Vilyam Hacıyev həbsdən müqavimətə başlayıb: bəs kimə arxayındır?
Günün sitatı20 may 2020 13:10
İndiyədək həbs edilən sabiq icra başçılarından heç biri barəsində çıxarılan qərara etiraz etməsə də, rüşvət almasına dair təkzibolunmaz faktlara rəğmən, İmişlinin sabiq rəhbəri şikayət veribmiş; "Haqq yerini tapacaq...” deyən keçmiş məmur nəyə nail olmaq istəyir?..
Bakı Apelyasiya Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin barəsində verilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı şikayətə baxılıb.
Hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə sabiq icra başçısının şikayəti təmin edilməyib və Səbayel Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.
Hacıyev mayın 5-də DTX əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb. Mayın 6-da prezident İlham Əliyev onun İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb. Mayın 6-da Səbayel Rayon Məhkəməsində V.Hacıyev barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, V.Hacıyev icra hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsini ələ keçirməkdə, vəzifə səlahiyyətlərindən sui-istifadədə və rüşvət almaqda şübhəli bilinir.
Axtarış zamanı onun rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilib. Həmçinin V.Hacıyevin rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, tabeçiliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair ittihamlar yer alır.
V.Hacıyevə verilən ittihamlar ağır olsa da, o, barəsində verilən qərara qarşı açıq etiraz mövqeyi tutub. İndiyədək həbs edilən sabiq icra başçılarından heç biri onlar barəsində çıxarılan həbs qərarına etiraz etməyiblər. Hər halda, belə bir fakt varsa da, mediaya sızmayıb. V. Haciyev isə evindən çıxan paçkalarla pula, rüşvət alması ilə bağlı əməliyyat çəkilişinə rəğmən barəsində hələ məhkəmə qərarı çıxarılanda buna etiraz etmişdi.

Belə ki, V. Hacıyevin barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün istintaq orqanının təqdimatına baxılarkən məhkəmə binasının qarşısında sabiq icra başçısını ailə üzvləri gözləyib. İclas başa çatandan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları V. Hacıyevi məhkəmə binasından çıxarıb, maşına mindirərkən sabiq icra başçısı onu gözləyən ailə üzvlərini görüb. Binadan çıxarılıb maşına mindirilənə qədər bir neçə saniyə ərzində oğluna və həyat yoldaşına bunları deyə bilib: "Hər şey yaxşı olacaq. Bu günlər keçəcək. Haqq yerini tapacaq...” Bunlar istənilən bir adamın əli qandallı olarkən ailə üzvlərinə deyə biləcəyi sözlərdir. Amma V.Hacıyev həmin kateqoriyaya aid təqsirləndirilən şəxs deyil.
Əvvəla, onun suçlu olması ilə bağlı kifayət qədər faktlar toplandıqdan sonra DTX əməliyyat qərarı verib. Yəni faktlar ortadadır. İkincisi, bütün bu görünən sübutlara, tapılan külli miqdarda pullara baxmayaraq, sabiq icra başçısı özünün haqsız yerə cəzalandırıldığını düşünür. Onun "Haqq yerini tapacaq...” sözlərinin başqa izahı yoxdur. Nəhayət, V.Hacıyev bu düşüncəsinin davamı olaraq barəsindəki qərarın dəyişdirilməsini (və ya ləğvini) istəyir. Bu, artıq V.Hacıyevi həbsdə olan digər sabiq məmurlardan fərqləndirir, seçdirir. Bu halda, ortaya çox təbii bir sual çıxır: Vilyam Hacıyev niyə müqavimət göstərir və kimə arxayındır?
Əlbəttə ki, hər bir təqsirləndirilən şəxs barəsindəki qərarlardan şikayət verə bilər və bu, onun istisnasız hüququdur. Amma yenə qeyd edirik ki, söhbət adi həbsdən deyil, Prezidentin birbaşa nəzarətində olan cinayət işindən gedir. V.Hacıyev kimə arxayındır ki, şikayəti verir, suçsuz olduğunu göstərməyə çalışır və sairə... Bu yerdə şəxsən bizim mediaya təqdim edəcək heç bir versiyamız yoxdur. Amma xatırladacaq bir mühüm detal var. Prezident icra başçılarının həbsindən danışarkən onların kimlərinsə köməyinə arxayın olduğunu tez-tez xatırladır. Və dəfələrlə qeyd edir ki, həm həbsdə olanlar, həm bəzi özünü yığışdırmayan məmurlar heç kimə arxayın olmasınlar, çünki heç kimə belə şans verilməyəcək. Bu mənada V.Hacıyevin həbsdən müqavimətinin mənası da qalmır, amma o isə...
Mənbə: musavat.com
Oxşar xəbərlər
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- Göstərir Bakı! - 70 yaşında
14 fevral 2026 12:55
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 2026 11:13
- Qarabağ qazisi vəfat etdi
9 fevral 2026 10:47
- Mübariz İbrahimovun doğum günüdür
7 fevral 2026 11:30
- Milyonçu oğlu DNK ekspertizasına gəlmədi – İddiaçı -vəkilimi ələ almaq istəyrlər- dedi
6 fevral 2026 19:17
- Oliqarx oğlunun 200 minlik maşınına həbs qoyulub - SƏBƏB
2 fevral 2026 14:33
- Səlim Müslümovun milyonluq evi və obyekti satılır
2 fevral 2026 13:26
Xəbər lenti
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 22:25
- Azərbaycanda kərə yağı istehsalı KƏSKİN azaldı
21 fevral 22:10
- Pezeşkiandan dünyaya meydan oxuyan bəyanat: Bütün dünya birləşsə də, təslim olmayacağıq
21 fevral 19:38
- Nazir Çelsi Baxşıyeva ilə gündəmə gələn Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ
21 fevral 17:41
- Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı
21 fevral 17:21
- Gələn həftə Novruzun ilk çərşənbəsi qeyd ediləcək
21 fevral 17:11
- Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 fevral 14:22
- Prezidentdən Naxçıvanla bağlı sərəncam: Bir neçə quruma göstəriş verildi
21 fevral 13:52
- Bir ildə ölkədə neçə uşaq doğulub?
20 fevral 19:05
- Azərbaycanda yeni büdcə təşkilatları yaradıldı (FƏRMAN)
20 fevral 18:51
- Küçədə elektron siqaret çəkənlər bu qədər cərimələnəcək
20 fevral 14:32
- Prezidentin ABŞ səfəri başa çatdı
20 fevral 14:25
- Vardanyana hökm oxundu - 20 il həbs
17 fevral 14:07
- İlham Əliyev Si Szinpinə məktub göndərdi
17 fevral 13:55
- Sənədsiz evi olanların nəzərinə: 15 günə çıxarış almaq mümkün olacaq
17 fevral 13:50
- TƏBİB-in sədr əvəzi: Kadr dəyişiklikləri olacaq
17 fevral 13:34
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 15:54
- Vüqar Qurbanov vəzifəsindən azad edildi (YENİLƏNİB)
16 fevral 15:30
- Japarov 3 naziri istefaya göndərdi
16 fevral 11:46
- İlham Əliyev Litva Prezidentini təbrik etdi
16 fevral 11:22
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 13:09
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 11:53
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 11:34
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 13:39
- Göstərir Bakı! - 70 yaşında
14 fevral 12:55
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 12:27
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
Video & Fotoqalereya
Video
Fotoqalereya
