının artırılması, kənd əhalisinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi üçün bütün zəruri addımlar atılmağa başlanılıb. Çayçılığın inkişaf etdirilməsi, həm də regionlarda kənd təssərrüfatının inkişafına, torpaq sahələrinin yenidən istifadəsinə, insanları yenidən bu sahəyə cəlb edərək maddi imkanlarının yaxşılaşdırılmasına və minlərlə iş yerlərinin açılmasına şərait yaradıb. Bu dövrdə ölkəmizdə çayçılığın inkişafına “Azərsun Holdinq” də böyük töhfə verdi. Ölkə başçısı tərəfindən imzalanmış “Regionların sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramına uyğun olaraq Şirkətlər Qrupu bölgələrdə yeni çay sahələri salıb. Lənkəran və Astarada fabriklərin fəaliyyət göstərməsini təmin etdi, həmçinin də çay əkinçiliyi ilə məşğul olan fermerlərdən çayı yüksək qiymətə satın alaraq onların fəaliyyətinə öz dəstəyini verib. Şirkətlər qrupunun ilk investisiya layihəsi olan və Bakıda fəaliyyət göstərən "Sun Tea" çay fabrikinin illik istehsal həcmi 15 000 tondur. Burada müxtəlif çeşiddə qara çay, yaşıl çay, meyvəli çayların istehsalı həyata keçirilir. Bir neçə il öncə Masallıda, dəniz səviyyəsindən 800 metr yüksəklikdə 100 hektarlıq ərazini əhatə edən və müasir suvarma avadanlıqları illə təchiz edilmiş çay plantasiyası da salınıb. Azərbaycanın ən seçilmiş keyfiyyətli çay yarpaqlarını emal edərək "Azerçay" markası ilə yerli bazarla yanaşı dünya bazarına da təqdim edən “Azərsun Holdinq” Azərbaycan çayının şöhrətini bütün dünyaya yayır. Son illər ərzində Rusiya bazarının ən böyük çay markalarından birinə çevrilən və ümumilikdə dünyanın 40-dan artıq ölkəsinə ixrac edilən “Azərçay” markası məhz bu sahələrdə yetişdirilərək istehlakçılara təqdim edilir. Bundan əlavə, şirkətlər qrupu üzərində "Made in Azerbaijan" yazısını daşıyan çay məhsullarını beynəlxalq sərgilərdə nümayiş etdirir və Azərbaycanın çayının dünyada tanıdılması ilə qürur duyur. “Azersun Holdinq”-in “Azerçay”, “Final”, çayları da öz keyfiyyəti ilə çay bazarının aparıcı markalarından hesab olunur. “Azərsun Holdinq” çayçılığın inkişafı məqsədi ilə yeni plantasiyalar yaratmaqla bərabər yerli fermerlərə də maddi yardımlar göstərir, yerli çayı daha baha qiymətə alaraq, çayçılığın inkişafına öz töhfələrini vermələri üçün dəstək verir. Ümumilikdə 4 mindən artıq fermer tərəfindən yetişdirilən çay bitkisi fabriklər tərəfindən təhvil alınır ki, nəticədə insanların sosial-rifah halının yüksəldilməsinə mühüm dəstək verilir. Ölkəmizdə çayçılığın inkişafına mühüm töhfələr verən “Azərsun Holdinq”ə məxsus çay fabrikləri tərəfindən bu il yetişdirilən məhsulun yığımına da artıq start verilib. Mütəxəssislər tərəfindən mövsüm ərzində keyfiyyətli məhsul toplanması üçün bütün lazımı aqrotexniki qulluğun göstərilib.

- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 2026 22:16
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 2026 11:12
- Prezident daha bir qəbul keçirdi - Fotolar
9 fevral 2026 14:26
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
9 fevral 2026 10:56
- EPŞTEYN sənədləri-ndə Jalə Əliyeva və Ziya Məmmədov FAKTI - FOTOLAR
5 fevral 2026 12:48
- Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı
3 fevral 2026 14:03
- Prezident yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib
30 yanvar 2026 12:20
- Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək (SƏRƏNCAM)
29 yanvar 2026 01:40
- Prezident Sumqayıt Sənaye Parkında açılışlar etdi (YENİLƏNİB)
27 yanvar 2026 12:20
- Azərbaycan və İsrail prezidentləri görüşdü - Fotolar
21 yanvar 2026 16:43
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
